Vilhelm Kinsl (alm. Wilhelm Kienzl; 17 yanvar 1857[1][2][…], Vaysenkirxen[d], Yuxarı Avstriya[d][3][4] – 3 oktyabr 1941[1], Vyana[3]) — Avstriya bəstəkarı, dirijoru və musiqişünası.
Vilhelm Kinsl | |
---|---|
alm. Wilhelm Kienzl | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 17 yanvar 1857[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1941[1] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, musiqişünas, pianoçu, bioqraf |
Janr | opera |
Musiqi aləti | piano |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vilhelm Kinsl 17 yanvar 1857-ci ildə Vaysenkirxen şəhərində anadan olmuş, ancaq ailəsi 1860-cı ildə Qrats şəhərinə köçmüşdür. Burada o, İohann Buvanın məktəbində pianino ifa etməyi öyrənməyə çalışmış, ancaq müvəffəqiyyət tapa bilməyən Kinsl İqnas Ulyanın müəllimliyi ilə skripka ifa etməyi öyrənmişdir. Bundan sonra o, 1872-ci ildən Anri Lui Stanislas Morye-de-Fontenin müəllimliyi ilə pianino ifa etməyi, 1874-cü ildən isə Vilhelm Mayerin müəllimliyi ilə bəstəkarlığı, Eduard Hanslikin müəllimliyi ilə musiqi estetikalarını və son olaraq, Fridrix fon Hauseggerin müəllimliyi ilə musiqi tarixini öyrənmişdir. Kinsl daha sonra Praqa Universitetinin Konseratoriyasında Yozef Kreysinin rəhbərliyi altında təhsil almışdır. 1877-ci ildə o, Leypsiq Konservatoriyasında Ferens Listin müəllimliyi ilə təhsil almışdır. musiqi akademiyalarında təhsil alan Kinsl Vyana Universitetində musiqişünaslıq üzrə öz tezisini müdafiə etmişdir.
Kinsl Praqa şəhərində ikən Kreysi onu Festşpilhausa Rixard Vaqnerin «Nibelunq üzüyü» əsərini dinləməyə aparmışdır. Bu, Kinsl üçün əhəmiyyətli bir ilham mənbəyinə çevrilmişdir. O, bu əsəri o qədər sevmişdir ki, Hausegger və Fridrix Hofmann ilə birlikdə "Qraz Riçard Vaqner Assosiasiya"nı təsis etmişdir.
1879-ci ildə Kinsl pianist və dirijor kimi Avropa üzrə qastrol səfərinə çıxmışdır. 1883-cü ildə o, "Alman Operası"nın direktoru olmuşdur, ancaq 1886-cı ildə Qrats şəhərinə geri qayıtmış və Ştriya Musiqi Klubu və Konservatoriya üzrə Vəzifələrə rəhbərlik etmişdir.
1894-cü lldə Kinsl üçüncü və ən məşhur opera əsərini bəstələmişdir. Bu, «Evangelist» (alm. Der Evangelimann) idi, ancaq bu əsər Kinslın 1897-ci ildə bəstələdiyi «Don Kixot» (alm. Don Quixote) əsərinin uğuru ilə rəqabət apara bilməmişdi. Bu cür şöhrətə yalnız Kinslın 1911-ci ildə bəstələdiyi «İnək adam» (Der Kuhreigen) əsəri çata bilmişdi ki, bu da qısa müddətli idi. 1917-ci ildə o, Vyana şəhərinə köçmüşdür. 1919-cu ildə onun birinci həyat yoldaşı Lili Hok vəfat etmişdir. Kinsl 1921-ci ildə Henni Bauer ilə evlənmişdir.
Birinci Dünya müharibəsindən sonra o, Karl Renner tərəfindən yazılan "Alman Avstriyası, sənin heyrətamiz ölkən" (alm. Deutschösterreich, du herrliches Land) poeması üçün melodiya bəstələmişdir. Bu, 1929-cu ilə qədər Avstriya Respublikasının qeyri-rəsmi dövlət himninə çevrilmişdir. Kinsl 1926-cı ildən sonra böyükhəcmli əsərlər yazmaqdan imtina etmiş, 1936-cı ildə isə səhhəti ilə bağlı yaşadığı problemlərə görə bəstəkarlığı birdəfəlik tərk etmişdir.
1933-cü ildə Kinsl Adolf Hitlerin hakimiyyətini dəstəklədiyini açıqlamışdır.[5] O, böyük bir nasist tərəfdarı idi. Kinsl Adolf Hitleri "dünya xalqlarını idarə etməyə layiq" olan "vüqarlı" və "əzəmətli" bir fiqur olaraq təsvir etmişdir.[6]
Kinsl 3 oktyabr 1941-ci ildə, 84 yaşında ikən Vyana şəhərində vəfat etmişdir. Onun meyiti Vyana Mərkəzi Qəbiristanlığında dəfn edilmişdir. Nasist hakimiyyət dövründə onun irsi qorunub-saxlanılmışdı, ancaq Avstriyada demokratik hakimiyyətin təsis edilməsindən sonra bunun əksə gerçəkləşmişdir. Buna baxmayaraq, 2007-ci ildə Avstriyada buraxılan bir poçt markası Kinsla həsr olunmuşdur.[7] Onun Vyana şəhərindəki evində xatirə lövhəsi var idi.