Katolikos Abas

Bu məqalə din xadimi haqqındadır. Qafqaz Albaniyasında yaşayan tayfa üçün Abas səhifəsinə baxın.

Katolikos Abas (erm. Աբաս, bilinmir[1][2], Mets-İrank, Arsak596[1][2]) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir.

Katolikos Abas

Albania, LpinaÇolanın katolikosu
KilsəAlban Həvari Kilsəsi
Oturulub552
Səlahiyyət müddəti sona çatıb596
SələfKatolikos İyeremiya
XələfKatolikos Viro
Doğumbilinmir[1][2]
Vəfat596[1][2]

Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır:

O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər. Amma bizim ölkədə Katolikos Abbasa qədər heç kəs bunu demirdi. Ölkəmizdə küfr olmadığı üçün bu məsələyə də baxmağa ehtiyac yox idi.