Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kurtuaz ədəbiyyatı
Kurtuaz ədəbiyyatı (alm. höfische Dichtung‎; fr. poésie courtoise — fransız dilindəki fr. сourtois — "ədəbli", "nəzakətli" sözündən) — XII–XIV əsrlərdə Avropada (Provansda, Şimali Fransada, Almaniyada, sonralar İngiltərədə, İspaniyada, İtaliyada) ədəbi cərəyan, saray cəngavərlik ədəbiyyatı. Kurtuaz ədəbiyyatının başlıca qayəsi, idealı eposlardan fərqli olaraq nəsl, yaxud ölkə deyil, şəxsi şöhrət və ləyaqət naminə göstərilən rəşadətin, mənəvi kamilliyin tərənnümüdür (Provans ədəbiyyatı, truverlər, minnezinger poeziyası, cəngavərlik romanları ("Tristan və İzolda", Artur haqqında kelt əfsanələri və s.)). Yaxın Şərqdə cəngavərlik ədəbiyyatı Avropadakından fərqlənmiş, eposla daha sıx bağlı olmuşdur (Nizami Gəncəvi, Fəxrəddin Gürgani və başqalarının poemaları). "Gendzi-monoqatari" (Yaponiya) romanı kurtuaz ədəbiyyatının orijinal nümunələrindəndir. == İstinadlar == == Ədəbiyyat == Декс П. Семь веков романа (пер. с франц.). М.: 1962.
Tibo Kurtua
Tibo Nikolya Mark Kurtua (11 may 1992) — İspaniya və dünya futbol tarixinin ən titullu klublarından biri, La Liqa klublarından olan Real Madriddə və Belçika millisində qapıçı mövqeyində çıxış edən Belçikalı peşəkar futbolçudur. Kurtua Genk klubunun futbol akademiyasını bitirib və artıq 18 yaşında komandasının Belçika çempionluğunu qazanmasında əsas rol oynadı. 2011-ci ilin iyul ayında 8 milyon funt sterlinq qarşılığında Çelsiyə transfer olundu və elə həmin il oyun praktikası toplaması üçün dərhal Atletiko Madridə icarəyə verildi. Buradakı üç mövsümdə 2012-ci ildə UEFA Avropa Liqasını, 2013-cü ildə Copa del Reyi və 2014-cü ildə İspaniya çempionluğunu qazandı. Son iki mövsümdəki göstəricilərinə görə La Liqada ən yaxşı qapıçıya verilən Rikardo Zamora mükafatını qazandı. Kurtua 2014-cü ilin iyulunda Çelsiyə qayıtdı və komandasına ilk mövsümündə Liqa Kubokunu və Premyer Liqa çempionluğunu qazanmalarında kömək etdi. İki il sonra Çelsinin yenidən liqanı qazanmasındakı uğurlarına görə Premyer Liqanın Qızıl Əlcəyi mükafatını qazandı. 2018-ci ildə İspaniya nəhəngi Real Madrid Kurtuanı 35 milyon funt-sterlinqə transfer etdi və Atletiko Madridin transfer etdiyi Yan Oblakın transfer məbləğini üstələyərək La Liqanın ən bahalı qapıçısı oldu. 2019-2020 sezonunda ikinci dəfə La Liqa çempionluğunu və üçüncü Zamora mükafatını qazandı. Tibo Kurtua beynəlxalq səviyyəli debütünü 2011-ci ilin oktyabrında etdi və Belçika millisini təmsil edən ən gənc qapıçı oldu.
Valeri Kurtua
Valeri Kurtua (fr. Valérie Courtois) — Belçika millisində və Fransanın "Paris Sent-Klod" klubunda libero ampluasında çıxış edən belçikalı qadın voleybolçu. 1.71 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 2.80 sm, blok yüksəkliyi isə 2.70 sm-dir. 2013-cü ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatının ən yaxşı liberosu seçilib. Qardaşı Tibo peşəkar futbolçudur. Hazırda İspaniyanın "Real Madrid" komandasında çıxış edir.
Murtuza
Murtuza — kişi adı. Murtuza Axundzadə — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Murtuza Muxtarov — multi-milyonçu, neft sahibkarı, messenat. Murtuza Əhmədli — Kimya elmləri doktoru, professor Qara Murtuza bəy – XVIII əsr, Qarabağ bəyi Murtuza Əsədi — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Murtuza xan Mümtazülmülk — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist Murtuza Paşayi — İranlı müğənni, bəstəkar və söz yazarı.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Kurtaj
Kurtaj (fr. courtage, ing. courtage) — komissiya. == Mənası == Birja işində birja əməliyyatlarında vasitəçiyə görə birja dəllalının və ya birja brokerinin aldığı mükafat. Dəyər bağlanmış alqı-satqı əməliyyatının həcminin 1000 payı ilə hesablanır və malı həm satıcı, həm də alıcı tərəfindən brokerə ödənilir. Təchizat qiymətli kağızların növünə görə (dövlət qiymətli kağızları, digər istiqrazlar, dividendli qiymətli kağızlar) və bazar dəyərindən və ya əməliyyatların növündən asılı olaraq fərqləndirilir. Pulsuz brokerlər üçün sabit dərəcələr müəyyən edilmir. Banklar brokerə ödənilən haqqı müştəriyə verilən qaimə-fakturaya daxil edirlər. Sığorta işində sığorta brokerinin sığortaçı üçün təşkil edilmiş əməliyyata görə aldığı mükafat. Vasitəçinin aralarında müqavilə bağlamaq üçün 2 tərəf arasında əlaqə qurduğu, bunun üçün müqavilənin icrasından asılı olmayan bir mükafat aldığı müqavilə.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Kurtlak çayı
Kurtlak çayı — Rusiyanın Rostov və Volqoqrad (108 km) vilayətləri ərazisindən axan çay. Çir çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 150 kilometr, hövzəsinin sahəsi isə 2760 km² təşkil edir. Təpəli çöl ərazisindən axır. Vadisi elədə dərin deyildir. Yuxarı axarlarda paleoqen dövrünə axid çökmə suzurlardan ibarətdir. Platonov xutoru yaxınlığından təbaşir və qumluq ərazilərdən axır. Əkinçilikdə istifadə edilir. == Ümumi fiziki-coğrafi xüsusiyyətləri == Kurtlak çayı öz başlanğıcını Don cərgəsindən götürür. Başlandığı ərazi Volqoqrad vilayəti, Kletski rayonu Platov xutorunun şimal-şərqində yerləşir.
Kurtlar Vadisi
Qurdlar Vadisi — Osman Sınav tərəfindən yaradılmış və Raci Şaşmazın qələmə aldığı Türkiyənin siyasi məsələlərindən bəhs edən türk film və teleserial seriyasıdır. Seriyanın serial və filmlərində bir çox məşhur aktyorlar oynayıb. Serialın ilk 55 bölümündə prodüser və rejissor Osman Sınav, 56–97-ci bölümlər arasında prodüser Raci Şaşmaz və rejissor kürsüsündə Sərdar Axar əyləşmişdir. 97-ci bölümdəki finaldan sonra Qurdlar Vadisi: Terror adı ilə 2 bölüm izləyici qarşısına çıxıb. Bu serialın yayımnan çıxarılmasından sonra Qurdlar Vadisi: Pusqu 300 seriya ilə izləyici qarşısına çıxıb. 2013-cü ildə Şaşmaz qardaşlarının fikir ayrılığı üzərinə, Raci Şaşmaz və Bahadır Özdənər seriyanın ssenari müəllifi və prodüser vəzifələrindən istefa veriblər. Onların yerinə Cahid Qayaoğlu kimi daha təcrübəsiz adlar gəldi və nəticədə reytinqlər düşməyə başladı. Qurdlar Vadisi: Pusqunun son bölümü olan 300-cü bölümdə reytinqlər 4-ə qədər düşüb. Serialın bitməsindən 1 il sonra TRT 1-də yayımlanan Qurdlar Vadisi: Vətən 5,43 reytinq alıb. Ən çox reytinq alan teleserial bölümləri 23 reytinq xalı ilə Qurdlar Vadisinin finalı olan 97-ci bölüm, və 25,43 reytinq ilə Qurdlar Vadisi: Pusqunun 45-ci bölümüdür.
Murtuza Axundov
Murtuza Axundzadə (1877, Quba – 21 avqust 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb. 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi.
Murtuza Axundzadə
Murtuza Axundzadə (1877, Quba – 21 avqust 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb. 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi.
Murtuza Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Murtuza Məcdfər
Doktor Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist 1963-cü ildə Təbrizdə dünyaya gəlib. Əsərlərini azərbaycan və fars dillərində yazıb.
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Murtuza Paşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Murtuza Əhmədli
Murtuza Qasım oğlu Əhmədli (4 mart 1906 – 20 may 1979) — Kimya elmləri doktoru, professor Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır. Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
Murtuza Əsədi
Murtuza Əsədi (29 fevral 1979, Ərdəbil) — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Əsədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Səba Batri klubunda oynamışdır. Murtuza Əsədi Traktor Sazi klubunun heyətində futbol üzrə İran çempionatının yüksək liqasında 2011/2011 mövsümündə ən güclü müdafiə xəttinin formalaşmasında əsas rol oynamışdır. O həm də həmin mövsümdə bütün oyunlarda əvəzlənmədən 90 dəqiqə meydanda olan yeganə oyunçu olmuşdur.
Murtuza Paşa
Murtuza Paşa (v. fevral 1636, İrəvan qalası, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərunda təlim-tərbiyə gördükdən sonra 30 avqust 1626-cı ildə vəzir rütbəsi alaraq Bosniya bəylərbəyi təyin edildi. Ardından Budin bəylərbəyliyi, 1630-cu ilin fevralında isə Özi qalasının mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 9 sentyabr 1630-cu ildə polyaklarla 7 maddəlik bir andlaşma imzaladı. Bu andlaşmaya əsasən, polyaklar Krım xanlığına vergi verməyə davam edəcək və kazak dəstələrini işğal etdiyi adalardan qovacaqdı. Osmanlı dövləti isə bunun qarşılığında tatar süvarilərinin polyaklara tərtiblədiyi basqınlara mane olacaqdı. Ancaq çox keçmədən tərəflər bu andlaşmanın şərtlərini pozdular. 6 yanvar 1632-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilən Murtuza Paşa Sultan Muradın əmriylə, yenicə vəzifədən alınan və Tokata sürgün edilən sabiq sədrəzəm Qazi Hüsrəv Paşanın edamı ilə vəzifələndirildi.
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Murtuz (roman)
Murtuz — Orxan Kamalın 1952-ci ildə nəşr olunan məşhur romanı. Türk ədəbiyyatının önəmli əsərlərindən olan roman yazıldığı gündən bəri dəfələrlə kino və tamaşalara mövzu olan Gözətçi Murtuz obrazından qara yumorla yüklənmiş bir dillə bəhs edir. Hadisələr 1941–1947-ci illər arasında Adananın kasıb fəhlə məhəlləsində baş verir. Roman, ixtiyar və həqiqət anlayışı arasında ilişib qalan, öz doğruluğuna güzəştə getməməyə çalışdıqca daha həll olunmaz vəziyyətlərə düşən, bu arada insanlara deməkdən uzaqlaşan və müdafiə edən bir fərdin başına gələnlərin kədərli komediyasıdır. Murtuz ilk dəfə 1952-ci ildə "Vətən" qəzetində felyetona çevrilib. Bu, Orxan Kamalın seriallaşdırılmış ilk romanıdır. Əsər elə həmin il Varlık Nəşriyyatı tərəfindən 180 səhifəlik kitab olaraq nəşr edilmiş və böyük diqqət çəkmişdir. İkinci nəşri 1957-ci ildə Varlık Nəşrləri, üçüncü nəşri isə 1964-cü ildə Cem Nəşrləri tərəfindən nəşr edilmişdir. Orxan Kamal 180 səhifəlik kitabın roman deyil, ancaq "böyük hekayə" kimi qəbul edilə biləcəyini düşünürdü. Ona görə də əsərin birinci və üçüncü hissələrini genişləndirdi.
Murtuz Abbasov
Murtuz Carçıyev
Murtuz Carçıyev — Sosialist Əməyi Qəhrəmanı. Carçıyev Murtuz Zeynal oğlu 1910-cu ildə Çaylı kəndində anadan olmuşdur. 1935-ci ildə kolxozda təsrrüfat briqadiri, ilk komsomol təşkilatının katibi olmuşdur. 1938-39-cu illərdə Qazax rayon partiya komitəsinin birinci katibi işləmişdir.Böyük Vətən müharibəsi zamanı cəbhəyə yollanan Murtuz Carçıyev 1942-45-ci illərdən sonra əmək fəaliyyətinə qayıtmışdır.1952-ci ildə yağ-pendir zavodunun direktoru, 1958-ci ildə kənd təsərrüfatı idarəsinin rəisi vəzifələrində çalışmışdır. İşlədiyi dövrlərdə “ Sosialist Əməyi Qəhrəmanı”, “Lenin Ordeni” , “ Kənd təsərrüfatı əlaçısı” kimi fəxri mükafatlalarla mükafatlandırılmışdır. Murtuz Carçıyev Zeynal oğlu 1985-ci ildə oktyabr ayında vəfat etmişdir.
Murtuz Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Murtuz Quliyev
Murtuz Quliyev (tam adı: Murtuz Heydər oğlu Quliyev) — Azərbaycan general-mayoru, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat. Murtuz Heydər oğlu Quliyev 1920-ci il fevralın 6-da Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, orta təhsildən sonra 1937-ci ildə Xarkov Hərbi Rabitə Məktəbinə daxil olmuşdur. Həmin Məktəbi bitirəndən sonra 1939-cu ilin dekabrında 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsinə təyin edilmişdir. Murtuz Quliyev Hərbi Məktəbi bitirəndən sonra 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsində işləyidi dövrdə 1939–40-cı illərdə Sovet-Fin müharibəsində ilk dəfə real döyüşlərdə iştirak etmişdir. İxtisaslı hərbçi leytenant olan M. Quliyev 1941–45-ci illər Böyük Vətən Müharibəsi başlananda 18-ci Tank Diviziyasının 2-ci taborunun (batalyonunun) İdarəetmə bölüyünün komandiri kimi müharibədə iştirak etmiş, sonra xidmətini Qərb cəbhəsində tank taborunun rabitə rəisi vəzifəsində davam etdirmişdi. Sovet Ordusunda verilən xasiyyətnaməyə əsasən onun rəhbərliyi altında rabitə bölmələrinin Döyüş şəraitində rolu xeyli artırmış, müharibənin əvvəllindən etibarən sərəncamında olan rabitə vasitələrinin döyüş vəziyyətində etibarlı və səmərəli idarə edilməsi təmin olunmuşdur. Belə ki, qeyd olunan vasitələrin sayı məhdud, istehsal texnologiyası isə düşmənin istifadə etdiyi texnika ilə müqayisədə, mənəvi köhnəlməyə məruz qalmışdır. Misal üçün, radio cihazlarının məftilləri qırılanda qoşunları effektiv yönəltmək mümkün olmurmuş. Bu şəraitdə rabitə rəisi MQuliyev yüksək peşəkarlıqla yanaşı, fövqəladə sücaət nümayiş etdirmiş, qoşnların idarə edilməsini bərpa etmişdir.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.