Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Damdol
Damdol (fars. دمدل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (58 ailə).
Kamşot
Kam şot (ingiliscə ekvivalenti olan cum shot termini Azərbaycan dilinə tam tərcümədə "menin atışı" kimi tərcümə olunur) pornoqrafiyada kişi porno aktyorun spermasını adətən cinsi partnyorunun və ya hər hansısa digər bir obyektin üzərinə buraxdığı anı təsvir etmək üçün istifadə olunan termindir. Bu hərəkət əsasən qadınların cinsiyyət nahiyələrinə, ombalarına, sinələrinə, dilinə və ya üzünə edilən sperma fışqırdılmasına verilən addır. Cinsi partnyorun üstünə eyakulyasiya cinsi fetişizmin müxtəlif növlərində, xüsusən də bukkakedə olduqca geniş yayılmışdır. Pornoqrafik xarakterli filmlərin və serialların çəkilişində pornoqrafik filmi çəkən rejissor üçün boşalma səhnəsini çəkməkdə məqsəd bundan ibarətdir ki, pornoqrafik filmdə nümayiş etdirilən seksual hərəkətlərin real olduğunu və pornoqrafik filmdə iştirak edən kişi porno aktyor üçün seksin bitmiş olduğunu izləyiciyə sübut etməkdir. Kamşotun bir növü olan sifətə eyakulyasiya aktı müasir zamanın pornoqrafik filmlərində, seriallarında, videolarında müntəzəm olaraq səhnəni bitirmək üçün bir yol kimi istifadə olunur. Bəzi feminist tənqidçilər, qadın partnyorun üzərinə edilən eyakulyasiya səhnələrinin qadını obyektivləşdirdiyini və qadın mizoginiyasını yaratdığını iddia etmişdirlər. Digər tərəfdən, feminist yazıçı Susan Faludi kişilər üçün oral seks edən qadın səhnələrinin kişiləri obyektivləşdirdiyini iddia etmiş və iddiasını belə əsaslandırmışdır ki, bu səhnələrdə kişinin cinsiyyət orqanı istisna olmaqla, onun bədəninin yerdə qalan bütün hissələri kameradan kənarda qalır. Digər tərəfdən, seksoloq Peter Sándor Gardos bu cür səhnələrə baxmağı sevən kişilərin qadınlar haqqında müsbət fikirləri olduğunu iddia etmişdir.
Simvol
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Amvon
Amvon (yun. ἄμβων; q.slav. amvón) — xristian kilsəsində Bibliya mətnləri, moizələr və litaniyaların oxunduğu yer. Şərqi ortodoks xristianlıq, Antixalkidon kilsələrində, Şərqi Katolik Kilsələrində işlənir. == Etimologiya == Tədqiqatçıların əksəriyyəti hesab edir ki, "amvon" sözü yunan dilindəki "anabayno" – "yuxarı çıxmaq" felindən törəmiş bir isimdir. İstənilən təfsirdə bu söz yüksəkliklə əlaqələndirilirdi. == Tarixi == Erkən xristian və Bizans kilsələrində amvon xorun hər iki tərəfində və ya mərkəzi günbəzin altında yerləşdirilən kafedra idi. Amvona qalxan bir-iki pilləkən olurdu. Rus kilsəsində bu, kral qapılarının qarşısında yerləşən soleyanın yarımdairəvi hissəsidir. Amvon İsanın məzarının girişini bağlayan daşı simvolizə edirdi.
Kacol
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey) — Hindistan aktrisası. Boyu : 157 sm == Həyatı == Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Kamos
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Ayrılmış simvol
Ayrılmış simvol (ing. Reserved character, ru. зарезервированный символ) – klaviaturadan daxil edilən və proqramda xüsusi anlamı olan simvol; məsələn, ulduz işarəsi (*), əyik cizgi (/), sola əyik cizgi (\), sual işarəsi (?) və şaquli ayırma işarəsi (|) ayrılmış simvollara aiddir. İstifadəçinin yaratdığı fayllara, sənədlərə, makroslara və başqa obyektlərə ad verərkən bu simvollardan geniş istifadə olunmur. == Vikidə ayrılmış simvoldan istifadə == Şaquli ayırma işarəsi (|) viki kodlarında da geniş istifadə olunur. Əsasən şablonlarda və cədvəllərin yaradılmasında ən çox istifadə olunan işarədir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kampos Sales
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Mon (simvol)
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Samvel Babayan
Samvel Babayan (erm. Սամվել Անդրանիկի Բաբայան, 5 mart 1965, Stepanakert) — Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. "Syamo" ləqəbi ilə tanınır. Xocalı soyqırımını törədənlərdən biridir. 1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış etmişdir. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınmışdır. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilmişdir. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunmuş və 15 il həbsə məhkum edilmiş olsa da, o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilmiş və azadlığa buraxılmışdır.
Samvel Qriqoryan
Samvel Qriqoryan (tam adı: Samvel Avanesoviç Qriqoryan, 20 aprel 1907, Şuşikənd, Şuşa qəzası – 5 iyun 1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985). Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşikənd kəndinə dəmirçi ailəsində anadan olub. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib. 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan Radio Verilişləri Komitəsində işləyib. Samvel Qriqoryan 7 iyun 1987-ci ildə Bakıda vəfat etmişdir. 1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb. A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini ("Şeirlər" ("Բանաստեղծություններ").
Seks simvol
Seks simvol (ing. Sex symbol) — cinsi cəhətdən çox cəlbedici hesab olunan məşhur şəxs və ya uydurma personaj. İlk dəfə seks simvol termini 1950-ci illərin ortalarında Merilin Monro, Bricit Bardo və Rakel Uelç daxil olmaqla, bəzi film ulduzlarının və pin-up modellərinin populyarlığı ilə əlaqədar olaraq istifadə edilib. Rotten Tomatoes saytına görə, 1930-cu illərdə cizgi filmi personajı olan Betti Bup "animasiya ekranında ilk və ən məşhur seks simvol" idi. Video oyunlarında da seks simvollar hesab edilən bir neçə personaj var: nümunə olaraq, əsas mətbuatda bir neçə dəfə çıxış edən Lara Kroftu qeyd etmək olar.
Soyombo (simvol)
Soyombo damğası (monq. Соёмбо тэмдэг) — Monqol xalqlarının ortaq damğası.
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Xarıbülbül (simvol)
Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır. Azərbaycanda qədimdən xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu. Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir.
Yambol vilayəti
Yambol vilayəti (bolq. Област Ямбол) — Bolqarıstanın cənub-şərq zonasında yerləşən vilayət. Sahəsi 3333.5 Km2 olan Yambol vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 131 447 nəfərdir. Yambol vilayəti 5 icmadan ibarətdir. Yambol vilayətinin inzibati paytaxtı Yambol şəhəridir. Yambol vilayətinin əhalisinin 86.85 faizi milliyətcə bolqar, 8.48 faizi isə milliyətcə qaraçıdır.
Yessika Kamilo
Yessika Kamilo (23 fevral 1993) — Dominikan Respublikasını təmsil edən oxatan. Yessika Kamilo Dominikan Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yessika Kamilo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çoi Mi-Sun ilə üz-üzə gəldi. Həmin görüşdə Yessika Kamilo rəqibinə 0:6 hesabı ilə uduzdu.
İtirilmiş simvol
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
Samvel Şahramanyan
Samvel Sergeyi Şahramanyan (erm. Սամվել Սերգեյի Շահրամանյան; 1 dekabr 1978, Stepanakert) — Ermənistan siyasətçisi və dövlət xadimi, DQR-nin keçmiş dövlət naziri (31 avqust 2023 – 10 sentyabr 2023), başçısı (10 sentyabr 2023 — 4 oktyabr 2023). O, əvvəllər qondarma DQR-nin Milli Təhlükəsizlik Xidmətinin direktoru, Ermənistan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olmuşdur. General-mayordur. Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olmuşdur, 1998-ci ildə Xankəndi Universitetinə keçmiş və 1999-cu ildə oranı bitirmişdir. Şahramanyan 1996–1999-cu illərdə Qarabağda silahlı dəstələrdə xidmət etmişdir. O, 1999–2008-ci illərdə Rusiyada xidmət etmişdir. Şahramanyan Rusiya tərəfindən silahlanan DQR-nin milli təhlükəsizlik xidmətinin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət etmişdir. 29 may 2020-ci il tarixdə general-mayor olmuşdur.