Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Kamilə Nəbiyeva
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kamilə Vəliyeva
Kamilə Abdulla qızı Vəliyeva (9 yanvar 1940, Bakı şəhəri) — dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı. == Həyatı == Kamilə Abdulla qızı Vəliyeva 1940-cı il yanvarın 9-da Bakı şəhərində anadan olmuşdur. Atası – Vəliyev Abdulla Hüseyn oglu Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva Azərbaycanda tətbiqi dilçilik üzrə ilk tədqiqatçıdır. 1963-cü ildə Azərbaycan Dövlər Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ildə “Формальное описание синтеза азербайджанского языка” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 120-ə qədər məqalələri çap edilmişdir. O, 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı == Həyatı == Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. == Fəaliyyəti == Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.
Aleksandr Kazımbəy
Mirzə Kazım bəy (22 iyun 1802, Rəşt – 27 noyabr (9 dekabr) 1870, Sankt-Peterburq) — Azərbaycan əsilli rus şərqşünas, tarixçi, türkşünas və filoloq. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü. Mirzə Kazım bəy İslam dininə aid əsər də yazmışdır. == MİRZƏ KAZIM BƏYİN HƏYATI == Mirzə Kazım bəy 1802-ci ildə İranın Rəşt şəhərində ruhani ailəsində anadan olmuşdur. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun "tatar mənşəli" olması fikrini irəli sürmüşdürlər. Atası Məhəmməd Qasım Kazım bəy Dərbəndin şəhərinin tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Müqəddəs Məkkə şəhərindən Həcc ziyarətindən qayıdarkən, atası Məhəmməd Qasım Kazım bəy İranın Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanım ilə evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur.
Kazımbəy yurdu
Kаzımbəy yurdu — Hаvuş kəndindən şimаl-şərqdə, “cəvizlik” аdlаnаn yеrin yахınlığındа, Hаvuşа gеdən yоlun sаğ tərəfində yеrləşir. Yаşаyış yеri yоl bоyu nаlşəkilli fоrmаdа uzаnаn təpələrin üzərini və ətəklərini əhаtə еdir. Еvlər təpənin yаmаcındа, süni şəkildə düzəldilmiş şəkillərdə tikilmişdir. Еvlər dördkünc fоrmаlı оlub dаşdаn inşа еdilmişdir. Kеrаmikа nümunələri Еrkən Оrtа əsrlərə аid fоrmа vеrməyən pаrçаlаrdаn ibаrətdir. Kеrаmikа nümunələrinə əsаsən yаşаyış yеrini III- VIII əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, yаşаyış yеrində həyаt sоnrаkı dövrlərdə də dаvаm еtmişdir.
Mirzə Kazımbəy
Mirzə Kazım bəy (22 iyun 1802, Rəşt – 27 noyabr (9 dekabr) 1870, Sankt-Peterburq) — Azərbaycan əsilli rus şərqşünas, tarixçi, türkşünas və filoloq. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü. Mirzə Kazım bəy İslam dininə aid əsər də yazmışdır. Mirzə Kazım bəy 1802-ci ildə İranın Rəşt şəhərində ruhani ailəsində anadan olmuşdur. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun "tatar mənşəli" olması fikrini irəli sürmüşdürlər. Atası Məhəmməd Qasım Kazım bəy Dərbəndin şəhərinin tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Müqəddəs Məkkə şəhərindən Həcc ziyarətindən qayıdarkən, atası Məhəmməd Qasım Kazım bəy İranın Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanım ilə evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur.
Kamille süsəni
Kamille süsəni (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür. Regional IUCN Status: VU D2 == Qısa morfoloji təsviri == Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10–25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3–4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4–6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır.
Kanibey (Sərdəşt)
Kanibey (fars. كاني بي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (40 ailə).
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Aleksandr Kazımbəy (siyasətçi)
Aleksandr Lvoviç Kazımbəy (rus. Алекса́ндр Льво́вич Казембе́к, or Казем-Бек; fr. Alexandre Kasem-Beg; 2 fevral 1902 – 21 fevral 1977) — Mladorossi hərəkatının banisi, jurnalist, pedaqoq. == Həyatı == Müasir dövrdə Aleksandr Lvoviç Kazımbəyi yalnız rus mühacirətinin ictimai-siyasi fəaliyyət tarixi ilə məşğul olan mütəxəssislər, bir də rus pravoslav kilsəsinin ayrı-ayrı nümayəndələri tanıya bilərlər. XX əsrin 30-cu illərində isə o, Avropadakı Rusiya siyasi mühacirətinin kifayət qədər populyar və parlaq simalarından biri idi. Geniş erudisiyası, natiqlik məharəti, yüksək təbəqə ilə əlaqələri və nəhayət, şəxsi xarizması onu yeni Rusiya tərəfdarlarının - "Mladorossiya" təşkilatının qurucularından birinə və şəksiz liderinə çevirmişdi. Atasının işi ilə əlaqədar Aleksandr hələ kiçik yaşlarında Rusiyanın müxtəlif bölgələrində (Kazan, Tula, Kaluqa, Revel, Vilno), həm də Qərbi Avropa ölkələrində (Fransa, İtaliya, İsveçrə, Almaniya, Avstriya-Macarıstan və s.) olmuşdu. Mükəmməl ev və gimnaziya təhsili nəticəsində ingilis, alman və fransız dillərinə dərindən yiyələnmişdi. Rusiyanın Birinci dünya müharibəsinə qoşulduğu ilk günlərdə ata - Lev Kazımbəy cəbhəyə yollanmışdı. Anası isə Sarskoe Selodakı hərbi lazaretlərdən birinə rəhbərlik edirdi.
Ağılbəy-i Süfla (İcrud)
Ağılbəy-i Süfla (fars. اغلبيك سفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 930 nəfər yaşayır (229 ailə).
Ağılbəy-i Ülya (İcrud)
Ağılbəy-i Ülya (fars. اغلبيك عليا‎; digər adı: Ağılbəybala) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsində, İcrud kəndistanında, Zəncan şəhərindən 25 km cənubdadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 949 nəfər yaşayır (232 ailə).