Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Klanq
Klanq (əvvəllər Kelanq adı ilə də tanınırdı) — Malayziyada, Selanqor şəhərində şəhər. Kalanq vadisində, Kuala-Lumpur şəhərindən 32 km qərbdə və Port-Klanqdan 6 km şərqdə yerləşir. Kuala-Lumpur şəhərindən əvvəl Selanqor ştatının paytaxtı olmuşdur. Hazırda Şah-Alam ştatının paytaxtıdır. Klanq dairəsində yerləşən Port-Klanq dünyanın ən çox yük daşınan limanlarından biridir. Əhalisi 1 113 851 nəfərdir (2010). == Etimologiyası == Tədqiqatçılar arasında geniş yayılmış mülahizəyə əsasən şəhər öz adını ərazisindən axan Klanq çayının adından götürmüşdür. Bu coğrafi region bütünlüklə Klanq çayının yaxınlığında yerləşdiyinə görə Klanq vadisi də adlandırılmışdır. Digər bir məşhur bir nəzəriyyəyə görə isə bu ad mon-kxmer dilində Klong və ya köhnə malay sözü olan kilang ("anbarlar") sözündən götürülmüşdür, keçmiş zamanlarda şəhərdə çoxlu miqdarda anbarların olması ilə bağlı olduğu ehtimal olunur, müasir dövrdə Kilang" — fabrik mənasında işlənilir. == Rayonlar == Klanq çayı Klanq şəhərini Şimal və Cənub hissələrinə bölür.
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Acacia alata var. alata
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Kata
Kata (ja. 型 və ya 形) — Şərq əlbəyaxa döyüş növlərinin əksəriyyətində əvvəlcədən bir neçə nəfərə qarşı hazırlanmış formal hərəkətlərdən ibarət döyüş formasıdır. Kata sözü xüsusi ilə Karate-do döyüş növündə istifadə edilir. Məsələn, analoji olaraq Uşu, Kunq Fu döyüş növlərində "Tao", Taekvon-do döyüş növündə "Pumse" və s. kimi işlədilir.
Kate
Kate (KDE Advanced Text Editor) - KDE tərəfindən yaradılan mətn redaktorudur. UTF-8, UTF-16, ISO-8859-1 və ASCII kodinqlərini dəstəkləyir. Sintaksi tanıma (highlighting) xüsusiyyətinə malikdir. C++ dili ilə Kate üçün pluginlər yazmaq mümkündür.
Kitç
Kitç (alm. Kitsch‎) — məşhur və mədəni simvolları istifadə edərək kütləvi istehsal edilən incəsənət və ya dizaynın aşağı mədəniyyət stili.
Klad
Klad — əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupdur. == Xarici keçidlər == Evolving Thoughts: Clade DM Hillis, D Zwickl & R Gutell. "Tree of life". An unrooted cladogram depicting around 3000 species.
Abroma alata
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Acacia alata
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.
Acacia elata
Acacia elata (lat. Acacia elata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Achyrocline alata
Achyrocline alata (lat. Achyrocline alata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.
Ambrosia elata
Yovşanyarpaq ambroziya (lat. Ambrosia artemisiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ambroziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, gövdəsi düz, sadə və ya budaqlanan, 25-80 sm hündürlükdə bitkidir. Yarpaqları qarşı-qarşıya və ya növbəli düzülmüş, saplaqlı, aşağı yarpaqlar ikiqat, yuxarı yarpaqlar dərin lələkvari bölünmüş, bölümləri uzunsov-lansetvari, iti, tam və ya dişli, hər təfərdən qısa və sıx tükcüklü, aşağıda bozumtuldur. Səbətləri uzun və nazik sünbülvari çiçəkqrupunda toplanıb. Erkəkcik çiçəkləri sarı, səbətləri yarımşarvari, 3-5 mm enindədir. Sarğı yarpaqcıqları yaşıl rənglidir. Toxumcaları 3 mm uzunluqda, yumurtavari-uzunsov, incə burunludur. Tozcuqları allergiya xüsusiyyətlidir. == Yayılması == Böyük Qafqazın qərbi, Abşeronun rayonlarında aran və dağətəyi ərazilərdə yayılmışdır.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Aralia elata
Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır.
Artur Klark
Artur Klark (16.12.1917-19.3.2008) — İngilis fantastı, yazıçı == Həyatı == Artur Klark 1917-ci ildə İngiltərənin cənub-qərbindəki Somerset qraflığında doğulub. İkinci Dünya müharibəsində Britaniya hərbi hava qüvvələrində radar operatoru olub və mürəkkəb hava şəraitində uçuşların asanlaşdırılması üçün radar sisteminin hazırlanmasında iştirak edib. Sonralar həyatının bu dövrünü 1963-cü ildə nəşr olunan "Hamar yol" adlı yarısənədli romanında təsvir edib. Müharibədən sonra fizika-riyaziyyat ixtisası üzrə Londondakı Kral kollecini bitirib. Və yalnız 1940-cı illərin sonunda peşəkar yazıçı olmağı qət edib. İlk hekayəsi 1946-cı ildə bir jurnalda çıxıb, 7 ildən sonra isə "Uşaqlığın sonu" adlı ilk romanı işıq üzü görüb. 1956-cı ildə uğursuz nikahdan sonra Klark İngiltərəni birdəfəlik tərk edərək Şri Lankaya köçüb və ömrünün qalan hissəsini orda yaşayıb. Yazıçıya dünya şöhrəti gətirən 1968-ci ildə yazılmış "2001:Kosmik Odissey" (2001: A Space Odyssey) əsəri və Stenli Kubrikin onun ssenarisi əsasında çəkdiyi eyni adlı film olub. Bundan əlavə Klark "Şəhər və ulduzlar", "Delfinlər adası", "Cənnətin fəvvarələri" və s. kimi əsərləri ilə məşhurdur.
Bidens alata
Bidens alata (lat. Bidens alata) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Bleyk Klark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Klet
Klet (bilinmir, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür. Hazırda Vatikan olaraq bilinən, o dövrün Müqəddəs Pyotr bazilikasında, əvvəlki papa Linin yanına dəfn edilmişdir.Papa Kletin anım günü 26 apreldə qeyd olunurdu.
KKTC
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.