Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
CCTV kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. == Təhlükəsizlik kameralarının növləri == Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera == Təhlükəsizlik Kamerası Markaları == Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Qaz kamerası
Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər. 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir. Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi.
Təhlükəsizlik kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Yanma kamerası
Yanma kamerası - mühərrikin və ya sobanın hisslərinin vəhdətindən yaradılan, yanacaq qarışığının və ya bərk yanacağın alovlanması baş verən boşluqdur. Yanma kamerasının konstruksiyası mexanizm və sobanın ümumilikdə işləmə şəraiti ilə müəyyən olunur. Onun hazırlanmasında istiliyə davamlı materiallardan istifadə olunur. Qızmış qaz mühərrikə daxil olan yanacaq qarışığından daha çox həcmə malikdir. Bu xassə əsasnda kamerada əmələ gələn yanmış qaz daha çox təzyiq yaradır. Bu təzyiq porşeni hərəkət gətirir və ya turbini fırladır. Həmçinin ucluqdan çıxan qaz əlavə itləyici qüvvə yaradır. Yanma kameralarının işləmə prinsipi tətbiq sahəsindən asılıdır. Məsələn onlar daxili yanma mühərriklərində tsiklik işləslər də, qazturbin mühərriklərində bu baş vermir. Onlar adətən bir böyük giriş, yanmış qazı ixrac etmk üçün çıxış deşiyinə malik olur.
Kemeraltı
Kemeraltı və ya Kemeraltı Çarşısı — Türkiyənin İzmir şəhərindəki tarixi bir bazar (çarşı) bölgəsi. İzmirin ən canlı hissələrindən biri olaraq qalır. Ərazi Smirna Aqorası səviyyəsindən Konak meydanı boyunca dəniz sahilinə qədər geniş bir ərazini əhatə edir. Şimal-şərqdəki Fevzipaşa Bulvarı, cənub-qərbdəki Eşrefpaşa küçəsi və Kadifekale silsilələri ilə əhatə olunan cənub-şərqdəki Xəlil Rıfat Bəşav küçələri ilə məhdudlaşır. Çarşı əvvəlcə uzun bir küçə ətrafında meydana gəldi. Orta əsrlərdə bu ərazi, buradakı dərgahın (sufi qardaşlığının yığıncaqları üçün tikilmiş bina) varlığı səbəbilə "Mövləvilər küçəsi" adlandırılırdı.17-ci əsrdə bazarın olduqca genişləndirlir. Bu gün, indi Anafartalar Caddesi ("Anafartalar Prospekti") adlanan küçə, dayaz daxili buxtanın dairəsini geniş bir əyri ilə tamamlamaq üçün dolanır. Çarşısın inkişafında əsas mərhələ Hisar məscidinin ("Qala məscidi") 1592-ci ildə inşası ilə oldu. Bu, İzmirdəki ən qədim, ən əhəmiyyətli Osmanlı məkanıdır (Məscidin Aydınoğulular nəslindən olan Aydınoğlu Yaqub bəy tərəfindən qurulmasına baxmayaraq, bu sülalə Osmanlı fəthindən əvvəl İzmirə nəzarət etmişdilər). "Qala" məscidinin adı bu məsciddən əvvəl həmin ərazidə var olan, Genuya dövrünə aid "San Pietro" qalası ilə bağlıdır.
Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Kamerata Kornello
Kamerata Kornello(it. Camerata Cornello) — İtaliyada kommuna. Lombardiyanın Berqamo əyalətində yerləşən kommunanın 565 əhalisi var. Yuxarı Brembana vadisində, Brembo çayının sağ tərəfində, Berqamo şəhərindən təxminən 33 kilometr şimalda yerləşir. Bələdiyyə Brembana Vadisinin dağ icmasının bir hissəsidir. Sahəsi 12 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Kenterberi kafedralı
Kenterberi kafedralı — İngiltərədə bir anqilikan kilsəsi. Yepiskop Aziz Augustinenin 7-ci əsrdə dikdiyi ilk kafedralın xarabalığı üstündə, baş Yepiskop Lanfranc (1070-1089) 11-ci əsrin sonunda, Normandiya ilə döyüşdən sonra qotik üslubunda büyük bir kafedral dikdirdi.
Köln Kafedralı
Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir. Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir.
Milan kafedralı
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Münhen kafedralı
Münxen kafedralı (alm. Dom zu Unserer Lieben Frau‎ - Əziz Xanımın Kafedralı və ya alm. Münchner Dom‎) — Almaniyanın Münxen şəhərində yerləşən Roma Katolik kilsəsinin Münxen və Frayzinq Arxiyeparxiyasının baş kafedralı və onun arxiyepiskopunun iqamətgahıdır. Bu kilsə Bavariya paytaxtının simvolu hesab olunur. Rəsmi adı "Münchner Dom" (Münxen Kafedralı) adlandırılsa da, kilsəni yerli sakinlər "Frauenkirche" (Xanım kafedralı) adlandırırlar. Kafedral qəbristanlığında Münxen və Frayzinq arxiyepiskoplarının, həmçinin Vittelsbax sülaləsinin digər üzvlərinin məzarları var: IV Lüdviq, Müqəddəs Roma İmperatoru (hakimiyyətdə 1294–1347) V Lüdviq (hakimiyyətdə 1347–1361) II Stefan, (hakimiyyətdə 1347–1375) II İohann, (hakimiyyətdə 1375–1397) Ernest, (hakimiyyətdə 1397–1438) III Vilhelm, (hakimiyyətdə 1397–1435) Adolf, (hakimiyyətdə 1435–1441) Sigismund, (reg. 1460–1467) IV Albert, (hakimiyyətdə 1467-1508) IV Vilhelm, (reg.
Nikortsminda kafedralı
Nikortsminda kafedralı (gürc. ნიკორწმინდის ტაძარი) — Gürcüstanın Raça bölgəsində yerləşən Gürcü Provaslav Kilsəsi. Nikortsminda 1010–1014 illərində gürcü çarı III Baqratın dövründə inşa edilmiş və 1534-cü ildə İmereti Kralı III Baqrat tərəfindən təmir edilmişdir. Kafedralin yaxınlığındakı üçmərtəbəli zəng qülləsi isə XIX əsrin ikinci yarısında inşa edilmişdir. Katedral içərisindəki freskalar 17-ci əsrdən sonraya aiddir. Kafedral UNESCO-nun Ümumdünya irsi statusuna görə müvəqqəti siyahıdadır. Nikortsminda kafedralı gürcü xaç-günbəz memarlıq üslubunu əks etdirir. Nikortsminda nəhəng bir günbəzə sahibdir və naxışlı arxitralarla bəzədilmiş on iki pəncərəsi var. Kafedralın daxilində 5 apsis var və qübbə bu apsisin formalaşdığı apsidiyollar üzərində dayanır. İnteryer 17-ci əsrdən freskalar və zəngin naxışlarla bəzədilmiş, orta əsrlər gürcü ekklastik sənətinin sənətkarlığını əks etdirir.
Noto kafedralı
Noto kafedralı, San Nikolo kilsəsi (it. Cattedrale di Noto;La Chiesa Madre di San Nicolò) - İtaliyanın Siciliya regionunun Sirakuza əyalətnin Noto şəhərində yerləşən, 1776 cı ildə Siciliya barokkosu üslubunda inşa edilmiş, hal-hazırda ümumdünya irsinə aid olan Noto yeparxiyasına aid xristian məbədi.
Novoçerkassk kafedralı
Novoçerkassk və ya Yüksəliş kafedralı (rus. Вознесенский собор) — Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində rus pravoslav kilsəsi. Rusiya imperiyasının ən böyük kilsələrindən biri və Don qoşunları əyalətinin əsas kilsəsi idi. Hündürlüyü 75 metr olan beş qübbəli bina Rusiya Neo-Bizans memarlığının əlamətdar nümunəsidir. Tikili 1891–1904 illəri arasında əvvvəlki kilsənin yerində ucaldılmışdır. Ərazidəki ilk kilsə isə Luiqi Ruskanın dizaynı üçün tikilmişdi. Həmin kilsə 1846-cı ildə, daha sonra tikilən kilsə isə 17 il sonra dağıldı. Mövcud kilsə binası yerli memar Aleksandr Yaşçenko tərəfindən tərtib edilmiş və 1905-ci ildə təqsis edilmişdir. Dindarlar 1934-cü ildə kommunistlər tərəfindən kilsədən qovuldular. Pravoslav icması 1942-ci ildə, Kommunistlərin Don Bölgəsindən Vermaxt tərəfindən qovulmasından sonra yuxarı kilsədə xidmətlərini bərpa etdi.
Nəmləşdirici kameralar
Nəmləşdirici kamera — havanın nəmliyini dəyişdirmək üçün istilik-nəmlik emalı qurğusu. Nəmləşdirici kameralarda hava axını bilavasitə püskürülən su ilə qarşılaşır, istilik-kütlə mübadiləsi nəticəsində hava soyudulur-nəmləşdirilir, ya da soyudulur-qurudulur, su isə kameranın dibliyinə axır və oradan soyuducu maşının buxarlandırıcısına vurulur. Nəmləndirici kamera aşağıdakı konstruktiv elementlərdən ibarətdir: 1 - hava paylayıcı ; 2 - forsunkalı dikborular ; 3 - damcı tutan ; 4 - işlənmiş suyun yığılması üçün diblik (ləyən) ; 5 - püskürdülən suyun temperaturunu tənzimləyən üçgedişli qarışdırıcı-tənzimləyici klapan ; 6 - forsunkalara su vuran nasos ; 7 - artıq suyu axıdan qurğu ; 8 - su səviyyəsini tənzimləyən üzgəcli (kürə şəkilli) klapan ; 9 - su təmizləyici filtr. Kamerada forsunkalar iki cərgə dayaqlarda yerləşdirilir. Birinci cərgədə forsunkalar hava hərəkəti istiqamətində sıx, ikinci cərgədə isə hava hərəkətinə əks istiqamətində seyrək yerləşdirilir. Forsunkalarda suyun təzyiqi P>20 kPa olarsa, daha məhsuldar iş rejimi əldə edilir. Adətən nəmləşdirici kameralar iki formada hazırlanır və bir-birindən yalnız forsunkaların sayına görə fərqlənir. Kamerada həm izoentalpik, həm də politropik prosesləri aparmaq mümkündür. Kameranın en kəsiyinin istənilən nöqtəsində havanın hərəkət sürəti 3 m/san; aerodinamik müqavimət isə 160 kPa–dan çox olmamalıdır. Nəmləşdirici kameranın soyuqluğa görə məhsuldarlığını təyin etmək üçün kameranın istilik balansı tənliyi tərtib edilir: G h ( I b − I s ) = C s u ⋅ W s u ( τ s .
Pitsunda kafedralı
Pervozvannı Həvari Andrey adına patriarx kafedralı (rus. Патриарший собор в Пицунде в честь Апостола Андрея Первозванного, translit. Patriarşiy sobor v Pitsunde v çest Apostola Andreya Pervozvannoqo), həmçinin Pitsunda kafedralı (rus. Пицундский храм, translit. Pitsundskiy xram), Böyük Pitsunda kafedralı (rus. Большой Пицундский храм, translit. Bolşoy Pitsundskiy xram) və ya Biçvinta kafedralı (gürc. ბიჭვინთის ტაძარი, translit. biçvintis tadzari) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Pitsunda şəhərində gürcü ortodoks kafedralı. Kafedral hal-hazırda Abxaziya ortodoks kilsəsi tərəfindən istifadəyə verilir və həmin orqanın mərkəzi kimi fəaliyyət göstərir.
Qars kafedralı
Qars kafedralı — Kümbət Məscidi və ya Həvarilər Kilsəsi (erm: Սուրբ Առաքելոց Եկեղեցի) Qarsdakı tarixi bir binadır. Şərqin Ayasofyası olaraq xarakterizə olunur. X əsrdə Qarsda və ətrafında hökm sürən Bağratlı Krallığı dövründə bir erməni-gürcü kilsəsi olaraq inşa edilmişdir. Kral Abas tərəfindən tikilən kilsə beş il ərzində tamamlandı. Bu tikili, ibadət yerindən daha çox, xristianlıq üçün böyük bir müqəddəsliyə sahib olan 12 Həvarini anmaq üçün tikilmişdir. Region 1064-cü ildə müsəlmanların hakimiyyəti altına keçdikdən sonra bu kilsə məscidə çevrildi və Kümbət məscidi adını aldı. Region Rusiyanın hakimiyyəti altına girəndə Rus-Pravoslav kilsəsinə, 1918-ci ildə Türk hakimiyyəti altına girəndən sonra isə yenidən məscidə çevrildi. 1964-cü ildə muzeyə çevrildi və Qarsdakı qazıntılardan əldə edilən tarixi əsərlər burada sərgilənməyə başladı. Qars Muzeyi olaraq da bilinən bu köhnə ibadət yeri 1981-ci ilə qədər bu funksiyasını davam etdirdi. 1993-cü ildən bəri məscid kimi istifadə edilmişdir.
Qazançetsots kafedralı
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Qazançı kafedralı
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Qlazqo kafedralı
Qlazqo kafedralı (ing. Glasgow Cathedral), bəzən Hay Kirk of Qlazqo (ing. High Kirk of Glasgow), Sent Kentigerns (ing. St Kentigern's) və ya Sent Manqo Kafedralı (ing. St Mungo's Cathedral) – Şotlandiyanın Qlazqo şəhərinin şərq hissəsində yerləşir. 1136-ci ildə, kral I Devidin iştirakı ilə Sent Manqo Kafedralının yerində kafedral inşa olunmuşdu. Yanğın sonrası kafedral yenidən tikilmişdir və 1197-ci ildə təqdis edilmiş, və növbəti iki əsrlərdə təmir olunmuşdu.
Svetitskoveli kafedralı
Svetitsxoveli kafedralı (gürc. სვეტიცხოვლის საკათედრო ტაძარი) — Gürcüstanın paytaxtı Tbilisidən 20 km şimal-qərbdə yerləşən Msxeta şəhərində Gürcü Ortodoks kafedralı. Məsihin əbasının dəfn edildiyi yer kimi tanınan Svetitsxoveli tarixən əsas gürcü kilsələrindən biri olmaqla, Gürcüstanda bu günə kimi ən çox ziyarət edilən dini məkan olaraq qalmaqdadır. Müasir dövrdə Svetitsxoveli həm də Bütün Gürcüstanın Katolikos-Patriarxı titulunu daşıyan Msxeta və Tbilisi yepiskopunun iqamətgahıdır. Hazırkı kafedral XI əsrdə memar Arsukidze tərəfindən, IV əsrə aid olan və xristian ənənəsinə görə müxtəlif əfsanələrlə bəzədilən daha qədim kilsənin yerində inşa edilmişdir. Tbilisidəki Müqəddəs Üçlük kafedralından sonra Gürcüstanın ən böyük kilsəsi olan Svetitsxoveli Msxetanın digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazidə ilk kilsə b.e. IV əsrində İberiya (və ya Kartli) hökmdarı III Mirianın hakimiyyəti dövründə inşa edilmişdir. Deyilənə görə Müqəddəs Nino Kür və Araqvi çaylarının birləşdiyi yeri ilk gürcü kilsəsinin inşa olunma yeri kimi seçmişdir. I əsrə aid gürcü aqioqrafik ədəbiyyatına görə Msxetadan olan Elias adlı Gürcüstan yəhudisi İsanın çarmıxa çəkilməsi zamanı Yerusəlimdə olub və Qolqofda Məsihin əbasını Roma əsgərindən alaraq özü ilə Gürcüstana gətirib.
Svetitsxoveli kafedralı
Svetitsxoveli kafedralı (gürc. სვეტიცხოვლის საკათედრო ტაძარი) — Gürcüstanın paytaxtı Tbilisidən 20 km şimal-qərbdə yerləşən Msxeta şəhərində Gürcü Ortodoks kafedralı. Məsihin əbasının dəfn edildiyi yer kimi tanınan Svetitsxoveli tarixən əsas gürcü kilsələrindən biri olmaqla, Gürcüstanda bu günə kimi ən çox ziyarət edilən dini məkan olaraq qalmaqdadır. Müasir dövrdə Svetitsxoveli həm də Bütün Gürcüstanın Katolikos-Patriarxı titulunu daşıyan Msxeta və Tbilisi yepiskopunun iqamətgahıdır. Hazırkı kafedral XI əsrdə memar Arsukidze tərəfindən, IV əsrə aid olan və xristian ənənəsinə görə müxtəlif əfsanələrlə bəzədilən daha qədim kilsənin yerində inşa edilmişdir. Tbilisidəki Müqəddəs Üçlük kafedralından sonra Gürcüstanın ən böyük kilsəsi olan Svetitsxoveli Msxetanın digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazidə ilk kilsə b.e. IV əsrində İberiya (və ya Kartli) hökmdarı III Mirianın hakimiyyəti dövründə inşa edilmişdir. Deyilənə görə Müqəddəs Nino Kür və Araqvi çaylarının birləşdiyi yeri ilk gürcü kilsəsinin inşa olunma yeri kimi seçmişdir. I əsrə aid gürcü aqioqrafik ədəbiyyatına görə Msxetadan olan Elias adlı Gürcüstan yəhudisi İsanın çarmıxa çəkilməsi zamanı Yerusəlimdə olub və Qolqofda Məsihin əbasını Roma əsgərindən alaraq özü ilə Gürcüstana gətirib.
Toledo kafedralı
Toledo kafedralı (isp.Catedral de Santa María de Toledo) - İspaniyanın Kastiliya-La Mança bölgəsində, Toledo şəhərində yerləşən kafedral. Müqəddəsi Məryəmdir. Hündürlüyü 120 metr, genişliyi 59 metrdir. Kafedral qotika üslubunda inşa edilmişdir. Kafedralın oxşarı Fransada yerləşən Burqs kafedralıdır. Kafedralın əsasını 1226-cı ildə Kastiliya və Leon kralı III Ferdinand tərəfindən qoyulmuş, inşası isə 1493-cü ildə tamamlanmışdır. 1986-cı ildə Toledo kafedralı şəhərin qədim hissəsi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Zaqreb kafedralı
Zaqreb kafedralı (xorv. Zagrebačka katedrala) — Xorvatiyanın paytaxtı Zaqrebdə, Kaptolda yerləşən Roman-Katolik kafedralı. Xorvatiyanın ən hündür tikilisidir, Alp dağlarının cənub-şərqində yerləşən qotika üslubunda olan tikililərdən biridir. Kafedral Məryəmin göyə çıxmasına, eləcə də, I İştvan və I Lasloya həsr olunmuşdur. Kafedralda yerləşən sakristiya böyük memarlıq dəyərinə malikdir. Kafedralın gözəçarpan şpilləri görməli yerlərdən biri hesab olunur və şəhərin bir çox yerlərindən şpilləri görmək olar. 1093-cü ildə Kral Laslo (1040-1095) yepiskop kafedrasını Sisak şəhərindən Zaqreb şəhərinə köçürmüşdür və mövcud kilsə kafedral elan edilmişdir. Kafedralın tikintisinə kralın ölümündən qısa müddət sonra başlanılmış və 1217-ci ildə tamamlanaraq Kral II Andraş tərəfindən təqdis olunmuşdur. Tikili 1242-ci ildə monqollar tərəfindən dağıdılmışdır, lakin bir neçə il sonra yepiskop Timotej (1263-1287) tərəfindən bərpa edilmişdir. XVI əsrin sonlarında Xorvatiyanı işğal etmiş Osmanlı imperiyası kafedral ətrafında istehkam divarları tikməyə başlamışdır və divarların bir hissəsi hələ də salamatdır.
Vank kafedralı
Vank Kafedralı (erm. Ամենափրկիչ Վանք, fars. کلیسای وانک ‎) İranın İsfahan şəhərində, Yeni Culfa adlana ərazidə yerləşən erməni kafedralı.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.