katoliklik
katolisizm
OBASTAN VİKİ
Katolikos Abas
Katolikos Abas (erm. Աբաս, bilinmir – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Abbas
Katolikos Abas (erm. Աբաս, bilinmir – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Anastas
Katolikos Anastas — Albaniyanın XXII katolikosu.
Katolikos Arakel
Katolikos Arakel - Albanların LXXII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Bezgen
Katolikos Bezgen — Albanların LIII katolikosu. == Katolikosluğu == Katolikos II Qriqorisdən sonra katolikosluq taxtı bir neçə il yenə boş qalmış, keşişlər dağ və mağaralarda gizlənməyə məcbur olmuşdu. Bu vaxt artıq katolikosluq mərkəzi Gəncədən Çərəktarda yerləşən Çərəktar monastırına köçürülmüşdü. Bezgen bu dönəmlərdə katolikos olmuş, daha sonra dini rütbələrdən əl çəkərək evlənmiş və uşaqları da olmuşdu. == Anti-katolikosluğu == Katolikos III Stepannosun dövründə bir müddət Gəncə əhalisi tərəfindən anti-katolikos elan olunmuşdu.
Katolikos Esaya
Katolikos Esaya yaxud Yesai, Yesaya (bilinmir – 1728) — Albanların LXXXIX katolikosu, tarixçi. == Katolikosluğu == Xaçın məliyi III Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Onun dövründə Şah Sultan Hüseyn Səfəvi tərəfindən rəsmən Qarabağ yepiskopluğu, Gəncə yepiskopluğu, Qaşqatağ yepiskopluğu, Zərzibil yepiskopluğu və Şamaxı yepiskopluğu Alban Həvari Kilsəsinin təsir dairəsi kimi tanındı. Esayanın dövründə həm də Alban kilsəsi Erməni Qriqoryan Kilsəsinin üstünlüyü rəsmən tanıdı. Katolikosluğunun 4-cü ilində Katolikos V Nerses öz yurisdiksiyasını elan etdi. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. 1711-ci ildə İsrail Ori ilə Həştərxana gedən Esaya tezliklə geri qayıtmalı oldu. Esayanın diplomatik missiyaları 1723-cü ildə I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə nəticələndi. 1719 və 1721-ci ildə Katolikos I Astvasaturu ziyarətə getmişdi.
Katolikos Filipp
Katolikos Filipp - Albanların LXXIX katolikosu. == Katolikosluğu == Katolikos IX Davudun kiçik yepiskopu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Fyodor
Katolikos Fyodor — Albaniyanın XXX katolikosu. Girdiman yepiskopluğundan seçilmişdi.
Katolikos Harun
Katolikos Harun — Albaniyanın XXVIII katolikosu.
Katolikos Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Katolikos Yeliazar
Katolikos Yeliazar — Albaniyanın XVIII katolikosu. == Katolikosluğu == Bu kürsüdə 6 il olmuşdur. Mxitar Qoş onun haqqında "bu kürsüyə Allah tərəfindən seçilmişdi" yazır.
Katolikos Yezariya
Katolikos Yezariya - Albanların LXVIII katolikosu. == Katolikosluğu == 1441-ci ildə Erməni katolikosu I Kirakos Virapetsinin kürsüyə çıxma mərasimində iştirak edən 12 yepiskopdan biri idi.. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Katolikos İsrail
Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Katolikos V Nersesin qardaşı nəvəsi idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu.
Katolikos İyeremiya
Katolikos İyeremiya — alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 12-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir. Alban çarı Yesuagenin hakimiyyəti dövründə katolikosluq edib.
Katolikos
Katolikos — Qədim yunan sözüdür və kilsə başçısının tituludur. Əsasən Şərq kilsə ənənələrində mövcud olmuşdur. Şərq Kilsəsi, bəzi Şərq Ortodoks, Şərqi Pravoslav və Şərqi Katolik kilsələri tarixən bu addan istifadə edirlər.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Katolikos Melkiset
Katolikos Melkiset Araşetsi - Albanların LXXXII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Katolikos Nerses
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. == Katolikosluğu == Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Katolikos Pand
Pand və ya Pant (erm. Պանտ) - Mxitar Qoşun katolikoslar siyahısında adı 6-cı yerdə çəkilən katolikos. Kirakos Qandzaketsiyə görə 7 il hakimiyyətdə olmuşdur. Tədqiqatçı Mürtəzalı Hacıyev Fransa Milli Kitabxanasında yerləşən bir möhürün ona aid olduğunu təyin etmişdir. Paleoqrafik hesablamalara görə möhürün 6-cı əsrə aid olması, Mürtəzalı Hacıyevin fikrincə Pandın 6-cı əsrdə yaşadığını deməyə əsas verir. Hacıyev həmçinin bu möhürün Katolikos II Zəkəriyyəyə də aid ola biləcəyini güman edir.
Katolikos Samuel
Katolikos Samuel — Albanların XXXVI katolikosu. == Katolikosluğu == Katolikos I Yovsepdən sonra kürsüyə qalxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Samuel də sələfi kimi Böyük Kolmank yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir: O, katolikosluğu özü mənimsəmişdi, sonra erməni katolikosu Qeorqinin (Katolikos II Georgi) köməyi ilə devrilmiş, sonra isə Dvində yenidən təyin edilmişdi. Onun dövründə erməni Katolikos II Georgi Məhəmməd ibn Əbil-Sac tərəfindən həbs olunmuş və Paytakaranda buraxılmışdı.
Katolikos Sukias
Katolikos Sukias - Albanların LVIII katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Alban Katolikoslarının siyahısı
Alban Həvvari Kilsəsinə rəhbərlik etmiş katolikosların aşağıdakı siyahısı alban tarixçiləri Moisey Kalankatlının "Alban ölkəsinin tarixi", Mxitar Qoşun "Alban salnamələri", Kirakos Gəncəlinin "Tarix" və Steppanos Orbelianın "Sünik tarixi" əsərlərinin mətninin müqayisəsi əsasında dəqiqləşdirilmişdir.
Katolikos III Aristakes
Katolikos III Aristakes - Albanların LXXXI katolikosu. == Katolikosluğu == Kolatağ kəndindən idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Davud
Katolikos III Davud - Albaniyanın XXV katolikosu. Katolikos II Davuddan sonra kürsüyə qalxıb və doqquz il kürsüdə oturub. Katolikos III Davud Böyük Kolmank kilsə dairəsindən seçilmişdir.
Katolikos III Matteos
Katolikos III Matteos — albanların sayca LXIV katolikosu. == Katolikosluğu == Katolikos VII İohannesdən sonra taxta çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos III Moisey
Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu. == Katolikosluğu == Yarım il katolikos olmuşdur.
Katolikos V Simeon
Katolikos V Simeon - Albanların LXXXIII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos V Stepannos
Katolikos V Stepannos — albanların LXXI katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos V İohannes
Katolikos V İohannes — Albanların L (50ci) katolikosu. == Katolikosluğu == Katolikos I Stepannosdan sonra kürsüyə qalxmış və 1079–1129-cu illərdə əlli il müddətində kürsüdə oturmuşdur.
Katolikos XI İohannes
Katolikos XI İohannes (bilinmir – 1787, Şuşa) — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Xaçın məliyi I Allahverdinin oğlu idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikos V Nerses ölmədən öncə qardaşı nəvəsi İsraili Gəncəyə təyin edərək katolikosluğu ona tapşırmışdı. Buna görə İohannes daima İsraillə mübarizə aparırdı. 1765-ci ildə Erməni Qriqoryan Kilsəsinin konkordatı ilə Alban kilsəsinin bağlılığı bir daha təsdiq olundu və İsrailin müstəqilliyi lənətləndi. 22 yanvar 1783-cü ildə II Yekaterinaya məktub yazaraq xristianların qorunmasını tələb edən İohannes Qarabağ xanı İbrahim xanın qəzəbi ilə hesablaşmalı oldu. 1786-cı ildə İbrahim xanın əmri ilə İohannes edam olundu.
Katolikos X İohannes
Katolikos X İohannes və ya Hovannes — Albanların LXXXIV katolikosu. == Katolikosluğu == Katolikos IV Qriqorisin qardaşı oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1633-cü ildə Kaxetiya çarı I Teymuraz və onun qaynı Davud xan Ubiladze ilə birləşib Səfəvi hakimiyyətinə qarşı üsyana qərar versə də Teymurazın Qarabağı işğal etməsindən sonra ona dəstək verməkdən əl çəkdi. 1634-cü ildə Səfəvilər tərəfindən həbs edilib edam edildi.

Значение слова в других словарях