Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağır kalibrli snayper tüfəngi
Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür. Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.
Kolibri
Kolibrilər (lat. Trochilidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi. 300-dən çox növü məlumdur. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. 15 m/san sürəti ilə uça bilirlər. Yenidamaqlılar dəstəsinə aid quşlar fəsiləsi. Arıquşlar dünyada ən kiçik quşlardan biridir. Onlar ancaq Yeni Dünyada - Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar.
Kalibr
Kalibr — maşın hissələrinin səthlərinin ölçü, forma və qarşılıqlı yerləşməsinə nəzarət etmək üçün tətbiq olunan bölgüsüz ölçmə alətidir. kalibr odlu silahların lüləsinin, həmçinin mərminin (minanın, güllənin) diametridir, silahın gücünü təyin edən əsas kəmiyyətlərdən biridir. == Ümumi məlumat == Kalibrlər həddi və normal olurlar. Normal kalibrlər (şablonlar) mürəkkəb səthlərə nəzarət etməyə xidmət edirlər. Həddi kalibrlər keçən və keçməyən tərəflərə (nominal ölçünün yuxarı və aşağı həddləri) malik olaraq ölçünü buraxılabilən müsaidə daxilində olmasını yoxlamağa şərait yaradır. Həddi kalibrlər silindr, konus, yiv və şlis formalı səthlərin yoxlanmasında istifadə olunur. Həddi kalibrlər kontruksiya olunan zaman Teylor prinsipinə riayət olunmalıdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, keçən kalibr birləşmə boyu xətaları nəzərə almaqla qovuşan hissənin yoxlanılan ölçüsünün prototipidir. Keçməyən kalibr isə yalnız hissənin ayrı-ayrı ölçülərini yoxlayır və buna görə də, xətaları aradan qaldırmaq üçün kiçik uzunluğa malik olur. Kalibrlər daxili və xarici ölçülər üçün nəzərdə tutulduğundan onlar iki qrupda birləşirlər.
Mamadu Kulibali
Mamadu Kulibali (3 fevral 1999-cu ildə Seneqalda anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Udineze klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Kulibali 2015-ci ildə Avropaya gəlmişdir. O, altı ay ərzində Peskara klubu ilə məşq etmişdir. Bir müddət sonra klub Kulibali ilə müqavilə imzaladıqlarını açıqlamışdır. O, karyerasında debütünü 19 mart 2017-ci ildə Atalanta klubuna qarşı oyunda etmiş və komandası 3-0 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kulibali 2015-ci ildə Seneqalı tərk edərək Avropaya gəlmişdir. O, dostları ilə futbol oynayarkən Peskara skautları tərəfindən aşkar edilmişdir. O, ölkəsində evsizlərdən biri hesab olunurdu.
Seqa Kulibali
Seqa Kulibali (9 iyun 1996-cı ildə anadan olub) — Liqa 2 təmsilçilərindən olan Nansi klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Kulibali Renn akademiyası vasitəsilə inkişaf etmişdir. O, ilk peşəkar müqaviləsini Renn klubu ilə 13 iyul 2016-cı ildə imzalamışdır. 2 avqust 2016-cı ildə Kulibali Sedan klubuna bir illik icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü 5 avqust 2016-cı ildə Sedan klubu ilə Avranşes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Milli Çempionat görüşündə Sedan rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 13 iyun 2018-ci ildə Kulibali Liqa 2 təmsilçilərindən olan Nansi klubu ilə üç illik müqavilə imzalamışdır.
Kamil Katibli
Kamil Katibli - Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri K.Katibli 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Tələbə ikən 1969-cu ildə Əlcazirə SSRİ Müdafiə Nazirliyinin xətti ilə ezamiyyətə göndərilmişdir. 1971-1973-cü illərdə ordu sıralarında hərbi tərcüməçi kimi xidmət etmişdir (Yəmən Ərəb Respublikası). 1974-1976-cı illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin təşkilat-təftiş şöbəsinin müfəttişi olmuşdur. 1976-1979-cu illərdə İraqda SSRİ Müdafiə Nazirliyinin xətti ilə hərbi tərcüməçi kimi uzunmüddətli ezamiyyətə göndərilmişdir. 1979-1980-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında tərcüməçi, baş redaktor vəzifəsində işləmişdir. 1980-1983-cü illərdə xarici ezamiyyətdə olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında redaktor, böyük redaktor vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdarəsinin ümumi şöbəsində birinci dərəcəli mütəxəssis, rəhbərliyin katibliyində mətbuat katibi, Mətbuat mərkəzində baş mütəxəssis, böyük referent, mərkəzin rəhbəri vəzifəsində olmuşdur. 1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatın) məxfi şöbəsinin müdiridir.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Yaqut boğazlı kalibr
== Yaqut boğazlı Kolibri == Yaqut boğazlı kolibri[1][2][3][4][5] və ya yaqut boğazlı kolibri[6] və ya yaqut boğazlı kolibri[7][5] və ya adi kolibri[5] və ya adi (yaqut boğazlı, yaqut boğazlı) arxilok [5] - (lat. Archilochus colubris), kolibrilər fəsiləsinə aid quş növü, erkəklərinin parlaq qırmızı yaxasına görə belə adlandırılmışdır. Qalan lələklər zümrüd yaşıldır, üstü metal parıltılı, altından yüngüldür. Yaqut-boğazlı kolibri Şimali Amerikanın şərqində böyüyən yeganə kolibri növüdür. Qış üçün quşlar Meksika və Mərkəzi Amerikaya uçur, Körfəz sahili boyunca və ya birbaşa Körfəzdən keçir. Onlar çiçəkli bitkilərin və kiçik həşəratların nektarı ilə qidalanırlar; Nəslə qulluq etmək üçün yalnız dişi məsuldur: o, ağ bitki tükündən yuva qurur, çöldən likenlə kamuflyaj edir və iki ağ, hamar yumurta qoyur və 12-14 gün inkubasiya edir. Dişi yumurtadan çıxan cücələri daha 9 gün qızdırır, onları yalnız yemək üçün buraxır, sonra isə yalnız onları qidalandırmaq üçün uçur. 18-22 gündən sonra cücələr yuvanı tərk edirlər. Yaqut boğazlı kolibri Karl Linney 1758-ci ildə özünün “Təbiət Sistemi”nin onuncu nəşrinə daxil etmişdi, lakin Mark Katsbi və Corc Edvardsın əsərlərində daha əvvəl təsvir edilmişdir. Beynəlxalq Ornitoloqlar İttifaqı, Şimali Amerikanın qərbində yaşayan qaraboğazlı Archilochus da daxil olmaqla, Archilochus kolibri cinsinə aid növləri təsnif edir.
Asif Talıblı
Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). Repressiya qurbanıdır. == Həyatı == Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932). "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur.
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.
Tahir Talıblı
Tahir Talıblı (tam adı:Maşayev Tahir İslam oğlu; 22 fevral 1948, Evli, Kalinino rayonu) — Şair, publisist, ssenari müəllifi, film üzərində işləyən, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1990), Əməkdar jurnalist Tahir Talıblı 1948-ci ilin fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirmişdir. 1974-cü ildə ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1975–1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980–1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1988-ci ildə erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur. Həmin ildən Bakı şəhərində yaşayır. Ailəlidir, 3 övladı var. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Savalan Talıblı Tahir Talıblının oğludur. 1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur.
İsmayıl Talıblı
İsmayıl Məmmədəli oğlu Talıblı (21 mart 1898, Bakı – 23 iyul 1967, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti. Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə görürük ki, onun ifasında realist obrazlar daha çoxdur. Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb. İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib. 1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.
Kalbalı Xan Naxçıvanski
Kəlbəli xan Naxçıvanski (xanzadə) — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Marallı-i Kalbalı (Germi)
Marallı-i Kalbalı (fars. ماراللوي كلبلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (20 ailə).