Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Kifarabad
Kifarabad (fars. كيفاراباد‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər. yaşayır (4 ailə).
Kiara Qibson-Birne
Kiara Qibson-Birne (d. 3 dekabr 1992) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Kiara Qibson-Birne, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Kiara Qibson-Birne, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Manga Time Kirara Carat
Manga Time Kirara Carat (まんがタイムきららCarat, Manga Taimu Kirara Kyaratto) — Houbunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya aylıq seynen manqası jurnalı. Jurnalda əsasən yonkomalar nəşr olunur. İlk sayı 18 yanvar 2003-cü ildə işıq üzü görmüşdür. == Manqalar == A Channel (davam edir) Dōjin Work GA Geijutsuka Art Design Class (GA 芸術科アートデザインクラス) H・R Harumaki! Harumination (はるみねーしょん) Hidamari Sketch (ひだまりスケッチ) (davam edir) Himekurasu Ichiroo! K-On! Kamisama no Iutoori! Kill Me Baby (キルミーベイベー) (davam edir) Kuu Kuu Boku Boku Mayuka no Darling! New Game! (davam edir) Niko ga Santa OK Fantasista!
Gitara
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi.
Kimbra
Kimbra Li Conson (ing. Kimbra Lee Johnson; 27 mart 1990, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiya musiqiçisi.
Biafra
Biafra Respublikası (ing. Republic of Biafra) — Nigeriyanın cənub-şərq hissəsində 30 may 1967-ci ildən 15 yanvar 1970-ci ilə qədər mövcud olan qismən tanınan dövlət. Dövlət Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasa da, Qabon, Haiti, Fil Dişi Sahili, Tanzaniya və Zambiya kimi dövlətlər tərəfindən tanınmışdı.
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
Kiari
Kiari (it. Chiari) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Breşia əyalətində yerləşir. Əhalisinin sayı 19 384 nəfər (2024-cü ildə), əhalinin sıxlığı 510,64 / km²-dir. Sahəsi 37,96 km² ərazini əhatə edir. Poçt kodu — 25032. Telefon kodu — 00030. Şəhərin himayədarları Briudalı müqəddəs Faustino və Saint Giovita hesab edilir. Onların şərəfinə 15 fevralda bayram keçirilir. == Tanınmış sakinləri == Alberto Paloski, mövqeyində çıxış edən İtaliya futbolçusu.
Elektrik Gitara
Elektrogitara və ya elektrikli gitara — polad simlərin titrəyişlərini elektrik siqnallarına çevirən və onu səsgücləndiriciyə ötürməklə səslər yaradan gitara növü. Elektrogitara ilk dəfə olaraq cazda istifadə olunmuş, ondan həm də pop musiqisində, rok-n-rol, kantri, blyuz, embiyent, nyu-eyc və hətta çağdaş klassik musiqidə də geniş istifadə olunur.
Fragaria bifera
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Hisaşi Kimura
Hisaşi Kimura (木村 栄, Kimura Hisaşi, 10 sentyabr 1870, Kanazava – 26 sentyabr 1943, Setaqaya, Tokio) – Yaponiya astronomu. O, coğrafi enliklərin variasiyalarını müşahidə edərək onları hesablamaq üçün bərabərlik tərtib etmişdir. == Həyatı == Hisaşi Kimura 1870-ci ildə Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində doğulmuşdur. 1892-ci ildə Tokio Universitetinin nəzdində olan Elm kollecinin astronomiya fakültəsindən məzun olmuşdur. Daha sonra Tokio Astronomiya Rəsədxanasında işləməyə başlamış və 1899-cu ildə Mizusava Enlik Rəsədxanasının ilk direktoru seçilmişdir. Bu rəsədxana Beynəlxalq Enlik Xidmətinin yaranması ilə əlaqədar olaraq qurulmuş 6 stansiyadan biri idi. Kimura burada qütblərin hərəkəti nəticəsində yaranan enlik variasiyalarını tədqiq etməyə başlamışdır. Həmin dövrdə qütblərin hərəkətindəki dalğalanmanı ifadə etmək üçün iki termdən istifadə olunsa da, stansiyalarda müşahidə olunan variasiyalar gözlənilməz nəticələr vermişdi. Kimura 1902-ci ildə müşahidə olunan enlik variasiyalarının 3 termlə daha yaxşı ifadə olunacağını bildirmişdir və təqdim etdiyi term Kimura termi adlanmağa başlamışdır. Kimuranın 1902-ci ildəki qeydləri "Astronomical Journal" və "Astronomische Nachrichten" jurnallarında nəşr olunmuşdur.
Jurinea kilaea
Jurinea kilaea (lat. Jurinea kilaea) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kader Kamara
Kader Kamara (18 mart 1982, Konakri) — Qvineya futbolçusu. == Həyatı == Abdul Kader Kamara 18 mart 1982-ci ildə Qvineyanın Konakri şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Vasko de Konakri , Atletiko K. Qvineya, Vitess, Zuyd-Vest, Serkle Brügge, Beringen, Dessel Sport. 2007-ci ildən Qəbələdə çıxış edir. Qvineya milli futbol komandasının daimi üzvlərindən biri olub. == Uğurları == Belçika çempionatının ikinci divizionunun qalibi (2003 — Serkle Brügge) Serkle Brügge (2003) və Dessel Sport (2007) klublarının mövsüm ərzində ən yaxşı oyunçusu.
Kazuşi Kimura
Kazuşi Kimura (d. 19 iyul 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 54 oyun keçirib, 26 qol vurub.
Kibera burnu
Kibera burnu — Şərqi Sibir dənizində Nolde buxtası sahilində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisinə daxildir. 1824-ci ildə Ferdinand Vrangel öz ekspedisiyasının həkimi Avqust Kiberin şərəfinə adlandırmımdır. Burun ərazisində bir çox quş növləri yuva qurur. 19 iyul 1989 ildə An-26 tipli təyyarə burunda yerləşən qayalıqlara çırpılmışdır. Göyərtəsində olan 10 insan həlak olmuşdur.
Kibera officinalis
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Sinonimləri == * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.
Kifayə hərəkatı
Kifayə (ərəb. كفاية‎, [keˈfæːjæ]) — tam adı (ərəb. الحركة المصرية من أجل التغيير‎‎) Misir Ərəb Respublikasında siyasi partiya.
Kikuzo Kisaka
Kikuzo Kisaka — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kitira boğazı
Kitira boğazı (yun. Στενό των Κυθήρων) – Yunanistanın Kitira adasını Andikitira adasından ayıran boğaz. İnzibati cəhətdən Yunanıstanımn Attika periferiyasına daxildir. Egey dənizini ion dəniz ilə birləşdirir. Burada axınların qərb istiqamətindən sürəti 1-2 km/saata çatır. Kapelo (Kitira adası) və Kefali (Andikitara adası) burunları ilə məhdudlaşmışdır. Eni təxmini olarq 31 km, dərinliyi isə 165 metrdir. == Ədəbiyyat == Freely, John. The Ionian Islands: Corfu, Cephalonia, Ithaka and Beyond. I. B. Tauris.
Küpara mahalı
Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi. Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu. == Mahalın tarixindən == Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb. Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.
Mahdi Kamara
Mahdi Kamara (30 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === 15 mart 2018-ci ildə Kamara akademiyası vasitəsilə inkişaf etdiyi Sent-Etyen klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Kevin Monnet-Paketi əvəz etmişdir. Liqa 1 görüşündə Sent-Etyen rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Kamara Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. O, Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Mihara dağı
Mihara dağı (三原山, Mihara-yama) – Yaponiyanın İzuoşima adasının mərkəzində yerləşən aktiv vulkan. 1986-ci ildə baş verən püskürmə zamanı lava sütunları 1,6 kilometr yüksəkliyə qədər çatmış, lava çayları və lava gölləri əmələ gəlmişdir. Vulkan sakitləşənə qədər adanın 12.000 nəfərlik əhalisi başqa yerlərə köçürülmüşdür. Mihara dağı Yaponiyadakı populyar intihar bölgələrindən biri kimi tanınır. 1920-ci illərdə vulkan konusundakı bir nöqtənin kraterə tullanmaq və intihar etmək üçün əlverişli olduğu üzə çıxmışdır. Tezliklə həmin nöqtə "İntihar nöqtəsi" kimi tanınmağa başlamışdır. 1933-cü ildə 944 nəfər Mihara dağının kraterində intihar etmişdir. Növbəti iki il ərzində 350 nəfər ziyarətçi intihar edən şəxsləri seyr etmək üçün vulkana səyahət etmişdir. Yaponiya hökuməti intiharların qarşısını almaq üçün İntihar nöqtəsinin ətrafına çəpər tikdirmiş və adaya təktərəfli bilet almağı qadağan etmişdir. 1984-cü ildə çəkilmiş "Qodzillanın qayıdışı" filmində Yaponiya hökuməti Qodzillanı Mihara dağında həbs etməyə qərar verir.
Məhəmməd Kamara
Məhəmməd Kamara (6 yanvar 2000, Mali) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Malili futbolçudur. 6 yanvar 2000-ci ildə Bamakoda anadan olub. Kamara Bamako akademiyası vasitəsilə inkişaf etmişdir. Kamara öz peşəkar karyerasında debütünü 23 fevral 2018-ci ildə Blau-Vayb Linz klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Filipp Sturmu ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.