Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kommunizm
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Anarxo-kommunizm
Anarxo-kommunizm — ictimai həyatın dövlətin müdaxiləsi olmadan inkişaf etməsi mümkünlüyünü qəbul edən nəzəriyyə. Anarxo-kommunizmə görə müasir totalitar dünya dövləti ədalətsizliyə, nemətlərin ölkələr və insanlar arasında qeyri-bərabər bölünməsinə, təbiətin məhv olunmasına, epidemiyalara, mənəviyatsızlığa aparan içtimai və sosial-iqtisadi quruluşun zaminidir. Klassik kommunistlərdən fərqli olaraq anarxo-kommunistlər dövlətin müasir dövrdə mütərəqqi roluna inanmır. Libertarianlardan fərqli olaraq isə onlar həddindən artıq fərdiçiyliyin ziyanlı olduğunu düşünür. Qurtuluş, və bərabərlik həm siyasi həm də iqtisadi olmalıdır. Siyasi azadlıqlar hələ azadlıq demək deyil, gərək iqtisadi azadlıqlar da olsun bu isə nemətlərin bərabər paylanması olmadan mümkün deyil. Eyni zamanda dövlətin fərdi azadlıq təminatçısı kimi çıxış etməsi də mümkün deyil, çünki dövlət hamının deyil, müəyyən bir qismin dövlətidir.
Hərbi kommunizm
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir. == Haqqında == "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur. == Mənbə == Məktəblinin tarix lüğəti.
Azərbaycanda hərbi kommunizm siyasəti
Azərbaycanda hərbi kommunizm siyasəti — Sovet hakimiyyəti dövründə Azərbaycanda ilk iqtisadi siyasət. == 1920-ci ildə Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətləri == 1920-ci ildə Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini spesifik, mürəkkəb və çətin şəraitdə həyata keçirməyə başladı. İri sənaye mərkəzi olan Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə qalmış, kəndli ölkəsi idi. Burada yarımpatriarxal — yarımfeodal məişətin qalıqları ilə çulğalaşmış kapitalist və yarımfeodal münasibətləri mövcud idi. Azərbaycanın iqtisadiyyatı çoxukladlı xarakter daşıyırdı. Onda müxtəlif ictimai-iqtisadi ukladların ünsürləri var idi. Regionda baş verən müharibələr zamanı Azərbaycanın iqtisadiyyatı dağılmış və əldən düşmüşdü. Azərbaycan əhalisinin təqribən ¾-dən çoxunu kəndlilər təşkil edirdi. Ölkə əhalisinin 90 faizi savadsız idi. Xüsusən kənddə mədəni həyat səviyyəsi aşağı idi.
Kommunizm qurbanlarına həsr olunmuş abidə
Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir. == Abidənin qoyulması və məzmunu == Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir. Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Kommunizmin qara kitabı
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub. == İçindəkilər == Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb. Kitab beş əsas başlıqdan ibarətdir. Dövlət öz xalqına qarşı Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror Şərqi Avropa - kommunizmin qurbanı Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər Üçüncü dünya == Kommunist rejimlərinin qurbanlarının ümumi sayı == Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib Çin Xalq Respublikası - 65.000.000 Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000 Şimali Koreya - 2.000.000 Kamboca - 2.000.000 Efiopiya - 1.700.000 Əfqanıstan - 1.500.000 Vyetnam - 1.000.000 Şərq bloku - 1.000.000 Latın Amerikası - 150.000 Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır. Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.
Milli komunizm
Milli komunizm və ya digər adı ilə Qaliyevizm — müxtəlif ölkələrdə müxtəlif liderlər tərəfindən qəbul edilən və tətbiq edilən kommunizm forması. Hər bir müstəqil dövlətdə, imperiyada və ya müstəmləkədə sosial sinif ilə millət arasındakə əlaqənin müxtəlif xüsusiyyəti vardır. Ukraynalı kommunistlər olan Şaxray və Mazlax, sonradan müsəlman Sultan Qaliyev hesab edirdi ki, bolşevik Rusiyasının maraqları onların ölkələrinin maraqları ilə tərs düşür. Bunu 1945-ci ildən sonra müstəqil xarici siyasət izləməyə çalışmaqla Yuqoslaviyanın kommunist diktatoru İosip Broz Tito davam etdirmişdir. Karl Marksın və Fridrix Engelsin nəzərdə tutduğu kommunizmə görə internasional proletariya yüksək dərəcədə kosmopolitan olmalıdır. Ondan millətçilik yox, sinfi mübarizə gözlənilir. Bu ideologiyaya görə millətçilik proletariyanı bölmək və idarə etmək üçün burjuaziyanın əlində bir alətdir. Kommunizm XIX əsrin sonlarından 1920-ci ilə qədər çox güclü hərəkat formasında idi. Kommunizm keçmiş Rus imperiyasında qalib gəldikdən onilliklər sonra Soyuq müharibə başladı. Soyuq müharibə ardınca isə Qoşulmama hərəkatı (heç bir bloka qoşulmama nəzərdə tutulur) formalaşdı.
Kommunist
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Kommunist (dəqiqləşdirmə)
Kommunist
Kommunist (qəzet)
Kommunist Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Kommunist Partiyası
Kommunist Partiyası — İnqilabi siyasi partiya. Kommunist Partiyası Fəhlə sinfinin liderliyində istehsal vasitələrinin mülkiyyətinin kollektivləşdirilməsini hədəf seçən və bütün dünyada hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacı qədər prinsipi əsasında sinifsiz, sərhədsiz və sömürüsüz bir dünya qurmağı hədəfləyən qanuni və ya qanunsuz olaraq təşkilatlanan, silahlı qanadı da verə bilən siyasi partiya idi.
Kommunist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Kommunist cəmiyyəti
Marksizmdə kommunist cəmiyyəti və ya kommunist sistemi — yalnız qlobal miqyasda və ya dünya sosialist inqilabı tərəfindən kapitalizmin qlobal şəkildə məhv edilməsi nəticəsində əldə edilə bilən, prinsipin həyata keçirilməsi ilə xarakterizə olunan bir cəmiyyət və iqtisadi sistem növüdür. hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə”, istehsal vasitələrinə ictimai mülkiyyət, planlı iqtisadiyyat, istehlak mallarına sərbəst çıxış, sinifsiz cəmiyyət, habelə dövlətin olmaması və əmtəə-pul münasibətləri onların mövcudluğuna ehtiyacın olmamasına, habelə cəmiyyətin hər bir üzvünün yaradıcılıqla həyata keçirilməsi üçün hərtərəfli imkanlara nail olmağa imkan verən şəraitlə əlaqədardır.
Kommunist ideologiyası
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Kommunist qəzeti
"Xalq qəzeti" (27 avqust 1991-ci ilədək "Kommunist" qəzeti) — Azərbaycanda gündəlik ictimai-siyasi qəzet. == Tarixi == 1929-cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. Həmin gün "Kommunist" qəzeti yeni əlifba ilə çap olunmağa başlamışdır. 1920-ci ildən etibarən qəzetdə Azərbaycan SSR dövlət orqanlarının hüquqi aktları rəsmi çap edilirdi. == Baş redaktorları == === Kommunist === Əliheydər Qarayev 1919–1920 Ağababa Yusifzadə 1920–1921 Böyükağa Talıblı 1921 Həbib Cəbiyev 1921–1922 Əliheydər Qarayev 1922 Ruhulla Axundov 1922–1923 Həbib Cəbiyev 1923–1927 Yusif Qasımov-Əhməd Triniç 1927–1931 Yunis Hacıyev 1931–1941 Rza Quliyev 1941–1944 Ağababa Rzayev 1945 Əli Vəliyev 1945–1949 Rza Quliyev 1949–1953 Ağababa Rzayev 1953–1955 Xasay Vəzirov 1955–1958 İsrafil Nəzərov 1958–1963 Ağababa Rzayev 1963–1980 Rəşid Mahmudov 1980–1987 Ramiz Əhmədov 1987–1988 Cəmil Əlibəyov 1988–1990 === Xalq qəzeti === Tofiq Rüstəmov 1990–1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru Mahal İsmayıloğlu 1995–2002 Həsən Həsənov 2002-2022 Əflatun Amaşov 2022–h.h. == İstinadlar == == Mənbə == Azərbaycan tarixinin bir əsrlik salnaməsi 24 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 28 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 30 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 1 Sentyabr 2019 == Xarici keçidlər == Baş redaktorların "yubiley" davası: "Xalq qəzeti"ni biabırçılıqdan xilas edin" Tahir Aydınoğlu. ""Azərbaycan" qəzetindən "Xalq qəzeti"nə gələn yol". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2023-11-26.
Kommunist simvolizmi
Kommunist simvolizmi — kommunizmin istifadə etdiyi simvolların və ümumiyyətlə kommunizmi təmsil etdiyi düşünülən elementlərin cəminə verilən addır. Kommunist simvolizmi tez-tez ölkənin sənaye işçilərini və ya fermerlərini təmsil edən simvolları ehtiva edir. Tez-tez bu simvollar beşguşəli ulduz (pentaqramma) ilə birlikdə sarı rəngdə, inqilabı təmsil edən qırmızı fonda yerləşirlər. Məsələn, Sovet İttifaqının bayrağında qırmızı üzərində sarı xətlərlə çəkilmiş qırmızı ulduz, sarı oraq və çəkic var idi. Oxşar simvollar kommunist hakimiyyəti dövründə Vyetnam, Çin, Anqola və Konqo Respublikasının bayraqlarında istifadə edilmişdir. Oraq və çəkic bir növ pankommunist simvoluna çevrilib, dünyanın əksər kommunist partiyalarının bayraqlarında əks olunmuşdur. Digər kommunist partiyalarından bir qədər fərqli olan Koreya İşçi Partiyasının bayrağında sənaye işçilərini təmsil edən çəkic, eləcə də kənd təsərrüfatı işçilərini təmsil edən çapa və ziyalıları təmsil edən fırça (oraq, çəkic və yazı fırçası) var. Sovet İttifaqının qurucusu Vladimir Leninin portretindən də simvol kimi geniş istifadə olunurdu.
Kommunist nostalgiyası
Kommunist nostalgiyası, həmçinin kommunizm nostalgiyası və ya sosialist nostalgiyası — Mərkəzi və Şərqi Avropanın müxtəlif postkommunist dövlətlərində və Rusiyada əvvəlki kommunist dövlətlərə qarşı nostalgiya hissi. Belə nostalgiya nümunələri Şərqi Almaniya, Polşa, Sovet İttifaqı, Yuqoslaviya, Bolqarıstan, Macarıstan, Rumıniya, Çexiya, Albaniya və Slovakiyada müşahidə olunur. Müəssisələr kommunist nostalgiyasını kommunist modası və ya əmtəəsi şəklində kommersiyalaşdırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Rebecca Mckee, Erica Richardson, Bayard Roberts, Christian Haerpfer and Martin Mckee, "Things Can Only Get Better? Changing Views of the Past, Present and Future in the Former Soviet Union", Europe-Asia Studies, Vol. 65, No. 7, 2013, pp.
Ermənistan Kommunist Partiyası
Ermənistan Kommunist Partiyası — 1920-ci ilin fevralında bolşeviklər tərəfindən yaradılmış kommunist ideologiyalı siyasi partiya. Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsi idi. Ermənistan Xalq Cümhuriyyətinin süqutandan sonra 1920-ci il tarixində qurulan Ermənistan Sovet Sosialist Respublikasının yeganə hakim siyasi partiyası olub. Ermənistan SSR 1990-ci ildə çox partiyalı sistemə keçəndə, partiyanın mütləq hakimiyyəti sona çatıb və ləğv edilib.
Kommunist (film, 1969)
== Məzmun == Film Bakıda buraxılan "Kommunist" qəzetinin fəaliyyəti haqqında bəhs edir.
Kommunist Partiyasının Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Kuba Kommunist Partiyası
Kuba Kommunist Partiyası (abbr. KKP, isp. Partido Comunista de Cuba) — Kuba Respublikasının hakim partiyası == Tarixi == Kuba Kommunist Partiyası 1925-ci ilin avqustunda Havanada kommunist dərnəkləri və Kuba Fəhlə Sosialist Partiyası sol cinahının birləşməsi nəticəsində yaranmışdır.
Misir Kommunist Partiyası
Misir Kommunist Partiyası (ərəb. الحزب الشيوعي المصري‎‎; MKP) — Misirdə kommunist partiya. Misir Kommunist Partiyası Misirin müstəqillik əldə etməsi uğrunda, Yaxın Şərq məsələlərinin həllində separat siyasət əleyhinə fəal çıxış etmişdir. Partiya rəhbərliyi Ənvər Sadat hakimiyyətinin antisovet xəttini qətiyyətlə pisləmişdir. MKP gizli şəraitdə fəaliyyət göstərmişdir. 1980-ci ilin sentyabrında keçirilmiş I qurultayında partiyanın Proqramı və Nizamnaməsi təsdiq olunmuşdur. MKP 1980-ci ilin əvvəlində Misirin hakim dairələrinin xalqa zidd siyasətinə qarşı mübarizə aparmaq üçün nasirçilər, dini və müstəqil müxalifət nümayəndələri ilə birlikdə Misir Vətənpərvər Cəbhəsini (MVC) yaratmışdır. MKP qeyri-leqal "Əl-İntisar" qəzetini nəşr etmişdir. Арабские страны в 1880-е — начале 1900-х годов. — История Востока.
Moldova Kommunist Partiyası
Moldova Kommunist Partiyası (abr. MKP; rum. Partidul Comunist al Moldovei, PCM; mold. Партидул Комунист ал Молдовей; rus. Коммунистическая партия Молдавии) — Moldova SSR-də hakim və yeganə qanuni siyasi partiya, 1991-ci ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsini təşkil edən on beş respublika səviyyəli partiyadan biri. Moldovada ilk sosial-demokrat dərnəkləri XIX–XX əsrlərin ayrıcında yaranmışdır. 1902-ci ildə Rusiya SDFP-nin Kişinyov Komitəsi təşkil edilmişdir. Peterburqdan buraya sürgün olunmuş siyasi məjbuslar və leninçi "İskra"nın Kişinyov gizli mətbəəsi bu işdə mühüm rol oynamışdır. Rusiyada 1905–1907-ci illər inqilabı dövründə Moldova bolşevikləri mütləqiyyətçilərə qarşı siyasi mübarizəyə başçılıq etmiş, fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmləndirmiş, əsgərlər arasında inqilabi iş aparmışdır. Çarizm devrildikdən sonra açıq fəaliyyətə eçən Moldova bolşevikləri SSRİ hakimiyyəti uğrunda mübarizəni genişləndirmişdir.
Rumıniya Kommunist Partiyası
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rusiya Kommunist Partiyası
Sovet İttifaqı Kommunist Partiyası (qısaca Sov.İKP) — (Коммунистическая партия Советского союза КПСС), Sovet İttifaqının bütün tarixi boyu yeganə, hakim siyasi partiyası. Fəaliyyəti ilk qurucularından olan Vladimir İliç Lenininin adı ilə bağlı olub. Xələfi olan Rusiya Sosial Demokrat Fəhlə Partiyasının I qurultayı Minskdə 13–15 mart 1898-ci ildə keçirilib. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının II Qurultayında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının iki fraksiyasının — Vladimir Leninin başçılıq etdiyi bolşeviklər və Georgi Plexanov və Yuli Martovun başçılıq etdiyi menşeviklər meydana gəldi. Parçalanmanın əsas səbəbi partiya nizamnaməsinin əhəmiyyətsiz görünən maddəsi idi; Lenin partiya üzvlərindən "şəxsi iştirak", Martov isə "şəxsi yardım" tələb etməyi təklif etdi. Əslində söhbət partiya binasında icazə verilən mərkəzçilik dərəcəsindən gedir; Lenin tabeçiliyində olanların yuxarıdakıların direktivlərini yerinə yetirmək məcburiyyəti ilə sərt bir şəkildə mərkəzləşmiş bir təşkilat yaratmağa çalışdı. Martov isə Qərbi Avropa Sosial Demokratiya modelində, xüsusən o zaman ən nüfuzlu Alman partiyası modelində sərbəst birləşmə prinsipini müdafiə etdi. Artıq 1903-cü ilin sentyabrında tərəflər partiya təşkilatları — Mərkəzi Komitə, "İskra" qəzetinin redaksiyası, Xarici İnqilabçı Sosial Demokratiya Birliyi , yerli partiya təşkilatları üzərində nəzarət uğrunda kəskin bir mübarizəyə başladılar. Lenin Mərkəzi Komitədə çoxluğu saxlamağı bacardı, menşeviklər isə İskra redaksiya heyətində və Partiya Şurasında çoxluq qazandı. Mərkəzi Rusiyada, eləcə də Odessa və Qafqazdakı partiya təşkilatlarının əksəriyyəti bolşevikləri dəstəklədi, Donetsk, Kiyev və digər partiya təşkilatları isə menşeviklərə qoşuldu.