Kərkənc – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Kərkənc kəndi Mədrəsə qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kərkənc kənd Soveti yaradılmışdır.[1]
Kərkənc | |
---|---|
40°35′01″ şm. e. 48°34′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 760 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim qıpçaqların kərki və əncə tayfa adlarını əks etdirir. XIX əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır.[2]
İddiaya görə kəndin əsası 400 il əvvəl qoyulub.
Kənd Kərkənc yaylasında yerləşir.
Kənddə 1989-cu ilə qədər ermənilər yaşayıb. 1989-cu ildə kəndin erməni əhalisi Qərbi Azərbaycandakı azərbaycanlı kəndi Qızıl Şəfəq ilə yerlərini qarşılıqlı razılaşma ilə dəyişiblər.[3] Hazırda kəndin əhalisi 738 nəfərdir ki, onun da 356 nəfərini kişilər, 352 nəfərini isə qadınlar təşkil edir.
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |