Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cowboy Bebop: Knockin' on Heaven's Door
Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir. Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur.
Glock
Glock — Avstriya istehsalçısı "Glock Ges.mb" tərəfindən dizayn edilmiş və istehsal edilmiş polimer çərçivəli, qısa geri çəkilmə ilə idarə olunan, kilidli arxa yarımavtomat tapança markası. Silah etibarlılıq və təhlükəsizlik testlərində ən yüksək nəticə əldə etdikdən sonra 1982-ci ildə Avstriya hərbi və polis qüvvələrinin xidmətinə verilmişdir. Glock tapançaları şirkətin ən gəlirli məhsuluna çevrilib və ən azı 48 ölkədə milli silahlı qüvvələrə, təhlükəsizlik agentliklərinə və polis qüvvələrinə tədarük edilib. Glock həm gizli, həm də açıq daşımada istirahət və güllə atıcılığı, evdə və özünümüdafiə üçün mülki şəxslər arasında məşhur odlu silahdır. 2020-ci ildə Glock 19 "GunBroker"də ən çox satılan tapança idi. == Haqqında == Şirkətin ilk və şirkəti tanıdan əsas silahı "Glock-17" tapançasıdır. Gaston Glock tərəfindən hazırlanan bu tapança 1980-ci illərdə Avstriya ordusu tərəfindən təşkil edilən bir yarışmada qalib olur. Bundan sonra 80-ci illərin əvvəllərindən kütləvi şəkildə istehsal olunur. Hal-hazırda 30-dan çox ölkədə istehsal edilir.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Knoss
Knoss və ya Knos (yun. Κνωσός, lat. Cnossus, minoy dilində orijinal adı – KA-NU-TI) — Krit adasında, müasir İraklion yaxınlığında, şimal sahilində, dənizdən 4 km məsafədə, qədim zamanlarda iki limanı olan qədim şəhər. Minoy sivilizasiyası dövründə adanın əsas şəhəri Fest və Maliya ilə birlikdə onun mədəni və siyasi mərkəzlərindən biri idi. Knoss özünün çiçəklənməsi və gücü dövründə bütün Aralıq dənizinin ən nüfuzlu şəhərlərindən biri idi. Minoy dövründə Knoss öz sarayı ilə bəşər tarixində çoxmərtəbəli binalar, təbii və süni işıqlandırma, santexnika və kanalizasiya, ventilyasiya, istilik və asfalt yollar kimi mühəndislik və memarlıq nailiyyətlərindən istifadənin ilk nümunələrindən birini təmsil etmişdir. Miken sivilizasiyası zamanı Axeya yunanlarının hakimiyyəti altına düşmüşdür. Knossun dramatik ölümü bütün minoy sivilizasiyasının tədricən tənəzzülünə səbəb olmuşdur. Yunan mifologiyasında Knoss əfsanəvi Krit padşahı Minosun adı ilə əlaqələndirilir. Rəvayətə görə, yaxınlıqda Minotavrın həbs olunduğu Dedal labirinti var idi.
Knos
Knoss və ya Knos (yun. Κνωσός, lat. Cnossus, minoy dilində orijinal adı – KA-NU-TI) — Krit adasında, müasir İraklion yaxınlığında, şimal sahilində, dənizdən 4 km məsafədə, qədim zamanlarda iki limanı olan qədim şəhər. Minoy sivilizasiyası dövründə adanın əsas şəhəri Fest və Maliya ilə birlikdə onun mədəni və siyasi mərkəzlərindən biri idi. Knoss özünün çiçəklənməsi və gücü dövründə bütün Aralıq dənizinin ən nüfuzlu şəhərlərindən biri idi. Minoy dövründə Knoss öz sarayı ilə bəşər tarixində çoxmərtəbəli binalar, təbii və süni işıqlandırma, santexnika və kanalizasiya, ventilyasiya, istilik və asfalt yollar kimi mühəndislik və memarlıq nailiyyətlərindən istifadənin ilk nümunələrindən birini təmsil etmişdir. Miken sivilizasiyası zamanı Axeya yunanlarının hakimiyyəti altına düşmüşdür. Knossun dramatik ölümü bütün minoy sivilizasiyasının tədricən tənəzzülünə səbəb olmuşdur. Yunan mifologiyasında Knoss əfsanəvi Krit padşahı Minosun adı ilə əlaqələndirilir. Rəvayətə görə, yaxınlıqda Minotavrın həbs olunduğu Dedal labirinti var idi.
Koch
Karl Lüdviq Kox (alm. Carl Ludwig Koch‎; 21 sentyabr 1778 – 23 avqust 1857, Nürnberq, Mərkəzi Frankoniya) — Almaniya entomoloqu və araxnoloqu. O, çoxlu sayda hörümçəkləri təsnif etmişdir. == Əsərləri == Die Pflanzenläuse, Aphiden. Lotzbeck, Nürnberg 1857. Übersicht des Arachnidensystems. Zeh, Nürnberg 1837–50. Deutschlands Crustaceen, Myriapoden und Arachniden. Pustet, Regensburg 1835–44. Die Arachniden.
Koci
Koci — ad. Koci Funamoto — keçmiş Yaponiya futbolçusu. Koci Kondo — keçmiş Yaponiya futbolçusu. Koci Miyata — keçmiş Yaponiya futbolçusu. Koci Nakata — keçmiş Yaponiya futbolçusu.
Konk
Konk (fr. Conques, oks. Concas) — Averonun Fransız departamentində kommuna. Əhalisi - 300 nəf. Orta əsrlərdə - Ruerg əyalətindəki bir şəhər, təsvirli şəkildə Həcc ziyarəti yolunda yüksək bir təpənin yamacında yerləşirdi. Fransanın ən gözəl kəndləri Birliyinə daxil edilmişdir. Konka gedən orta əsr zəvvarları əfsanəyə görə, nağıllarına görə, rahiblər Agendən oğurladığı nağıl bu reliklərin istirahət etdiyi abbey kilsəsi XI - XII əsrlərdə inşa edilmişdir. Roman üslubunda və dövrün monastır memarlığının bir nümunəsidir. 1424-cü ildə bağlandı, şəhər öldü və içərisində tikinti demək olar ki, dayandı. IX əsrdə Orta əsrlərin bu guşəsi tarix tamponları üçün Prosper Merimeyi yenidən kəşf etdi.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
Rock
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
Glock 17
Glock 17 (Qlok 17) — Glock şirkəti tərəfindən Avstriya ordusu üçün hazırlanmış tapançadır. Cari model həmin şirkət tərəfindən istehsal edilən ilk tapançadır. Əldə edilmiş məhsul uğurlu və rahat olduğu üçün P80 adı ilə Avstriya ordusunun istifadəsinə verilmişdir. Döyüş keyfiyyəti və etibarlılığına görə mülki müdafiə silahı kimi geniş şəkildə istifadə olunur. Fərqli seçimlərdə fərqli güllələr üçün istehsal olunur. 9×19 mm Parabellum, .40 S&W, 10 mm Auto, .357 SIG, .45 ACP və .45 GAP. Tapançanın əsas xüsusiyyəti təhlükəsizlik fitilinin olmamasıdır. Tapançanın əsas hissəsi möhkəm istiyə dözən 200 °C plastikdən hazırlanmışdır. Buna görə də Glock 17 yüngüldür və olduğca möhkəmdir. Glock 17 "götür və atəş aç" prinsipi ilə işləyir, ancaq atəş açmaq üçün tətiyi tam basmaq lazımdır. Cəmi 33 hissədən ibarətdir və bir neçə saniyə ərzində sökülüb yığıla bilər.
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Konak məscidi
Konak məscidi (türk. Konak Camii) və ya Yalı məscidi — İzmirin Konak ilçəsində, Konak Meydanında, hökumət sarayı qarşısında yerləşən məscid. 18-ci əsrdə klassik Osmanlı memarlığı üslubunda tikilmiş firuzəyi plitələrlə bəzədilmiş məscid Konak Meydanı ilə eyniləşdirilmiş bir tikilidir. Məscidin yanında İzmir saat Qülləsi və 15 May 1919-cu ildə Yunanlar tərəfindən şəhid olan Həsən Təhsin üçün qurulan "İlk kuşun" abidəsi yerləşir. == Tarixi == Məscidin hansı tarixdə, kim tərəfindən tikildiyi barədə dəqiq bir məlumat yoxdur. Tikildiyi dövrdə dəniz kənarında yerləşdiyinə görə "Yalı" adını aldığı deyilir. Bəzi mənbələrdə məscidin tikinti tarixi 1755-ci il olaraq verilmişdir. Bəzi mənbələrdə isə məscidin 1774-cü ildə İzmir ayanı Katipzade Mehmet Paşanın həyat yoldaşı Ayşe Xanımın yanında bir mədrəsə ilə birlikdə inşa etdiyi bildirilir. Katipzadeler ailəsinin əcnəbilərlə də yaxın əlaqələri olduğu bilindiyindən "İngilis Ayşe Məscidi" olaraq da tanınır. Məscidin yanında yerləşdiyi düşünülən mədrəsə isəgünümüzə gəlib çatmamışdır.
Konca Kuriş
Konca Kuriş (1960 – 20 iyun 1999) — Türk-müsəlman feminist yazıçı. == Həyatı == Konca Kuriş evli və beş uşaq anası idi. 1998-ci ildə oğurlanmış, bundan sonra 20 iyun 1999-cu ildə 38 yaşında Konyada öldürülmüşdür. İddialara əsasən Konca Kuriş “Türk Hizbullah” təşkilatının keçmiş üzvlərindən olub. Lakin sonra təşkilat əlehinə çıxmış və “Quran”ın dogmatik şəkildə şərh olunmasını tənqid etmişdi. 1998-ci ildə yoxa çıxan Kuriş Hizbullah təşkilatının üzvləri tərəfindən 38 gün işgəncəyə məruz qalmış və öldürülərək dar bir məzarə basdırılmışdır. Qatillər yazıçıya edilən işgəncələri video lentə almışdır. Cəsədi 2000-ci ilin yanvar ayında Hizbullah sığınacaqlarına edilmiş əməliyyatlar zaman tapılmışdır. Türkiyə Hizbullah təşkilatı Konca Kurişin oğurlanılmasına, işgəncə edilməsinə və öldürülməsinə dair məsuliyyəti aşağıdakı cümlələri söyləyərək öz üzərinə götürmüşdür: “ İslam düşməni və yalançı feminist olan Konca Kuriş Allaha və Qurani Kərimə qarşı çıxdığı üçün Hizbullah döyüşçüləri tərəfindən oğurlanaraq sorğulanmışdır. Dinsiz Türk Cumhuriyyətinin rəsmi din açıqlamalrı ilə təlimatları ilə paralel şəkildə hərəkət edən və Sionistlərin də istifadə etdiyi Konca Kuriş müsəlmanları şübhəyə salacaq fəaliyyətlərə təşəbbüs etdiyi üçün cəzalandırılmışdır”.
Tereza Knorr
Tereza Cimmi Fransina Knorr (ing. Theresa Jimmie Francine Knorr; 14 mart 1946, Sakramento) — amerika cinayətkarıdır, öz iki uşağına ölümünə qədər əzab vermişdir. 11 oktyabr 1993-cü ildə həbs edilmişdir və ömürlük həbsə məhkum edilmişdir. Tereza Knorr 14 mart 1946-cı ildə Sakramento şəhərində doğulmuşdur, Cimin və Svanni Qay Krosların ailəsində kiçik uşaq idi. Cim pendir istehsalçısı işləyirdi, Svanni — qələm istehsalçısı. 3 fevral 1961-ci ildə, nə vaxt ki, Terezanın 15 yaşı var idi, onun anası ürək tutmasından öldü, nəyə görə Tereza uzun müddətli depressiyaya düşdü. Nəticədə o iddia edirdi ki, uşaqlıqda ögey ana tərəfindən zorakılığa məruz qalırdı. Ailənin dostları tərəfindən göstərilən informasiyaya əsasən Tereza öz bacısı Rozmariyə paxıllıq edən bağlı uşaq idi. 29 sentyabr 1962-ci ildə Kliffard Klayd Sandersa ərə getdi. 16 iyul 1963-cü ildə onların oğlu Hovard Klayd doğuldu.
Heaven Knows
Heaven Knows — İngiltərə musiqiçisi PinkPantheress-in debüt albomu. 10 noyabr 2023-cü ildə Warner UK tərəfindən buraxılıb. Bu albom onun 2021-ci ildə buraxdığı "To Hell with It" miksteypindən sonra gəlir. Albomdan sinql kimi buraxılan mahnılara daxildir: "Boy's a Liar Pt. 2" (Ice Spice ilə), "Mosquito", "Capable of Love" və "Nice to Meet You" (Central Cee ilə). == Haqqında == PinkPantheress 2023-cü ildə NME-yə verdiyi müsahibəsində demişdi ki, müxtəlif musiqi növlərini sınamaq istəyir və ilk albomunu bu il buraxmağı planlaşdırır. O, həmin il "Boy's a Liar Pt. 2" və "Mosquito" mahnılarının uğur qazanmasından sonra oktyabrın 12-də albom çıxaracağını elan edib. O, albomun son iki ildə yazdığı mahnılardan təşkil olunduğunu və mövzusunun tək olarkən daxili dincliyin tapılması haqqında olduğunu bildirir.
Knorr xinolin sintezi
Knorr xinolin sintezi -sulfat turşusundan istifadə edərək, β-ketoanilidi 2-hidroksixinolinə çevirən molekuldaxili üzvi reaksiyadır. Bu reaksiya ilk dəfə 1886-cı ildə Lüdviq Knorr (1859–1921) tərəfindən müəyyən edilmişdir.[1] Reaksiya suyun ayrılması ilə müşayiət olunan elektrofil aromatik əvəzetmə reaksiyasıdır. 1964-cü ildə aparılan tədqiqat işi müəyyən reaksiya şərtləri ilə 4-hidroksixinolinin sintezinin rəqabətli reaksiya olduğunu müəyyən etdi.[2] Məsələn, benzoilasetanilid (1) birləşməsi çox miqdarda polifosfor turşusunda (PFT) 2-hidroksixinolin (2), lakin PFT-un miqdarı az olduqda 4-hidroksixinolin (3) əmələ gətirir. Reaksiya mexanizmi həlqəni bağlaya bilən artıq turşuya malik N, O-dikationik aralıq A-nı və monokationik aralıq B-ni əks etdirir. Anilin 4-hidroksixinolin əmələ gəlməzdən əvvəl benzoilasetanilidin digər bir ekvivalenti ilə reaksiyaya daxil olur. 2007-ci ildə aparılan bir araşdırma ilə [3] reaksiya mexanizmi yenidən nəzərdən keçirildi, NMR spektroskopiyası və nəzəri hesablamalara əsaslanaraq, N, O dikationik aralıq məhsula nisbətən O, O-dikationik aralıq məhsula (superelektrofil) üstünlük verilmişdir. Reaksiya üçün triflüormetansulfoturşu tövsiyə olunur: == İstinadlar == ^ Synthetische Versuche mit dem Acetessigester Justus Liebig's Annalen der Chemie Volume 236, Issue 1–2, Date: 1886, Pages: 69–115 Ludwig Knorr doi:10.1002/jlac.18862360105 ^ The Conversion of Benzoylacetanilides into 2 — and 4-Hydroxyquinolines B. Staskun J. Org. Chem. 1964; 29(5); 1153–1157. doi:10.1021/jo01028a038 ^ Knorr Cyclizations and Distonic Superelectrophiles Kiran Kumar Solingapuram Sai, Thomas M. Gilbert, and Douglas A. Klumpp J. Org.
New York Knicks
Nyu-York Niks — NBA-də Şərq Konfransında Atlantik qrupunda yer alan, Nyu York şəhərini təmsil edən peşəkar basketbol klubu.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Flock (mesajlaşma xidməti)
Flock — özəl mesajlaşma və əməkdaşlıq vasitəsi. 2014-cü ildə texnoloji sahibkar Bhavin Turaxiya tərəfindən təsis edilmişdir. Proqram "Windows", "MacOS", "Android", "iOS" və brauzer sistemlərində mövcuddur. "Flock" istifadəçilərə "Flock App Store"dan xarici tətbiqləri və inteqrasiyaları konfiqurasiya etməyə və birbaşa "Flock"da bildirişlər və yeniləmələri qəbul etməyə imkan verir. Flock bir "freemium" qiymət modelində işləyir. Tətbiq 2014-cü ildə istifadəyə verilmişdir. == Doğma applikasiyalar == "Flock" aşağıdakı kimi biznes applikasiyaları ilə əvvəlcədən quraşdırılmışdır: Poll app Shared To-dos Mailcast Code snippet sharing Reminders Note sharing My Favourites == API == "Flock" özünün üstündə proqramlar, botlar və fərdi inteqrasiyalar yaratmaq məqsədilə tərtibatçılar üçün "FlockOS" platformasını təqdim etmişdir. "Flock" tərtibatçılara "FlockOS"un imkanlarından istifadə edərək innovativ proqramlar yaratmağa kömək etmək üçün müntəzəm hakatonlar keçirir. == App Store == Flock istifadəçilərə Flock App Store-dan xarici tətbiqləri və xidmətləri inteqrasiya etməyə imkan verir. Bəzi ümumi tətbiqlərə "Google Drive", "Google Analytics", "Trello", "GitHub", "Twitter" və "Mailchimp" daxildir.
Cosmo Clock 21
Cosmo Clock 21 – Yaponiyanın Yokohama şəhərindəki Minato Miray 21 rayonunda yerləşən "Cosmo World" əyləncə parkında şeytan çarxı. 1989-cu ildə tikilən "Cosmo Clock 21" 1992-ci ildə Şiqa şəhərindəki "Igosu 108" şeytan çarxının tikintisinə qədər dünyanın ən hündür şeytan çarxı olmuşdur. == Tarixi və xüsusiyyətləri == "Cosmo Clock 21" 1989-cu ildə Minato Miray 21 rayonunda baş tutmuş YES '89 Yokohama Sərgisi üçün tikilmişdir. Orijinal hündürlüyü 107,5 metr idi. 1997-ci ildə sökülmüş və 1999-cu ildə daha hündür bünövrəyə köçürülmüşdür. Nəticədə, strukturun hündürlüyü 112,5 metr olmuşdur. "Cosmo Clock 21"-ın 60 sərnişin kabini var və hər kabin 8 nəfəri daşıma imkanına malikdir. 100 metrlik diametrə malik çarxda bir dövr 15 dəqiqə çəkir. == Filmlərdə == "Cosmo Clock 21" 1992-ci ildə çəkilmiş "Qodzilla Motraya" qarşı filminin döyüş səhnəsində görünmüşdür. Filmdə Battra strukturu qaldıraraq Qodzillaya keçirməyə çalışır.
Folk rock
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Glam rock
Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif şeylərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
Indie rock
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
Konk (kanton)
Konk (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1208. Konk kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Konk kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 560 nəfər təşkil edirdi.
Konk Respublikası
Konk Respublikası — ABŞ-yə məxsus olan Florida Keysin bir hissəsi sayılan Key Westdə yerləşən və heç bir ölkə tərəfindən tanınmayan bir mikrodövlətdir. 23 aprel 1982-ci ildə ABŞ-dən ayrılmasının elanından sonra regionun turizm fəaliyyəti artmışdır.
Koça
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Benedetto Kroçe
Benedetto Kroçe (it. Benedetto Croce; 25 fevral 1866[…], Peskasseroli[d], Abruttso – 20 noyabr 1952[…], Neapol) — İtalyan filosof, idealist, tarixçi.
Covanni Kroçe
Covanni Kroçe (it. Giovanni Croce), və yaxud Dalla Kroçe (it. Dalla Croce), eləcə də İohan a Kruçe Klodiyensis (it. Ioanne a Cruce Clodiensis), Dzuanne Çiotsoto (it. Zuanne Chiozotto); (1557[…], Kyocca, Veneto – 15 may 1609[…], Venesiya) — intibah və erkən barokko dövrünün italyan bəstəkarı, Venesiya musiqi məktəbinin təmsilçisi.
Konça Buyka
Konça Buyka (isp. Concha Buika, 11 may 1972, Palma-de-Malyorka) — ispan müğənnisi, yaradıcılığı flamenko, caz, soul, tanqo, rumba kimin müxtəlif janrları əhatə edən ən parlaq və orijinal ifaçılardan biridir. Onun “Niña de Fuego” albomu 2008-ci ildə İlin Ən Yaxşı Alvomu nominasiyasında Latın Qremmi Mükafatını qazanmış, “La Noche Mas Larga” albomu isə 56-cı Qremmi Mükafatlarının təqdim edilməsi məqasimində Ən Yaxşı Latın Caz Albomu nominasiyasında mükafata namizəd göstərilmişdir. Pedro Almodovarın İçində yaşadığım dəri filmində ifa edilmiş iki mahnının müəllifi və ifaçısıdır. == Bioqrafiyası == Konça Buyka 11 may 1972-ci ildə İspaniyanın Balear adalarının paytaxtı olan Palma şəhərində dünyaya gəlmişdir. O, yazıçı Xuan Balboa və Honorina Buykanın övladıdır və valideynləri hazırda Mayami, Florida, ABŞ-da yaşayır. Buyka şair, bəstəkar, musiqi prodüseri olmaqla yanaşı, “analıq” vəzifəsini də yerinə yetirir. O, ispan, katalan, ingilis, fransız və portuqal musiqiçiləri ilə iş birliyində olub. Onun əməkdaşlıq elədiyi şəxslər arasında Anuşka Şankar, Çik Korea, Nina Jozel, Mariza, Bebo Çuço Valdes, Luz Kasal, İvan Lyuis, Daniel Murihed, Cus Lui Perales, Seal, Armando Manzanero, Nelli Furtado və Xavier Limon kimi musiqiçilər var. Buyka bir neçə filmin musiqisini ifa etmişdir.
Konça Kallexa
Konça Kallexa (isp. Concha Calleja, 10 iyul 1964, Barselona) — ispan jurnalisti və yazıçısıdır. Əsas fəaliyyəti jurnalistikada, tarixi və məşhur simaların həyatında, yazdığı kitablara əsasən çəkilmiş filmlərin və serialların ssenariyasında cəmləşir. == Həyatı və fəaliyyəti == O, UNED-də "Coğrafiya və tarix" ixtisası üzrə bakalavr, həmçinin "Protokol və institusional əlaqələr" ixtisası üzrə təhsil alıb. Kriminologiya, məhkəmə psixologiyası və kriminal profilləmə sahəsində məhkəmə mütəxəssisidir. Kembric Universitetinin "Məsləhət psixologiyası" üzrə magistr dərəcəsini alıb. Fəaliyyətinin ilk addımlarından biri Gava Arxeologiya Muzeyi (Barselona) tərəfindən aparılan arxeoloji qazıntılar üzərində işlərdir ki, onu mətbuat dünyasına gətirib çıxardır. Sonradan La Vanguardia, El Periódico, El Mundo, Mundo Científico, La Clave, Cuadernos de Pedagogía, Historia y Vida e Historia kimi kütləvi informasiya vasitələrində çalışmışdır. Onun kitablarından ikisinin "Cayetana", "Duquesa de Alba" və "El álbum privado de la Duquesa de Alba" üzərində "La duquesa" serialı çəkilmişdir. Bundan başqa, "La mujer morena" əsəri Sur televisión kanalında yayımlanan eyniadlı sənədli film üçün ssenari mənbəyi olmuşdu.
Mustafa Koçak
Mustafa Koçak (ən tezi 1 yanvar 1992 və ən geci 24 aprel 1993 və ya 1991, bilinmir, Türkiyə – 24 aprel 2020 və ya 28 aprel 2020, İzmir ili və ya İzmir) — Türkiyə siyasi məhbusu idi. 23 sentyabr 2017-ci ildə həbs edildi. Məhkəmədə şahid ifadələri sübut kimi qəbul edilərək ağırlaşdırılmış həbs cəzasına məhkum edildi. Şahid ifadəsinə əsasən "Konstutisyanı pozmaq" ittihamı ilə həbs cəzası alan Koçak, ədalətli mühakimə olunmaq üçün açlığa başladı. Bu, daha sonra açlıq aksiyasına çevrildi. O, aksiyadan 279 gün sonra 24 aprel 2020-ci ildə, İzmir Şakran həbsxanasında 29 kilo ağırlığında öldü. Mustafa 4 uşaqlı işçi təbəqədən olan bir ailənin uşağı idi. Uşaqlığını və gəncliyini ailəsinə kömək məqsədi ilə kərgərlikdən tutmuş səyyar səhər yeməkçisinə qədər müxtəlif işlərdə çalışdı. Koçak 2017-ci il sentyabrın 23-də həbs edildi və 2019-cu il iyulun 11-də İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildi. Koçak qeyri-qanuni təşkilata silah verməkdə ittiham edildi və Konstitusiyanı pozmaqda təqsirli bilindi.
Santa Kroçe
Santa Kroçe—(Müqəddəs Xaçın Baziliyası), İtaliyanın Florensiyadakı əsas Frank kilsəsidir və Roma Katolik Kilsəsinin kiçik bir bazilikasıdır. Duomo kilsəsindən təxminən 800 metr cənub-şərqdə, Piazza di Santa Croce'də yerləşir. Həmin ərazi əvvəllər şəhər divarlarından kənarda bataqlıqda idi. Mikelancelo, Qaliley, Makiavelli, şair Foskolo, filosof Centile və bəstəkar Rossini kimi ən məşhur İtalyanların dəfn yeridir, beləliklə də İtalyan Məşhurlarının Məbədi olaraq tanınır (Tempio dell'Itale Glorie). Bazilika dünyanın ən böyük Frank kilsəsidir. Bazilikanın əsas diqqət çəkən hissəsi on altı ibadətgahdır, onların bir çoxu Ciotto və şagirdləri tərəfindən hazırlanmış, freskalarla bəzədilmiş məzarlar və məqbərələrdir. Əfsanədə deyilir ki, Santa Kroçe, Müqəddəs Françesko tərəfindən təsis edilmişdir. Hazırkı kilsənin inşasına köhnə bir binanın əvəz edilməsi üçün 12 may 1294-cü ildə başlandı. Ehtimal edilir ki, Arnolfo di Kambio və şəhərin bəzi varlı ailələri tərəfindən bu tikinti üçün ödəniş edilib. 1442-ci ildə Papa IV Yevgeni tərəfindən təqdis edilib.
Ümmiyə Koçak
Ümmiyə Koçak-(1 mart 1957) Türk aktrisa, yazıçı, əkinçi və rejissor. 1 mart 1957-ci ildə Adana-nın Çelemli kəndində anadan olan Ümmiye Koçak, oxumaq istəməsinə baxmayaraq ailədə 10 uşaq olduqları üçün ibtidai sinifdən sonra məktəbə göndərilmədi. İbtidai məktəbi bitirdikdən sonra Ümmiye Koçak oxuduğu kitablarla özünü yaxşılaşdırdı. İlk oxuduğu kitab Maksim Gorkinin "Ana" adlı əsəri oldu. Evləndikdən sonra Mersinin Arslanköy şəhərinə köçən Koçak, 2001-ci ildə kənd qadınlarının yaşadıqlarını dünyaya göstərmək üçün "Arslanköy Qadın Teatr Qrupu" nu qurdu. Ansamblın səhnəyə qoyduğu ilk oyun Remzi Özçelikin "Taş Bademleri" pyesi oldu. Daha sonra qrup öz hekayələrindən ibarət bir tamaşa düzəldərək "Qadın sədası" tamaşasını səhnəyə çıxardı. Ümmiye Koçak 2006-cı ildə Sabancı Beynəlxalq Adana Teatr Festivalında "Həsrət Çiçəklər" pyesi ilə çıxış etdi. Koçak daha sonra tarlalarda işləyərək qazandığı pula qənaət edərək qadınlara qarşı zorakılıq problemindən bəhs edən "Yün Körpəsi" filmini yazdı və rejissorluq etdi. Ümmiye Koçak 49-cu Antalya Qızıl Portağal Film Festivalında premyerası olan "Yün Körpəsi" filmi ilə New York Avrasiya Film Festivalında "Sinemada Ən Yaxşı Avrasiyalı Qadın Sənətçi" mükafatını qazandı.2017-ci ildə Kristiano Ronaldo-nun oynadığı Türk Telekom reklamının rejissorluğunu etdi.