Katolikos I Yelizar — Alban knyazlarından biri. Böyük alban hökdarı Cavanşirin vaxtında katolikosluq edib və altı il kürsüdə oturub. Moisey Kalankatlı onun haqqında yazır: "O, Şəki kilsə dairəsindən seçilmişdi. O, Mesrobun Kişdə gizlətdiyi Müqəddəs xaçı əldə etdi. Onun hissəciyini götürüb yüz iyirmi qızıl dehqan olan sandıqçaya qoyub üstündə "Bu Yelizara məxsusdur" sözlərini yazdırdı. O, əmr etdi ki, hər il Kişdə Xaç bayramı keçirilsin."