Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. == Xassələri == Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b. Parıltısı almazı, şüşəli. Sərtliyi 9.
Koryun
Koryun (erm. Կորյուն; 380 – 450) — V əsr erməni tarixçi və yazıçısı. == Həyatı == Koryun həyatı haqqında bioqrafik məlumatlar demək olar ki, tamamilə yoxdur. Koryun özü haqqında yazdığı həqiqətdir ki, o, Mesrop Maştotsun tələbəsi və əməkdaşıdır. İbtidai təhsilini bitirdikdən sonra o, təhsilini tamamlamaq üçün Konstantinopola göndərildi. O, erməni Katolikosu Saak Partevlə yaxından tanış idi. == Əsərləri == O, 443-450-ci illər arasında yazdığı "Maştotsun həyatı" adlı əsərində müəlliminin ətraflı tərcümeyi-halını vermiş, elmi fəaliyyətini təsvir etmiş, erməni əlifbasının yaranmasından bəhs etmişdir. Əsər erməni ədəbiyyatının orijinalı qalan ilk əsər hesab edilir. == İstinadlar == == Ədəbiyyat == Koryun, «Maştotsun həyatı», qədim erməni dilindən ruscaya tərcümə: Ş.V.Smbatyan və K.A. Melik-Oqacanyan. M., 1962 Abeqyan M. X., «Qədim erməni ədəbiyyatının tarixi», c.
Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi — Olimpiya çempionları — Roman Dmitriev (1972) və Pavel Pinigin (1976). == Bioqrafiyası == 5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951–52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952–56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.
Korkut Boratav
Korkut Boratav (1935, Konya)—türk iqtisadşısı. == Həyatı == Türkiyənin yetişdirdiyi önəmli alimlərindən biri olan Marksist iqtisadçı Korkut Boratav 1935-ci ildə Konyada doğuldu. 1959-cu ildə Ankara Universitetinin hüquq fakültəsini bitirdi. 1960-cı ildə tamamladığı Maliye Teorisi yüksek lisans eğitimi sonunda Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesinə asissent olaraq daxil oldu. 1964-cü ildə, eyni fakültədə, "iqtisad doktorası"nı tamamladı. 1964–1966-cı illərdə Kembric Universitetində araşdırmalar apardı. 1972-ci ildə dosent oldu. 1974-cü ildə Birleşmiş Milletler Cenevre Ofisində müşavir oldu. 1980-ci ildə Ankara Universiteti Senatosunca profesörlüğe yükseltildi. 1983-cü ildə Ankara Sıkıyönetim Komutanlığı'nca 1402 sayılı yasaya göre Üniversitedeki görevine son verildi.
Nyu-Yorkun bandaları
Nyu-Yorkun bandaları (ing. Gangs of New York) — 2002-ci ildə Martin Skorsezenin çəkdiyi filmdir. Herbert Asburinin "The Gangs of New York" romanından ekranlaşdırılmışdır. Hekayə 1800-cü illər Nyu-Yorkunda bir və iki nəsil əvvəl yeni qitədə məskunlaşıb, özlərini bu torpaqların yerlisi/sahibləri kimi görənlər ilə bu dövrdə xüsusi ilə İrlandiya gəlib bu ərazilərdə məskunlaşan yeni nəsil mühacirlərin şəhərdə özlərinə yer tapmasından və təsir dairəsi uğrunda mübarizələrindən bəhs edir. Martin Skorseze bu filmə görə ən yaxşı rejissor kimi "Qızıl Qlobus" mükafatını qazanmışdır.
Hüseyn Namiq Orkun
Hüseyn Namiq Orkun (d. 15 avqust 1902, İstanbul, Osmanlı imperiyası – 23 mart, 1956, Ankara, Türkiyə Respublikası) – türk tarixçi, dilçi. Türklük, türkçülük və türk dünyası haqqında əsərlər yazmışdır. == Həyatı == 1902-ci ildə İstanbulda dünyaya gəlmişdir. Orta təhsilini Nişantaşı Sultanisində tamamlamışdır. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin tarix bölməsini bitirdikdən sonra Budapeşt Universitetinin fəlsəfə fakültəsində türkologiya təhsili almışdır. Gyula Nemethin tələbəsi olmuşdur. Türk soyunun 20-ci əsrdə yaşamaqda olan qolları haqqındakı “Türk dünyası” adlı əsərini Budapeştdə yazmışdır. Əsər 1932-ci ildə Türkiyədə nəşr edilmişdir. 1930-cı ildə təhsilini tamamlamış və Qazi Təhsil İnistitutunda tarix müəllimliyinə təyin edilmişdir.
Korun Mahnısı (1961)
== Məzmun == Televiziya kinorolikində müğənni və aktyor Məmmədəli Əliyev Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasından Kor ərəbin mahnısını İçəri şəhərin fonunda ifa edir. == Film haqqında == Bu kinoçarx Azərbaycan klipinin ilkin variantıdır.
Zarıslıda Korun karvansarası
Zarıslıda Korun karvansarası — Şuşada karvansara. Səfərov qardaşlarının karvansarası İkimərtəbəli karvansara (Şuşa) Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası "Şuşanın tarixi və memarlıq abidələri". sia.az. İstifadə tarixi: 4 may 2022. "Şuşa Azərbaycanın alınmaz qalasıdır". www.movqe.az. İstifadə tarixi: 4 may 2022.
Zarıslıda Korun karvansarayı
Zarıslıda Korun karvansarası — Şuşada karvansara. Səfərov qardaşlarının karvansarası İkimərtəbəli karvansara (Şuşa) Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası "Şuşanın tarixi və memarlıq abidələri". sia.az. İstifadə tarixi: 4 may 2022. "Şuşa Azərbaycanın alınmaz qalasıdır". www.movqe.az. İstifadə tarixi: 4 may 2022.
Nyu-Yorkun məhkəmə sistemi
Nyu-Yorkun məhkəmə sistemi — şəhər qanunvericiliyi çərçivəsində Nyu-York şəhərində fəaliyyət göstərən bir sıra məhkəmələr. Əsas şəhər qanunları Nyu-Yorkun inzibati kodudur (ing. New York City, ing. Administrative Code), Nyu-Yorkun qaydaları (ing. Rules of the City of New York) və nizamnaməsi (ing. New York City Charter). İlk illərdə, Nyu-York məhkəmə sistemini, iddia və məhkəmənin qərarlarını, iki bələdiyyə başçısı və beş aldermeni dəstəkləyən prokuror təmsil etdi. Tezliklə, onunla müqayisədə Harlem və Bruklin yaşayış məskənlərinin məhkəmə sistemi qurulub. 1665-ci ildə Vali Nikols Böyük Britaniya qanununa uyğun olan bələdiyyə sədrini yaradıb. Bir bələdiyyə başçısı, beş aldermen və şerifdən ibarət idi.
Korun mahnısı (film, 1961)
== Məzmun == Televiziya kinorolikində müğənni və aktyor Məmmədəli Əliyev Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasından Kor ərəbin mahnısını İçəri şəhərin fonunda ifa edir. == Film haqqında == Bu kinoçarx Azərbaycan klipinin ilkin variantıdır.
Nyu-Yorkun bandaları (film, 2002)
Kərkənc
Kərkənc – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Kərkənc kəndi Mədrəsə qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kərkənc kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim qıpçaqların kərki və əncə tayfa adlarını əks etdirir. XIX əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır. == Tarixi == İddiaya görə kəndin əsası 400 il əvvəl qoyulub. == Coğrafiyası və iqlimi == Kənd Kərkənc yaylasında yerləşir. == Əhalisi == Kənddə 1989-cu ilə qədər ermənilər yaşayıb. 1989-cu ildə kəndin erməni əhalisi Qərbi Azərbaycandakı azərbaycanlı kəndi Qızıl Şəfəq ilə yerlərini qarşılıqlı razılaşma ilə dəyişiblər. Hazırda kəndin əhalisi 738 nəfərdir ki, onun da 356 nəfərini kişilər, 352 nəfərini isə qadınlar təşkil edir.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Dördkünc kombretum
Dördkünc kombretum (lat. Combretum quadrangulare) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin kombretum cinsinə aid bitki növü.
Qorxunc evrial
Qorxunc evrial (lat. Euryale ferox) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin evrial cinsinə aid bitki növü.
Məcburi köçkün
Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir.
İbrahim Köçkün
İbrahim Köçkün (azərb. Qurbanov İbrahim İsgəndər oğlu‎; d. 1937, Kiçik Qaraqoyunlu, Göyçə mahalı – ö. 9 aprel 2016, Mehdiabad, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006). İbrahim Köçkün 1937-ci ildə Göycə mahalının Kiçik Qaraqoyunlu kəndində anadan olub. 1966-cı ildə Gəncə Pedaqoji İnstitutunu, sonra isə M.F.Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 9 aprel 2016-cı ildə Mehdiabad qəsəbəsində vəfat etmişdir. "Göyçəsiz göyçəli necə yaşasın?" "Sirli-sehrli dünya" "Göyçə, səndən kimlər keçib" "Mirzə Bəylər nəfəsliyəm" "Həkimin dünya dərdi" "Bir Hüseyn Arif vardı" "Qalan Göyçəm" "Göyçə həsrəti", Bakı, "AKE NPM", 2015. 32 səh.
Dördkünc Mərdəkan qalası
Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. == Tarixi == Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. == Memarlıq xüsusiyyətləri == Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir.
Qorxunc illər (roman)
Qorxunc illər — Çingiz Dağçının 1956-cı ildə yazdığı tarixi roman. Müəllifin həyatından böyük izlər daşıyan bu roman II Dünya müharibəsində Krım türklərinin və digər icmaların üzləşdiyi çətinliklərdən bəhs edir. Yazıçı, romandakı baş obraz Sadiq Turan kimi, II Dünya müharibəsində iştirak edib. "Vətənini itirən adam" bu romanın davamıdır. Hər iki romandakı yerlər "Xatirələrdəki Çingiz Dağçı" və "Regina (Xatirə dəftərimdən)" əsərlərdə təsvir olunanlara bənzəyir. Krımlı filmi də Qorxunc illər romanı əsasında çəkilib. Sadiq Turan, Krım türkü olan Çingiz adlı şəxslə Romada görüşür və ona xatirə dəftərini verərək yoxa çıxır. Bundan sonra Çingiz İngiltərəyə qayıdır və Sadiq Turanın aldığı məktubla onun öldüyünü öyrənir. Sadiq Krımın Qızıldaş kəndində anadan olub. Rusiya dövlət siyasətinə etdiyi Krım təzyiqlərini artırmağa davam edir.
Qorxunc ölülər 2
Qorxunc ölülər 2 (ing. Evil Dead 2) – 1987-ci ildə çəkilən Qorxu filmi janrında çəkilən ABŞ filmidir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmin əvvəlində ilk filmin xülasəsi göstərilir. Bu xülasədə yalnız Eş Vilyams və sevgilisi Linda göstərilir. Onlar tətillərini meşədə tərk edilmiş bir daxmada keçirmək qərarına gəlirlər. Eş daxmada olduğu müddətdə burada daha əvvəl yaşayan arxeologiya professorunun yazdığı səsyazmasını dinləyir. Professor səs qeydində arxeoloji qazıntı zamanı tapdığı "Nekronomikon" (ing. Book of The Dead — Ölülərin Kitabı) adlı kitabdan bəhs edir. Kitabdakı sehrli sözlərin oxunması zamanı kabuslar sərbəst buraxılır.
Qorxunc ölülər (film, 1981)
Qorxunc ölülər (ing. The Evil Dead) – 1981-ci ildə çəkilən ABŞ qorxu filmi janrında çəkilən filmdir. Filmdə çoxlu sayda qanlı səhnələr olduğundan bu film Belarusiyada qadağan olmuşdu. Filmin büdcəsi təxminən 375 min ABŞ dollar, gəliri isə 24 milyon 400 min ABŞ dollarıdır. Film 2 ilə çəkilmişdir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmə New Line Cinema kompaniyası distribütorlik etmişdir. Film sonluğunun davamı olan Qorxunc ölülər 2 filmində nəql edilir. Miçiqan Universitetinin tələbələrindən biri olan Eş, sevgilisi Linda ilə birgə, yanlarında başqa bir cütlük olan Skott və Şelli, həmçinin, dostları Şerilini götürərək, tətillərini Tennessi meşəsindəki bir daxmada keçirməyə qərar verirlər. Onlar daxmanın zirzəmisində "Nekronomikon" (ing.
Qorxunc ölülər 2 (film, 1987)
Qorxunc ölülər 2 (ing. Evil Dead 2) – 1987-ci ildə çəkilən Qorxu filmi janrında çəkilən ABŞ filmidir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmin əvvəlində ilk filmin xülasəsi göstərilir. Bu xülasədə yalnız Eş Vilyams və sevgilisi Linda göstərilir. Onlar tətillərini meşədə tərk edilmiş bir daxmada keçirmək qərarına gəlirlər. Eş daxmada olduğu müddətdə burada daha əvvəl yaşayan arxeologiya professorunun yazdığı səsyazmasını dinləyir. Professor səs qeydində arxeoloji qazıntı zamanı tapdığı "Nekronomikon" (ing. Book of The Dead — Ölülərin Kitabı) adlı kitabdan bəhs edir. Kitabdakı sehrli sözlərin oxunması zamanı kabuslar sərbəst buraxılır.