Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karaim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Karaimlər milli rəmzləri
Kəraimlər milli rəmzləri — kəraim xalqının rəmzləri. O cümlədən, milli bayraqları, gerbi və senek ilə kalka damğaları. == Bayraq == Kəraimlər milli bayrağı üç bərabər həttən ibarət düzbucaq formadadır. Yuxarı hətti mavidir, orta hətt ağdır, aşağı hətt isə sarıdır. Mavi rəng göyün, ağ xeyirin, sarı isə günəşin və odun rəmzidir. == Gerb == Heraldik tirin formasında olan kəraimlər milli gerbində ikiboynuzlu mizraq (senek), kalkan, qava divarı və qazzanın ənənəvi qeyimi olan papaq ilə tallit var. Kəraimlərin milli rənqləri işlənilir: qala divarların arxa planı şəkildə göy işlənilib, silahın arxa planı ağdır, tirin isə sarı rəngdir. Bu gerb Trakayda kəraim kenasanın girişində və Vilnüs kenasanın mizində yerləşdirilib. 2008-ci ildə senek kəraimlərin rəmzi olaraq, Litvanın Panevej qəzasının Panevej rayonuda yerləşən Nauyamestis mesteçkonun gerbinə əlavə olunub. O, həmçinin Litva və Polşa kəraimlərinin rəsmi saytlarında işlənilir.
Karain mağarası
Karain (türk. Karain) — paleolit epoxasına aid arxeloji abidə və mağara. Mağara Türkiyənin Aralıq dənizi regionunda, Antaliya şəhərindən 27 km şimal-qərbdə, Yağca kəndinin ərazisində yerləşir. Karain mağarası Türkiyənin ən böyük mağaralarından biridir. Mağara həm də insan yaşayan ən böyük mağara hesab olunur. Mağaranın dəniz səviyyəsindən hündürlüyü 370 metrdir. Travertin mənşəli süxurlardan ibarət olan bu mağara Qərbi Tavr dağlarının ətəyindən 80 metr yuxarda, dağ yamacındadır. Mağara əslində üç fərqli mağaralardan ibarətdir və böyük bir kompleks formalaşdırır. Mağara daxilində stallaktiklər və stalaqmitlər yetərincə çoxdur. 1946-cı ildən mağarada arxeoloji araşdırmalar aparılır.
Kəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Karim Benzema
Kərim Mustafa Benzema (fr. Karim Mostafa Benzema; 19 dekabr 1987[…], Lion) — Əl-İttihad klubunda hücumçu mövqeyində oynayan fransalı futbolçu. == Həyatı == Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində anadan olub. Əslən Kabili qəbiləsindən olan fransız futbolçu yeniyetmə yaşlarından tanınıb. Futbola "Lion" klubunun uşaq futbol məktəbində başlayıb. 17 yaşında ikən bu klubun əvəzedici komandasında ən yaxşı hücumçu olub. O rəqib qapısından 30-dan artıq top keçirib. 2004-cü ildə elə 17 yaşında ikən də "Lion"un əsas heyətində oynamağa başlayıb. Həmin dövrdə Fransanın gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionu olan Kərim Benzemanı məşhur futbolçu David Trezeqe ilə müqayisə edirdilər. Lakin onun göstərdiyi parlaq oyununu görən futbol mütəxəssisləri sonrakı illərdə bu istedadlı gənci həmyerlisi Zinəddin Zidanla müqayisə etməyə başladılar.
Jawed Karim
Caved Kərim (ing. Jawed Karim; 28 oktyabr 1979, Merzeburq[d], ADR) — ABŞ proqram mühəndisi və internet sahibkarı. O, "YouTube" video platformasının həmtəsisçilərindən biri, həmçinin veb-sayta video yükləyən ilk şəxsdir. 23 aprel 2005-ci ildə platformaya yüklədiyi "Me at the zoo" adlı 19 saniyəlik video 20 avqust 2024-cü ilin statistikasına görə 330 milyondan çox baxış sayını keçib. Kərim "PayPal"da çalışdığı vaxt burada veb-saytın digər iki həmtəsisçisi Stiv Çen və Çad Harli ilə tanış olmuş, o, bu vaxt ərzində veb-saytın dələduzluqla mübarizə sistemi də daxil olmaqla bir çox əsas komponentlərini dizayn etmişdir. == Erkən həyatı və təhsili == Caved Kərim 28 oktyabr 1979-cu ildə Şərqi Almaniyanın Merzeburq qəsəbəsində doğulub. Onun anası alman, atası banqladeşlidir. Atası ABŞ mərkəzli 3M şirkətində tədqiqatçı, anası Kristine isə Minnesota Universitetində biokimya alimidir. Kərimin özündən kiçik bir qardaşı var. O, böyüyən ksenofobiya səbəbi ilə 1980-ci illərin əvvəlində ailəsi ilə bərabər Almaniyanın daxili sərhədini keçmiş, beləcə uşaqlığını Qərbi Almaniyanın Noys şəhərində keçirmişdir.
Arkaim
Arkaim— Açıq hava muzeyi, qədim yaşayış məskəni. Rusiya Federasiyasının Çelyabinsk vilayətində e.ə. 20–18 (başqa məlumatlara əsasən e.ə. 18–16) əsrlərə aid yaşayış məskəni. Böyük Karaqanka və Utyaqanka çayları vadisində yerləşir. 1971 ildə aşkar olunmuş, 1980–90 illərdə tədqiq edilmişdir. İki dairəvi torpaq sədlə əhatələnmiş yaşayış məskəninin dünya cəhətlərinə istiqamətlənmiş dörd keçidi vardır. Evlər iç-içə iki dairəvi cərgədə yerləşir, cərgələrin arasından isə taxta döşənmiş dairəvi yol keçir. Yolun altında suaşıran quyuları olan yağış suları kanalizasiyasının xəndəyi aşkar edilmişdir. Arkaimin mərkəzində diametri təqribən 25 m olan boş meydança var.
Karabin
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Karaok
Karaok - Roketsan tərəfindən inkişaf etidirilən 125 mm daşınabilən qısa məsafəli tank əleyhinə idarəolunan raket (TƏİR) sistemidir. Raketin uzunluğu 110 sm-dir. İnfraqırmızı tuşlama başlığına malik "Karaok"un 2000 metrə yaxın məsafədə hədəfləri məhv etdiyi bildirilir. Kompleks atıcı qurğu ilə birlikdə 25 kq-dan az kütləyə malikdir. "Karaok" raketinin hazırlanmasında daha əvvəl istehsal edilən OMTAS platformasından istifadə edilir. Son zamanlar "Karaok" raketinin seriyalı istehsal prosesi davam edərkən, məhsulun bəzi hissələri embarqolar səbəbiylə yenidən işlənməli olub. Bu səbəblə kütləvi istehsal prosesinə hazırlığın daha bir neçə il davam edəcəyi gözlənilir. ASELSAN bu məqsədlə Konyada yeni bir istehsal xətti də açıb. Müəssisənin 2019-cu ildə istehsala başlayacağı gözlənilir. Modernləşmə proqramı çərçivəsində "Karaok" raketinin atəş məsafəsinin gələcəkdə mərhələli şəkildə əvvəlcə 4, sonra isə 6 km-ə çatdırılması planlaşdırılır.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Karmin
Karmin (qida qatqısı)
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Kirjim
Kirjim — yastıdibli gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Ağac materialından hazırlanan kiçik həcmli bu nəqliyyat vasitəsi ən çox Xəzər dənizində işlədilmişdir. Kirjimdən əsasən dənizin dayaz yerlərində limana yan ala bilməyən gəmilərin yükünü sahilə daşımaq üçün istifadə edilirdi. Bu nəqliyyat vasitəsi də avarla və ya yelkənlə hərəkətə gətirilirdi. Bəzən kirjimlə uzaq səfərlərə də çıxırdılar. Arxiv sənədləri göstərir ki, hələ XVIII əsrin ikinci yarısında kirjim və sandal inşa etmək üçün Bakıda gəmi tərsanəsi olmuşdur. Azərbaycanda bəzi nəqliyyat vasitələrindən hərbi məqsədlər üçün də istifadə edilmişdir. Rusiya-İran müharibəsi illərində (1826-1828-ci illər) Təbriz istiqamətində hərəkət edən çar ordusu üçün lazımi ərzaq və digər yükləri Azərbaycan kəndlərindən balıqçılar kirjimlə Kür çayı vasitəsilə Zərdaba qədər daşımışlar.
Tarqim
Tarqim(inquş Тӏаргам) — İnquşetiyada qədim şəhər. Ceyrax rayonunda yerləşir. İndi tərk edilmiş ərazi, inzibati cəhətdən Quli kənd yaşayış məntəqəsinə daxildir.. Şəhər ərazisində bir çox tarixi obyektlərlə təmsil olunan “Tarqim” memarlıq kompleksi var. Buraya qala tipli qədim siklop tikililər, 4 müdafiə qalası, 4 kiçik müdafiə qalası və 16 uçuq-sökük yaşayış qalası, o cümlədən 19 qəbir abidəsi, 2 məqbərə və 5 ziyarətgah daxildir. Hazırda İnquş memarlığının bu obyektləri və şəhərin bütün ərazisi Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğuna daxildir və dövlətin mühafizəsi altındadır. Şəhər İnquşetiyanın cənubunda, Gürcüstanla sərhədə yaxın, Tarqim hövzəsində Assa çayının sağ sahilində yerləşir. Şəhər dəniz səviyyəsindən 1080 m yüksəklikdədir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Eqikxal, cənub-qərbdə - Xamxi, cənubda - Qureti, qərbdə isə Barxanədir. Coğrafi cəhətdən Tarqimə Txaba-Yerdi qala kompleksi yolunda yerləşən Qureti və İsmayıl-koa kəndləri daxildir.
Karabid
Karabid (lat. Carabus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erythropsis Lindl. Karaka Raf.
Ero kavaiy
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. == Həyatı == Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. == Karyerası == Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib. Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.
Larami (Vayominq)
Larami rayonu (ing. Laramie County) — ABŞ-nin Vayominq ştatında yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun 2000-ci il məlumatlarına görə bu rayonun 81 067 nəfər əhalisi var idi. Rayonun inzibati mərkəzi və Vayominq dövlətinin paytaxtı Çeyen şəhərində yerləşir.
Karabid böcəklər
Kardium saxsı
Kardium dulusçuluq və ya Kardiyan qablar adını qabığının üzəri basma şəkildə olan Cardium edulis (indi Cerastoderma edule) adı ilə tanınan yeməli dəniz molyuskundan alan Neolitik dekorasiya üsludur. Bu dulusçuluq məmulatları "Kardial mədəniyyəti" olaraq adlandırılır onları istehsal edən və yayan Neolit mədəniyyətini təyin etmək üçün istifadə olunur. Arxeoloqlar tərəfindən bu basma naxışlı keramika da adlandırılır. Bu cür nümunələr keramika üzərinə küt, daraqvari alətlə tətbiq edilir. Bu üsulla naxışlanan keramika Kardium tipli bəzəmə naxışlı keramikadan daha çox yayğındır.
Kargil müharibəsi
Kargil müharibəsi (hind: करगिल युद्ध, kargil yuddh, urdu: کرگل جنگ ‎ kargil jang) — 1999-cu ilin may və iyun ayları arasında Hindistanla Pakistan arasında baş verən hərbi münaqişə. Hindistanda bu münaqişə Vijay əməliyyatı (Hind dilində mənası "qələbə" deməkdir) kimi də adlanır. Müharibənin başlamasının səbəbi Pakistan hərbçilərinin təmas xəttini keçərək Kəşmirin Hindistanın nəzarəti altında olan Kargil bölgəsinə daxil olması idi.
Karima Edebayb
Karima Edebayb (14 fevral 1985) — İngilis aktrisa və model. == Həyatı == Mərakeş, Kipr Rum və İrlandiya kökləri var. Daha əvvəl Topshop adlı butikdə vəzifə yerinə yetirən Karima, 14 Fevral 2006-cı ildə məşhur Tomb Raider (Lara Croft) adlı videooyun seriyasının yeddinci Lara Croft modeli seçildi. Onun rolu, oyunu radio və televiziyada "bir xarakter olaraq" tanıtdırmaqdan ibarətdir, buna görə Adebibe Lara Croft'ın döyüş sənətindən nitqə qədər olan qabiliyyətlərini öyrənməlidir. 2004-cü ildən əvvəl "Alien vs. Yırtıcı" filmdəki bakirə qurbanı rolunu oynadı.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Yardım
Yardım (help) — diskdə saxlanılan və bir çox tətbiqi proqramlar tərəfindən istifadəçiyə kömək məqsədilə verilən informasiya; verilmiş proqramın istifadəsi üçün gərəkli olan məsləhətlərdən və ya göstərişlərdən ibarət olur. Yardım bilavasitə, yəni cari işi durdurmadan və çap sənədlərinə müraciət edilmədən alına bilər. Bəzi yardım sistemləri konteksdən-asılı (CONTEXT-SENSİTİVE HELP) adlandırılır, yəni konkret iş görmək üçün yardım istəyən istifadəçi məhz həmin mövzuya və ya situasiyaya uyğun informasiya alır. Yardım vasitələri sənədlərlə (DOCUMENTATİON) müqayisədə çox geniş olmasa da, onlar yeni başlayan istifadəçilərə gərəkli informasiyaları yaddaşlarında təzələməyə, daha təcrübəli mütəxəssislərə isə proqramın az istifadə edilən imkanlarının kiçik incəlikləri haqqında tez məlumat almağa imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Humanitar yardım
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.