Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kibela
Kibela (Friqcə: Matar Kubileya/Kubeleya "Kubeleyan Mother", bəlkə "Madər"; ana sözündən Lidiyaca Kuvava; yun. Κυβέλη Kybele, Κυβήβη Kybebe, Κύβελις Kybelis) — frigiyalıların ilahəsi. Ana İlahə çox vaxt sevən, həyat verən və işıqlandıran şəxs kimi xatırlanır, lakin o, həm də dəhşətli xüsusiyyətə malikdir, lazım gəldikdə döyüşkən olurdu. Misal üçün, qədim Frigiya xalqı arasında o, şirlərlə dolu olan döyüş arabasında gəzən mərhəmətsiz ilahə Kibela kimi qiymətləndirilirdi. Allahın zəkasından çıxan ilk varlıq Yerin ilahəsi kimi metamorfozaya uğramışdı. == Xarici keçidlər == Ancient History Sourcebook: Roman Religiones Licitae and Illicitae, c.
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kirvə
Kirvə sözünün bir neçə mənası ola bilər : Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi. Yaxın adama kişiyə müraciət məqamında işlədilir.
Kirşə
Kirşə — qar və buz kimi sürüşkən yerlərdə, bəzən də palçıq, çəmən ya da düz daş səthlərdə hərəkət etmək üçün, adətən, altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Qışda uşaqlar tərəfindən əyləncə məqsədi ilə işlənən kirşəyə "əl kirşəsi" deyilir.
Qiblə
== İslam dinində qiblə == Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Kiprli Anna
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu[d]) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır. 9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra - 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi. Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu.
Kiprli İzabella
İzabella de Luzinyan (fr. Isabelle de Lusignan) və ya Kiprli İzabella (təq. 1216, Kipr, Akrotiri və Dekeliya – 1264) — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti. == Ailəsi == İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur. == Regensiya == İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades.
Kiprli Sibilla
Sibilla de Luzinyan (fr. Sibylle de Lusignan; oktyabr 1198 və ya noyabr 1198 – 1230 və ya 1252) — Ermənistan Kraliçası. O, Kipr Kralı Amorinin və Yerusəlim Kraliçası I İzabellanın qızı idi. Luzinyan ailəsinin üzvü olub. O, Ermənistan Kralı I Levonun ikinci arvadı idi, 1210-cu ildə evləndi və ondan bir qızı Zabel dünyaya gəldi.
Kirşə itləri
Kirşə itləri təlim keçmiş və qoşqu nəqliyyat vasitəsini, ən çox da qar üzərində kirşə dartmaq üçün istifadə edilən itlərdir.Kirşə itləri Arktikada ən azı 8000 ildir istifadə olunur və XX əsrdə yarımqoşqu yük maşınları, qar arabaları və təyyarələrin istifadəyə verilməsinə qədər su gəmiləri ilə birlikdə Arktika bölgələrində yeganə nəqliyyat vasitəsi olub, əlçatmaz ərazilərdə insanları və bu və ya digər ləvazimatları daşıyıb. Onlar hər iki qütbün öyərnilməsində, eləcə də Alyaskada qızıl axtarışları zamanı müvəffəqiyyətlə istifadə edilmişdir. Kirşə itləri qrupları Alyaska, Yukon, Şimal-Qərb əraziləri və Nunavutdakı kənd icmalarına poçt daşımışdır. Kirşə itləri bu gün hələ də bəzi kənd icmaları tərəfindən, xüsusən Rusiya, Kanada və Alyaskada, eləcə də Qrenlandiyanın əksər hissəsində istifadə olunur. Onlar istirahət məqsədləri və Iditarod Trail və Yukon Quest kimi yarışlar zamanı da istifadə olunur.
İsaak Komnin (Kiprli)
İsaak Komnin (yun. Ἰσαάκιος Κομνηνός) - Kipr hökmdarı (1184-1191). 1191-ci ildə üçüncü səlib yürüşü zamanı İngiltərə kralı Şirürəkli I Riçard tərəfindən taxtdan endirilmişdir. == Soy-kökü == İsaak Komninin hansı nəsildən olduğu haqqında məlumatlar çox azdır və hələ də mübahisə mövzusudur. Bizans tarixçisi Nikitas Xoniata görə İsaak imperator I Manuilin qardaşı İsaak Komninin və Feodora Kamterin oğlu idi. Bu yazılanlardan belə çıxır ki, İsaak adlı-sanlı bir ailənin övladı olub. Başqa bir mənbədə isə anasının adı İrene kimi qeyd olunur. Aleksandr Sturdza onun atasının I Andronikin zamanında edam edilən Andronik Duka Kamteros ola biləcəyini yazır. == Həyatı == 1174 və ya 1175-ci ildə imperator I Manuil İsaakı Tarsusa hakim təyin edir. İsaak hakim olduğu dövrdə Klikiya knyazı III Rubenə qarşı müharibə aparırdı.
Şimali Kiprdə turizm
Şimali Kipr Türk Cümhuriyyətində turizm — Şimali Kiprin inkişafına təsir göstərən əsas sahələrdən biridir. Şimali Kiprin ÜDM-da payı olduqca əhəmiyyətlidir. == Tarixi == 1970-ci illərin əvvəllərində Varoşa Kipr Sülh Hərəkatından əvvəl Kiprdə və dünyada ən populyar turistik bölgə idi. == Təbiət turizmi == Ölkəyə təbiət turizminə görə gələnlər Türkiyə, İngiltərə və digər Şimali Avropadan gələnlərdir. Medoş laləsi (Tulipa cypria) Şimali Kiprə məxsus olan endemik bir növdür. Üstəlik burada Sini çanaqlı tısbağaları görmək mümkündür. 2006-cı ilin yanvar-avqust dövründə Şimali Kipri ziyarət edən turist sayı 2003-cü ilin yanvar-avqust dövründəki 286.901-dən 380.000-ə yüksəlmişdir. 2011-ci ildə turistik çarpayı sayı 17000-ə yüksəlir. 2011-ci ildə turizmdən gələn gəlir 400 milyon ABŞ dolları təşkil edir. Şimali Kiprə gələn turist sayı 2003-cü ilin yanvar-avqust ylarında 286.901 nəfər təşkil edir.
Kirli Əhməd Paşa
Kirli Əhməd Paşa (ö. 1715) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Bostançı ocağında yetişmişdir. 1707-ci ilin yanvarında bostançıbaşı, 21 dekabr 1711-ci ildə isə vəzir rütbəsiylə kaptan-ı dərya təyin olundu. Ancaq yalnız bir ay sonra 31 yanvar 1712-ci ildə vəzifədən alındı və İstanbul naibliyinə gətirildi. Həmin ilin aprelində ikinci dəfə kaptan-ı dərya olsa da, 1713-cü ilin yanvarında vəzifədən alınaraq Mosulun mühafizəsi ilə vəzifələndirildi. 1715-ci ildə edam edildi.
Modinos Kiprə qarşı
Modinos Kiprə qarşı — (16 EHRR 485 (25 mart 1993)) Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == İş 1987-ci ildə, Apeleftherotiko Kinima Omofilofilon Kiprou (AKOK) və ya "Kipr Gey Azadlıq Hərəkatı"nın əsasını qoymuş gey hüquqlarının müdafiəçisi Aleksandros Modinos tərəfindən qaldırılmışdır. Eyni zamanda öz həmcinsi ilə cinsi əlaqəyə daxil olan iddiaçı bəzi homoseksual hərəkətlərə görə cinayət məsuliyyətini nəzərdə tutan Kipr Cinayət Məcəlləsinin 171-ci maddəsinin qüvvədə olması səbəbi ilə böyük gərginlik, narahatlıq və təqib qorxusu ilə yaşadığını bildirmişdir. == Qərar == Məhkəmə 8 səs lehinə, 1 səs əleyhinə olmaqla belə qərara gəlmişdir ki, qadağanın mövcudluğu ərizəçinin şəxsi həyatına birbaşa və davamlı olaraq təsir etmiş, nəticə etibarilə ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə olunmuşdur. Beləliklə, bu işdə 8-ci maddənin pozuntusu baş verib; ərizəçinin çəkdiyi məhkəmə xərcləri ona qaytarılmalı, eləcə də Strasburqda işin dinlənilməsi ilə bağlı çəkdiyi xərclər ona tam məbləğdə ödənilməlidir. == Əhəmiyyəti == Məhkəmə bu qərarı ilə təsdiq edir ki, homoseksual münasibətlər 8-ci maddə çərçivəsində müdafiə olunur. Bu münasibətləri qadağan edən qanun ərizəçiyə tətbiq olunmasa da, qadağanın açıq-aşkar dəstəklənməsi və təqib olunma riski (dövlət ittihamı və ya xüsusi ittiham əsasında) və digər zərərverici hüquqi hərəkətlər ərizəçinin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulduğunu hesab etmək üçün kifayətdir. == Ziddiyyətli məqamlar == Məhkəmə belə bir məsələ barəsində öz fikrini ifadə etmədi ki, ərizəçi yəqin ki, öz hərəkatının baxışlarını təbliğ etməkdə heç nə ilə məhdudlaşdırılmayan azadlığa malikdir; baxmayaraq ki, bu hal xüsusi rəyini bildirmiş hakim Pikisdə ərizəçinin həqiqətən şəxsi həyatına mümkün müdaxilə ilə bağlı qorxu hissi keçirdiyinə qarşı şübhə doğurdu, lakin bunu hər hansı qərəzlilik riskinin olmadığını təsdiq edən sübut hesab etmək çətin ki mümkün olsun. == Ədəbiyyat == Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 8 və 14-cü maddələri üzrə məhkəmə təcrübəsi. Bakı, Qanun nəşriyyatı, 2005-ci il, 456 səh.
Türkiyənin Kiprə müdaxiləsi
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. == Hadisə == Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Şimali Kiprdə COVID-19 pandemiyası
Şimali Kipr Türk Respublikasında ilk koronavirus xəstəsi 10 mart 2020-ci ildə aşkar olunub. == Gedişat == Şimali Kipr Türk Respublikasında ilk koronavirus xəstəsi 10 mart 2020-ci ildə aşkar olunub. Bu xəstə Almaniyadan gələn 65 yaşlı turist idi.11 martda baş nazirin müavini və xarici işlər naziri Twitter mesajında Almaniyaya,İtaliyaya və Fransaya olan uçuşların dayandırıldığını bildirdi. 12 martda həmin xəstənin həyat yoldaşı da COVID-19-a yoluxdu. Hökumət karantin etdi, məktəblər bağlandı, bütün tədbirlər ləğv edildi. 13 martda 5 nəfər test olundu və koronavirus olmadıqları bilindi. 17 martda keçiriləcək prezident seçkiləri təxirə salınıb. Seçkilərin 6 ay sonra keçiriləcəyi bildirilir. 24 martda 840-dan çox alman turist Almaniyaya göndərildi.
Şimali Kiprdə koronavirus pandemiyası 2020
Şimali Kipr Türk Respublikasında ilk koronavirus xəstəsi 10 mart 2020-ci ildə aşkar olunub. == Gedişat == Şimali Kipr Türk Respublikasında ilk koronavirus xəstəsi 10 mart 2020-ci ildə aşkar olunub. Bu xəstə Almaniyadan gələn 65 yaşlı turist idi.11 martda baş nazirin müavini və xarici işlər naziri Twitter mesajında Almaniyaya,İtaliyaya və Fransaya olan uçuşların dayandırıldığını bildirdi. 12 martda həmin xəstənin həyat yoldaşı da COVID-19-a yoluxdu. Hökumət karantin etdi, məktəblər bağlandı, bütün tədbirlər ləğv edildi. 13 martda 5 nəfər test olundu və koronavirus olmadıqları bilindi. 17 martda keçiriləcək prezident seçkiləri təxirə salınıb. Seçkilərin 6 ay sonra keçiriləcəyi bildirilir. 24 martda 840-dan çox alman turist Almaniyaya göndərildi.
Yuxarı Kilə (Piranşəhr)
Yuxarı Kilə (fars. كيله عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (55 ailə).
Kıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Bible Muzeyi Lands
İrle Xan
İrle Xan - türk və altay mifologiyasında ölülər ilahı. Yeraltında yaşayır. Yeraltındakı evi qırx köşelidir. Evinin qarşısındakı doqquz şam ağacına doqquz oğlu atlarını bağlar. Bəzən Erlik Xan ilə eyni tanrı olaraq düşünülər. Özünə qonur (qəhvəyi) rəngli bir atla qonur (qəhvəyi) rəngli bir inək qurban edilir. == İrle xanın qızı == Altay inancına görə pis ruhlar daim yer altında yaşayırlar və yer üzünə isə ancaq qara bir tülkü kimi çıxa bilərlər. Bu pis ruhların ən məşhuru da İrle xanın qızıdır. Bu qız, ovçu və döyüşçüləri arxasına taxaraq onları müxtəlif fəlakətlərə sürüyən şeytanı bir varlıqdır. Ovçular saatlarla ov arxasınca qaçıb yorularlar və sonunda özləri ovlanarlar.
Fibre Channel over Ethernet
Fibre Channel over Ethernet (FCoE; azərb. Ethernet üzərindən fiber kanal‎) — Ethernet şəbəkələri üzərindən fiber kanal çərçivələrini əhatə edən kompüter şəbəkəsi texnologiyası. Bu, fiber kanal protokolunu qoruyan zaman fiber kanala 10 Gigabit Ethernet şəbəkələrindən (və ya daha yüksək sürətlərdən) istifadə etməyə imkan verir. Spesifikasiya 2009-cu ildə nəşr olunmuş İnformasiya Texnologiyaları Standartları üzrə Beynəlxalq Komitəsinin T11 FC-BB-5 standartının bir hissəsi idi. == Funksionallıq == FCoE Ethernet ötürmə sxemindən asılı olmayaraq fiber kanalı birbaşa Ethernet üzərindən nəql edir. FCoE protokol spesifikasiyası fiber kanal yığınının FC0 və FC1 qatlarını Ethernet ilə əvəz edir. Əsl fiber kanal konstruksiyalarını saxlamaqla FCoE mövcud fiber kanal şəbəkələri və idarəetmə proqramı ilə inteqrasiya etməyi nəzərdə tutur. Məlumat mərkəzləri TCP/IP şəbəkələri üçün Ethernet və saxlama sahəsi şəbəkələri (SAN) üçün fiber kanaldan istifadə edirdilər. FCoE ilə fiber kanal ənənəvi internet protokolu (IP) trafiki ilə yanaşı, Ethernet üzərində işləyən başqa bir şəbəkə protokoluna çevrilir. FCoE, TCP və IP üzərində işləyən iSCSI-dən fərqli olaraq, şəbəkə protokolu yığınında birbaşa Ethernet üzərində işləyir.