Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adres-kalendar
Adres-kalendar (rus. Адрес-календарь; mənası – ünvan-təqdim) — Rusiya imperiyasında rəsmi illik nəşr (1765–1916), bütün dövlət qurumlarının (mərkəzi və yerli) vəzifəli şəxslərinin siyahısı.Hazırda ünvan təqvimləri qiymətli elmi məlumat mənbəyidir, xüsusən də tarixi, genealoji, statistik sahədə. Rusiya Dövlət Kitabxanasının yaddaqalan kitabların axtarışı layihəsi çərçivəsində Rusiya imperiyasının rayon və quberniyalarında nəşr olunan məlum və itirilmiş adres-kalendarın siyahısı tərtib edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адресные книги // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Google Calendar
Google Təqvim (ing. Google Calendar) — 13 aprel 2006-cı ildə Google şirkəti tərəfindən istifadəyə verilən və internet istifadəçilərinə təqvim xidmətləri göstərən xidmətdir. İnternet istifadəçilərinin bu xidmətdən faydalana bilmələri üçün "Google"da qeydiyyatdan keçmələri lazımdır. Təqvimə əlavə olunan bir hadisənin vaxtı gəldiyində ya da bir müddət əvvəlindən e-poçt ya da sms-lə istifadəçiləri xəbərdar edilir.
Кавказский календарь
Qafqaz təqvimi (rus. «Кавказскій календарь») — Rusiya imperiyasının 1845–1916-cı illərdə Tiflisdə nəşr olunan illik kitab seriyası nəşri. Bu, Qafqazda nəşr olunan ilk kitab seriyası idi. == Tarixi == Qafqaz Təqvimi Qafqaz haqqında ilk seriyalı məlumat kitabçası idi. Kitabça Tiflisdə nəşr edilmişdir. İlk sayı 1845-ci ildə Zaqafqaziya Ərazisi Baş İdarəsinin mətbəəsində nəşr edilmişdir. Kitabça ildə bir dəfə nəşr olunurdu (mövbəti il). "Qafqaz təqvimin"də çoxlu sayda etnoqrafik və tarixi materiallar dərc olunurdu. Xalq təhsili, kənd təsərrüfatı bitkiləri məsələləri ilə bağlı yazılara yer verilirdi. Kitbçada o cümlədən Qafqaz xalqlarının adətləri, dinləri və daha bir çox şey haqqında məlumatlar nəşr edilirdi.
Kamandar
Kamandar – Azərbaycanlı adı. Kamandar Şərifov Kamandar Məcidov Kamandar AbdullayevDigərKamandar (Şəmkir) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd.
Kalandr
Kalandr süni materialların qızdırılmış halda ən azı iki val arasından keçirməklə nazik təbəqələrin hazırlanması üçün tətbiq olunan yayma maşınıdır. Yayılan materialın hazırlanması və qızıdırılması kənarda, başqa qurğuda yerinə yetirilir. Material vallar arasında emal olunduqdan sonra o, xüsusi qurğunun köməyi ilə tutulur və burada soyuma, bərkimə, yığma və ya kiçik hissələrə doğrama əməliyyatı icra olunur. Bir-birinə qarşı fırlanan, 2÷5 sayda və kiçik araboşluqlara malik vallarla təchiz olunmuş kalandrlar daha geniş yayılmışdır. Xüsusi maşınlarda bir və iki əlavə valldan istifadə olunur. Standart kalandrlar F və L quruluşuna malikdirlər. Valların diametri 400÷850 mm, eni isə 1200÷3000 mm arasında yerləşir. Vallar dayaq formalı gövdədə bərkidilirlər. Vallardakı temperatur onun daxilindən keçən maye ilə tənzimlənir. Kalandr valları metaldan hazırlanaraq işçi səthləri pardaqlanır.
Kaleida
Kaleida – 2013-cü ildə İngiltərənin paytaxtı Londonda qurulmuş elektropop musiqi qrupu. Qrup 2015-ci ildə debüt EP-i olan "Think"-i buraxmışdır. Qrup cəmi iki nəfərdən ibarətdir: vokalist Kristina Vud və keyboardist Siseli Qoulder. 2014-cü ildə qrupun "Think" adlı treki "Con Uik" filminin saundtrekinə daxil edilmişdir. == Tarix == === 2013–2015 === Vud və Siseli ortaq dost tərəfindən e-mail vasitəsilə bir-biriləri ilə tanış olmuşdurlar və 2013-cü ildə qrupu qurmağa qərar vermişdirlər. Bu zaman Vud Borneo meşələrində işləyirdi, Qoulder isə film sənayesində idi. 2013-cü ildən 2014-cü ilə kimi qrup "Think" və "Tropea" mahnılarının demo versiyalarını buraxmışdır. Daha sonra isə video buraxmışdırlar. 19 dekabr 2014-cü ildə Lex Records qrupla əməkdaşlıq edəcəyini anons etmişdir. 6 aprel 2015-ci ildə qrup debüt EP-i olan "Think"-i buraxmışdır.
Aşıq Kamandar
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi. == Həyatı == Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir. O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.
Kamandar (Şəmkir)
Kamandar – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə Kamandar meşəsi adlanan ərazidə salınmışdır. Yerli əha-linin məlumatına görə, Kamandar həmin meşənin sahibinin adıdır. == Əhalisi == Kəndin əhalisi 57 nəfər təşkil edir ki, onun da 29 nəfəri kişi, 28 nəfəri isə qadındır. == Şəkilləri == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Kamandar Abdullayev
Abdullayev Kamandar Məmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, rabitə ustası, beynəlxalq dərəcəli böyük mühəndis, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin məzunu. == Həyatı == 1940-cı il 10 noyabr tarixində indiki Goranboy rayonunun Ağamalıoğlu (əvvəllər Abdullabəykürdü, indi Düzqışlaq) kəndində anadan olub, 1949-cu ildən həmin kəndin orta məktəbində 7 sinif orta təhsil aldıqdan sonra 1957-ci ildə Bakıya köçüb leytenan Şmidt adına Bakı Maşınqayırma Zavodunun poladəritmə sexinin model bölməsində modelşik işləyib. Tam orta təhsilini də Bakı şəhəri Nərimanov rayonunun 72 nömrəli fəhlə gəncləri məktəbində başa vurdu. 1961–1966-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsində ali təhsil almış və 1965-ci ilin dekabr ayında təyinat üzrə Kirovabad (indi Gəncə) şəhərində 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının Şəhərlərarası telefon stansiyasının gücləndirici məntəqə mühəndisi təyin olunmuşdur. 1970-ci ilin mart ayında həmin Rabitə qovşağının rəis müavini təyin olundu. 15 avqust 1971-ci ildən SSRİ Rabitə Nazirliyi tərəfindən Monqolustan Xalq Respublikasına uzunmüddətli xidməti ezamiyyətə göndərilmişdir. Uzunmüddətli xarici ezamiyyətdən sonra 1973-cü ilin oktyabr ayından Gəncədə 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdi. Gəncə şəhərində (əvvəlki adı Kirovabad) 1975–1986-cı illərdə Şəhər Rabitə Qovşağının rəisi və sonra 1986–1990-cı illərdə Şəhər Telefon Şəbəkəsinin rəisi işləmişdir. 1990–1998-ci illərdə Respublika Magistrallarının Texniki Qovşağının Qazax — Bərdə hissəsi üzrə sahə rəisi olub. 1988–1998-ci illərdə Gəncə Rabitə İstehsalat Birliyində rəis müavini təyin olunmuşdur.
Kamandar Məcidov
Kamandar Məcidov (belar. Камандар Бафаліевіч (Бафалы аглы) Маджыдаў; 17 oktyabr 1961, Hamamlı, Dmanisi rayonu) — azərbaycanlı və belarusun güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu. == Həyatı == 1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur. 1983-cü ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir. 1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür. Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir.
Kamandar Şərifov
Kamandar Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. == Həyatı == Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.
Palendra Kumar
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Kamandar Olimpiya çempionudur (film, 1989)
Aləmdar
Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı.
Polad Aləmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Aləmdar Mustafa Paşa
Aləmdar Mustafa Paşa (türk. Alemdar Mustafa Paşa; 1755, Xotin – 15 noyabr 1808, Konstantinopol) — 1808-ci ildə üç ay on səkkiz gün sədrəzəmlik eləmiş Osmanlı dövlət adamı. == Həyatı == 1755-ci ildə Hotində doğulub. 14 noyabr 1808-ci ildə İstanbulda vəfat edib. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.11–12.