Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Katolikos Melkiset
Katolikos Melkiset Araşetsi - Albanların LXXXII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Katolikos Nerses
Katolikos Nerses Bakur (689 – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. == Katolikosluğu == Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Katolikos Pand
Pand və ya Pant (erm. Պանտ) - Mxitar Qoşun katolikoslar siyahısında adı 6-cı yerdə çəkilən katolikos. Kirakos Qandzaketsiyə görə 7 il hakimiyyətdə olmuşdur. Tədqiqatçı Mürtəzalı Hacıyev Fransa Milli Kitabxanasında yerləşən bir möhürün ona aid olduğunu təyin etmişdir. Paleoqrafik hesablamalara görə möhürün 6-cı əsrə aid olması, Mürtəzalı Hacıyevin fikrincə Pandın 6-cı əsrdə yaşadığını deməyə əsas verir. Hacıyev həmçinin bu möhürün Katolikos II Zəkəriyyəyə də aid ola biləcəyini güman edir.
Katolikos Petros
Katolikos Petros - Albanların XXXXIV katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Katolikos VII Davuddan sonra kürsüyə çıxıb və on səkkiz il kürsüdə oturub. Moisey Kalankatlı və Mxitar Qoş onun Girdiman yepiskopluğundan seçildiyini qeyd edir.
Katolikos Qagik
Katolikos Qagik - Albanların XXXXI katolikosu. == Katolikosluğu == Katolikos Sahaqdan sonra taxta çıxıb və on dörd il taxtda oturub. Katolikos Qagik Girdiman yepiskopluğundan seçilmişdi. Sünik mitropoliti Yaqubu dəstəkləməyə davam edirdi və Erməni Qriqorian Kilsəsindən ayrılmaq siyasəti aparırdı. 958-ci ildə katolikos I Ananiyanı Bərdəkürə dəvət etdi. Qaqik Albaniyanın müstəqil kilsəyə sahib olması fikrini dəstəkləmək üçün Movses Kalankatlının Albaniya tarixi kitabını sitat gətirərək Albaniya katolikosluğuna adından seçildiyini dedi. Ananiya isə buna etiraz edərək özünün katolikos, Qagikin isə baş yepiskop olduğunu xatırlatdı. Daha sonra Ananiya albanlarla barışdı.
Katolikos Qriqoris
Katolikos II Qriqoris - Albanların LII katolikosu. Əsl adı Gagik idi. Atasının adı Georgi babasının adı isə Karapet idi. Onun katolikosluğu dövründə Albaniya ardıcıl müharibələrə qərq olmuşdu. Onun dövründə kilsə mərkəzi artıq Bərdə yox Gəncə idi. == Katolikosluğu == 1131-1139-cu illərdə Alban Həvari Kilsəsi katolikossuz qaldıqdan sonra o, 1139-cu il 11 iyunda kürsüyə qalxıb və 1155-ci ilə kimi 16 il müddətində kürsüdə oturub. == Hakimiyyətə gəlməsi == Mxitar Qoş isə onun katolikosluq kürsüsünə çıxması ilə bağlı maraqlı faktlar qeyd edir. O, yazır: ...8 il keçdikdən sonra, daha doğrusu erməni təqviminin 588-ci ilində (15 fevral 1139-14 fevral 1140) Ərməniyyə katolikosu olan müqəddəs ata patriarx Qriqorisin nəslindən olan Ərzurum yepiskopu Sahak - məşhur David vardapetin (Alavik Gəncəlinin oğlu Davud - "Nəsihətverici Qaydalar" əsərinin müəllifi. Erməni tarixçisi N.Emin həmin əsəri "diqqətə layiq olmayan", "dəyərsiz" adlandırır.) şagirdi, ölkəmizin vardapeti Qriqorun təşəbbüsü ilə və onun xahişinə əməl edərək öz adamları ilə birlikdə Ərməniyyədən Albaniya ölkəsinə gəldi. İndi müqəddəs ata Sahak bu Albaniya ölkəsinə gəldikdə hamını Tovuz adlanan qalada topladı.
Katolikos Sahak
Sahak (erm. Սահակ, Qafqaz albanlarının dili𐔼𐕚𐔰𐕄) - Mxitar Qoşun katolikoslar siyahısında adı 4-cü yerdə çəkilən katolikos. Həyatı və katolikosluq illəri bəlli olmasa da Kirakos Gəncəlinin verdiyi məlumata əsasən ondan öncə gəlmiş Matteosla birlikdə hesablandıqda 5 il hakimiyyətdə olmuşdur.
Katolikos Sahaq
Katolikos Sahaq — Albanların XXXX katolikosu. == Katolikosluğu == Katolikos V Davuddan sonra taxta çıxıb və on səkkiz il taxtda oturub. Böyük Kolmank yepiskopluğundan seçilib. Onun dövründə xalkedonçuluğa meyl başlamışdı. Sünik mitropoliti Yaqub tərəfindən başladılan Erməni Qriqorian Kilsəsindən ayrılma hərəkatını Sahaq da dəstəkləyirdi.
Katolikos Samuel
Katolikos Samuel - Albanların XXXVI katolikosu. == Katolikosluğu == Katolikos I Yovsepdən sonra kürsüyə qalxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Samuel də sələfi kimi Böyük Kolmank yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir: O, katolikosluğu özü mənimsəmişdi, sonra erməni katolikosu Qeorqinin (Katolikos II Georgi) köməyi ilə devrilmiş, sonra isə Dvində yenidən təyin edilmişdi. Onun dövründə erməni Katolikos II Georgi Məhəmməd ibn Əbil-Sac tərəfindən həbs olunmuş və Paytakaranda buraxılmışdı.
Katolikos Sukias
Katolikos Sukias - Albanların LVIII katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Uxtanes
Katolikos Uxtanes — Albaniyanın XVII katolikosu. Moisey Kalankatlı qeyd edir ki, "Katolikos Uxtanes yaxın qohumları ilə evlənən alban knyazlarını lənətlədi və onlar ölümə məhkum olundular".
Katolikos
Katolikos — Qədim yunan sözüdür və kilsə başçısının tituludur. Əsasən Şərq kilsə ənənələrində mövcud olmuşdur. Şərq Kilsəsi, bəzi Şərq Ortodoks, Şərqi Pravoslav və Şərqi Katolik kilsələri tarixən bu addan istifadə edirlər.
Katolikos Abas
Katolikos Abas (erm. Աբաս, bilinmir – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Abbas
Katolikos Abas (erm. Աբաս, bilinmir – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Anastas
Katolikos Anastas — Albaniyanın XXII katolikosu.
Katolikos Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Katolikos Yeliazar
Katolikos Yeliazar — Albaniyanın XVIII katolikosu. == Katolikosluğu == Bu kürsüdə 6 il olmuşdur. Mxitar Qoş onun haqqında "bu kürsüyə Allah tərəfindən seçilmişdi" yazır.
Katolikos Yezariya
Katolikos Yezariya - Albanların LXVIII katolikosu. == Katolikosluğu == 1441-ci ildə Erməni katolikosu I Kirakos Virapetsinin kürsüyə çıxma mərasimində iştirak edən 12 yepiskopdan biri idi.. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Katolikos İsrail
Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Katolikos V Nersesin qardaşı nəvəsi idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu.
Katolikos İyeremiya
Katolikos İyeremiya - Alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 12-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir. Alban çarı Yesuagenin hakimiyyəti dövründə katolikosluq edib.
Alban Katolikoslarının siyahısı
Alban Həvvari Kilsəsinə rəhbərlik etmiş katolikosların aşağıdakı siyahısı alban tarixçiləri Moisey Kalankatlının "Alban ölkəsinin tarixi", Mxitar Qoşun "Alban salnamələri", Kirakos Gəncəlinin "Tarix" və Steppanos Orbelianın "Sünik tarixi" əsərlərinin mətninin müqayisəsi əsasında dəqiqləşdirilmişdir.
Katolikos I Stepannos
Katolikos I Stepannos - Albanların XXXXIX katolikosu. == Katolikosluğu == Katolikos II Markosdan sonra kürsüyə çıxmışdır. Katolikos I Stepannosun taxt illəri dəqiqləşdirilməyib. Lakin orta əsrlər erməni tarixçisi Araveltsi onun adını dolaylı olaraq 1076- cı il hadisələriylə əlaqədar çəkir. 1074-cü ildə Antakiya valisi Vasak Pəhlavuni (Katolikos II Qriqorinin oğlu) öldürüldükdən sonra Bizans sərkərdəsi Filoret bu bəhanə ilə Antakiyaya girir və oranı işğal edir. Sargis adlı bir keşişi katolikos təyin edir. Stepannos onu katolikos kimi tanımadı və lənətlədi.
Katolikos I Yelizar
Katolikos I Yelizar — Alban knyazlarından biri. Böyük alban hökdarı Cavanşirin vaxtında katolikosluq edib və altı il kürsüdə oturub. Moisey Kalankatlı onun haqqında yazır: "O, Şəki kilsə dairəsindən seçilmişdi. O, Mesrobun Kişdə gizlətdiyi Müqəddəs xaçı əldə etdi. Onun hissəciyini götürüb yüz iyirmi qızıl dehqan olan sandıqçaya qoyub üstündə "Bu Yelizara məxsusdur" sözlərini yazdırdı.
Katolikos I Yovsep
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Katolikos I Zəkəriyyə
Katolikos I Zəkəriyyə — Alban katolikoslarından biri.Mxitar Qoşun katolikoslar siyahısında adı 9-cu yerdə çəkilir.
Katolikos I İohann
Katolikos I İohann — Alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 11-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir.
Katolikos I İohannes
Katolikos I İohann — Alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 11-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir.
Katolikos VIII Davud
Katolikos VIII Davud - Albanların LXI katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos VIII İohannes
Katolikos VIII İohannes - Albanların LXVII katolikosu. == Katolikosluğu == Katolikos VII İohannesin qardaşı oğlu. Həsən Cəlal nəslindən katolikos taxtına çıxan ikinci şəxs idi. Katolikos III Qriqorisdən sonra taxta çıxmışdır. 1441-ci ildə bu kürsüyə çıxmışdı. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos VII Davud
Katolikos VII Davud - Albanların XXXXIII katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Moisey Kalankatlı qeyd edir ki, onun katolikosluğa namizədliyini erməni katolikosu I Ananiya təqdim etişdir.