Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klinika
Klinika termini aşağıdakıları izah edir: Klinika və ya müalicəxana — xəstələrin stasionar müalicəsi ilə yanaşı tədris və elmi iş də aparılan müalicə müəssisəsi. Hüquq klinikası — ödənişsiz hüquqi xidmətlər göstərilən müəssisə. Klinika (diaqnostika) — müəyyən xəstəliklər üçün xarakterik olan klinik simptomlar və xəstənin şikayətləri kompleksi. Onun əsasında ilkin və ya son diaqnoz vermək olur.
Kliniki depressiya
Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Kliniki mühəndislik
Müxtəlif təşkilatlarda (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, üsul və metodlarının tətbiqi. == Tədqiqat sahələri == Üçüncü sahədəki işlər çox sürətli bir inkişaf göstərməkdədir. Klinik mühəndis, klinik qrupun bir parçasını təşkil edir. Klinik mühəndislərin vəzifələri aşağıdakı kimi ümumiləşdirilə bilər: - Xəstəxana işçilərinin prosedurların müəyyənləşdirilməsinə, cihazların seçilməsinə və nəzarətinə kömək etmək; - Qeyri-kommersiya məqsədləri üçün elektron cihazların həyata keçirilməsi; - Cihazların işləməsinə nəzarət və kalibrləmə üçün üsullar inkişaf etdirmək; - Təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq; - Həyat dəstək sistemlərinin idarə edilməsi; - Xəstəxanalarda istifadə edilməyə başlanan kompüter və avtomatlaşdırma mərkəzləri üçün məsuliyyət daşıyır . Xəstəxanalarda kompüterlər çox müxtəlif məsələlərin həllində istifadə edilməkdədir. Bu məsələlər arasında klinik kimya laboratoriyaları, reanimasiya modulları, əməliyyatxana və elektrokardioqram laboratoriyaları kimi klinik laboratoriyaları, laboratuvar hesabatlarının təşkil edilməsi, xəstələrin tariflərinin və ödənişlərinin müəyyən edilməsi, klinikadakı elektron qurğuların idarəsi kimi inzibati işlər, tədqiqat və profilaktik səhiyyə xidmətləri üçün məlumatların saxlanması kimi inzibati işlər daxildir.
Kolonist parkı
Kolonist parkı (rus. Колонистский парк, xalq arasında «Adalar» adı ilə tanınır) — Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən - 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır. == Tarix == Başlanğıcda bu ərazilər "Ovçu bataqlığı" adı ilə tanınırdı, lakin 1830-cu ildən burada alman kolonistləri üçün evlər inşa edilmiş və yeni park onların şərəfinə "Kolonist" adlanmışdı. Parkın böyük hissəsini 1837-1838-ci illərdə keçmiş Ovçu bataqlığının yerində qazılmış və I Nikolayın qızı Olqanın şərəfinə adlanan gölməçə tutur. Onun sahili buzlaq daşı və bəndlərlə bərkidilmiş və üzərində böyük xiyaban salınmışdı. Olqa gölməçəsindəki adalarda "Olqa" və "Çariçin" pavilyonları yerləşir. Böyük Vətən müharibəsində pavilyonlar güclü dağıntıya məruz qalmışdı. Onların bərpa və yenidənqurma işləri yalnız 2001-ci ildə başlamış və 4 il davam etmişdi. == Çariçin pavilyonu == Çariçin pavilyonu parkın dominant tikililərindən hesab olunur və memar A.Ştakenşneyderin layihəsi əsasında 1842—1844-cü illərdə tikilmişdir.
Mariya Kapnist
Mariya Kapnist (9 (22) mart 1913, Sankt-Peterburq – 25 oktyabr 1993, Kiyev) — Aktrisa. == Həyatı == 9 mart 1913-cü ildə Sankt-Peterburqda doğulub. 25 oktyabr 1993-cü ildə Kiyevdə vəfat edib.
Qlinistı adası
Qlinistı — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles və Ozyornı adaları arasında yerləşir. Hər iki ada arasında məsafə təqribi olaraq 500 metrdir. 1 km məsafədə uzanır. Eni 300–400 metr təşkil edir. . Adada seçilən yüksəklik yoxdur. Adada yüksəklik və su tutarı yoxdur. Adanın ətrafı saylarla əhatələnmişdir.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir.Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik. Bu cərəyan vurması, suda boğulma, miokard infarktı, güclü travmalar və s.
Akif Rüstəmov (alpinist)
Akif Rüstəmov — məşhur azərbaycanlı alpinist. == Həyatı == Keçmiş SSRİ-nin yeddi min metrlik beş zirvəsindən dörüdünü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. 19 avqust 2009-cu ildə vəfat etmişdir.
Hillari Nelson (alpinist)
Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton – 26 sentyabr 2022, Manaslu) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub. == Həyatı == Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub. == Ölümü == 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Klint Hokinq
Klint Hokinq (ing. Clint Hocking) — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir. Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir.
Klint Mensell
Klint Mensell (ing. Clint Mansell, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi. == Karyera == Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir. 1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı. Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Klint İstvud
Klint İstvud (ing. Clinton Elias Eastwood, Jr.; d. 31 may 1930, San-Fransisko, Kaliforniya, ABŞ) — məşhur ABŞ kinoaktyoru və rejissoru. O, 55-dən artıq filmdə çəkilmiş, 4 Oskar və 3 Qızıl Qlobus mükafatına layiq görülmüşdür. 1960-cı illərin ortalarında Serco Leonenin spagetti vestern janrındakı filmlərində ifa etdiyi rollar sayəsində dünya şöhrəti qazanmışdır.
Heynrix von Kleist
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) - alman şair. Dram,hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. == Həyatı == Şair olmaqla yanaşı,hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı.Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı.Bir il sonra Parisə ziyarət etdi,ardından İsveçrədə yaşamağa başladı.Orada dostlar əldə edən Kleist,onlara ilk tragediyası olan "Şroffenşteyn ailəsi" adlı əsərini oxudu.1802-ci ilin əvvəlində Almaniyaya dönərək Veymarda Höte,Şiller və Vielandı ziyarət etdi.Leypsiq və Drezdendə qısa müddət qaldıqdan sonra Parisə geri dönən Kleist,sonradan Berlindəki iş yerini Königsberqdəki dövlət dairəsi olaraq dəyişdirir.1807-ci ildə Drezdenə gedərkən fransız əsgərləri tərəfindən "casus" adı ilə həbs olunur.Həbsxanadan çıxdıqdan sonra Drezdenə gedən Kleistin yolu Heynrix Müllerlə kəsişir və onlar birlikdə 1808-ci ildə "Föbus" qəzetini nəşr edirlər. == Ölümü == Kleist 1809-cu ildə Praqaya getdi və ən sonda Berlində yerləşdi.Orada "Berliner Abendblatter" qəzetini nəşr etdi.Təxminən o illərdə,tamamilə özü kimi yaşamaq məqsədi qalmamış Henrietti Vogel adlı alman qadın musiqiçisi ilə birlikdə oldu.1811-ci ildə xərçəng xəstəliyinin kəskinləşdiyini öyrənən Vogel,vəziyyəti Heynrixə deyir və özü qorxduğu üçün ondan onu öldürməsini xahiş edir.Heynrix isə Vogelə birlikdə intihar etməyi təklif edir.İkisinin də yaşamaq üçün heç bir məqsədi ypxdur və onlar razılaşırlar.Onsuzda Vogelə həkimləri tərəfindən çox yaşamayacağı deyilmişdi.Heynrix və Henrietti 1811-ci ilin 21 noyabr tarixində səhər Berlində yerləşən "Klener Vannsee" gölünün sahilində səhər yeməyi yeyirlər.Ardından Heynrix Henrietteni silahla ürəyindən vurur,sonra isə silahı öz ağzına söykəyir və tətiyi çəkir.Heynrixin yazıb qoyduğu intihar məktubunda bu sözlər diqqəti cəlb eləmişdir: "...Əsas məsələ budur ki,mənə bu planetdə heç bir yardım əli uzanmadı" Kleistin bütün həyatı ideal və xəyali xoşbəxtliyi axtarmaqla keçmişdir və bu,çox əsərlərin də əks olunmuşdur.Kleist şimali Almaniyanın ən önəmli Romantik dövr dramaturqu sayılır.Kleist alman ədəbiyyatında önəmli yerə sahibdir.
Kotic Medi-Klinik
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
Mərkəzi Klinik Xəstəxana
Mərkəzi Klinik Xəstəxana — 1960-cı ildə inşa edilərək 300 çarpayılıq Səhiyyə Nazirliyinin 1 nömrəli Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərancamı ilə Mərkəzi Klinik Xəstəxananın rekonstruksiyasına başlanmışdır. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən, beynəlxalq standartlara cavab verən, yüksək səviyyəli xəstəxana olaraq fəaliyyətə başlamışdır.Mərkəzi Klinik Xəstəxana 3 blok, 4 şöbə (poliklinika, diaqnostika, stasionar, təcili yardım), 97 yataq, 4 əməliyyatxana, 12 yataqlı reanimasiya və intensiv terapiya bölmələrindən ibarətdir. Xəstə yataq otaqları 1 nəfərlik, 2 nəfərlik, CİP-VİP xüsusiyyətlidir. Xəstəxanada 105 həkim, 250-yə yaxın tibb bacısı və kiçik tibb işçiləri və inzibati personal da daxil olmaqla 600 personal fəaliyyət göstərir.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası — 1961-ci ildən fəaliyyətə başlamışdır. Respublika Klinik xəstəxanası əsasən respublika tabeçiliyində olan şəhərlərin və kənd rayonlarının əhalisinə və tibb müəssisələrinə çoxprofilli, ixtisaslaşmış, stasionar, konsultativ, planlı yardım göstərməklə yanaşı Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazası olub, respublika müalicə-profilaktika idarələrinin təşkilatı-metodiki işlərinə köməklik etməyə borclu olan aparıcı tibb müəssisələrindən biridir. Respublika Klinik Xəstəxanası eyni zamanda tibbi kadr hazırlayan Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun, 1 saylı tibb texnikumu və 2 saylı tibb texnikumunun tədris bazasıdır. İcbari tibbi sığortanın tətbiqi ilə Respublika Uşaq Klinik Xəstəxanası 2021-ci il 28 may tarixində Respublika Klinik Xəstəxanasının nəzdinə verilmişdir.Xəstəxananın müalicə şöbələrində tibbi təhsil müəssisələrinin 11 kafedrası, o cümlədən Azərbaycan Tibb Universiteti üzrə; urologiya, cərrahi xəstəliklər və farmakoterapiya kafedraları; Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunun 2-ci terapiya, nefrologiya, nevrologiya və fizioterapiya, mama-ginekologiya, rentgenologiya, hematologiya, anestaziologiya-reanimasiya, üz-çənə cərrahiyəsi və otorinolarinqologiya kafedraları fəaliyyət göstərir.Göstərilən kafedra, laboratoriya və mərkəzlərdə 121 elmi işçi, o cümlədən 16 professor, 30 dosent, 35 assistent və digər işçilər elmi və tədris işləri ilə yanaşı xəstələrin diaqnostika və müalicəsində xəstəxana personalı ilə birlikdə fəaliyyət göstərirlər. Bunlardan başqa nefrologiya, nevrologiya şöbələri müvafiq profillər, hematologiya şöbəsi ilə hemofiliya xəstəliyi üzrə mərkəz statusuna malikdir. Şöbələrin sayı — 44 Kabinetlərin sayı — 3 Bölmələrin sayı — 27 Korpusların sayı — 3 Çarpayı sayı — 1035 == Tibbi personal ilə bağlı == Həkim — 370> Orta tibb işçisi — 643 Kiçik tibb işçisi — 357 Digər — 270 Rezidentlər — 20 Professorlar — 13 Dosentlər — 21 == Şöbə, bölmə və kabinetlər haqqında == Nefrologiya şöbəsi — 40 çarpayı Kardiologiya — 45 çarpayı 1-ci Hemodializ şöbəsi — 30 çarpayı 2-ci Hemodializ şöbəsi — 50 çarpayı 1-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı 2-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı Endokrinologiya şöbəsi — 75 çarpayı Allerqologiya şöbəsi — 20 çarpayı Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsi(I) Otorinolarinqologiya şöbəsi — 20 çarpayı Qastroentrologiya şöbəsi — 25 çarpayı Urologiya şöbəsi — 40 çarpayı Hematologiya — 50 çarpayı Oftalmologiya — 20 çarpayı Üz-çənə cərrahiyyəsi — 30 çarpayı Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi(II) — 25 çarpayı Mərkəzi Sterilizasiya 1-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı 2-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı Proktologiya — 30 çarpayı Travmatologiya və ortopediya şöbəsi — 40 çarpayı Ginekologiya şöbəsi — 40 çarpayı Doğum şöbəsi — 95 çarpayı Uşaq şöbəsi I — 45 çarpayı Uşaq şöbəsi II — 40 çarpayı Laboratoriya şöbəsi Uşaq Kardiologiya — 40 çarpayı Uşaq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi — 15 çarpayı Arxiv, Katiblik, KİV və Məlumat şöbəsi İnformasiya texnologiyaları şöbəsi Dəstək xidmətləri şöbəsi — 4 bölmə Texniki dəstək, UKX təsərrüfatı, təsərrüfat və təhlükəsizlik bölmələri İnsan Resursları şöbəsi — 1 bölmə Əməyin mühafizəsi bölməsi Satınalma şöbəsi Maliyyə şöbəsi — 3 bölmə Hesabatlıq, büdcə planlama və mühasibatlıq bölmələri Xəstə xidmətləri şöbəsi — 5 bölmə Koordinasiya, qeydiyyat, pediatrik qeydiyyat, xəstə qəbulu və pediatrik xəstə qəbulu bölmələriYardımçı şöbələrə laboratoriya, şüa-diaqnostika, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, endoskopiya, qanköçürmə və poliklinika şöbəsi aiddir. ==== Hemodializ ==== Hemodializ şöbəsi 2004-cü ilin iyul ayının 17-dən fəaliyyət göstərir. Şöbə 1-ci korpusun 1-ci mərtəbəsində yerləşir. Şöbədə: Frensenus markalı müasir tipli süni böyrək aparatı; Osmos otağı – su təmizləyici qurğular sistemi; Qraunomiks – dializator hazırlayan aparat fəaliyyət göstərir. Hemodializ ambulator müalicədir, lakin bəzi hallarda xəstələrin ağırlaşmaları zamanı onlar diaqnostik və laborator müayinələrdən keçirilir.