Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kurtuaz ədəbiyyatı
Kurtuaz ədəbiyyatı (alm. höfische Dichtung‎; fr. poésie courtoise — fransız dilindəki fr. сourtois — "ədəbli", "nəzakətli" sözündən) — XII–XIV əsrlərdə Avropada (Provansda, Şimali Fransada, Almaniyada, sonralar İngiltərədə, İspaniyada, İtaliyada) ədəbi cərəyan, saray cəngavərlik ədəbiyyatı. Kurtuaz ədəbiyyatının başlıca qayəsi, idealı eposlardan fərqli olaraq nəsl, yaxud ölkə deyil, şəxsi şöhrət və ləyaqət naminə göstərilən rəşadətin, mənəvi kamilliyin tərənnümüdür (Provans ədəbiyyatı, truverlər, minnezinger poeziyası, cəngavərlik romanları ("Tristan və İzolda", Artur haqqında kelt əfsanələri və s.)). Yaxın Şərqdə cəngavərlik ədəbiyyatı Avropadakından fərqlənmiş, eposla daha sıx bağlı olmuşdur (Nizami Gəncəvi, Fəxrəddin Gürgani və başqalarının poemaları). "Gendzi-monoqatari" (Yaponiya) romanı kurtuaz ədəbiyyatının orijinal nümunələrindəndir. == İstinadlar == == Ədəbiyyat == Декс П. Семь веков романа (пер. с франц.). М.: 1962.
Tibo Kurtua
Tibo Nikolya Mark Kurtua (11 may 1992) — İspaniya və dünya futbol tarixinin ən titullu klublarından biri, La Liqa klublarından olan Real Madriddə və Belçika millisində qapıçı mövqeyində çıxış edən Belçikalı peşəkar futbolçudur. Kurtua Genk klubunun futbol akademiyasını bitirib və artıq 18 yaşında komandasının Belçika çempionluğunu qazanmasında əsas rol oynadı. 2011-ci ilin iyul ayında 8 milyon funt sterlinq qarşılığında Çelsiyə transfer olundu və elə həmin il oyun praktikası toplaması üçün dərhal Atletiko Madridə icarəyə verildi. Buradakı üç mövsümdə 2012-ci ildə UEFA Avropa Liqasını, 2013-cü ildə Copa del Reyi və 2014-cü ildə İspaniya çempionluğunu qazandı. Son iki mövsümdəki göstəricilərinə görə La Liqada ən yaxşı qapıçıya verilən Rikardo Zamora mükafatını qazandı. Kurtua 2014-cü ilin iyulunda Çelsiyə qayıtdı və komandasına ilk mövsümündə Liqa Kubokunu və Premyer Liqa çempionluğunu qazanmalarında kömək etdi. İki il sonra Çelsinin yenidən liqanı qazanmasındakı uğurlarına görə Premyer Liqanın Qızıl Əlcəyi mükafatını qazandı. 2018-ci ildə İspaniya nəhəngi Real Madrid Kurtuanı 35 milyon funt-sterlinqə transfer etdi və Atletiko Madridin transfer etdiyi Yan Oblakın transfer məbləğini üstələyərək La Liqanın ən bahalı qapıçısı oldu. 2019-2020 sezonunda ikinci dəfə La Liqa çempionluğunu və üçüncü Zamora mükafatını qazandı. Tibo Kurtua beynəlxalq səviyyəli debütünü 2011-ci ilin oktyabrında etdi və Belçika millisini təmsil edən ən gənc qapıçı oldu.
Valeri Kurtua
Valeri Kurtua (fr. Valérie Courtois) — Belçika millisində və Fransanın "Paris Sent-Klod" klubunda libero ampluasında çıxış edən belçikalı qadın voleybolçu. 1.71 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 2.80 sm, blok yüksəkliyi isə 2.70 sm-dir. 2013-cü ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatının ən yaxşı liberosu seçilib.Qardaşı Tibo peşəkar futbolçudur. Hazırda İspaniyanın "Real Madrid" komandasında çıxış edir.
Murtuza
Murtuza — kişi adı. Murtuza Axundzadə — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Murtuza Muxtarov — multi-milyonçu, neft sahibkarı, messenat. Murtuza Əhmədli — Kimya elmləri doktoru, professor Qara Murtuza bəy – XVIII əsr, Qarabağ bəyi Murtuza ağa Bəhmənli — yüzbaşı, xeyriyyəçi Murtuza Əsədi — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Murtuza xan Mümtazülmülk — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist Murtuza Paşayi — İranlı müğənni, bəstəkar və söz yazarı.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Kurtlak çayı
Kurtlak çayı — Rusiyanın Rostov və Volqoqrad (108 km) vilayətləri ərazisindən axan çay. Çir çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 150 kilometr, hövzəsinin sahəsi isə 2760 km² təşkil edir. Təpəli çöl ərazisindən axır. Vadisi elədə dərin deyildir. Yuxarı axarlarda paleoqen dövrünə axid çökmə suzurlardan ibarətdir. Platonov xutoru yaxınlığından təbaşir və qumluq ərazilərdən axır. Əkinçilikdə istifadə edilir. == Ümumi fiziki-coğrafi xüsusiyyətləri == Kurtlak çayı öz başlanğıcını Don cərgəsindən götürür. Başlandığı ərazi Volqoqrad vilayəti, Kletski rayonu Platov xutorunun şimal-şərqində yerləşir.
Kurtlar Vadisi
Qurdlar Vadisi — Osman Sınav tərəfindən yaradılmış və Raci Şaşmazın qələmə aldığı Türkiyənin siyasi məsələlərindən bəhs edən türk film və teleserial seriyasıdır. Seriyanın serial və filmlərində bir çox məşhur aktyorlar oynayıb. Serialın ilk 55 bölümündə prodüser və rejissor Osman Sınav, 56–97-ci bölümlər arasında prodüser Raci Şaşmaz və rejissor kürsüsündə Sərdar Axar əyləşmişdir. 97-ci bölümdəki finaldan sonra Qurdlar Vadisi: Terror adı ilə 2 bölüm izləyici qarşısına çıxıb. Bu serialın yayımnan çıxarılmasından sonra Qurdlar Vadisi: Pusqu 300 seriya ilə izləyici qarşısına çıxıb. 2013-cü ildə Şaşmaz qardaşlarının fikir ayrılığı üzərinə, Raci Şaşmaz və Bahadır Özdənər seriyanın ssenari müəllifi və prodüser vəzifələrindən istefa veriblər. Onların yerinə Cahid Qayaoğlu kimi daha təcrübəsiz adlar gəldi və nəticədə reytinqlər düşməyə başladı. Qurdlar Vadisi: Pusqunun son bölümü olan 300-cü bölümdə reytinqlər 4-ə qədər düşüb. Serialın bitməsindən 1 il sonra TRT 1-də yayımlanan Qurdlar Vadisi: Vətən 5,43 reytinq alıb. Ən çox reytinq alan teleserial bölümləri 23 reytinq xalı ilə Qurdlar Vadisinin finalı olan 97-ci bölüm, və 25,43 reytinq ilə Qurdlar Vadisi: Pusqunun 45-ci bölümüdür.
Murtuza Axundov
Murtuza Axundzadə (1877-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı və ailəsi == Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy «Müsavat» fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). == Parlamentdəki çxışları == Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: == Ailə üzvlərinin xatirələri == Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: == Ölümü == 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər.
Murtuza Axundzadə
Murtuza Axundzadə (1877-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı və ailəsi == Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy «Müsavat» fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). == Parlamentdəki çxışları == Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: == Ailə üzvlərinin xatirələri == Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: == Ölümü == 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər.
Murtuza Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. == Erkən illəri == Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. == Əmək fəaliyyəti == Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı.Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur. Hətta o, qazma baltasını təkmilləşdirir.
Murtuza Məcdfər
Doktor Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist 1963-cü ildə Təbrizdə dünyaya gəlib. Əsərlərini azərbaycan və fars dillərində yazıb.
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. == Həyatı == Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Murtuza Paşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Murtuza Əhmədli
Murtuza Qasım oğlu Əhmədli (4 mart 1906 – 20 may 1979) — Kimya elmləri doktoru, professor == Həyatı == Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır. Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
Murtuza Əsədi
Murtuza Əsədi (29 fevral 1979, Ərdəbil) — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Əsədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Səba Batri klubunda oynamışdır. Murtuza Əsədi Traktor Sazi klubunun heyətində futbol üzrə İran çempionatının yüksək liqasında 2011/2011 mövsümündə ən güclü müdafiə xəttinin formalaşmasında əsas rol oynamışdır. O həm də həmin mövsümdə bütün oyunlarda əvəzlənmədən 90 dəqiqə meydanda olan yeganə oyunçu olmuşdur.
Murtuza Paşa
Murtuza Paşa (v. fevral 1636, İrəvan qalası, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərunda təlim-tərbiyə gördükdən sonra 30 avqust 1626-cı ildə vəzir rütbəsi alaraq Bosniya bəylərbəyi təyin edildi. Ardından Budin bəylərbəyliyi, 1630-cu ilin fevralında isə Özi qalasının mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 9 sentyabr 1630-cu ildə polyaklarla 7 maddəlik bir andlaşma imzaladı. Bu andlaşmaya əsasən, polyaklar Krım xanlığına vergi verməyə davam edəcək və kazak dəstələrini işğal etdiyi adalardan qovacaqdı. Osmanlı dövləti isə bunun qarşılığında tatar süvarilərinin polyaklara tərtiblədiyi basqınlara mane olacaqdı. Ancaq çox keçmədən tərəflər bu andlaşmanın şərtlərini pozdular. 6 yanvar 1632-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilən Murtuza Paşa Sultan Muradın əmriylə, yenicə vəzifədən alınan və Tokata sürgün edilən sabiq sədrəzəm Qazi Hüsrəv Paşanın edamı ilə vəzifələndirildi.
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Murtuz (roman)
Murtuz — Orxan Kamalın 1952-ci ildə nəşr olunan məşhur romanı. Türk ədəbiyyatının önəmli əsərlərindən olan roman yazıldığı gündən bəri dəfələrlə kino və tamaşalara mövzu olan Gözətçi Murtuz obrazından qara yumorla yüklənmiş bir dillə bəhs edir. Hadisələr 1941–1947-ci illər arasında Adananın kasıb fəhlə məhəlləsində baş verir. Roman, ixtiyar və həqiqət anlayışı arasında ilişib qalan, öz doğruluğuna güzəştə getməməyə çalışdıqca daha həll olunmaz vəziyyətlərə düşən, bu arada insanlara deməkdən uzaqlaşan və müdafiə edən bir fərdin başına gələnlərin kədərli komediyasıdır. Murtuz ilk dəfə 1952-ci ildə "Vətən" qəzetində felyetona çevrilib. Bu, Orxan Kamalın seriallaşdırılmış ilk romanıdır. Əsər elə həmin il Varlık Nəşriyyatı tərəfindən 180 səhifəlik kitab olaraq nəşr edilmiş və böyük diqqət çəkmişdir. İkinci nəşri 1957-ci ildə Varlık Nəşrləri, üçüncü nəşri isə 1964-cü ildə Cem Nəşrləri tərəfindən nəşr edilmişdir. Orxan Kamal 180 səhifəlik kitabın roman deyil, ancaq "böyük hekayə" kimi qəbul edilə biləcəyini düşünürdü. Ona görə də əsərin birinci və üçüncü hissələrini genişləndirdi.
Murtuz Abbasov
Murtuz Çingiz oğlu Abbasov (2 noyabr 1998; Lerik rayonu, Azərbaycan — 28 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murtuz Abbasov 1998-ci il noyabrın 2-də Lerik rayonunun Soru kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Murtuz Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murtuz Abbasov oktyabrın 28-də Zəngilanın azad edilməsi zamanı Mincivan istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Murtuz Carçıyev
Murtuz Carçıyev — Sosialist Əməyi Qəhrəmanı.Carçıyev Murtuz Zeynal oğlu 1910-cu ildə Çaylı kəndində anadan olmuşdur. 1935-ci ildə kolxozda təsrrüfat briqadiri, ilk komsomol təşkilatının katibi olmuşdur. 1938-39-cu illərdə Qazax rayon partiya komitəsinin birinci katibi işləmişdir.Böyük Vətən müharibəsi zamanı cəbhəyə yollanan Murtuz Carçıyev 1942-45-ci illərdən sonra əmək fəaliyyətinə qayıtmışdır.1952-ci ildə yağ-pendir zavodunun direktoru, 1958-ci ildə kənd təsərrüfatı idarəsinin rəisi vəzifələrində çalışmışdır. İşlədiyi dövrlərdə “ Sosialist Əməyi Qəhrəmanı”, “Lenin Ordeni” , “ Kənd təsərrüfatı əlaçısı” kimi fəxri mükafatlalarla mükafatlandırılmışdır. Murtuz Carçıyev Zeynal oğlu 1985-ci ildə oktyabr ayında vəfat etmişdir.
Murtuz Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. == Erkən illəri == Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. == Əmək fəaliyyəti == Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı.Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur. Hətta o, qazma baltasını təkmilləşdirir.
Murtuz Quliyev
Murtuz Quliyev (tam adı: Murtuz Heydər oğlu Quliyev; d.6 fevral 1920, Ağdam r. Gülablı k. — ö. 1979, Bakı) — general-mayor, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat. == Həyatı == Murtuz Heydər oğlu Quliyev 1920-ci il fevralın 6-da Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdu. Orta təhsildəb sonra taleyini hərbi xidmətə bağlayan Murtuz 1937-ci ildə Xarkov Hərbi Rabitə Məktəbinə daxil olmuşdur. 1939-cu ilin dekabrında məktəbi bitirəndən sonra 9-cu ordunun əlahiddə tank batalyonuna rabitə rəisi göndərilən M.Quliyev 1939–40-cı illər sovet-fin müharibəsi cəbhəsində ilk döyüş sınaqlarından keçmişdir. == Döyüş fəaliyyəti == 1941–45-ci illər Böyük Vətən müharibəsi başlananda 18-ci tank diviziyası 2-ci batalyonunun idarəetmə bölüyünün komandiri olan ixtisaslı hərbçi leytenant Quliyev sonradan xidmətini qərb cəbhəsində tank batalyonunun rabitə rəisi kimi davam etdirmişdi. Döyüş şəraitində rabitə bölmələrinin rolu xeyli artırdı. Müharibənin əvvəllində qoşunlarımızın sərəncamında olan rabitə vasitələri döyüş vəziyyətində etibarlı idarəetməni təmin edə bilmirdi.
Murtuz Talıbzadə
Murtuza Heydər oğlu Talıbzadə (15 yanvar 1902, Qazax – 5 yanvar 1938, Bakı) — Polkovnik. == Həyatı == Talıbzadə Murtuz 15 yanvar 1902-ci ildə Bakı şəhərində molla (ruhani) ailəsində dünyaya göz açmışdır. On beş yaşındaikən valideynsiz qalmışdır. 1915-ci ildə rus-tatar məktəbini bitirmişdir. Anası 1912-ci ildə vəfat edir. 1917-ci ildə ailəyə daha bir ağır itki üz verir, atası Heydər vəfat edir. Bundan sonra Murtuzanın himayəsində 12 yaşlı bacısı və 10 yaşlı qardaşı qalır. O, ailədəki vəziyyətilə əlaqədar ali ibtidai peşə məktəbində təhsilini ikinci sinifdən dayandırmağa məcbur olur. == İş fəaliyyəti == 1918-ci illərin ortalarına qədər kuryer vəzifəsində çalışmış, 1918-ci illərin sonundan isə Bakıda dəyirmanda işləyirdi. Azərbaycanın Sovetləşməsinin ilk günlərində könüllü kimi Fəhlə-Kəndli Qırmızı Ordusunun (P.K.K.A) sıralarına yazılmaqla bərabər Komandanlıq məktəbinə də qəbul edilir.
Murtuz qala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. == Haqqında == El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.