Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kommunizm
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti “Maariflənmə dövrü” adlanan dövrə qədər davam etmişdir.
Anarxo-kommunizm
Anarxo-kommunizm — ictimai həyatın dövlətin müdaxiləsi olmadan inkişaf etməsi mümkünlüyünü qəbul edən nəzəriyyə. Anarxo-kommunizmə görə müasir totalitar dünya dövləti ədalətsizliyə, nemətlərin ölkələr və insanlar arasında qeyri-bərabər bölünməsinə, təbiətin məhv olunmasına, epidemiyalara, mənəviyatsızlığa aparan içtimai və sosial-iqtisadi quruluşun zaminidir. Klassik kommunistlərdən fərqli olaraq anarxo-kommunistlər dövlətin müasir dövrdə mütərəqqi roluna inanmır. Libertarianlardan fərqli olaraq isə onlar həddindən artıq fərdiçiyliyin ziyanlı olduğunu düşünür. Qurtuluş, və bərabərlik həm siyasi həm də iqtisadi olmalıdır. Siyasi azadlıqlar hələ azadlıq demək deyil,gərək iqtisadi azadlıqlar da olsun bu isə nemətlərin bərabər paylanması olmadan mümkün deyil. Eyni zamanda dövlətin fərdi azadlıq təminatçısı kimi çıxış etməsi də mümkün deyil, çünki dövlət hamının deyil, müəyyən bir qismin dövlətidir.
Hərbi kommunizm
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir. == Haqqında == "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur. == Mənbə == Məktəblinin tarix lüğəti.
Azərbaycanda hərbi kommunizm siyasəti
Azərbaycanda hərbi kommunizm siyasəti - Sovet hakimiyyəti dövründə Azərbaycanda ilk iqtisadi siyasət. == 1920-ci ildə Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətləri == 1920-ci ildə Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini spesifik, mürəkkəb və çətin şəraitdə həyata keçirməyə başladı. İri sənaye mərkəzi olan Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə qalmış, kəndli ölkəsi idi. Burada yarımpatriarxal - yarımfeodal məişətin qalıqları ilə çulğalaşmış kapitalist və yarımfeodal münasibətləri mövcud idi. Azərbaycanın iqtisadiyyatı çoxukladlı xarakter daşıyırdı. Onda müxtəlif ictimai-iqtisadi ukladların ünsürləri var idi. Regionda baş verən müharibələr zamanı Azərbaycanın iqtisadiyyatı dağılmış və əldən düşmüşdü. Azərbaycan əhalisinin təqribən ¾-dən çoxunu kəndlilər təşkil edirdi. Ölkə əhalisinin 90 faizi savadsız idi. Xüsusən kənddə mədəni həyat səviyyəsi aşağı idi.
Kommunizm qurbanlarına həsr olunmuş abidə
Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir. == Abidənin qoyulması və məzmunu == Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir. Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Kommunizmin qara kitabı
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub. == İçindəkilər == Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb. Kitab beş əsas başlıqdan ibarətdir. Dövlət öz xalqına qarşı Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror Şərqi Avropa - kommunizmin qurbanı Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər Üçüncü dünya == Kommunist rejimlərinin qurbanlarının ümumi sayı == Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib Çin Xalq Respublikası - 65.000.000 Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000 Şimali Koreya - 2.000.000 Kamboca - 2.000.000 Efiopiya - 1.700.000 Əfqanıstan - 1.500.000 Vyetnam - 1.000.000 Şərq bloku - 1.000.000 Latın Amerikası - 150.000Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır. Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.
Milli komunizm
Milli komunizm və ya digər adı ilə Qaliyevizm - müxtəlif ölkələrdə müxtəlif liderlər tərəfindən qəbul edilən və tətbiq edilən kommunizm forması. Hər bir müstəqil dövlətdə, imperiyada və ya müstəmləkədə sosial sinif ilə millət arasındakə əlaqənin müxtəlif xüsusiyyəti vardır. Ukraynalı kommunistlər olan Şaxray və Mazlax, sonradan müsəlman Sultan Qaliyev hesab edirdi ki, bolşevik Rusiyasının maraqları onların ölkələrinin maraqları ilə tərs düşür. Bunu 1945-ci ildən sonra müstəqil xarici siyasət izləməyə çalışmaqla Yuqoslaviyanın kommunist diktatoru İosip Broz Tito davam etdirmişdir. Karl Marksın və Fridrix Engelsin nəzərdə tutduğu kommunizmə görə internasional proletariya yüksək dərəcədə kosmopolitan olmalıdır. Ondan millətçilik yox, sinfi mübarizə gözlənilir. Bu ideologiyaya görə millətçilik proletariyanı bölmək və idarə etmək üçün burjuaziyanın əlində bir alətdir. Kommunizm XIX əsrin sonlarından 1920-ci ilə qədər çox güclü hərəkat formasında idi. Kommunizm keçmiş Rus imperiyasında qalib gəldikdən onilliklər sonra Soyuq müharibə başladı. Soyuq müharibə ardınca isə Qoşulmama hərəkatı (heç bir bloka qoşulmama nəzərdə tutulur) formalaşdı.
Kommunist
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti “Maariflənmə dövrü” adlanan dövrə qədər davam etmişdir.
Kommunist (dəqiqləşdirmə)
Kommunist
Kommunist (qəzet)
Kommunist Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Kommunist Partiyası
Kommunist Partiyası — İnqilabi siyasi partiya. == Məzmun == Kommunist Partiyası Fəhlə sinfinin liderliyində istehsal vasitələrinin mülkiyyətinin kollektivləşdirilməsini hədəf seçən və bütün dünyada hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacı qədər prinsipi əsasında sinifsiz, sərhədsiz və sömürüsüz bir dünya qurmağı hədəfləyən qanuni və ya qanunsuz olaraq təşkilatlanan, silahlı qanadı da verə bilən siyasi partiya idi.
Kommunist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Kommunist cəmiyyəti
Marksizmdə kommunist cəmiyyəti və ya kommunist sistemi — yalnız qlobal miqyasda və ya dünya sosialist inqilabı tərəfindən kapitalizmin qlobal şəkildə məhv edilməsi nəticəsində əldə edilə bilən, prinsipin həyata keçirilməsi ilə xarakterizə olunan bir cəmiyyət və iqtisadi sistem növüdür. hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə”, istehsal vasitələrinə ictimai mülkiyyət, planlı iqtisadiyyat, istehlak mallarına sərbəst çıxış, sinifsiz cəmiyyət, habelə dövlətin olmaması və əmtəə-pul münasibətləri onların mövcudluğuna ehtiyacın olmamasına, habelə cəmiyyətin hər bir üzvünün yaradıcılıqla həyata keçirilməsi üçün hərtərəfli imkanlara nail olmağa imkan verən şəraitlə əlaqədardır.
Kommunist ideologiyası
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti “Maariflənmə dövrü” adlanan dövrə qədər davam etmişdir.
Kommunist qəzeti
"Xalq qəzeti" (27 avqust 1991-ci ilədək "Kommunist" qəzeti) — Azərbaycanda gündəlik ictimai-siyasi qəzet. == Tarixi == 1929-cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. Həmin gün "Kommunist" qəzeti yeni əlifba ilə çap olunmağa başlamışdır.1920-ci ildən etibarən qəzetdə Azərbaycan SSR dövlət orqanlarının hüquqi aktları rəsmi çap edilirdi. == Baş redaktorları == === Kommunist === Əliheydər Qarayev 1919–1920 Ağababa Yusifzadə 1920–1921 Böyükağa Talıblı 1921 Həbib Cəbiyev 1921–1922 Əliheydər Qarayev 1922 Ruhulla Axundov 1922–1923 Həbib Cəbiyev 1923–1927 Yusif Qasımov-Əhməd Triniç 1927–1931 Yunis Hacıyev 1931–1941 Rza Quliyev 1941–1944 Ağababa Rzayev 1945 Əli Vəliyev 1945–1949 Rza Quliyev 1949–1953 Ağababa Rzayev 1953–1955 Xasay Vəzirov 1955–1958 İsrafil Nəzərov 1958–1963 Ağababa Rzayev 1963–1980 Rəşid Mahmudov 1980–1987 Ramiz Əhmədov 1987–1988 Cəmil Əlibəyov 1988–1990 === Xalq qəzeti === Tofiq Rüstəmov 1990–1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru Mahal İsmayıloğlu 1995–2002 Həsən Həsənov 2002-2022 Əflatun Amaşov 2022–h.h.
Kommunist simvolizmi
Kommunist simvolizmi — kommunizmin istifadə etdiyi simvolların və ümumiyyətlə kommunizmi təmsil etdiyi düşünülən elementlərin cəminə verilən addır. Kommunist simvolizmi tez-tez ölkənin sənaye işçilərini və ya fermerlərini təmsil edən simvolları ehtiva edir. Tez-tez bu simvollar beşguşəli ulduz (Pentaqramma) ilə birlikdə sarı rəngdə, inqilabı təmsil edən qırmızı fonda yerləşirlər. Məsələn, Sovet İttifaqının bayrağında qırmızı üzərində sarı xətlərlə çəkilmiş qırmızı ulduz, sarı oraq və çəkic var idi. Oxşar simvollar kommunist hakimiyyəti dövründə Vyetnam, Çin, Anqola və Konqo Respublikasının bayraqlarında istifadə edilmişdir. Oraq və çəkic bir növ pankommunist simvoluna çevrilib, dünyanın əksər kommunist partiyalarının bayraqlarında əks olunmuşdur. Digər kommunist partiyalarından bir qədər fərqli olan Koreya İşçi Partiyasının bayrağında sənaye işçilərini təmsil edən çəkic, eləcə də kənd təsərrüfatı işçilərini təmsil edən çapa və ziyalıları təmsil edən fırça (oraq, çəkic və yazı fırçası) var. Sovet İttifaqının qurucusu Vladimir Leninin portretindən də simvol kimi geniş istifadə olunurdu.
ABŞ Kommunist Partiyası
ABŞ Kommunist Partiyası (abbr. ABŞ KP, ing. The Communist Party of the United States of America, abbr. CP USA) — 1919-cu ildə Amerika Sosialist Partiyasından ayrılaraq yaradılan siyasi partiya.
Albaniya Kommunist Partiyası
Albaniya Əmək Partiyası (AƏP; alb. Partia e Punës e Shqipërisë, PPSh), həmçinin Albaniya Kommunist Partiyası (AKP; alb. Partia Komuniste e Shqipërisë, PKSh) — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. 8 noyabr 1941-ci ildə təsis edilmişdir. Partiya 13 iyun 1991-ci ildə ləğv edilmiş və onun yerinə Albaniya Sosialist Partiyası yaradılmışdır. Mövcud olduğu müddətdə partiyada onun birinci katibi, həm də Albaniyanın faktiki lideri olan Ənvər Xoca dominantlıq etmişdir. == Tarixi == Albaniya Əmək Partiyası 8 noyabr 1941-ci ildə Tirana şəhərində, İtaliya işğalı şəraitində yaradılmışdır. AƏP alban xalqının faşist işğalçılarına qarşı mübarizəsinə, ölkədə kommunist rejiminin yaradılmasına başçılıq etmişdir. Albaniya azad edildikdən sonra hakim partiyaya çevrilmişdir. AƏP bu zaman Albaniyada əsaslı ictimai-iqtisadi islahatlar keçirmək üçün zəhmətkeş kütlələri səfərbərliyə almış, sosializm quruculuğunu elan etmişdir.
Almaniya Kommunist Partiyası
Almaniya Kommunist Partiyası (alm. Kommunistische Partei Deutschlands‎) — XX əsrin birinci yarısında Almaniyada mövcud olmuş siyasi partiyalardan biri.
Avstraliya Kommunist Partiyası
Avstraliya Kommunist Partiyası (1920) — 1920-ci ildə yaradılan və 1991-ci ildə ləğv olunan kommunist partiyası. Avstraliya Kommunist Partiyası (1971) — 1920-ci ildə yaradılan partiyadan 1971-ci ildə ayrılaraq yaradılan kommunist partiyası.
Avstriya Kommunist Partiyası
Avstriya Kommunist Partiyası (AKP; alm. Kommunistische Partei Österreichs‎, KPÖ) — Avstriyada kommunist siyasi partiya. == Tarixi == Avstriya Kommunist Partiyası 3 noyabr 1918-ci ildə Vyana təsis konfransında yaradılmışdır. 1933-cü ildə AKP qadağan edilmişdi. 1934–1938-ci illəri əhatə edən gizli fəaliyyət dövründə AKP ölkədə faşist çevrilişi təhlükəsinə qarşı çıxmış, 1938-ci ildə reallaşan anşlussdan sonra isə Avstriya xalqını öz ölkəsinin istiqlaliyyətini bərpa etmək uğrunda mübarizəyə çağırmışdır. Partiyanın minlərlə üzvü həbsxanalara və həbs düşərgələrinə salınmış, onların bir çoxu, o cümlədən AKP MK-nın 13 üzvü həlak olmuşdur. Faşist Almaniyası süqut auğradıqdan və Avstriya 1945-ci ilin aprelin azad olunduqdan sonra AKP açıq fəaliyyətə başlamışdır. AKP nümayəndələri 1945–1947-ci illərdə hökumətin tərkibinə daxil idi. 1958-ci ilin fevralında AKP konfransının qəbul etdiyi "Avstriyanın sosializmə doğru yolu" proqram sənədində (AKP-nin 18-ci qurultayında təsdiq olunmuşdur) göstərilirdi ki, Avstriya fəhlə sinfi xalqın etimadını və parlamentdə əksəriyyəti qazanmaqda sosializmə dinc yolla gəlib çıxa bilər. AKP-nin 1970-ci ilin mayında keçirilmiş 21-ci qurultayı partiyanın təşkilati və ideoloji cəhətdən möhkəmlənməsinə kömək etmişdir.
Azərbaycan Kommunist Partiyası
Azərbaycan Komunist Partiyası və ya qısaca AKP— Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirən siyasi partiya. 1952-ci ilədək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və ya qısaca AK(b)P adlanmışdır. == Tarixi == === Quruluşu və Aprel işğalı === 1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. İlk illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakıda şəhər və rayon partiya komitələri, eləcə də qəzalarda 14 qəza partiya komitəsi təşkil olunmuşdu. 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin hərbitexniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürdü. Partiyanın erməni daşnak üzvləri Azərbaycanın müxtəlif bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. 1920-ci il aprelin 24-də Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Bakı komitəsinin birgə qərarı ilə Bakı rayonunun partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və 11-ci Qırmızı Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.
Buxara Kommunist Partiyası
Buxara Kommunist Partiyası (fars. حزب کمونیست بخارا‎; rus. Бухарская коммунистическая партия; özb. Buxoro Kommunistik Partiyasi) – 1918–24-cü illərdə Buxara Xalq Sovet Respublikasında mövcud olmuş siyasi partiya. == Tarixi == Partiya 1918-ci ildə cədidizm hərakatının bir qolu kimi qurulmuşdur. Partiyanın başçıları N. Husaynovim, A. Aliyev, N. Kurbanovim, A. Turayevim və başqaları olmuşdur. Partiya 1920-ci ilin yayında ikinci Kommunist İnternasional konqresinə nümayəndə göndərmişdir16–18 avqust 1920-ci ildə baş tutmuş dördüncü partiya konqresi zamanı Buxara işçilərinə silahlı inqilab üçün hazırlaşmaq barədə müraciət edilmişdir. Türkistan Kommunist Partiyasının mərkəzi komitəsi Buxaradakı inqilaba kömək etməsi üçün silahlı döyüşçülər göndərməyə qərar vermişdir. İnqilab 23 avqust tarixində Sakar-Bazarda başlamışdır. İlk bir ay ərzində Buxara ərazisi inqilabçı qüvvələr tərəfindən ələ keçirilmişdir.
Ermənistan Kommunist Partiyası
Ermənistan Kommunist Partiyası — 1920-ci ilin fevralında bolşeviklər tərəfindən yaradılmış kommunist ideologiyalı siyasi partiya. Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsi idi. Ermənistan Xalq Cümhuriyyətinin süqutandan sonra 1920-ci il tarixində qurulan Ermənistan Sovet Sosialist Respublikasının yeganə hakim siyasi partiyası olub. Ermənistan SSR 1990-ci ildə çox partiyalı sistemə keçəndə, partiyanın mütləq hakimiyyəti sona çatıb və ləğv edilib.
Kommunist (film, 1969)
== Məzmun == Film Bakıda buraxılan "Kommunist" qəzetinin fəaliyyəti haqqında bəhs edir.
Kommunist Partiyasının Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.