Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Münhen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Münxen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Hindli
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Kindio
Kindio (isp. Quindío) — Kolumbiyanın departamentlərindən biri. Departament ölkənin qərb hissəsində And dağlarında yerləşir. İnzibati mərkəzi Armeniya şəhəridir. Departament əsasən qəhvə istehsalına görə tanınır. Ərazi qəhvə üzrə məşhur olan regionlar sırasının tərkibinə qatılmışdır. Bu səbəbdən Kolumbiya 2011-ci ildə YUNESKO tərəfindən Ümumdünya irsinin siyahısında tanındı.
Kəndli
Kəndli (ing. Peasant; rus. Крестьянин) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir. == Məşğuliyyəti == Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir. == Azərbaycanda kəndlilər == Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Lindl.
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Con Lindli
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Corco Kinalya
Corco Kinalya (it. Giorgio Chinaglia; 24 yanvar 1947, Karrara, Toskana – 1 aprel 2012[…], Neapol) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Karyerasına İngiltərədə başlayıb. Sonra İtaliyaya köçür və burada ilk bir neçə mövsümü aşağı liqalarda oynayır. 1969-cu ildə "Latsio" klubuna transfer edilir, Roma klubunda iki yüzdən çox oyun keçirdib. "Latsio" ilə 1973/74 mövsümündə İtaliya çempionluğunu qazanır və çempionatın bombardiri olur. Karyerasının ikinci yarısını dörd dəfə Şimali Amerika Futbol Liqasını qazandığı "New York Cosmos" klubunda keçirdib. 254 oyunda (pley-off da daxil olmaqla) 242 qol vuraraq Şimali Amerika Futbol Liqası tarixinin ən yaxşı bombardiridir. 2000-ci ildə ABŞ Futbol Şöhrət Salonuna düşur və eyni zamanda "Latsio" tarixinin ən böyük oyunçusu hesab edilir. Karyerasını başa vurduqdan sonra idman funksioneri kimi çalışıb.
John Lindley
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Knidli Afrodita
Knidli Afrodita (yun. Κνίδια Αφροδίτη Πραξιτέλη) – Qədim Yunanıstan heykəltaraşı Afinalı Praksitelin (e.ə. IV əsr) ən məşhur əsərlərindən biridir. Açıq qasığını sağ əli ilə örtdüyünə görə əsər və onun kopyaları bəzən "Venera Paduika" (Təvazökar Venera) da adlandırılır. "Venera Paduika"nın ən məşhur variantları (əli ilə döşlərini örtmüş vəziyyətdə) Mediçi Venerası və Kapitoli Venerasıdır. == Orijinal heykəl == Heykəl, gözəlliyi ilə məşhurluq qazanmışdır. O, hər tərəfdən eyni dərəcədə gözəl görünməklə yanaşı, çılpaq qadın bədəninin həyati ölçüdə təsvir edildiyi ilk heykəldir. Əsər, məbəd üçün kult heykəli kimi sifariş edildiyinə görə, bu xüsusiyyətlər çox təəccübləndirici idi. Əsərdə təmizliyini (bakirəlik kimi başa düşülməməlidir) bərpa etmək üçün hamam ritualına hazırlaşan, bir əli ilə geyimini atan, digər əli ilə isə utancaqlıqla qasığını gizlədən ilahə Afrodita təsvir edilib. Onun hərəkət vəziyyətində təsvir edilmiş əlləri bir tərəfdən obrazın qadınlığını müdafiə etsə də, digər tərəfdən onun çılpaqlığına diqqət çəkir.
Knidli Evdoks
Knidli Evdoks (təq. e.ə. 408 – təq. e.ə. 355) — qədim yunan riyaziyyatçısı və astronomu; qədim "riyazi analizi" əsaslandırmış, nisbətin ümumi nəzəriyyəsini və tükəndirmə üsulunu yaratmışdır.
Kəndli ittifaqı
Kəndli ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaradılmış qeyri-hökumət təşkilatı. == Yaradılması == Əsası 1918-ci ilin yanvarında Bakı şəhər rəisliyi kəndlilərinin qurultayında qoyulmuşdu. 32 nümayəndənin iştirak etdiyi qurultayda ittifaqın idarə heyəti seçilmişdi: sədri Mahmud Quliyev, üzvləri Şirəli Zeynalov, Məmməd bəy Bakıxanov, Hacağa Babayev, Məşədi Ağarəşid Feyzizadə, Mirzə bəy Mahmudbəyov, Manaf Məhərrəmov, Seyid Mehdi Seyid Musa oğlu, Mir Həmdulla Zəkizadə, Molla Abbdulla Şahbazzadə idilər. İdarə heyəti "İsmailiyyə" binasında yerləşirdi. İttifaq kəndlilərin sosial-iqtisadi mənafelərəni müdafiə edən yeganə birlik idi. == Fəaliyyəti == Əsas məqsədi kəndlilərin birliyinə nail olmaq, kəndli bankı açmaq, kəndliləri Müəssislər məclisinə seçkilərə hazırlamaq, onların arasında maarif işini genişləndirmək (xalq məktəblərinin açılması) və s. olmuşdur. 1918-ci ilin martında daşnak-bolşevik quldurlarının Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı ittifaqın "İsmailiyyə" binasında yerləşən dəftərxanası və əmlakı yandırılmış və o, fəaliyyətini müvəqqəti dayandırmışdı. 1918-ci ilin sentyabrında yenidən işə başlayan İttifaqın fəaliyyəti bütün Bakı qəzasını (280 min nəfər əhalisi olan 76 kənd) əhatə edirdi. 1920-ci ilin əvvəllərində 1 2-ci kəndli qurultayının çağırılacağı elan olunmuşdu.
Lindley asırqalotu
Lindley asırqalotu (lat. Eupatorium lindleyanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Lindley buddleyası
Lindley buddleyası (lat. Buddleja lindleyana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və cənub-şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər оlan yarpağı tökülən kоldur. Gövdəsi dikinə qalxan, çоx budaqlıdır. Yarpaqları оval və ya uzunsоv nеştərvari, еnsiz, ucu bizdir, uzunluğu 10 sm-ə çatır. 20 sm uzunluğunda tünd göy, parlaq çiçəkləri iri, düz dayanan, sıx, al qırmızı-bənövşəyi hamaşçiçəklərə tоplanmışdır. Qоca zоğların qabığı bоz, cavanlarınkı bоzumtul-yaşıl, оduncaqlaşmış zoğlarda isə açıq-qоnur rənglidir. İyul ayında çiçəkləyir, sеntyabr-оktyabr aylarında mеyvələri yеtişir. == Ekologiyası == Şaxtaya davamlıdır.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (1923, Təbriz – 24 may 1997) — Ədəbiyyatşünas və ictimai xadim, filologiya elmləri doktoru Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadiq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir.
Taylor Kinney
Teylor Cekson Kinni (ing. Taylor Kinney. 15 iyul 1981, Lankaster, Pensilvaniya), Amerikalı aktyor və model. The Vampire Diaries, Zero Dark Thirty, Chicago Fire və Chicago PD kimi filmlərdə aldığı rollar ilə məşhurdur. Kinney, iyul 2011-ci ildə bəri müğənni Lady Gaga ilə birlikdədir. İkili, Gaganın "You and I" mahnısının klip çəkilişində tanış oldu və qısa müddət sonra əlaqələri başladı. fevral 2015-ci ildə nişanlandılar.
Uilyam Lindley
Ser Vilyam Hirleyn Lindley (ing. Sir William Heerlein Lindley; 30 yanvar 1853, Hamburq — 30 dekabr 1917, London) — ingilis mülki mühəndisi və inşaatçısı. Avropanın 30-dan çox şəhərində (Frankfurt, Varşava, Praqa və s.), o cümlədən Bakıda su kəmərlərinin və kanalizasiya qurğularının tikintisini həyata keçirmişdir. Həyatını şəhərlərin su təchizatına həsr etmiş mühəndis Vilyam Lindleyin oğludur. Atası və kiçik qardaşları Robert və Cozeflə birlikdə işləmişdir. 1881–1889-cu illərdə atasının layihəsi əsasında Varşava şəhər su kəmərinin çəkilməsinə, 1895–1906-cı illərdə Praqa şəhərinin kanalizasiyasının tikintisinə rəhbərlik etmişdir. Bubenets rayonunda tikdiyi təmizləmə stansiyası 1991-ci ildə mədəniyyət abidəsi, 1992-ci ildə isə ekotexniki muzeyə çevrilmişdir. 1917-ci ilin sentyabrında Bakını tərk edən Vilyam Lindleyin vəfat etməsi barədə xəbər Bakıya 1918-ci ilin martında çatmışdı. Bakı şəhər Duması bu kədərli xəbəri bir dəqiqəlik sükutla yad etdi. 1899-cu ilin yanvarında Bakı şəhər su təchizatı komissiyası Bakı Dumasına təqdim etdiyi məlumatda qeyd etmişdi ki, şəhərin su təchizatının təşkili üçün layihə hazırlanması zərurəti yaranmışdır.
Nyonin kinsey
Nyonin kinsey (女人禁制) və ya nyonin kenkay (女人結界) – Yaponiyada qadınların müəyyən yerlərə daxil olmasının qadağan olduğunu bildirən termin. Əsasən məbəd və dağ kimi müqəddəs yerlərə qadınların daxil olması tabu hesab olunsa da, sumo və balıqçılıq kimi məşğuliyyətlərə də qadınların qatılması nyonin kinsey hesab olunur. Müasir dövrdə bu ənənə əvvəlki əhəmiyyətini itirmişdir. Nyonin kinsey praktikasına əsasən Yaponiyada qadınların məbəd, monastır, bəzi dağlar kimi müqəddəs yerlərə və ya festival, mərasim kimi dini tədbirlərə qatılması qadağandır. Qədim Yaponiyada qadının cəmiyyətdəki yeri yüksək olsa da, buddizmdə menstruasiya qanı və uşaq doğumu ilə bağlı tabular bu praktikanın ortaya çıxmasına səbəb olmuşdur. 1872-ci ildə Meyci hökuməti qadınların bütün dağlara, məbədlərə, səcdəgahlara girişini leqallaşdırsa da, bəzi müqəddəs yerlərdə hələ də qadınların girişinə icazə verilmir. Koya, Hiey, Ontake kimi şintoizm və buddizm üçün müqəddəs olan dağlar qadınlar üçün qoyulmuş qadağaya görə tanınmışdır. Nara prefekturasında yerləşən Omine dağında hələ də nyonin kinsey qüvvədədir və dağa ancaq kişilər dırmaşa bilərlər. Bu praktika VII əsrdən etibarən tətbiq olunmağa davam edir. Nyonin kinsey dini məkanlarla yanaşı balıqçılıq, ovçuluq, inşaat, suşi və sake hazırlamaq, dulusçuluq kimi məşğuliyyətləri və sumo kimi idman növlərini də əhatə edir.
Kəndli samuray
Qoşi (郷士) – Tokuqava dövründə aşağı rütbəli və kəndli samuraylara verilən titul. Qoşi titulu bəzən kənd başçılarına da verilirdi. Qoşilər Tosa və Satsuma hanlarının sosial həyatında vacib yer tutmuşdurlar. Sakomoto Ryoma kimi qoşilər Meyci islahatı zamanı Tokuqava şoqunluğuna qarşı gələrək imperatoru dəstəkləmişdirlər. == Tarixi == Qoşi titulunun yaranma səbəbləri müxtəlifdir. Bəzi samuraylar öz torpaqlarında qalaraq döyüşçü və əkinçi sinifləri arasındakı sosial yeri tutmuşdurlar. XVI əsrin sonlarında Toyotomi Hideyoşi kimi kimi hökmdarlar və daymyolar samurayları torpaqlarından uzaqlaşdırıb qəsrlərə çəkməyə çalışsalar da, qoşilər bu sistemin istisnaları idilər. Bəziləri gördükləri meliorasiya işlərinə görə bu statusa layiq görülmüşdülər. Varlı kəndlilər və tacirlər isə qoşi titulunu pulla alırdılar. 1872-ci ildə Böyük Dövlət Şurası qoşilərin çoxunu şizoku (keçmiş samuray) kimi təsnif etmişdir və nəticədə, Edo dövründəki qeyri-üstünlükləri yox olmuşdurlar.
Kinel bayrağı
Kinel bayrağı — Samara vilayətində yerləşən Kinelin bayrağı
Vilhelm Kinsl
Vilhelm Kinsl (alm. Wilhelm Kienzl‎; 17 yanvar 1857[…], Vaysenkirxen[d], Yuxarı Avstriya[d] – 3 oktyabr 1941, Vyana) — Avstriya bəstəkarı, dirijoru və musiqişünası. Vilhelm Kinsl 17 yanvar 1857-ci ildə Vaysenkirxen şəhərində anadan olmuş, ancaq ailəsi 1860-cı ildə Qrats şəhərinə köçmüşdür. Burada o, İohann Buvanın məktəbində pianino ifa etməyi öyrənməyə çalışmış, ancaq müvəffəqiyyət tapa bilməyən Kinsl İqnas Ulyanın müəllimliyi ilə skripka ifa etməyi öyrənmişdir. Bundan sonra o, 1872-ci ildən Anri Lui Stanislas Morye-de-Fontenin müəllimliyi ilə pianino ifa etməyi, 1874-cü ildən isə Vilhelm Mayerin müəllimliyi ilə bəstəkarlığı, Eduard Hanslikin müəllimliyi ilə musiqi estetikalarını və son olaraq, Fridrix fon Hauseggerin müəllimliyi ilə musiqi tarixini öyrənmişdir. Kinsl daha sonra Praqa Universitetinin Konseratoriyasında Yozef Kreysinin rəhbərliyi altında təhsil almışdır. 1877-ci ildə o, Leypsiq Konservatoriyasında Ferens Listin müəllimliyi ilə təhsil almışdır. musiqi akademiyalarında təhsil alan Kinsl Vyana Universitetində musiqişünaslıq üzrə öz tezisini müdafiə etmişdir. Kinsl Praqa şəhərində ikən Kreysi onu Festşpilhausa Rixard Vaqnerin «Nibelunq üzüyü» əsərini dinləməyə aparmışdır. Bu, Kinsl üçün əhəmiyyətli bir ilham mənbəyinə çevrilmişdir.
Əl-Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi. Gözəl xəttatlığı ilə də məşhur idi və bir arada əl-Mütəvəkkil tərəfindən xəttatlıqla məşğul idi.
Qazaxda kəndli qurultayı
Qazaxda kəndli qurultayı — Qazax qəzası kəndlilərinin 1919-cu il sentyabrın 25-də Qazax şəhərində keçirilən qurulyatı. Qurultay hümmətçi menşeviklərin təşəbbüsü ilə çağırılmışdı. Bolşeviklərlə digər sosial-demokratlar arasında kəskin mübahisə şəraitində keçən qurultayda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin aqrar siyasəti müzakirə olunmuşdur. "Müsavat" partiyasının nümayəndələri qurultayda iştirak etmirdi. Qurultayda iştirak edən Bakı Fəhlə Konfransının nümayəndə heyəti kəndliləri fəhlələrlə ittifaqda sovet hakimiyyəti uğrunda, burjua-mülkədarlar əleyhinə mübarizəyə çağırdı. Qurultayda hümmətçi menşeviklər öz aqrar proqramlarını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sosialist fraksiyasının üzvləri isə aqrar komissiyada yeritdikləri torpaq siyasətinin mahiyyətini izah və müdafiə edirdilər. S.Ağamalıoğlu hər mülkədara 10 desyatin bağ yeri, 15 desyatin əkin yeri və 45-50 desyatin otlaq saxlamaqla, qalan torpaqların ödənc ilə kəndlilərə paylanmasını, torpaq pulunun ödənilməsi üçün əhaliyə gəlir vergisi qoymaq yolu ilə fond yaradılmasını təklif etdi. İ.Əbiləv və Ə.Pepinov da bu aqrar proqrama tərəfdar çıxdılar. D.Bünyadzadə, R.Hüseynov, Ə.Qarayev, A.Yusifzadə isə bütün mülkədar torpaqlarının müsadirə edilib, təmənnasız olaraq kəndlilərə paylanması təklifini irəli sürdülər. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən biri torpağın zəhmətkeşlərə verilməsi şüarı idi.
Rusiyada kəndli islahatı
Rusiyada kəndli islahatı — 1861-ci ildə keçirilən islahat. Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi. Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində — 1859–1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı. Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar. Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər.
Emrə Kınay
Emre Kınay (5 mart 1970, İstanbul) — Türk aktyor. == Həyatı == Dostlar Teatrı, Bakırköy Bələdiyyə Teatrı kimi icmalarda çalışan sənətçi müxtəlif film və seriallarda da rol alır. Yaradıcısı olduğu Duru Teatr qrupunda hələ də tamaşalar və seriallarda oynayır. O, "Yılan hikayesi" serialında canlandırdığı "Erkan Ağa" və "Yeditepe İstanbul" serialında canlandırdığı "Yusuf" obrazları ilə tanınıb. Üç qız atasını canlandırdığı və baş rolu İclal Aydınla paylaşdığı “İki Aile” serialı ilə daha geniş dairələrdə tanınıb. O, "Güneşi Beklerken" serialında basketbol müəllimi "Cihan" obrazını canlandırıb, daha sonra "Lise" serialında məktəbə qayıdan hüquqşünas rolunu canlandırıb. O, 2015-2016 mövsümündə yayımlanan "Güneşin Kızları" serialında "Haluk" obrazını canlandırıb. 2019-cu ildə Türkiyə Yerli Seçkilərində İYİ Partiya tərəfindən İstanbul Kadıköy Bələdiyyə Başçılığına namizədliyi irəli sürülüb. Lakin o, 12,66 faiz səs toplayaraq seçkidə qalib gələ bilməyib. O, yarışı 3-cü yerdə başa vurub.