kəndlərarası
kəndli-kəsəkli
OBASTAN VİKİ
Kəndli
Kəndli (ing. Peasant; rus. Крестьянин) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir. == Məşğuliyyəti == Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir. == Azərbaycanda kəndlilər == Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.
Kəndli ittifaqı
Kəndli ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaradılmış qeyri-hökumət təşkilatı. == Yaradılması == Əsası 1918-ci ilin yanvarında Bakı şəhər rəisliyi kəndlilərinin qurultayında qoyulmuşdu. 32 nümayəndənin iştirak etdiyi qurultayda ittifaqın idarə heyəti seçilmişdi: sədri Mahmud Quliyev, üzvləri Şirəli Zeynalov, Məmməd bəy Bakıxanov, Hacağa Babayev, Məşədi Ağarəşid Feyzizadə, Mirzə bəy Mahmudbəyov, Manaf Məhərrəmov, Seyid Mehdi Seyid Musa oğlu, Mir Həmdulla Zəkizadə, Molla Abbdulla Şahbazzadə idilər. İdarə heyəti "İsmailiyyə" binasında yerləşirdi. İttifaq kəndlilərin sosial-iqtisadi mənafelərəni müdafiə edən yeganə birlik idi. == Fəaliyyəti == Əsas məqsədi kəndlilərin birliyinə nail olmaq, kəndli bankı açmaq, kəndliləri Müəssislər məclisinə seçkilərə hazırlamaq, onların arasında maarif işini genişləndirmək (xalq məktəblərinin açılması) və s. olmuşdur. 1918-ci ilin martında daşnak-bolşevik quldurlarının Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı ittifaqın "İsmailiyyə" binasında yerləşən dəftərxanası və əmlakı yandırılmış və o, fəaliyyətini müvəqqəti dayandırmışdı. 1918-ci ilin sentyabrında yenidən işə başlayan İttifaqın fəaliyyəti bütün Bakı qəzasını (280 min nəfər əhalisi olan 76 kənd) əhatə edirdi. 1920-ci ilin əvvəllərində 1 2-ci kəndli qurultayının çağırılacağı elan olunmuşdu.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (1923, Təbriz – 24 may 1997) — Ədəbiyyatşünas və ictimai xadim, filologiya elmləri doktoru Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadiq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir.
Kəndli samuray
Qoşi (郷士) – Tokuqava dövründə aşağı rütbəli və kəndli samuraylara verilən titul. Qoşi titulu bəzən kənd başçılarına da verilirdi. Qoşilər Tosa və Satsuma hanlarının sosial həyatında vacib yer tutmuşdurlar. Sakomoto Ryoma kimi qoşilər Meyci islahatı zamanı Tokuqava şoqunluğuna qarşı gələrək imperatoru dəstəkləmişdirlər. == Tarixi == Qoşi titulunun yaranma səbəbləri müxtəlifdir. Bəzi samuraylar öz torpaqlarında qalaraq döyüşçü və əkinçi sinifləri arasındakı sosial yeri tutmuşdurlar. XVI əsrin sonlarında Toyotomi Hideyoşi kimi kimi hökmdarlar və daymyolar samurayları torpaqlarından uzaqlaşdırıb qəsrlərə çəkməyə çalışsalar da, qoşilər bu sistemin istisnaları idilər. Bəziləri gördükləri meliorasiya işlərinə görə bu statusa layiq görülmüşdülər. Varlı kəndlilər və tacirlər isə qoşi titulunu pulla alırdılar. 1872-ci ildə Böyük Dövlət Şurası qoşilərin çoxunu şizoku (keçmiş samuray) kimi təsnif etmişdir və nəticədə, Edo dövründəki qeyri-üstünlükləri yox olmuşdurlar.
Ailə-kəndli təsərrüfatı
Ailə-kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsi . == Fəaliyyətin hüquqi və təşkilati əsasları == Ailə-kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsasları 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Ailə- kəndli təsərrüfatı haqqında” Qanunu ilə tənzimlənir. Bu Qanunun məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Ailə-kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə-kəndli təsərrüfatı fiziki şəxs kimi fəaliyyət göstərir və bu fəaliyyət sahibkarlıq hesab edilmir. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər, ev və bağçılıq təsərrüfatları ailə-kəndli təsərrüfatına aid edilmir. === Təsərrüfatın statusunu müəyyən edən əsas amil === Ailə-kəndli təsərrüfatının statusunu müəyyən edən amillərdən biri ailə başçısının təsərrüfatda çalışmasıdır və bu təsərrüfat onun əsas iş yeri olmalıdır. Ailə başçısı kənarda çalışarsa, həmin təsərrüfat ailə-kəndli təsərrüfatı hesab olunmur və öz statusunu itirir. Ailə-kəndli təsərrüfatı onun hər bir üzvü üçün maliyyə vahidinin 2000 misli miqdarında müəyyən edilmiş illik dövriyyəsinin yuxarı həddini keçdikdə və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda da öz statusunu itirir. Bələdiyyələr öz ərazilərində olan ailə-kəndli təsərrüfatının uçotunu aparır və təsərrüfatın üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqə verir.
Almaniya kəndli müharibəsi
Almaniyada kəndli müharibəsi (1524—1526) — Alman kəndlilərinin şəxsi qurtuluşu və zümrə bərabərliyi uğrunda mübarizəsi. Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatın kulminasiyası. == Üsyan səbəbləri və hazırlıqları == Yuxarı Reyndən tutmuş Elbanın sol sahilinə, Elzasdan Avstriyanın Ştiriya və Karintiya torpaqlarına qədər yayılmış ölkə tarixində ən böyük kəndli üsyanı. Kəndlilərin üsyanı şəhərlərin aşağı qatlarında, orta bürqer kəsimində, dağ mədənlərinin işçilərində, ruhani və cəngavərlərin ayrı nümayəndələrində özünə dəstək tapdı. Üsyan Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatının kulminasiyası oldu. Kəndli üsyanın əsas səbəbləri 15-ci əsrin ikinci yarısından başlayan ruhani və dünyəvi feodalların kəndli rəiyətin hüquqları üzərinə hucumları oldu. Bazar münasibətlərinin artması və kapitalizmin erkən ünsürlərinin yaranması şəraitində feodallar öz gəlirlərini, əski rəiyət mükələfiyətlərini dirçəldərək və yenilərini tətbiq edərək, yüksəltməyə çalışırdılar. Eyni zamanda alman knyazları, siyasi cəhətdən pərakəndə olan imperiyada öz hakimiyətlərini möhkəmləndirərərk, hərəsi - öz ərazisində - onların özünüidarə və müstəqillik hüquqlarını pozaraq kəndli icmalarına sıxışdırmağa çalışırdılar. Vəziyəti kənddaxili mübahisələr və kəndlilərin təbəqələşməsi də qəlizləşdirirdi. Bütün bu proseslər xüsusi ilə intensiv olaraq Almaniyanın sıx əhalisi olan Cənub - Qərbində gedirdi.
Almaniyada kəndli müharibəsi

Qazaxda kəndli qurultayı
Qazaxda kəndli qurultayı — Qazax qəzası kəndlilərinin 1919-cu il sentyabrın 25-də Qazax şəhərində keçirilən qurulyatı. Qurultay hümmətçi menşeviklərin təşəbbüsü ilə çağırılmışdı. Bolşeviklərlə digər sosial-demokratlar arasında kəskin mübahisə şəraitində keçən qurultayda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin aqrar siyasəti müzakirə olunmuşdur. "Müsavat" partiyasının nümayəndələri qurultayda iştirak etmirdi. Qurultayda iştirak edən Bakı Fəhlə Konfransının nümayəndə heyəti kəndliləri fəhlələrlə ittifaqda sovet hakimiyyəti uğrunda, burjua-mülkədarlar əleyhinə mübarizəyə çağırdı. Qurultayda hümmətçi menşeviklər öz aqrar proqramlarını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sosialist fraksiyasının üzvləri isə aqrar komissiyada yeritdikləri torpaq siyasətinin mahiyyətini izah və müdafiə edirdilər. S.Ağamalıoğlu hər mülkədara 10 desyatin bağ yeri, 15 desyatin əkin yeri və 45-50 desyatin otlaq saxlamaqla, qalan torpaqların ödənc ilə kəndlilərə paylanmasını, torpaq pulunun ödənilməsi üçün əhaliyə gəlir vergisi qoymaq yolu ilə fond yaradılmasını təklif etdi. İ.Əbiləv və Ə.Pepinov da bu aqrar proqrama tərəfdar çıxdılar. D.Bünyadzadə, R.Hüseynov, Ə.Qarayev, A.Yusifzadə isə bütün mülkədar torpaqlarının müsadirə edilib, təmənnasız olaraq kəndlilərə paylanması təklifini irəli sürdülər. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən biri torpağın zəhmətkeşlərə verilməsi şüarı idi.
Rusiyada kəndli islahatı
Rusiyada kəndli islahatı — 1861-ci ildə keçirilən islahat. Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi. Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində — 1859–1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı. Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar. Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər.
Birləşmiş Fəhlə-Kəndli Təşkilatı
Birləşmiş Fəhlə-Kəndli Təşkilatı — Vyetnamda həmkarlar ittifaqı. Ölkənin kommunist hökuməti tərəfindən tanınmır. Bu, 2006-cı ildə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən əvvəl səlahiyyətlilər üzvlərini həbs edəndə beynəlxalq diqqətə çatdırılmışdır. Doan Van Dyen, oğlu Doan Hui Tuonq və qrupun hüquq müşaviri Tran Kuok Hiyen də daxil olmaqla, bu üzvlərin bir neçəsi, "demokratik azadlıqlardan sui-istifadə edərək dövlətin maraqlarını pozmaq" ittihamı ilə 4 ildən 5 ilə qədər həbs cəzası almışdır. "Human Rights Watch" və "Amnesty International" kimi qruplar cəzalara etiraz etmiş, həbsdə olan həmkarlar ittifaqı üzvlərini vicdan məhbusu adlandırmışdır.
Fəhlə-Kəndli Qızıl Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Fəhlə-Kəndli Qırmızı Ordusu

1847-ci il Kəndli Əsasnamələri
1847-ci il Kəndli Əsasnamələri — Çar Rusiyası tərəfindən Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə məqsədilə tətbiq olunmuş sənədlər. == Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi zərurəti == Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycanın ali təbəqəsinin – xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən - "Kəndli Əsasnamələri" verildi. == Kəndli Əsasnamələri və onların mahiyyəti == Reskriptdə şərh olunan və torpaq sahibkarları ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli "Kəndli əsasnamələri"ndə konkretləşdirildi. Bu əsasnamələrdən birincisi Şamaxı və Dərbənd quberniyalarınm bəy kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalannm xüsusi sahibkar kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol qəzasındakı Qazax və Şəmşəddil nahiyələri ağalarının torpaqlarında yaşayan kəndlilərə aid idi.
Kazan Sovet Fəhlə-Kəndli Respublikası
Kazan Sovet Fəhlə-Kəndli Respublikası — Kazan quberniyası ərazisində müvəqqəti qurulan edövlət qurumu. Kazan Sovetinə daxil olan partiyaların razılığı ilə 1918-ci ilin fevralında təşkil edilmişdir. Kazan quberniysa ispalkomunun qərarı ilə 16 may 1918-ci ildə ləğv edilmişdir. == Hökumət == Xalq Komisarlar Sovetinin Sədri — Yakov Semyonoviç Şeynkman. Daxili İşlər üzrə Xalq Komissarı — V. İ. Moxov. Əkinçilik üzrə Xalq Komissarı — K. M. Şnurovski. Ərzaq məhsulları üzrə Xalq Komissarı — Y. S. Şeykman. Nəqliyyat üzrə Xalq Komissarı — İ. O. Anosov. Ticarət və Sənaye üzrə Xalq Komissarı — A. İ. Karpov. Maliyyə üzrə Xalq Komissarı — V. N. Skaçkov.
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 24 yanvar 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Kəndlilər (1939)
Kəndlilər — rejissor Səməd Mərdanovun filmi.. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Müsavat hökumətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır. == Film haqqında == Film rejissor Səməd Mərdanovun bədii kinoda ilk və son müstəqil işidir. Film aktyor İsmayıl Osmanlının kinoda ilk işidir. Film aktyor Məmmədrza Şeyxzamanovun kinoda ilk işidir. Filmin ən məşhur səhnələrindən biri Möhsün Sənaninin iştirak etdiyi sərxoşlar səhnəsidir. Bu səhnənin inandırıcı alınmasının səbəbi odur ki, aktyor rejissor Səməd Mərdanovun təkidi ilə araq içməli olur və həqiqətən sərxoş olur. Aktyoru sərxoş edən rejissor bu səhnəni bir dubla çəkir.
Kəndlilər (film, 1939)

Значение слова в других словарях