Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CCTV kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. == Təhlükəsizlik kameralarının növləri == Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera == Təhlükəsizlik Kamerası Markaları == Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Qaz kamerası
Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər. == Tarixi == 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir. Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi.
Təhlükəsizlik kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. == Təhlükəsizlik kameralarının növləri == Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera == Təhlükəsizlik Kamerası Markaları == Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Yanma kamerası
Yanma kamerası - mühərrikin və ya sobanın hisslərinin vəhdətindən yaradılan, yanacaq qarışığının və ya bərk yanacağın alovlanması baş verən boşluqdur. Yanma kamerasının konstruksiyası mexanizm və sobanın ümumilikdə işləmə şəraiti ilə müəyyən olunur. Onun hazırlanmasında istiliyə davamlı materiallardan istifadə olunur. == Tipik quruluşu == Qızmış qaz mühərrikə daxil olan yanacaq qarışığından daha çox həcmə malikdir. Bu xassə əsasnda kamerada əmələ gələn yanmış qaz daha çox təzyiq yaradır. Bu təzyiq porşeni hərəkət gətirir və ya turbini fırladır. Həmçinin ucluqdan çıxan qaz əlavə itləyici qüvvə yaradır. Yanma kameralarının işləmə prinsipi tətbiq sahəsindən asılıdır. Məsələn onlar daxili yanma mühərriklərində tsiklik işləslər də, qazturbin mühərriklərində bu baş vermir. Onlar adətən bir böyük giriş, yanmış qazı ixrac etmk üçün çıxış deşiyinə malik olur.
Kemeraltı
Kemeraltı və ya Kemeraltı Çarşısı — Türkiyənin İzmir şəhərindəki tarixi bir bazar (çarşı) bölgəsi. İzmirin ən canlı hissələrindən biri olaraq qalır. Ərazi Smirna Aqorası səviyyəsindən Konak meydanı boyunca dəniz sahilinə qədər geniş bir ərazini əhatə edir. Şimal-şərqdəki Fevzipaşa Bulvarı, cənub-qərbdəki Eşrefpaşa küçəsi və Kadifekale silsilələri ilə əhatə olunan cənub-şərqdəki Xəlil Rıfat Bəşav küçələri ilə məhdudlaşır. == Tarixi == Çarşı əvvəlcə uzun bir küçə ətrafında meydana gəldi. Orta əsrlərdə bu ərazi, buradakı dərgahın (sufi qardaşlığının yığıncaqları üçün tikilmiş bina) varlığı səbəbilə "Mövləvilər küçəsi" adlandırılırdı.17-ci əsrdə bazarın olduqca genişləndirlir. Bu gün, indi Anafartalar Caddesi ("Anafartalar Prospekti") adlanan küçə, dayaz daxili buxtanın dairəsini geniş bir əyri ilə tamamlamaq üçün dolanır. === 16-cı əsr === Çarşısın inkişafında əsas mərhələ Hisar məscidinin ("Qala məscidi") 1592-ci ildə inşası ilə oldu. Bu, İzmirdəki ən qədim, ən əhəmiyyətli Osmanlı məkanıdır (Məscidin Aydınoğulular nəslindən olan Aydınoğlu Yaqub bəy tərəfindən qurulmasına baxmayaraq, bu sülalə Osmanlı fəthindən əvvəl İzmirə nəzarət etmişdilər). "Qala" məscidinin adı bu məsciddən əvvəl həmin ərazidə var olan, Genuya dövrünə aid "San Pietro" qalası ilə bağlıdır.
Aaxen kafedralı
Aaxen kafedralı (alm. Aachener Dom‎) – Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Aaxen şəhərində yerləşən kafedral. Şimali Avropanın ən qədim kafedralıdır. Orta əsrlərdə "Müqəddəs Məryəm kilsəsi" adlanırdı. 936–1531-ci illəri arasında bu kafedralda 30 alman kralının və 12 kraliçanın tacqoyma mərasimi keçirilib. == Tarixi == Böyük Karl 976-cı ildə Palatin kapellasının tikintisini başlatmışdır. Tikinti layihəsinin müəliffili Metsli Odo olmuşdur. Tamamlanma tarixi dəqiq bilinməsə də, 798-ci ilə aid bir məktubda tamamlanmağa yaxın olduğu qeyd edilmişdir. 1355-ci ildə struktura qotik xor zalı əlavə edilmişdir. 1881-ci ildə kafedralda təmir-bərpa işləri aparılmışdır.
Almudena katedralı
Almudena Katedralı (İspanca: Catedral de la Almudena) — İspaniyanın Madrid şəhərində yerləşən bir Roma katolik katedralıdır. Katedral 1993-cü ildə II İohann Pavel tərəfindən xeyir-dua verilərək rəsmən açılmışdır.
Amen kafedralı
Amiens Kafedralı (fr. Basilique Cathédrale Notre-Dame d'Amiens), Fransada XIII əsrə aid olan Qotik üslubda tikilən kilsələrin ən böyüklərindən biridir. Kafedral 1152-də Roman memarlığında tikilsədə 1218-də yanaraq xarabalığa çevrildi ve 1220-1245 illərində yeni üslubda yenidən tikildi. == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Amiens Cathedral images, 360° panoramas, and essays. Arxivləşdirilib 2020-06-12 at the Wayback Machine In "Mapping Gothic France," a database created by Columbia University and Vassar College. 360° photos of the cathedral Outstanding photos of the cathedral Photos Arxivləşdirilib 2006-05-29 at the Wayback Machine The Portals, Access to Redemption by Professor Stephen Murray) Arxivləşdirilib 2016-11-10 at the Wayback Machine Photos of the magnificent reproduction of the cathedral colors by laser projection Background, Structural and Statistical Information for the cathedral.
Amyen kafedralı
Amiens Kafedralı (fr. Basilique Cathédrale Notre-Dame d'Amiens), Fransada XIII əsrə aid olan Qotik üslubda tikilən kilsələrin ən böyüklərindən biridir. Kafedral 1152-də Roman memarlığında tikilsədə 1218-də yanaraq xarabalığa çevrildi ve 1220-1245 illərində yeni üslubda yenidən tikildi. == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Amiens Cathedral images, 360° panoramas, and essays. Arxivləşdirilib 2020-06-12 at the Wayback Machine In "Mapping Gothic France," a database created by Columbia University and Vassar College. 360° photos of the cathedral Outstanding photos of the cathedral Photos Arxivləşdirilib 2006-05-29 at the Wayback Machine The Portals, Access to Redemption by Professor Stephen Murray) Arxivləşdirilib 2016-11-10 at the Wayback Machine Photos of the magnificent reproduction of the cathedral colors by laser projection Background, Structural and Statistical Information for the cathedral.
Ani kafedralı
Ani kafedralı (həmçinin Müqəddəs Bakirə kafedralı (erm: Սուրբ Աստուածածին Եկեղեցի), Müqəddəs Ana kilsəsi (erm: Մայր Եկեղեցի) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında olan qədim erməni kafedralı və erməni memarlığının şah əsərlərindən biri. Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977-989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır. Bu haqqda kafedralın Cənub divarındakı kitabədə deyilir: "Erməni təqviminin 450-ci ilində (miladi 1001-ci il) ...Tanrı və ermənilərin ruhani lideri katolikos tərəfindən şərəfləndirilmiş Sarkis, erməni və gürcülərin şahənşahı Qagikin şanlı hökmdarlığı zamanında mən, Sünik kralı Vasaqın qızı, ermənilərin kraliçası Katranide özümü Allahın lütfünə əmanət edərək ərim şahənşah Qagikin əmri ilə ulu Smbatın təməlini qoyduğu bu kafedralı inşa etdirdim..." Ani şəhərinin Cənub tərəfində yerləşən kafedral şəhərin ən iri və mühüm memarlıq abidəsidir. Kafedral orta əsrlərin ən məşhur erməni memarı Trdatın əsəridir. 1064 -cü ildə şəhərin türklər tərəfindən mühasirə edilməsi zamanı kafedral xüsusi simvolik əhəmiyyət daşıyıb. Belə ki, şəhər ələ keçirildikdən sonra Kafedralın üstündəki xaç çıxarılıb və Ani kafedralı Fəthiyyə Camisi adı ilə cami kimi istifadə olunmağa başlayıb. Kafedral 1124 - cü ildə təkrarən xristianların istifadəsinə geri verilib və kitabələr binanın XIII əsrin əvvəllərində bərpa olunmasından bəhs edirlər. 1319 - cu ildə baş verən zəlzələ kafedralın qübbəsinin çökməsi ilə nəticələnmişdir və bu da binanın dini məqsədlə istifadə edilməsinə son verilməsi ilə nəticələnmişdir. == Memarlıq xüsusiyyətləri == Bazilika planın sahib olmasına rəğmən planlaşdırmada uzunluğun az olması diqqəti cəlb edir. Binanın uzunluğu eni və hündürlüyü ilə müqayisədə olduqca qısadır.
Arapgir kafedralı
Arapgir kafedralı — Türkiyənin Malatya vilayətinin Arapgir ilçəsində yerləşən və 1249-cu ildə tikilən tarixi erməni kilsəsi. == Tarixi == Tanrının müqəddəs anası adlandırılan kilsə 1249-cu ildə tikilmişdir. Şərqi Avropanın ən böyük kilsələrindən biri olmuşdur. 3000 nəfərlik tutuma malik idi. 1915-ci ildə erməni-türk qarşıdurması zamanı kilsə böyük zərər görmüşdür. Daha sonra təmir edilərək məktəb kimi istifadəyə verilmişdir. 1957-ci ildə Arapgir bələdiyyəsi kilsəni yıxmaq qərarına gəlmiş, 18 sentyabr 1957-ci ildə kilsə dinamitlə yıxılmışdır. Kilsənin yerləşdiyi ərazi Hüseyn adlı kəndliyə 28.005 lirə qarşılığında satılmışdır. Bugün kilsənin qalıqları ərazidə hələ də qalmaqdadır.
Baqrati kafedralı
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Berlin kafedralı
Berlin kafedralı (alm.) - Almaniyanın Berlin şəhərində yerləşən kafedral. İçində heç bir zaman yepiskop yaşamadığı üçün əsil kafedral deyildir. == Tarixi == Kafedral XVIII əsrin əvvəllərində memar Yohan Bouman tərəfindən Barokko üslubunda inşa edilmişdir. 1822-ci ildə tikili başqa memar - Karl Frederik Şinkel tərəfindən neo-klassik üslubda yenilənmişdir. 1894-cü ildə Almaniya imperatoru II Vilhelm kafedralın sökülməsini və yenidən tikilməsinə əmr vermişdir. Memar Julios Raşdorfın neo-barokko dizaynı əsasında tikilməyə başlanılan yeni kafedral 1905-ci ildə tamamlanmışdır . İkinci dünya müharibəsində böyük zərər görən kafedral 1975-1981-ci illərdə memar Günter Stan tərəfindən bərpa edilmişdir.
Biçvinta kafedralı
Pervozvannı Həvari Andrey adına patriarx kafedralı (rus. Патриарший собор в Пицунде в честь Апостола Андрея Первозванного, translit. Patriarşiy sobor v Pitsunde v çest Apostola Andreya Pervozvannoqo), həmçinin Pitsunda kafedralı (rus. Пицундский храм, translit. Pitsundskiy xram), Böyük Pitsunda kafedralı (rus. Большой Пицундский храм, translit. Bolşoy Pitsundskiy xram) və ya Biçvinta kafedralı (gürc. ბიჭვინთის ტაძარი, translit. biçvintis tadzari) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Pitsunda şəhərində gürcü ortodoks kafedralı. Kafedral hal-hazırda Abxaziya ortodoks kilsəsi tərəfindən istifadəyə verilir və həmin orqanın mərkəzi kimi fəaliyyət göstərir.
Bonn kafedralı
Bonn kafedralı (alm.Das Bonner Münster) — Almaniyanın Bonn şəhərində yerləşən kafedral. == Haqqında == Kafedral XI-XIII əsrlərdə tikilmişdir və Almaniyanın ən qədim kafedrallarından biridir. Bir zamanlar Köln Arxiyepiskopunun kafedralı olsa da, indi papalığa bağlı bazilikadır. Kafedral Bonn şəhərinin simvolu sayılır. Bonn kafedralı 1583–1589 və 1689-cu illərdə zərər gördü, 1883–1889-cu illərdə isə təmirdən keçdi. 1934-cü ildə və İkinci dünya müharibəsindən sonra kafedralda yenidənqurma işləri keçirilmişdir.
Burj kafedralı
Burj kafedrali — Fransanın Burj şəhərində Müqəddəs Stefena həsr olunmuş Roman-Katolik kafedralı.
Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. == Tarixi == 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. == Memarlıq == Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Kamerata Kornello
Kamerata Kornello(it. Camerata Cornello) — İtaliyada kommuna. Lombardiyanın Berqamo əyalətində yerləşən kommunanın 565 əhalisi var. Yuxarı Brembana vadisində, Brembo çayının sağ tərəfində, Berqamo şəhərindən təxminən 33 kilometr şimalda yerləşir. Bələdiyyə Brembana Vadisinin dağ icmasının bir hissəsidir. Sahəsi 12 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Kenterberi kafedralı
Kenterberi kafedralı — İngiltərədə bir anqilikan kilsəsi. Yepiskop Aziz Augustinenin 7-ci əsrdə dikdiyi ilk kafedralın xarabalığı üstündə, baş Yepiskop Lanfranc (1070-1089) 11-ci əsrin sonunda, Normandiya ilə döyüşdən sonra qotik üslubunda büyük bir kafedral dikdirdi.
Köln Kafedralı
Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir. Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir.
Milan kafedralı
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Smolnı kafedralı
Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1) == Tarix == 1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir.
Svetitskoveli kafedralı
Svetitsxoveli kafedralı (gürc. სვეტიცხოვლის საკათედრო ტაძარი) — Gürcüstanın paytaxtı Tbilisidən 20 km şimal-qərbdə yerləşən Msxeta şəhərində Gürcü Ortodoks kafedralı. Məsihin əbasının dəfn edildiyi yer kimi tanınan Svetitsxoveli tarixən əsas gürcü kilsələrindən biri olmaqla, Gürcüstanda bu günə kimi ən çox ziyarət edilən dini məkan olaraq qalmaqdadır. Müasir dövrdə Svetitsxoveli həm də Bütün Gürcüstanın Katolikos-Patriarxı titulunu daşıyan Msxeta və Tbilisi yepiskopunun iqamətgahıdır. Hazırkı kafedral XI əsrdə memar Arsukidze tərəfindən, IV əsrə aid olan və xristian ənənəsinə görə müxtəlif əfsanələrlə bəzədilən daha qədim kilsənin yerində inşa edilmişdir. Tbilisidəki Müqəddəs Üçlük kafedralından sonra Gürcüstanın ən böyük kilsəsi olan Svetitsxoveli Msxetanın digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == === Erkən tarix === Ərazidə ilk kilsə b.e. IV əsrində İberiya (və ya Kartli) hökmdarı III Mirianın hakimiyyəti dövründə inşa edilmişdir. Deyilənə görə Müqəddəs Nino Kür və Araqvi çaylarının birləşdiyi yeri ilk gürcü kilsəsinin inşa olunma yeri kimi seçmişdir. I əsrə aid gürcü aqioqrafik ədəbiyyatına görə Msxetadan olan Elias adlı Gürcüstan yəhudisi İsanın çarmıxa çəkilməsi zamanı Yerusəlimdə olub və Qolqofda Məsihin əbasını Roma əsgərindən alaraq özü ilə Gürcüstana gətirib.
Svetitsxoveli kafedralı
Svetitsxoveli kafedralı (gürc. სვეტიცხოვლის საკათედრო ტაძარი) — Gürcüstanın paytaxtı Tbilisidən 20 km şimal-qərbdə yerləşən Msxeta şəhərində Gürcü Ortodoks kafedralı. Məsihin əbasının dəfn edildiyi yer kimi tanınan Svetitsxoveli tarixən əsas gürcü kilsələrindən biri olmaqla, Gürcüstanda bu günə kimi ən çox ziyarət edilən dini məkan olaraq qalmaqdadır. Müasir dövrdə Svetitsxoveli həm də Bütün Gürcüstanın Katolikos-Patriarxı titulunu daşıyan Msxeta və Tbilisi yepiskopunun iqamətgahıdır. Hazırkı kafedral XI əsrdə memar Arsukidze tərəfindən, IV əsrə aid olan və xristian ənənəsinə görə müxtəlif əfsanələrlə bəzədilən daha qədim kilsənin yerində inşa edilmişdir. Tbilisidəki Müqəddəs Üçlük kafedralından sonra Gürcüstanın ən böyük kilsəsi olan Svetitsxoveli Msxetanın digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == === Erkən tarix === Ərazidə ilk kilsə b.e. IV əsrində İberiya (və ya Kartli) hökmdarı III Mirianın hakimiyyəti dövründə inşa edilmişdir. Deyilənə görə Müqəddəs Nino Kür və Araqvi çaylarının birləşdiyi yeri ilk gürcü kilsəsinin inşa olunma yeri kimi seçmişdir. I əsrə aid gürcü aqioqrafik ədəbiyyatına görə Msxetadan olan Elias adlı Gürcüstan yəhudisi İsanın çarmıxa çəkilməsi zamanı Yerusəlimdə olub və Qolqofda Məsihin əbasını Roma əsgərindən alaraq özü ilə Gürcüstana gətirib.
Qars kafedralı
Qars kafedralı — Kümbət Məscidi və ya Həvarilər Kilsəsi (erm: Սուրբ Առաքելոց Եկեղեցի) Qarsdakı tarixi bir binadır. Şərqin Ayasofyası olaraq xarakterizə olunur. == Tarixçəsi == X əsrdə Qarsda və ətrafında hökm sürən Bağratlı Krallığı dövründə bir erməni-gürcü kilsəsi olaraq inşa edilmişdir. Kral Abas tərəfindən tikilən kilsə beş il ərzində tamamlandı. Bu tikili, ibadət yerindən daha çox, xristianlıq üçün böyük bir müqəddəsliyə sahib olan 12 Həvarini anmaq üçün tikilmişdir. Region 1064-cü ildə müsəlmanların hakimiyyəti altına keçdikdən sonra bu kilsə məscidə çevrildi və Kümbət məscidi adını aldı. Region Rusiyanın hakimiyyəti altına girəndə Rus-Pravoslav kilsəsinə, 1918-ci ildə Türk hakimiyyəti altına girəndən sonra isə yenidən məscidə çevrildi. 1964-cü ildə muzeyə çevrildi və Qarsdakı qazıntılardan əldə edilən tarixi əsərlər burada sərgilənməyə başladı. Qars Muzeyi olaraq da bilinən bu köhnə ibadət yeri 1981-ci ilə qədər bu funksiyasını davam etdirdi. 1993-cü ildən bəri məscid kimi istifadə edilmişdir.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.