Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir.
İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir.
“Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər. Bal aylarında Bella Edvarddan hamilə qalır, lakin uşağı dünyaya gətirərkən Bella ölür. Edvard və Bellanın qızı Renesme Kallen dünyaya gəlir. Edvard Bellanın həyatını qorumaq üçün onu vampirə çevirir.
Romanlar əsasında çəkilmiş “Alatoran” film seriyasında Bella obrazı aktrisa Kristen Stüart tərəfindən canlandırılmışdır.
Edvard Kallen Stefani Mayerin "Alatoran" romanlar seriyasının əsas qəhrəmanlarından biridir. O, "Alatoran", "Yeni Ay", "Tutulma, "Sübh" romanlarının, həmin romanlar əsasında çəkilmiş filmlərin və hələ çap olunmamış “Gecəyarısı günəşi” romanının qəhrəmanıdır. Telepatik vampir olan Edvard romanlar seriyasında yeniyetmə qız olan Bella Svona aşiq olur, onlar evlənirlər və uşaqları olur, daha sonra isə Bella da öz istəyi ilə vampirə çevrilir.
Alatoran filmlər seriyasında Edvard obrazı Robert Pattinson tərəfindən canlandırılmışdır.
Ceykob “Ceyk” Blek Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyası və həmin romanlar əsasında çəkilmiş “Alatoran” filmlər seriyasının qəhrəmanıdır. O, əslən Forks, Vaşinqton yaxınlığındakı La Puş ərazisində yaşayan yerli Amerika tayfalarından biri olan Quilet tayfasına mənsubdur. İkinci kitabda Ceykob canavara çevrilə bildiyini öyrənir. Romanlar ərzində Ceykob Bellanın sevgisi uğrunda Edvardla mübarizə aparır.
“Alatoran” filmlər seriyasında Ceykob obrazı aktyor Teylor Lotner tərəfindən canlandırılmışdır.
Karlayl Kallen (həm də Streqon Benefiko kimi tanınır[1]) Esme Kallenin həyat yoldaşı, Edvard, Emmet, Elis, Rozali və Casperin atalığıdır. O, ilk dəfə fiziki 23 yaşında Alatoran romanında görünür. Karlayl model kimi təsvir edilir: onun sarı saçları, arıq, lakin əzələli bədəni var. Onun fikrincə, vampirə çevrilmiş insanın əvvəlki həyatının müsbət keyfiyyətlərini yaşatmaq və inkişaf etdirmək imkanı var. O, insan həyatına məxsus şəfqət hissini daşıdığına inanır. Karlayl əsrlər ərzində tibbi biliklərini inkişaf etdirdiyindən mükəmməl bir həkimdir. Bir çox vampirlərdən fərqli olaraq, üç yüz illik fəaliyyətinin nəticəsi olaraq, insan qanının qoxusu onu özündən çıxarmır. Karlayl 1640-cı illərdə, dini çevrilişlər zamanı, London, İngiltərədə Anqlikan keşişinin ailəsində doğulmuşdu. Onun atası digər keşişlərlə birgə insanları qorumaq üçün cadugər, canavar adam və vampirləri ovlayırdı. Atası yaşa dolduqdan sonra isə Karlayl onun işini davam etdirir. Bir gecə o vampirin hücumuna məruz qalır və ölmək üçün küçənin ortasına atılır. Cəmiyyət tərəfindən rədd ediləcəyini bildiyindən gizlənir, ağrılarını gizlin yaşayaraq vampirə çevrilməsini tamamlaya bilir. Nəyə çevrildiyini öyrəndikdən sonra, bir neçə dəfə özünü öldürməyə cəhd etsə də, hər dəfəsində cəhdi boşa çıxır və o sağ qalır. Bir gecə artıq aclığa tab gətirməyərək bir neçə maralı ovlayır və qidalanır. İnsan qanı ilə qidalanmadan yaşaya biləcəyini öyrəndikdən sonra, o özünə söz verir ki, insan qanından uzaq duracaq və həkim olacaq.
O, bir müddət Valturilərlə birgə yaşayır, daha sonra onları tərk edərək Nyu-Yorka səfər edir. İnsanları ispan qripindən müalicə etdiyi vaxt, xəstə bir qadın ona yaxınlaşaraq, ölməkdə olan oğlu Edvardı xilas etməsini xahiş edir. Yalnızlıqdan bezən Karlayl Edvardı vampirə çevirir və həmin tarixdən sonra Edvard Karlaylın yoldaşı və oğulluğu olur. Bundan bir müddət sonra, 1921-ci ildə onlar Eşlənd, Viskonsinə köçürlər və burada Karlayl kiçik oğlunun ölümündən sonra özünü öldürmək istəyən Esmeylə rastlaşır. Karlayl onu xilas edir, vampirə çevirir, daha sonra ona aşiq olur və onunla evlənir. Karlayl Roşester, Nyu-Yorkda həyat yoldaşı və onun dostları tərəfindən ölümcül hala salınaraq küçənin ortasına atılmış Rozali Heyli tapır, onu ölümdən xilas edir və vampirə çevirir. Daha sonra ov zamanı Rozali ayı tərəfindən ölümcül yaralanış gənc oğlan Emmeti tapır və 100 mildən artıq yol qət edərək onu Karlaylın yanına gətirir. Rozali Emmetin qanını içsə, özünü saxlaya bilməyəcəyindən qorxur, buna görə də Karlayl özü onu vampirə çevirir. Karlaylı Emmeti çevirməsindən sonra ailə birlikdə Hoquiam, Vaşinqtona köç edir və burada yerli Amerika tayfası olan Quiletlərlə müqavilə bağlayırlar: əgər Kallenlər ərazidə yaşayan insanlara hücum etməsələr və Quiletlərin ərazilərinə soxulmasalar, Quiletlər onları rahat buraxacaq. Kallenlər razılığa sadiq qalaraq uzun müddət sülh içərisində yaşayırlar. Vaşinqtona səfərləri zamanı Elis və Casper onların ailəsinə qoşulur. Romanlar seriyası ərzində Karlayl həkim kimi fəaliyyət göstərir, ailənin başçısı olur və Bellanın doğumu və çevrilməsi zamanı ona kömək edir.
Forbes jurnalının 2009-cu il açıqlamasına əsasən Karlayl Kallen 370 illik fəaliyyət və müasir investisiyalarının nəticəsi olaraq, $34.5 milyard varidatla siyahıya rəhbərlik etmişdir.[2]
Alatoran filmlər seriyasında Karlayl Kallen obrazı Piter Façinelli tərəfindən canlandırılmışdır.[3]
Esme Kallen (doğulub Esme Platt, sonradan Esme Evenson) Karlaylın həyat yoldaşı, Edvard, Emmet, Elis, Rozali və Casperin analığıdır. Onun fiziki yaşı 26-dır. O, köhnə evləri restavrasiya etməklə məşğuldur. Xüsusi bacarığı olmamasına baxmayaraq, o, güclü sevmək qabiliyyətinə malikdir. Esme karamel rənqli saça malikdir; ürək formalı üzündə batıqları var, hündür boylu, lakin dolu və yüngül bədənlidir. Esme 1895-ci ildə Kolumbus, Ohayoda doğulub, on altı yaşı olanda ağac qaldırarkən ayağını sındırır və Karlayl onu müalicə edir. O, Çarlz Evensonla evlənir, lakin əri ondan sui-istifadə edir. Hamilə olduğunu öyrəndikdə o qaçır və oğlan uşağı dünyaya gətirir, lakin uşaq bir neçə gün sonra ölür. Övladının ölməsindən sonra Esme özünü qayadan ataraq intihar etmək istəyir. Öldüyü ehtimal edilən Esme morqa gətirilir. İllər əvvəl onu sağaltmış Karlayl, gizli qəlb döyüntüsünü eşidir və Esmeni vampirə çevirərək xilas edir. Esme Karlayla aşiq olur və bir müddət sonra onlar evlənirlər. Esme Bella da daxil olmaqla bütün övladlarını çox sevir, xüsusilə Edvard üçün çox narahat olur, lakin hələ də özü uşaq doğa bilmədiyinə görə üzülür.
Esme bütün Alatoran romanları boyunca hadisələrdə iştirak edir, öz keçmişi haqqında Bellaya Alatoran romanında, beysbol yarışı zamanı Bellaya danışır. Esme Bellanı öz övladı kimi qəbul edir, bir neçə hadisədən sonra yaralanan Bellaya qulluq edir. "Alatoran. Saqa: Tutulma" filmində Esme yeni doğulmuş vampirlərə qarşı mübarizədə iştirak edir, lakin Şəfəq romanında Sem Esmenin döyüşçü olmadığını deyir. Şəfəq romanında bəlli olur ki, Esmenin Cənubi Amerikada özünəməxsus Esme adlı adası var və ada ona Karlayl tərəfindən alınıb. Edvard və Bella bal ayını Esmenin adasında keçirir.
Alatoran filmlər seriyasında Esme Kallen obrazı aktrisa Elizabet Rizer tərəfindən canlandırılıb.[3]
Elis Kallen (doğulub Mari Elis Brendon) Karlayl və Esme Kallenlərin qızlığı, Edvard və Emmet Kallenlərin, həmçinin Rozali Heylin ögey bacısı, Casper Heylin isə partnyorudur. Elis miniatür görünüşlü, incə hərəkətlidir, onun qara, biz duran, qısa görünüşlü saçları ilk baxışdan Elisə elf görünüşü verir. Onun xüsusi bacarığı gələcəyi görməsinə imkan verir ki, bu da insanlar kimi hissiyyatlı olmasını təmin edir. Lakin onun xüsusi bacarığı məhduddur, belə ki, Elis yalnız haqqında qərar qəbul edilmiş hadisələrin nəticələrini görə bilir. Buna görə də, haqqında dəqiq qərar olmayan hadisələri görə bilmir. Elis insanlar və vampirlərin gələcəyini görə bilsə də, Renesme kimi yarımqanlıların (yarı vampir, yarı insan) və canavar adamların keçmişini görə bilmir. Şəfəq romanında Elis belə bir nəzəriyyə irəli sürür ki, o vaxtilə insan olduğuna görə insanların gələcəyini aydın görür, indi vampir olduğuna görə isə vampirlərin də gələcəyini görür, yarımqanlar və canavar adamların gələcəyini isə görə bilməməsinin səbəbi heç vaxt onlardan biri olmamasıdır. Elis şən və optimistdir, Bellanı bacısı kimi sevir və qayğısına qalır. O həm də qardaşı Edvarda çox bağlıdır, alış-veriş etməyi sevir, partilər təşkil edir. Elisin həyatının ilkin dövrü haqqında heç bir məlumat yoxdu, o təkcə yalnız bir yerdə vampir olaraq ayıldığını xatırlayır. Lakin sonradan bilinir ki, 1901-ci ildə Biloksi, Missisipi də doğulmuş həddən artıq hissiyyatlı olduğuna görə yataqxanaya verilmişdir. Elisi ovçu vampir olan Ceymsdən qorumaq üçün yataqxanada işləyən qoca bir vampir onu çevirmişdi. Bir qədər axtarışdan sonra öz məzarını tapan Elis məzar daşında onun yataqxanaya götürüldüyü tarixin yazıldığını görür. Axtarışları zamanı o öyrənir ki, Sintiya adlı kiçik bacısı olub və bacısının qızı indi də Biloksidə yaşayır.
Alatoran romanları ərzində Elis öz bacarığından istifadə edərək Bellanı təhlükələrdən qorumağa çalışır. Tezliklə onlar dostlaşırlar və bir-birlərini bacı kimi sevirlər. Yeni Ay romanında Elis Bellanın qayaya gedərək özünü atıb intihar etmək istədiyini düşündükdə, Bella həqiqətən də qayalığa getmişdi. Həqiqəti öyrəndikdən sonra Bella Elislə birgə İtaliyaya gedərək, Edvardı intihardan xilas edir. Onlar buna müvəffəq olsalar da, vampirlər aləminin nəzarətçiləri olan Volturilərin nəzarətinə götürülürlər. Elisin vasitəsiylə Aro(Volturilərdən biri) Bellanın yaxın gələcəkdə vampirə çevriləcəyinin şahidi olur, bundan sonra Elis və Edvardı Volturilərə qoşulmağa dəvət edir, lakin sonradan məlum olur ki, Aro xüsusilə Elisin bacarığına heyran olmuşdu. "Tutulma" romanında seçkin döyüşçü olduğu məlum olan Elis, Viktoriya tərəfindən Edvardın öldürülməsi üçün çevirilmiş yenidoğulmuş vampirlər ordusunun məhv edilməsində iştirak edir. Şəfəq romanında Bella və Edvardın toyunda Elis gəlinin rəfiqəsi olur. Volturilər Renesmeni ölümsüz uşaq hesab edərək Kallenlərlə müharibəyə girişdikdə, Elis işə qarışaraq döyüşə mane olmağa çalışır. Elis istədiyinə nail olur. Volturilər təhlükə olmadığını qəbul edərək gedirlər.
Alatoran filmlər seriyasında Elis Kallen rolu aktrisa Eşli Qrin tərəfindən canlandırılıb.[3]
Emmet Kallen (doğulub Emmet Deyl MakKarti[4]) Rozali Heylin həyat yoldaşı, Karlayl və Esme Kallenlərin övladlığı, Edvard, Elis və Casperin qardaşlığıdır. Emmet yekə cüssəli, hündürboy və əzələli bədənə malik olduğundan ögey qardaşları ilə müqayisədə daha ürküdücü görünür. Tünd qara saçları və batıq yanaqları olan Emmet Kallenlər arasında ən zarafatcılıdır. O, həmişə döyüşlərdə iştirak etməyə can atır və tez-tez Edvardın ən sevimli qardaşı kimi təsvir olunur.
1935-ci ildə ayının hücumuna məruz qalarkən 20 yaşlı Emmet Qatlinburq, Tennesidə yaşayırdı. Ayının hücumuna məruz qalıb ölümcül yaralandıqdan sonra onu həmin vaxt meşədə ov edən Rozali tapır. Rozali onu qara saçları və batıq yanaqlarına görə rəfiqəsi Veranın oğluna bənzədir, yaralı halda götürərək yüz mildən artıq yol qət edir və Appalaçia, Virciniyaya Karlaylın yanına gətirir ki, Karlayl onu çevirərək xilas etsin. Emmet Karlaylın ailəsinə qoşulsa da, ailənin heycan qanı dietasına çətin öyrəşir. Alatoranda Emmet əvvəlcə Bellaya məsafəli yanaşır, daha sonra onunla yaxınlaşır və kiçik bacı münasibəti bəsləyir. Yeni Ay romanında köhnə yük maşınına və tez-tez qızarmasına görə Bella ilə zarafat edir, onun vampirə çevrilməsi məsələsi müzakirə olunanda isə bu məsələni dəstəkləyir. Sübh romanında Emmet yeni çevirilmiş Bellanın aktiv cinsi həyatına eyham edir və bir neçə dəfə zarafatlaşır, Bella isə onu qolgücündə məğlub edir; Volturilərlə savaşa hazırlıq mərhələsində Emmet Bellaya dəstək olur.
Alatoran romanlar seriyasında Emmet Kallen rolunu aktyor Kellan Lats canlandırıb.[3]
Rozali Heyl Karlayl və Esme Kallenlərin ögey qızı, Casper, Edvard, Elisin ögey bacısı, Emmet Kallenin isə həyat yoldaşıdır. Rozali və Casper ailənin Kallen soyadını götürməyən yeganə üzvləridir. Onun fiziki yaşı on səkkizdir və o, 1915-ci ildə Roçester, Nyu-Yorkda doğulub. Rozali hətta bir vampir üçün də qeyri-adi olan gözəlliyə malikdir: onun uca boyu, heykəlivari vücudu, uzun, dalğalı və sarı saçı var. İnsan olduğu vaxt o eleqant, dəbdəbəli və bənövşəyi gözlü qız olub. "Tutulma" romanında, o, insan həyatını bezdirici, eqosentrik, özündən razı və həmişə diqqət mərkəzində olan biri kimi təsvir edir. II Roys Kinq adlı gənc, zəngin oğlan ona maraq göstərir və onların münasibəti yaranır, Rozali dəbli toy, böyük ev və öz övladlarının olmasını arzulayır. Bir gün rəfiqəsi Veranı ziyarət edəndə, Rozali görür ki, onun Kinqlə olan münasibəti Roysun əri ilə olan münasibətindən fərqlidir. Bir müddət sonra, bir gün Rozali evə qayıtdıqda əri və dostlarının dərman qəbul etdiklərini görür, onlar Rozalini zorlayır və döyürlər, sonra isə ölməsi üçün küçəyə atırlar. Ölümcül halda olan Rozalini Karlayl tapır, öz qanını içirərərk yaralarını sağaldır və vampirə çevirir, ümid edir ki, gələcəkdə Rozali Edvardı yalnız qalmağa qoymaz, lakin Edvard və Rozalinin münasibətləri bacı-qardaş münasibətləri kimi inkişaf edir. Çevrilməsindən sonra, Rozali Roys da daxil olmaqla ona qarşı qəddar davranan hər kəsi tapır və qisas olaraq öldürür, qanlarını isə içmir və sonradan bir neçə epizodda bununla fəxr edir. Vampirə çevrilməsindən iki il sonra o, meşədə ayının hücumuna məruz qalaraq ölümcül yaralanmış Emmeti tapır və vampirə çevirməsi üçün Karlaylın yanına gətirir, çünki özü bunu etməkdən çəkinir. Həmin vaxtdan sonra onlar həmişə birlikdə olurlar. Karlayl və Edvardla yanaşı Rozalinin də qan qoxusuna qarşı dözümü var, o istədiyi qədər özünü saxlaya bilir və heç vaxt insan qanı içməyib.[5] Rozali üzülür ki, heç vaxt uşağı ola bilməyəcək, insanların dəyişmələrini kənardan izləyir, onun normal insan olmaq arzusu o qədər güclüdür ki, bu yolda əbədi həyatını və gözəlliyini belə qurban verməyə hazırdır.
"Alatoran" romanında ilk görünməsi zamanı Rozali Belladan qıcıqlanır və onun insanlığını qısqanır; o eyni zamanda əsəbləşir ki, Edvard adi insan olan Bellaya öyrəşdiyi halda, həmişə kişilər tərəfindən arzulanan olmuş Rozaliyə fikir verməmişdi. Yeni Ay romanında Rozali səhvən Edvarda Bellanın sui-qəsd nəticəsində ölməsini xəbər verir. Bella və Edvardın İtaliyadan qayıtmasından sonra onlar qarşısında utancaq olan Rozali Bellanın vampirə çevrilməsinə qarşı çıxan yeganə şəxs olur. "Tutulma" romanında Bellanın insanlığı seçəcəyinə ümid edən Rozali keçmiş həyatı haqqında tarixçəni ona danışır, daha sonra isə Viktoriyanın yeni doğulmuşlar ordusuna qarşı döyüşdə iştirak edir. Sübh romanında Rozalinin həmişə uşaq arzusunda olduğunu bilən Bella, hamilə olduğunu öyrəndikdən sonra onunla əlaqə saxlayır. Hamiləliyi boyunca o, Bellanı mühafizə edir, onun uşağı saxlamaq fikrini dəstəkləyir; bütün bu yaşananlar onları daha da yaxınlaşdırır və romanların sonunda Bella və Rozali dostlaşırlar. Bellanın vampirə çevrilmə dövrünü keçirdiyi müddətdə Rozali körpə Renesmeyə qulluq etməyə kömək edir.
Alatoran filmlər seriyasında Rozali Heyl rolu aktrisa Nikki Red tərəfindən canlandrılmışdır.[6]
Casper Heyl (doğulub Casper Uitlok) Karlayl və Esme Kallenlərin övladlığı, Rozali Heyl, Edvard və Emmet Kallenlərin ögey qardaşı, Elis Kallenin əridir. Rozalinin qardaşı kimi görünmək üçün o, Heyl soyadını götürmüşdür. O, Texasda anadan olub və 1861-ci ildə Amerika Vətəndaş Müharibəsində iştirak etmək üçün Konfederasiya Dövlət Ordusunda xidmətə gedib. Həddən artıq xarizmatik görünüşünə və qalibiyyətinə görə o, hərbi rütbələri tezliklə addımlamışdır. 1893-cü ildə on doqquz yaşı olarkən Casper Mariya adlı qız tərəfindən vampirə çevrilmişdir. Vampirə çevrildikdən sonra o, ətrafındakıların hisləri ilə manipulyasiya etmək qabiliyyəti qazanır. Casperin ordudakı yüksək rütbəsini nəzərə alan Mariya Monterri ərazisindəki planlarını həyata keçirmək üçün onu vampirə çevirmişdi. Casperin vəzifəsi o idi ki, gənc vampirləri öyrətsin, lazım olmadıqda isə onları öldürsün. Təxminən bir əsrdən sonra o, yaşadığı həyat tərzindən bezir və köhnə dostu Piter və onun yoldaşı Şarlottaya qoşulur. Lakin sonda Casper onları da tərk edir, çünki insanlarla qidalandığı zaman onların ölümqabağı hislərini duya bilirdi. Elis əvvəlcədən görür ki, onlar birlikdə olacaqlar, buna görə də, Filadelfiyada yarıboş bir kafedə görüşürlər və Kallenlərin yanına gedirlər. Keçmişi ilə əlaqədar olaraq Casper insan qanına düşkündür və Kallenlər ailəsinin digər üzvlərindən fərqli olaraq güclü özünə nəzarətə malik deyil. "Tutulma" romanında bildirilir ki, “vegetarian” həyat tərzi Casperin ilk seçimi deyil və bu onun özünə-nəzarətinə təsir edir. Həmçinin göstərilir ki, Casper yalnız Elisə görə Kallenlərin yanında qalır, baxmayaraq ki, ailənin digər bütün üzvlərini sevir, o heç də bu ailəyə Elis qədər bağlı deyil.[7] Hündür boyu və bal rəngli saçları olan Casper əzələli, lakin arıq bədənə malikdir. Uzun illər ərzində yeni doğulmuş vampirlərlə birgə məşq etdiyinə görə, onun üzü və bədənində çoxlu aypara formalı kəsiklər var.
Alatoran romanında Bella ilə ilk dəfə görüşərkən onun qanının qoxusunu hiss edən Casper özünü saxlamağa çətinlik çəkir. Elis və Bellanın Ceymsdən gizlənməsi zamanı o, qızları müşayiət edir və öz bacarığından istifadə edərək Bellanın qorxulu günlərində ona dəstək olur. Yeni Ay romanında kağızın Bellanın əlini kəsməsi nəticəsində onun əlindən qan axır və bu zaman qanın qoxusunu duyan Casper özünə nəzarəti itirərək Bellaya hücum edir, Edvard bu hücumun qarşısını alır. Kallenlərin qayıtmasından sonra Casper Bellanın vampirə çevirilməsinə səs verir və bildirir ki, bu dəyişiklik onun özünü yaxşı hiss etməsinə səbəb ola bilər. "Tutulma" romanında yeni doğulmuşlardan müdafiə oluna bilmək üçün Casper vampirlərə və canavar adamlara döyüş texnikalarını öyrədir. "Sübh" romanında o, Elislə birgə Kallenləri tərk edərək insan-vampir hibridi tapmağa yollanır və qayıdaraq ailənin Valturilərlə toqquşmasının qarşısını almağa kömək edir.
Alatoran filmlər seriyasında Casper Heyl rolu aktyor Cekson Retbon tərəfindən canlandırılmışdır.[3]
Renesme Karli "Nessi" Kallen Edvard Kallen və Bella Svonun, Bellanın on doqquzuncu doğum günündən iki gün əvvəl - sentyabrda doğulmuş vampir (insan-vampir hibridi) qızıdır. Renesme Sübh romanında doğulur və böyüyür. Onun adı Bellanın anası Rene və Edvardın analığı Esmenin adının birləşdirilməsindən yaradılmışdır. Renesmenin orta adı Karli - Edvardın ögey atası Karlayl və Bellanın atası Çarlinin adlarının birləşdirilməsindən yaradılmışdır. Edvard kimi üz quruluşu və saç rənginə malik olsa da, babası Çarli kimi buruq saça və anası Bella kimi qəhvəyi gözlərə malikdir. Onun ürəyi qan vurduğundan yanaqları qırmızıdır, lakin günəş şüaları altında dərisi vampirlərdə olduğu kimi parıldayır. İnsan kimi dərisi isti olsa da, vampir kimi güclüdür. Renesmenin doğulmasından bir neçə dəqiqə sonra Ceykob Blekin ona bağlanması bəlli olur, onlar doğma can olurlar və kiçik olduğu müddətdə Ceykob ona böyük qardaş kimi yanaşır. Renesme həm insan qidaları ilə, həm də qanla qidalana bilir, lakin qana üstünlük verir. Digər vampirlər kimi zəhəri yoxdur. Onun insanların dərisinə toxunmaqla onlarla ünsiyyət saxlamaq və düşüncələrini oxumaq bacarığı var. O, həddən artıq sürətlə böyüyür, doğulduqdan cəmi yeddi gün sonra danışa bilir, romanın sonunda isə oxuyur, qaçır, ovlanır və gənclərin edə bildiyi digər hərəkətləri edir. Onun dərrakəsi hər kəsi heyran edir və Volturilərin gəlişi zamanı o nə baş verdiyini anlayır. Ceykob ona “Nessi” ləqəbi verir, lakin Bella qızının “Lox Ness Bədheybətinin şərəfinə” adlandırılmasını bəyənmir. Romanın sonunda isə hamı bu ləqəbə alışır. Doğulmasından yeddi il sonra on yeddi yaşına kimi böyüyən Renesmenin böyüməsi dayanır.
Doğulmasından bir neçə həftə sonra Denali dəstəsindən olan vampir İrina Renesmeni görür və onun insandan vampirə çevrilmiş ölümsüz uşaq olduğuna inanır. O bu haqda Valturilərə xəbər verir, çünki ölümsüz uşaqlara nəzarət etmək mümkün olmadığından onların yaradılması qadağan edilmişdi. Renesme və digər Kallenlərin öldürülməsi məqsədi qoyan Valturilər Forksa gəlirlər. Həmin müddətdə Kallenlər dünyanın müxtəlif yerlərindən Renesmenin ölümsüz uşaq olmadığını təsdiqləyən şahidlər yığırlar. Elis 150 yaşlı yarımqan Nahuyeli gətirir və göstərir ki, bu cür yarımqanlar vampirlər üçün təhlükəli deyillər. Renesmenin təhlükəli olmadığını görən Valturilər Forksu tərk edirlər və Kallenlər ailəsi əvvəlki sakitliklərini tapırlar.
Alatoran filmlər seriyasında Renesme Kallen rolu Makkenzi Foy tərəfindən canlandırılıb.[8]
Stefani Mayerdən Ceykob və Renesmenin birlikdə övlad sahibi olacağını soruşduqda o cavab verib: “Bu elə bir sualdır ki, mən bu suala verməyə ehtiyat edirəm, çünki, ola bilər ki, mən onların tarixçələrinə yenidən qayıdaram.”[9]
Alatoran romanlar seriyasında təsvir olunmuş vampirlər ənənəvi vampir ədəbiyyatı və mifologiyada olan vampir obrazlarından fərqlənirlər. Mayer bildirmişdi ki, romanlar seriyasını yazmazdan əvvəl vampir mifologiyasını araşdırmamışdı.[10] Məsələn, Alatoran vampirləri sarımsaq, müqəddəs əşyalar və ya taxta paylardan qorxmurlar; onların güzgüdə əksləri və kölgələri var[11], həmçinin onlar gündüz vaxtı çölə çıxa bilirlər. Həmçinin Alatoran vampirləri insan qidaları da yeyə bilirlər, lakin, onların orqanizmi həmin qidaları həzm etmədiyindən sonra həmin qidanı qaytarmalı olurlar.[12] Onlar tənəffüs etmirlər.
Bütün vampirlər mükəmməl hissiyyat (səs və qoxu hissiyyatı daxil olmaqla) malikdirlər ki, bu da onların ovlanmasını təmin edir. Onların dərisi qüsursuzdu, mərmər kimi hamar, qranit kimi sərtdir və tərkibindəki kristallara görə günəş şüaları alında parıldayır. Yeni doğulmuş vampirlərin parlaq qırmızı gözləri olur; insan qanı içməyə üstünlük verən vampirlərin gözlərindəki parlaqlıq daha artıq saxlanılır, digərlərinin gözləri isə zamanla solaraq, moruğu rəngə qədər bozarır. Əgər onlar Kallenlər kimi heyvan qanı ilə qidalanmağa üstünlük versələr, gözlərinin rəngi tünd qızılı rəngə çalır. Üstünlük verdiyi qidadan asılı olmayaraq, bütün ac vampirlərin gözləri tünd qara rəngə dönür; yalnız qan çatışmazlığı onları haldan salır. Bütün vampirlər superinsan güc və bacarıqlarına malikdirlər. Onların supergücləri rahat ovlanmağa, ağaclara dırmanmağa və ağacdan-ağaca gəzməyə, maşınları saxlamağa və metalı əlləri ilə əzməyə imkan verir. Yeni doğulmuş vampirlər ilk illəri ərzində bütün digər vampirlərə nisbətən daha güclü olurlar, çünki insan qanı hələ də onların bədənində qalır. Vampirlər çox güclü hissiyyata malik olmaqla bir neçə mil məsafədən eşidir, qaranlıqda görür və elə sürətlə hərəkət edirlər ki, insan gözü üçün görünməz olurlar. Onlar ölümsüzdürlər və onları yaralamaq da çətindir, yalnız başını qopararaq yandırmaqla onları birdəfəlik məhv etmək olur, hətta bədəndən qoparılmış əzaları belə ölmür. Vampirlər yatmırlar, fiziki olaraq yorulmurlar, psixi yorğunluqları isə çox tez keçir. Çevrilmədən sonra Alatoran vampirlərində yalnız özlərinə xas olan xüsusi bir bacarıq-vergi meydana gəlir. Bu xüsusi bacarıq isə hər bir vampirin orijinal şəxsiyyətini formalaşdırır. Bəzi vampirlərin heç bir xüsusi bacarığı yoxdur və onlar insan həyatında olduğu xüsusiyyətlərini daşıyırlar.
"Ürəyimdəki istilik getdikcə daha da artır və daha da real olur. İstiləşir. İsti o qədər real və çoxdur ki, əvvəllər mənə bunu təsəvvür eləmək belə çətin idi. İstidir. İndi narahatdır. Çox istidir. Çox, çox, həddən artıq istidir." |
Alatoran romanlar seriyasında insanlar vampirlərə çevrilə bilirlər və vampir zəhəri heyvanlar üçün ölümcül zəhərdən başqa bir şey deyildir.
İnsandan vampirə çevirilmə “ən kəskin yaddaşın qazanılması” kimi təsvir edilir. İnsan vampir tərəfindən dişlənildikdə, onun ağız suyundan olan vampir zəhəri insanın qan sisteminəm keçir və təsir edərək daxildən insanın bədən sistemini dəyişdirir. “Zəhərin miqdarından və ürəyə gedən damarlara nə qədər yaxın olmasından asılı olaraq” insandan vampirə çevirilmə prosesi 2-5 gün çəkə bilər. Bu müddət ərzində insan təsvir edilə bilməyəcək ağrılara dözməlidir. Zəhərin insan bədənində yayılmasından sonra əmələ gələn ağrı və hisslər diri-diri yandırılma zamanı meydana gələn hisslərə bənzədilir. Bundan sonra vampir zəhəri bütün bədəndə yayılır. Ürəyə çatan zəhər yenidən bütün bədənə paylanılır və insan bədənindəki bütün qanla qarışaraq həll olana və ən kiçik venaları belə doldurana kimi bu proses davam edir. Proses tamamlandıqda insan ürəyinin vurması dayanır.
Zəhər qandan qatı olduğundan qandan yavaş yayılır və buna görə də çevrilmə prosesi uzun müddət davam edir. Hər vampir dişləyi prosesi bir qədər də sürətləndirir. Çevirilmə/yanma prosesi uzun müddət davam edir. Proses tamamlanana kimi zəhər orqanizmin bütün hüceyrələrinə yayılır.
Heç bir tibbi müdxilə yolu ilə bədəndəki ağrıların qarşısını almaq mümkün deyil; ən yaxşı variant bədənin immobilizasiyasıdır.
Vampir qurbanını tutduqda onu boynundan dişləyir, qan içdiyi müddətdə onun ağzının zəhəri qurbanın orqanizminə keçir və qan sistemi ilə bütün bədəndə yayılmağa başlayır. Zəhərin qurbanın bədəninə keçməsi onun dinc vəziyyətdə saxlanmasını təmin edən üsul olmaqla, vampirin rahat qidalanmasını da təmin edir, həmçinin insandan vampirə çevrilmənin əsasını təşkil edir. Vampir zəhəri insanlar üçün vampirə çevrilmənin əsasını qoysa da, heyvanlar və qabılqanlar üçün öldürcü təsir bağışlayır.
“İlk il ərzində və ya ona yaxın bir müddətdə yeni doğulmuş vampirlər çox fiziki baxımdan həddən artıq güclü olurlar və əgər istəsələr yaşlı vampiri qısa müddətdə məğlub edə bilərlər. Lakin onlar öz ehtiraslarının quludurlar və buna görə də özlərini idarə etməkdə çətinlik çəkirlər.” Casper Heyl
|
“Yenidoğulmuşlar” və ya “yeni doğulmuş vampirlər” çevirilməsinin bir ili tamam olmamış vampirləri bildirmək üçün romanlar seriyasında işlədilən termindir. Bir il ərzində öz təbii qanları hələ bədəndə qaldığına görə bu cür vampirlər adi vampirlərlə müqayisədə çox güclü və sürətli olurlar. İl ərzində vampir zəhəri onların insan qanının tərkibini tamamilə dəyişdirir və ilin sonuna kimi tədricən güc və sürətləri azalaraq normal vampir səviyyəsinə qədər enir. Yeni doğulmuş vampirlərin qana hərisliyi ilk bir neçə gündə həddən artıq çox olur və Bri Tanner bu hərisliyi “sanki boğazında alov olur” kimi təsvir edir, buna görə də yeni doğulmuş vampirlər mümkün qədər çox qan içməyə çalışırlar.
Yeni doğulmuş vampirlər adətən qana həris, qəddar və idarəolunmaz olurlar. Onlar hisslərini çətin idarə edirlər və tez əsəbləşirlər. Onlar bədənlərinin qana olan tələbatını ödəmək üçün çoxlu insan öldürürlər. Qan qoxusu hiss etdikləri zaman onların ovçuluq instinktləri baş qaldırır və qoxusunu aldıqları qanın dadına baxmamış sakitləşmirlər. Onların iştahı ilk il ərzində daha çox olur və yaşlı vampirlərlə müqayisədə yeni doğulmuş vampirlər vəhşi heyvan təsiri bağışlayırlar. Lakin zaman keçdikcə onların iştahları azalır və rahatlıqla öz hisslərini idarə edə bilirlər. Onların insani hissləri və həvəsləri bir müddət sakit yatır və zaman keçdikcə, tədricən baş qaldırmağa başlayır.
Lakin, Bella Svon üçün bu qaydalar istisna təşkil edirdi, belə ki, çevirilmə qərarı almadan öncə uzun müddət düşünmə imkanı olan Bella digər vampirlər kimi, çevirilmənin ilk ilində yaşanan çətinliklərlə üzləşməmişdi. Karlayl kallen insan qanına qarşı inanılmaz dözümlülük göstərir və istənilən şəraitdə özünü saxlayır, həmişə heyvan qanı ilə qidalanır. Rozali heyl vampir həyatı boyunca heç vaxt insan qanı içməyib, lakin, onun ölümünə səbəb olan insanların hamısını öldürüb.
Hər bir şəxs individual xasiyyətə malik olduğundan yeni çevrilmiş vampirlərin qan hərisliyinin nə qədər davam edəcəyini və hansı müddətdən sonra insan hisslərinin yenidən baş qaldıracağını söyləmək çətindir. Lakin, ilk ilininn sonunda bütün vampirlər qana olan hərisliyini azaldaraq normal hala düşürlər. Al qırmızı, parlaq gözləri də daxil olmaqla bəzi fiziki xüsusiyyətləri, özlərinə çətin nəzarət etmələri, həmçinin gücləri onların adi insanlar tərəfindən tez nəzərə çarpmasına səbəb olur. Olimpik dəstəsində, Emmet Kallen böyk fiziki gücə malik olduğundan ilk çevrilmə dövründə özünü çox çətinliklə idarə edirdi, lakin bir müddət sonra vegetarian olmuşdu.
Yeni doğulmuş vampirlər gözlərinin rəngi ilə yeni vampirlərdən seçilirlər. Uzun müddət öz qanları hələ bədənlərində qaldığından onların gözləri parlaq qırmızı rəngdə olur. Əgər sonra heyvan qanı ilə qidalansalar, onların gözü əvvəlcə yantar rəngi, sonradan isə qızılı rəngə çalır. Əgər insan qanı ilə qidalanmağa davam etsələr, gözlərinin rəngi tündləşərək burqund rəngi alır.
Yeni doğulmuş vampirlər adi vampirlərlə müqayisədə daha güclü və sürətli olurlar, lakin, ümumilikdə vampirlər adi insanlarla müqayisədə xeyli güclü, sürətli və dözümlüdürlər. Zaman keçdikcə yeni doğulmuş vampirlər öz güclərini itirirlər və bir ilin axırında onlar adi vampir gücünə qədər enirlər. Sübh romanında Emmetlə qol güləşi edən Bella yeni doğulmuş vampir gücü ilə ona qalib gəlir.
|
|
|
Sübh romanında qeyd olunur ki, ölümsüz uşaqlar körpə insan uşaqdan vampirə çevrilmiş uşaqlardır. Onlar o qədər gözəl olurlar ki, bircə baxış onların təsiri altına düşməyə kifayət edir. Lakin özlərini idarə edə bilməyən bu körpələr qısa zamanda külli miqdarda insan öldürməyə qadirdilər. Karlayl qeyd edir ki, insanın üzünüə gülümsəyən bu xoş görünüşlü körpələr qısa zamanda bütün bir kəndin əhalisini məhv edə bilirlər.
Mental yaşları kiçik olduğundan onlar düşüncə baxımından o qədər də irəli getmirlər, lakin campirə çevrilərkən, bütün vampirlərdə olduğu kimi superinsan gücü, sürət və yırtıcılıq əldə edirlər.
Azyaşlı olduqlarına görə idarə edilmələri və öyrədilmələri çox çətin olduğundan Volturilər harda belə körpələr görülsə məhv edilmələrini əmr etmişdi. Ölümsüz uşaqların yaradılması vampirlər üçün böyük cinayət sayılır və cəza olaraq həm yaradan, həm də yaradılan məhv edilir. Qaydaya görə hər kimki bu cür uşaq haqqında bilir və ya bu cür uşağı gizlədir, onlar da cəzalandırılır.
Bu cür qayda müəyyən edildikdən sonra Volturilər təcrübə üçün iki ölümsüz uşaq saxlamışdılar. Onların bu uşaqları tərbiyələndirmək və öyrətmək üçün neçə əsr sərf etmələri dəqiq bilinməsə də, hələ hansısa nəticəyə nail olmamışdılar. Volterrada olduğu zaman Karlayl Kallen bu cür uşaqlarla qarşılaşmış və onlar haqqında olan qanunu öyrənmişdi. Ölümsüz uşaqların əhliləşdirilməsinin mümkün olmadığı müəyyən edildikdən sonra bu cür uşaqların birdəfəlik məhv edilməsi qərarı verilmişdi.
Sübh romanında İrina, Bella, Renesme və Ceykobu meşədə görür, o, Renesmeni ölümsüz uşaq hesab edir və Volturilərə bu haqqda xəbər verir. Onun anası Saşa vaxtilə Vasili adlı kiçik oğlunu vampirə çevirmiş və İrina və bacıları anası ilə qardaşının öldürülməsinin şahidi olmuşdular.
Libişomen Şimali Amerikada (Mapuçe və ya Tikunas tayfalarında) vampirləri bildirmək üçün işlədilən sözdür. Libişomenlər qan içən demonlardır ki, xüsusi gözəl qadınları ovlayırlar. Alatoran romanlar seriyasında qadınlardan yarı-vampir, yarı-insan varlıqların (Renesme kimi) doğulması ilə yeni bir nəslin formalaşacağına inanan Yoham Libişomen adlandırılır. Yoham, Nahuel və onun bacıları da daxil olmaqla bir neçə yarım-ölməzlər yaratmışdı.
Vampirlərin iki təbii düşməni vardır ki, onlarda canavar adamlar və qabılganlardır və bu varlıqların özünəməxsus iyrənc qoxusu var. Onların qoxusu insan dərisinin qoxusundan kəskin şəkildə fərqlənir. Vampirlər qabılqanlardan xeyli güclüdürlər və asanlıqla onlara qalib gələ bilirlər. Quilet tayfasının tarixində qeyd edilir ki, bir vampir asanlıqla iki canavar adamı öldürüb, həmin vampir başqa bir vaxt onu izləyən dörd canavar adamdan üçünü öldürüb.
Vampirlər öz aralarında da döyüşürlər. Vampir tarixində çoxlu nümunələr vardır ki, bir vampir ailəsi yeni doğulmuşlar ordusu formalaşdıraraq başqa bir vampir ailəsinə qarşı döyüşür ki, onun ərazisini ələ keçirsin. Əgər bir vampirə hücum edilsə və o, öldürülsə, onun yoldaşları qisas almaq məqsədi ilə hücum edən vampiri izləyir və öldürürlər. "Tutulma" və "Sübh" romanlarında La Puş canavar adanları Kallenlər dost münasibti saxlayırlar, Ceykob isə Renesmeyə bağlanır.
Volturilər kimi tanınan vampir dəstəsi Volterra, Toskanada (İtaliya) yaşayır. Onlar digər vampirlər üzərində hökmdar statusuna malikdirlər, çünki yaşadıqlar 3000 ildən artıq bir müddətdə onlar polis rolunu ifa edərək, vampirlər arasında qaydaların qorunmasına və vampirlərin insanlardan gizliliyinin saxlanmasına nəzarət ediblər. Onlar tez-tez öz nümayəndələrini dünyanın müxtəlif yerlərində yaşayan vampir dəstələri arasına göndərərək, vampirlərin gələcəyini təmin etmək üçün xərac toplayırlar. Volturilər xüsusi güc və bacarığa malik olan bir neçə vampir tərəfindən qorunurlar. Karlayl bir müddət Volturilərin qonağı olsa da, sonradan öz istəyi ilə onların yanından köçərək ABŞ-a gəlir və burada öz dəstəsini yaradır. “Yeni Ay” romanının sonunda Volturilər öyrənirlər ki, Bella insandır və şərt qoyurlar ki, ya o öldürülməlidir (çünki vampirlərin mövcudluğu haqqında bilirdi) ya da vampirə çevrilməlidir. "Tutulma" romanında Volturilər Viktoriya və onun yaratdığı yeni doğulmuşlar ordusunu məhv etmək üçün Forksa gəlirlər, lakin onların əsas məqsədi Kallenlərin məhv edilməsi idi, çünki bu ailə getdikcə genişlənirdi və Kallenlər ailəsinin üzvü olan vampirlərin xüsusi bacarıqları Aroda (Volturilərin başçısı) qıcıq yaradırdı. "Sübh" romanında İrina Edvard və Bellanın qızı Renesmeni meşədə görərək ölümsüz uşaq hesab edir və Kallenlərin qaydanı pozması haqqında Volturilərə xəbər verir. Volturilər Kallenləri və Renesmeni öldürmək üçün Forksa gəlirlər, lakin həqiqəti öyrənib geri qayıdırlar. Romanları seriyasının sonunda qeyd edilir ki, ola bilsin ki, Volturilər bir gün təkrarən Kallenləri öldürmək üçün geri qayıdacaqlar.[13]
Volturilər dəstəsinin üzvü və rəhbəri olan Aro fikirləri oxuya bilir, Markus təbiət qüvvələrini idarə edə bilir, Kainin isə bilinən bir xüsusi gücü yoxdur. Aronun arvadı Sulpisia, Kainin arvadı Atenodora və Markusun keçmiş arvadı Didime də Volturilərin liderləri arasında yer alırlar.[14]
Volturi gözətçilərinin 32 nümayəndəsi var ki, onların da arasında illüziya ağrıları verməyi bacaran Ceyn və onun başqalarının hisslərini bağlamağı bacaran qardaşı Alek də var; Demetri başqalarının beyinləri ilə manipulyasiya edə bilir; Feliks xüsusi fiziki gücə və sürətə malikdir; Çelsi xüsusi bacarığı ilə Volturiləri çağıra və dəstədən xərac toplaya bilir; Renata ətrafında olanları müxtəlif hisslərdən və təsirlərdən qoruya bilir (Bella kimi qalxan qrupuna daxildir). Volturilərin digər üzvlərinin adı romanlarda çəkilmir. Volturilərin Hanna adlı insan katibəsi də vardır ki, onun adı ilk dəfə “Yeni Ay” romanında çəkilir və Sübh romanında onun bir gün vampir olmaq arzusu olduğunu öyrənən Volturilər onu öldürürlər.[15] Aro Volturilərin dəstəsini genişləndirmək üçün Karlayl, Edvard, Elis, Keyt, Banyamin, Zafrina və Bellanı da öz sıralarına dəvət edir, lakin onlar hamısı bundan imtina edirlər.
Alatoran filmlər seriyasında Maykl Şin Aro, Ceymi Kempbell Bouer Kai, Kristofer Heyerdal Markus, Dakota Fanninq Ceyn, Kameron Brayt Alek, Çarli Beuli Demetri, Daniel Kudmor Feliks və Not Siar Haydi rolunu canlandırır.[16][17]
"Alatoran" romanının əsas antoqonisti vecsiz, sadistik insan və heyvan ovçusu Ceymsdir. Dəstənin üzvlərindən biri olan Loren bildirir ki, qəribə bir bağlılıqla Ceyms həmişə istədiyini əldə edir, lakin sonradan bəlli olur ki, hələ insan olduğu vaxt o, Elisi ovlamaq istəmiş, lakin Elis bir il gizləndikdən sonra vampirə çevrilmişdir və Ceyms öz istəyini həyata keçirə bilməmişdi. Kallenlər ailəsindən fərqli olaraq Ceymsin dəstəsi insan qanı ilə qidalanırlar. Alatoran romanının sonunda Ceyms balet studiyasında Bellanı öldürmək istəyərkən Kallen qardaşları Emmet və Casper tərəfindən öldürülür. Onun dişinin izi Bellanın sol qolunda uğursuz həyat simvolu kimi qalır. Ceyms qısa qəhvəyi saçlı və orta görünüşlüdür.
Alatoran filmlər seriyasında Ceyms obrazı aktyor Kem Ciqandet tərəfindən canlandırılıb.[6]
Qırmızı saçlı, pişiyə oxşar vampir Viktoriya Ceymsin dəstəsinin üzvüdür. Birinci romanda onun rolu kiçikdir, o yalnız Bellanı ovlamaq istəyən Ceymsin sevgilisidir. Ceymsin öldürülməsindən sonra, o, Bella Svonu öldürərək Edvard Kallendən qisas almaq istəyir, lakin Bellanı Quilet canavar adamları qoruyurlar. Aylar sonra "Tutulma" romanında Viktoriya Sietlda yeni doğulmuşlar ordusu yaradır ki, Kallenlər ailəsinə və Quilet canavar adamlarına qarşı döyüşə bilsin. Bu mübarizədə həm Viktoriya, həm də onun yeni döyüş partnyoru Rilli Edvard Kallen və gənc canavar adam Set Klirvoter tərəfindən öldürülür. Onun xüsusi gücü özünü ətrafdan izolyasiya etmək bacarığıdır və onun səsi çox yüksək və təmiz səslənir.
Alatoran filmlər seriyasında Viktoriya rolu aktrisa Raşel Lefevre tərəfindən canlandırılıb.[6] Bris Dallas Hovard "Alatoran. Saqa: Tutulma" filmində də Viktoriya rolunu bu aktrisaya etibar edib.[18]
Qara saçlı və zeytun rəng dərili Loren Ceymsin dəstəsinin üzvlərindən biridir. Ceyms və Viktoriya Bellanı ovlamaq qərarı aldıqlarında Loren onları tərk edərək, vegetarian vampir dəstələrindən birində özünə yer tapmaq məqsədi ilə Denali, Alyaskaya səfər edir. Lakin heç vaxt insan qanı dietasına ciddi riayət eləmir. Alyaskada olarkən o, Denali dəstəsindən İrina adlı vampirin xoşuna gəlir, lakin onların arasında münasibətlər Loreni Alyaskada saxlayacaq qədər güclü olmur, belə ki,
“Yeni Ay” romanında Loren Viktoriyaya kömək etmək üçün Forks, Vaşinqtona qayıdır. Bu səfər zamanı o, Bellanı öldürməyə kömək edir və Quilet canavarları tərəfindən öldürülür.
"Alatoran" filmlər seriyasında Loren obrazı aktyor Edi Qategi tərəfindən canlandırılıb.[19]
Rilli Bayers hündür, əzələlidir, sarı saçlara və parlaq qırmızı gözlərə malikdir. "Tutulma" romanında təxminən Bella yaşında olduğu vaxt Viktoriya onu dişləyərək vampirə çevirir. Bundan sonra Rilli yeni doğulmuşlar ordusunu yaratmaqda və ona rəhbərlik etməkdə Viktoriyaya kömək edir. O, öz işini ürəklə yerinə yetirir, çünki Viktoriyanı sevir. Yeni doğulmuşlar ordusunun Kallenlərlə döyüşündə Edvard çalışır ki, Rillinin gözlərini açaraq, Viktoriyanın onları aldatdığını başa salsın. "Tutulma" romanının sonunda Viktoriya Rillinin ona bağlılığından istifadə edir və nəticədə Edvard və Set Klirvoter Rillini də öldürməli olurlar.
Alatoran filmlər seriyasında Rilli “yaxşı görünüşlü kollec tələbəsi” kimi təsvir olunur və bu obraz Avstraliya aktyoru Xavier Samuel tərəfindən canlandırılır.[20]
"Tutulma" romanında Bri Tanner Viktoriya tərəfindən yeni doğulmuşlar ordusunun üzvlərindən biri kimi yaradılır. O, insan olarkən Rilli tərəfindən Viktoriyanın yanına gətirilir və Viktoriya onu vampirə çevirir. 15-16 yaşlı gənc qız kimi təsvir edilən Bri Tannerin uzun qara saçları var. Gənc və təcrübəsiz olduğundan, yeni doğulmuşlar ordusuyla mübarizə zamanı Kallenlər mümkün qədər ona zrər yetirməməyə çalışırlar, hətta Karlayl onu ailənin bir üzvü olaraq qəbul etməyi təklif edir. Volturilər Forksa gəldiklərində, Ceyn onun günahsızlığını nəzərə alaraq, Feliksə onu məhv etməyi tapşırır.
Stefani Mayerin yazdığı “Bri Tannerin ikinci qısa ömrü” romanında hadisələr onun mövqeyindən işıqlandırılır, Brinin vampir həyatı, Rilli, Kallenlər və yeni doğulmuşlar ordusunun digər üzvləri ilə münasibətlərindən danışılır. Bri Tanner romanın əsas qəhrəmanıdır.
Alatoran filmlər seriyasından olan "Alatoran. Saqa: Tutulma" filmində Bri Tanner obrazı kanadalı aktrisa Codell Ferland tərəfindən canlandırılıb.[21]
Zafrina, Senna və Kaçiri "Tutulma" romanında Amazon dəstəsini təmsil edən qadın vampirlərdilər. Hündür boylu, tünd dərili, uzun saçlı və heyvan dərisindən tikilmiş paltarlar geymiş Amazonlular cazibədar xarici görünüşə malikdirlər. Zafrinanın illüziya yaratmaq kimi xüsusi bacarığı var; onun bacarığı Bellaya və qalxan xüsusiyyətli digər vampirlərə təsir etmir. Sübh romanında Zafrina Renesme ilə dostlaşır və romanın sonlarında onu öz yanlarına qonaq dəvət edir.
Sübh filmində Cudi Şekoni Zafrina, Treysi Heqqins Senna rollarını canlandırır. Kaçirinin isə yalnız adı çəkilir.
Piter, onun analığı Şarlotta, Mari və Randall Amerika köçəriləridirlər. Piter Casperin yaxın dostudur və ona yeni doğulmuşlara rəhbərlik etdiyi əvvəlki həyatından uzaqlaşmağa kömək edir. Baxmayaraq ki, o, insan qanı ilə qidalanır, faydalı olmadıqlarını gördüksdən sonra yeni doğulmuşlara qarşı çıxır. Əvvəllər Casper Piter və Şarlotta ilə birlikdə yaşayırdı, lakin sonradan öz bacarığına görə onları tərk etmişdi. Sübh romanında Volturilərlə qarşıdurma zamanı Amerika köçərilərinin dördü də Kallenlərə qoşulur.
Sübh filmində Piter rolunu Erik Odom, Şarlotta rolunu Valori kurri, Mari rolunu Toni Traks, Randall rolunu isə Bill Tanqradi canlandırmışdır.
Yelazar, onun anası Karmen, Tanya, Keyt, Keytin köməkçisi və Carret Denali dəstəsinin üzvləridir. Kallenlər kimi Denali ailəsi də insan qanından imtina edərək yalnız heyvan qanı ilə qidalanır. Onlar Kallenlər ailəsinin qohumu olsalar da, "Tutulma" romanında Denali dəstəsi İrinanın canavar adamlara qarşı nifrətinə görə Kallenlərlə birgə Viktoriyaya qarşı döyüşməkdən imtina edirlər. Denali dəstəsinin rəhbəri çiyələk rəngli saçları olan Tanya əvvəl Edvard Kallenə maraq göstərsə də, hisslərinin qarşılığını almamışdı. Karmen rahat şəkildə ispan dilində danışır və Resnesme ilə bağlı problem yarandıqda Denalilərdən Kallenləri ilk dinləyən Karmen olur. Əvvəllər Volturilərin mühafizəçilərindən biri olan Yelazar da rahat şəkildə ispan dilində danışır və digər vampirlərin xüsusi bacarıqlarını müəyyənləşdirə bilir. Böyük gövdəli, rubin rəngli gözlərə və uzun açıq rəngli saçlara malik olan avantürist Carret Amerikan patriotudur. "Tutulma" romanında Denali dəstəsinə qoşulan Carret Keytin köməkçisi olur. Keytin xüsusi bacarığı dərisindən elektrik enerjisi ötürməsidir ki, bu yolla da o, şok efeekti yaradaraq düşmənləri iflic edə bilir. O Bellaya qalxan bacarığından istifadə etməyi öyrənməyə kömək edir.
Saşa, Vasili və İrina da əvvəllər Denali dəstəsinin üzvü olub. Tanya, Keyt, İrina və Vasilini yaratmış Saşa ölümsüz uşaq Vasilini yaratdığına görə Volturilər tərəfindən öldürülmüşdü. Volturilər ölümsüz uşaqların yaradılmasını qadağan etmişdilər, çünki onlara nəzarət etmək mümkün deyildi. Buna görə də Saşa və Vasili öldürülmüşdü və həmin dövrdən Denali dəstəsi həmişə Volturilərin qoyduqları qaydalara nəzakətlə yanaşmışdılar. Loren bir müddət İrinanın yoldaşı olmuşdu və Quilet canavar adamlarından nifrət edən İrina onları məhv etmək istəyirdi. “Sübh” romanında o, Kallenlərlə sülh bağlamaq üçün Forksa gəlir, lakin Renesmeni görür və onu ölümsüz uşaq hesab edərək Volturilərə xəbər verir. Lakin, Renesmenin ölümsüz uşaq olmadığı ortaya çıxdıqda Volturilər hamının gözü qarşısında İrinanı məhv edirlər ki, bacıları provakasiyaya gedərək Volturilərə hücum etsinlər və beləcə Volturilər Həm Kallenləri, həm də onların dostlarını öldürmək imkanı qazansınlar.
Sübh filminin həm birinci, həm də ikinci hissələrində Denali dəstəsindən olan vampirləri Tanya obrazı Mayanna Börinq, Yelazar Kristian Kamarqo, irina Meggi Qreys, Karmen Mia Maestro, Keyt Keysi LaBou və Carret Li Pis canlandırmışlar. Saşa obrazı Andrea Povell tərəfindən oynanılmışdı.
Tia, Amun, Benyamin və Kebi Misir dəstəsinin üzvləridir. Kebinin köməkçisi olan Amun “Sübh” romanın Kallenlərlə bir cəbhədə çıxış etməkdən narahat olur, sonradan Volturilərin qorxusundan o və Kebi Kallenlərin yanından uzaqlaşırlar. Benyamin Tianın dostudur və doğru ilə yalnışı asanlıqla seçməsi ilə fərqlənir, xüsusi bacarıq olaraq isə təbiət qüvvələrini, yeri, havanı, suyu və odu idarə edə bilir.
“Sübh” filmində Misir dəstəsinin üzvləri Benyamin Rami Malek, Amun Omar Matualli, Tia Angela Sarafyan, Kebi isə Andrea Qabriel tərəfindən canlandırılmışdır.
Alistar, Çarlz və Makenna Avropa köçəriləridirlər. Alistar Karlaylın köhnə dostu olsa da, soyuqqanlıdır və Kallenləri tez-tez ziyarət etmir. Onun xüsusi qabiliyyəti izləmək bacarığıdır. “Sübh” filmində Kallenlər şahid olması üçün ondan da kömək istədikdə, o, Volturilərdən qorxaraq qaçır. Çarlz Makennanın dostudur və onun əsas bacarığı verilmiş məlumatın gerçəkliyini hiss etməsidir.
Alistar obrazı “Sübh” filmində britaniyalı aktyor Coe Anderson tərəfindən canlandırılmışdır.
Siobhan, Liam və Meggi irland dəstəsinin üzvləridir. Liam Siobhanın köməkçisidir. Siobhanın xüsusi bacarığı iradəsinin gücü ilə hadisələrin gedişatını dəyişməsidir. Qırmızı saçlı Megginin xüsusi bacarığı bir adamın yalan danışmasını hiss etməsidir. “Sübh” romanında Volturilərlə qarşıdurma ehtimalı yarandıqda onlar Kallenlər tərəfindən kömək üçün dəvət edilirlər.
“Sübh” filmində irland dstəsinin üzvləri Meggi Marlin Barnes, Siobhan Liza Hovard, Liam isə Patrik Brennan tərəfindən canlandırılır.
Vladimir və Stefan 1500 il əvvəl Volturilər tərəfindən digər rumın vampirlərini idarə etmək üçün istifadə olunurdu. Lakin Volturilər onları uzaqlaşdıraraq qalalarını dağıtmışdılar. Bundan sonra məlum olur ki, Stefan və Vladimir rumin dəstəsindən sağ qalan yeganə vampirlərdir. “Sübh” romanında Kallenlərin Volturilərə qarşı çıxacağını öyrənərkən onlar, öz dəstələrinin qisasını almaq üçün Kallenlərə köməyə gəlirlər.
“Sübh” filmində rumın dəstəsinin üzvləri olan Vladimiri Noel Fişer, Stefanı isə Quri Veynberq canlandırıb.
İnsan Pire və vampir Yohamın övladı olan Nahuel vampir/insan hibrididir. Anası onu doğarkən dünyasını dəyişir, o, isə doğuşa kömək edən xalasını dişləyərək vampirə çevirir. O, atasının ailəsinə qoşulmaqdan imtina edir və Huilenlə qalır. Anasının ölümünə səbəb olduğunu anladıqdan sonra özünü günahlandırmağa başlayır. O, Kaçiri, Elis və Casper tərəfindən Çilidə, Kallenlərə kömək lazım olduğu zaman tapılır. Başqa bir hibrid – Renesme Kallenlə tanış olduqdan sonra onda özünəgüvən yaranır və şeytan olmadığını, anasının ölümündə qəsdən iştirak etmədiyini düşünür.
“Sübh” filmində Nahuel obrazı J. D. Pardo tərəfindən canlandırılıb.
Cənubi Amerikadan olan vampir Huilen Pirenin böyük bacısıdır. O, hibrid bacısı oğlu Nahuel tərəfindən çevrilmişdir. Huilen və Nahuel Elislə birgə gəlib Volturilərlə danışırlar və onları inandırırlar ki, hibridlər vampir aləmi üçün təhlükəli deyil və heç bir halda insanların vampirlər haqqında öyrənməsinə vasitə olmurlar. Volturilərin getməsindən sonra bunu qeyd etmək üçün bir müddət Kallenlərlə qalan Huilen və Nahuel onları ən sonda tərk edirlər. Bella düşünür ki, gəzinti üçün Nahuellə birfə Amazon meşələrinə gedə bilər, lakin onlar tezliklə ayrılırlar.
“Sübh” filmində Huilen obrazı aktrisa Marisa Kuinn tərəfindən canlandırılmışdır.
Alatoran romanlar seriyasında Quilet tayfasının yaşatdığı əfsanəyə görə, tayfa başçılarının ruhu bədəni tərk edərək sərbəst dolaşa, təbiətlə ünsiyyət saxlaya, təbiətə (fəsillərə, ağaclara, canlılara) əmr edə bilir, bir-birinin fikirlərini duyur, lakin tayfanın son nümayəndələri bu metodları unutmuşlar. Romanlarda bu tayfanın nümayəndələri öz bədən formasını dəyişə bilən qabılganlardılar və ay siklindən asılı olmayaraq, formalarını dəyişə bilirlər. Onlar regenerasiya edir, telepatik olaraq bir-biri ilə ünsiyyət saxlayır, super insan gücünə və sürətinə malikdirlər, dəqiqədə 1,67 mil sürətlə hərəkət edərək vampirləri ovlaya bilirlər. Canavar adamların dəriləri çox dözümlüdür və bir neçə saniyədə bərpa oluna bilir. Onların vampirizmə qarşı immunitetləri olsa da, vampir zəhəri onların bədənində zəif təsir göstərərk bir müddət qabiliyyətlərini məhdudlaşdıra bilir. Onlar yaşlanmırlar. Bədənlərinin tempraturu 108° Farenheytə bərabərdir ki, “Sübh” romanında Bella bunu “açıq oda əllə toxunmaq” kimi təsvir edir. Alfa-erkək olan Ceykob xüsusi qabiliyyətə malikdir ki, bu qabiliyyəti vasitəsiylə tayfanın digər üzvləri ilə telepatik əlaqə saxlaya bilir. Onların vampir dişləməsinə və Elis kimi xüsus bacarıqlı vampirlərin vergilərinə qarşı imunitetləri var. İnsan formasında olarkən qabılqanlar sərbəst tullanma ilə çətin əlçatan yerlərə gedə bilirlər.
“Alatoran” filmlər seriyasında canavar adamlar öz dişləri ilə vampirlərin “mərmər kimi sərt dəri”lərini deşə bilirlər. Hər bir canavar adamın spesifik görünüşü və bacarıqları – bədən ölçüsü, sürəti, gücü, dözümlüyü olur və Ceykob sürünün ən güclü canavarıdı. Bütün canavarlar çox güclü duyğu qabiliyyətlərinə (oftalmoseptik, audioseptik, olfaseptik, ekuilibrioseptik və s.) malikdirlər. Həmçinin onlar bir insana bağlanırlar və ömürlərinin sonuna kimi ona sadiq olurlar (əksər halda evlənirlər). Canavar adamlar insan formasında da adi insanlarla müqayisədə xeyli üstün olmalarına baxmayaraq, Bella onları “boş qutu”ya bənzədir. Quilet qabılqanları qara saçlı, tünd dərili və tünd gözlüdürlər, heyvan əti ilə qidalanırlar. Karlayl müəyyən edir ki, canavar adamlarda da Renesmeyə bənzər hibridlərdə olduğu kimi 24 cüt xromosom var və bunun da səbəbi onların da anasının Renesmedə olduğu kimi insan olmasıdır.[22] Dördüncü kitabın sonunda məlum olur ki, onlar əsl canavar adamlardı. Aro bildirir ki, canavar adamlar əslində cəhd etsələr başqa böyük və güclü heyvanların da formasına girə bilərlər, Edvard isə bildirir ki, Kainin canavar adamlardan qorxması əsrlər əvvəl onun bir toqquşmada az qala canavar adam tərəfindən öldürülməsi idi. Canavar adamlar həm də “ayın övladları” adlandırılırlar və bu onların ayın bədirlənməsi zamanı çevrilməsi ilə əlaqədardır. Ümumilikdə romanlar seriyasında canavar adamlar haqqında az məlumat verilsə də, bəzi məsələlərə “Sübh” romanında aydınlıq gətirilir.
Sem Uili La Puş dəstəsinin alfası və ya lideridir. Kallenlərin vampir olduqlarını Bellaya başa salmağa çalışarkən Sem ilk dəf “Alatoran” romanında xatırlnsa da, sonradan “Yeni Ay” romanında daha ciddi rol oynayır. Atası Yoşua Uili azyaşlı olduğu dövrdə onu və anasını tərk edib və kiçik yaşından Sem böyüklərin bir çox vəzifələrini öz öhdəsinə götürməli olub. Romanlar seriyasında ilk dəfə təsvir olunduqda onun 19 yaşı var və o sürüdəki qardaşları arasında ən sakit və yetkin olanıdır. Çevirilməmişdən əvvəl, o, sevdiyini düşündüyü Lea Klirvoter ilə görüşürdü. Lakin, nəyə çevrildiyini başqalarına söyləmək qadağan olduğundan o, Lea ilə münasibətlərini ayırmalı olur, bundan sonra isə Leanın əmisi qızı Emiliyə bağlanır. Ceykob qeyd edir ki, Sem Leaya xəyanət etdiyinə görə özünü günahkar hiss edir; o eyni zamanda gələcəkdə başına gələcəklərdən sonra Emilinin üzündə əmələ gələcək dərin qırışlara görə əziyyət çəkir. Bütün bunlara görə o, Kallenlərə nifrət edir, çünki, həm canavara çevrilməsində, həm də Leadan ayrılmasında onları günahlandırır. Lakin "Tutulma" romanında o, yeni doğulmuş vampirlər ordusuna qarşı mübarizədə o, Kallenlərlə bir cəbhədə döyüşür və romanın sonunda Karlayla güvənməyə başlayır.
Onun xəzi tünd qara rənglidir, əvvəllər tayfanın ən böyük canavarı olsa da, "Sübh" romanında qeyd edilir ki, Ceykob böyüyərək sürünün ən böyük canavarı olub. Qan silsiləsi olaraq o, alfa deyil. Bu vəzifə Ceykoba məxsus olsa da, o, vəzifədən imtina edir və buna görə də onu Sem əvəzləyir. Semin bu statusu onu texniki olaraq sürünün rəhbəri edir və "Tutulma" romanında Ceykob Semi bütün sürünün rəhbəri adlandırır. Bu vəzifə ona, sürüdə olan digər qardaşlarına rahat göstəriş və tapşırıq vermək imkanı verir. Sem təkcə öz sürüsü üçün deyil, həm də insanlar üçün narahat olaur və bəzən onun bu narahatlığı həddini aşır, belə ki, Bellanın hibrid uşaq dünyaya gətirəcəyini öyrəndikdə, o bu uşağın insanlar üün təhlükəli ola biləcəyini düşünərək onu məhv etmək qərarına gəlir. Bu Ceykob və Sem arasında qarşıdurmanın yaranmasına səbəb olur, nəticəsə Ceykob sürünü tərk edir. Romanlar seriyasının sonunda Quil, Embri və Klirvoterlər Semi tərk edərək Ceykobun dəstəsinə qoşulurlar.
"Alatoran" filmində Solomon Trimbl “Ceykobun dostu” obrazını canlandırsa da, daha çox Sem kimi qəbul edilib.[23][24][25][26] "Alatoran. Saqa: Yeni Ay" və "Alatoran. Saqa: Tutulma" filmlərində isə Sem Uili obrazı Çeski Spenser tərəfindən canlandırılıb.[27]
Şokolad rəngli xəzi olan Quil Ateara V Ceykobun ikinci əmiuşağı və ən yaxın dostudur. Onun 16 yaşı var, hündür boya və əzələli bədənə malikdir. İlk görüşdəcə o, Bellanın xoşuna gəlir, Bella onun geniş gülüşünü sezir və onunla zarafat edir. Quil ilk dəfə "Yeni Ay" romanında görünsə də, "Tutulma" romanına kimi canavar olmur. “Yeni Ay” romanında Bella, Ceykob və Embrinin sürüyə qoşulması və nə baş verdiyini söyləməsindən sonra Quilin depressiya yaşamasını görür. Bir çox sürü üzvlərindən fərqli olaraq, o, canavara çevrilməsinə şad olur, çünki, bu onun yenidən dostları ilə bir araya gəlməsinə imkan yaradır. "Sübh" romanının sonunda Quil Embri ilə birlikdə Ceykobun dəstəsinə qoşulur.
"Tutulma" romanında Quil Emili Yanqın iki yaş kiçik əmiqızısı Klerə bağlanır. Bu isə qalmaqala səbəb olur, belə ki, Ceykob onların arasında hansısa romantik münasibətlərin olub-olmamasından asılı olmayaraq, qardaş, qoruyucu, dost və ya sevgili kimi Quilin həmişə Klerin yanında olacağını bildirir.
Alatoran filmlər seriyasında Quil obrazı aktyor Tayson Hausmen tərəfindən canlandırılıb.[28]
Boz xəzi və kürəyində tünd xalları olan Embri Kol Ceykobun digər yaxın dostudur. 16 yaşlı Embri ilk dəfə “Yeni Ay” romanında arıq və hündür bədənli kimi təsvir edilir. Kallenlərlə münasibətinə görə o, Bellanı “vampir qız” adlandırır. Onun anası Makah tayfasından olsa da, Quiletlərdən hamilə qaldıqdan sonra onlarla birgə gəzmiş və sonradan bu tayfanın sürüsünə qoşulmuşdur. Yarım qabılqan olduğuna görə, Quil Atera, Ceykob Blek və Sem Uili onun qardaşları sayılırlar. Bu tayfada bir qədər gərginlik yaradır, çünki Embrinin doğulmasından əvvəl artıq hər üç oğlanın atası evlənmişdi. “Sübh” romanının sonunda Embri, Quillə birlikdə Ceykobun sürüsünə qoşulur.
Alatoran filmlər seriyasında Embri rolu Kiova Qordon tərəfindən canlandırılır.[27]
Tünd boz rəngli xəzə malik olan Pol Lahote canavara çevrilməsindən çox qəzəblidir. On altı yaşı olanda o, artıq üçüncü dərəcəli canavar idi. O, sürünün ən qeyri-sabit üzvüdür və öyrəndikdə ki, Ceykob sürü, onların çevrilməsi haqqında bütün sirrləri Bellaya danışıb qəzəbllənir və Bellaya hücum edir. Sonradan bəlli olsa da ki, onun nə Bellaya, nə də ki, Ceykoba qarşı bir düşmənçiliyi yoxdu, lakin yenə də Ceykob, Lea və başqalarının hərəkətləri onu qıcıqlandırır. “Sübh” romanında bəlli olur ki, Pol Ceykobun böyük bacısı Raşelə möhürlənib. Bu, Billi və Ceykobu qıcıqlandırsa da, Billi sevinir, çünki, Pola görə Raşel evdə daha tez-tez görünür.
Alatoran filmlər seriyasında Pol obrqazı aktyor Aleks Mraz tərəfindən yaradılıb.[29]
Cared Kameron Semdən sonra sürüdəki ikinci canavardır. "Tutulma" romanında o, orta məktəbdə oxuduğu dövrdə yanaşı oturduğu qız Kimə möhürlənir. Anavara çevrilməmişdən əvvəl o, heç vaxt həmin qıza fikir verməmişdi, lakin, çevrildikdən sonra ətrafındakı hər şeyə başqa gözlə baxır və möhürlənir.
Alatoran filmlər seriyasında cared obrazı aktyor Bronson Pelletier tərəfindən canlandırılıb.[27] Buna baxmayaraq, Cared obrazı romanda heç də ətraflı təsvir olunmur və fon obrazı olaraq qalır, qeyd edilir ki, bu obrazın da canlandırılması Palletyenin şəxsi zarafatlarından biridir.
Lea Klirvoter Quilet tayfasının tarixində yeganə qabılqan qadındır. Açıq boz rəngli xəzə malik olan Lea kiçik, lakin sürünün ən sürətli canavarıdır. 19 yaşı olarkən, bütöv ay zamanı qardaşı Set Klirvoter ilə birgə o da canavara çevrilir. Onun çevrilməsinə səbəbin atası Harrinin qəflətən ürəktutmasından ölməsinin olduğu güman edilir. Bir il ərzində o, Sem Uili ilə görüşür, lakin kiçik kuzeninin onlara ziyarətə gəlməsi zamanı Sem Leanın kuzeni Emiliyə möhürlənir. Bundan sonra Sem Emiliyə görə onun qəlbini qıraraq tərk edir. Buna baxmayaraq, "Tutulma" romanında Sem və Emilinin toyu zamanı Lea gəlinin rəfiqəsi olur. Buna baxmayaraq sərt və tənqidçi xasiyyətinə görə o, sürüdən olan yoldaşlarının xoşuna gəlmir. O, sürünün bəyənmədiyi və sürünün qərarlarının əksinə olan şeylər edir.
“Sübh” filmində hələ də ürəyi qırıq olan Lea Semlə döyüşə bilmək ümidi ilə Ceykobun sürüsünə qoşulur. Açıq şəkildə vampirlərdən nifrət etməsinə və Bellanı bəyənməməsinə baxmayaraq, o Kallenləri və Bellanı qorumağa kömək edir. O, Semin Emiliyə möhürlənməsi ilə bağlı narahatlığını Ceykobla bölüşür və düşünür ki, qadın olduğuna görə heç vaxt tayfanın rəhbəri ola bilməyəcək. Ceykobun sürüsü ilə vaxt keçirdikcə o daha xoşbəxt olur və yavaş-yavaş neqativ fikirləri özündən uzaqlaşdırır. Sonradan kitabda Ceykob və Lea arasında müəyyən hisslər yaransa da, onlar həmişə mübahisə edərək bir-birlərinə qarşı olan hisslərini gizlədirlər.[30] O, özünü Ceykoba qarşı tamamilə loyal aparır və hətta, Ceykobu rədd edərək, onu incitdiyinə görə Bellanı tənqid edir. Romanın sonunda Lea Seti Ceykobdab sonra sürü rəhbəri elan edir.
Alatoran filmlər seriyasında Lea obrazı aktrisa Culya Cons tərəfindən canlandırılır.[31]
Set Klirvoter Leanın gənc qardaşıdır. O, bütöv ay zamanı, bacısı Lea ilə eyni vaxtda canavara çevrilir. 15 yaşlı Set sürünün ən gənc canavarıdır və qum rəngli xəzə malikdir. "Yeni Ay" və "Tutulma" romanlarında o, özünü Ceykoba oxşatmağa çalışır və bir ara Bella onun Ceykobun gənc vaxtlarını xatırlatdığını bildirir. Quil kimi, o da canavara çevrilməsinə sevinir və dotları ilə bir sürüdə olmasından şaddır. Yenidoğulmuşlar ordusu ilə toqquşma zamanı Set gənc olduğuna görə Edvard və Bella ilə qalaraq canavar instinkti ilə onlara kömək edir. Viktoriya və Rili hücum etdikdə, Set, Edvardın köməyi ilə Rilini məhv edir. “Sübh” romanında göstərilir ki, onun Edvardla dostluqları daha da inkişaf edib və o, Bella və Edvardın toy mərasimində iştirak edir. Set “Sübh” romanındakı hadisələrdə də aktiv iştirak edir və özünü vampirlərin əhatəsində yaxşı hiss edən yeganə canavardır. Romanlar seriyasının sonunda onun Kallenlərlə yaxın dost olduğu göstərilir.
Alatoran filmlər seriyasında Set obrazı aktyor Bu Bu Stüart tərəfindən canlandırılıb.[31]
Kollin Litlsi və Bredi Fuller sürünün iki gənc canavarıdır. "Tutulma" romanında onların təxminən on üç yaşlarında olmaları bildirilir, sonradan “Sübh” romanında onların Semin sürüsündə olması göstərilir.
"Sübh" romanının sonunda daha yeddi canavar xatırlanır. Kiçik ayaqlarına görə həmin canavarların çox gənc olması güman edilir. Onların çevrilməsinin səbəbi, Kallenlərin mənzilinə dünyanın müxtəlif yerlərindən qonaq gələn vampirlərdir.
Ceykob Blekin babası olan Yefraim Blek Quilet tayfasının son rəhbəridir. Özü də qabılqan olan Yefraim, Levi Uili və Sem Uili və Quil Atearanın babası Sr. Quil Atearanın dövründə sürünün alfa canavarı olmuşdur. O, Kallenlərlə müqavilə bağlayaraq ərazi sərhədləri müəyyənləşdirmiş və Kallenlərin təhlükəsizliyinə təminat vermişdir.
Çarli Svon Bellanın atasıdır və Forksda polis zabiti olaraq fəaliyyət göstərir. Boş vaxtlarında Herri Klirvoter və Billi Bleklə balıq ovlamağı və televizorda müxtəlif idman oyunlarını izləməyi sevir. Çarli məktəbi qurtardıqdan sonra Bellanın anası Rene ilə evlənib və bir müddət sonra Bella doğulub. Lakin qısa zaman sonra Rene Çarlidən ayrılaraq Bella ilə birgə Finiks, Arizonaya köçüb. Sonradan Bella qeyd edir ki, anası ilə ayrılmalarından çox zaman keçməsinə baxmayaraq, Çarli hələ də heç kimlə görüşmür. O, tənha həyata alışıb və bu tənhalığı yalnız yayda, Bellanın onun yanına gəlməsi zamanı pozulur. Bellanın on yeddi yaşı olanda, anasının yenidən evlənməsi səbəbiylə o, yaşamaq üçün Forksa, atasının yanına köçür. Çarli asanlıqla Edvardı Bellanın oğlan dostu kimi qəbul edir, lakin "Yeni Ay" romanında baş verən hadisələrdən sonra Çarli Edvardı Bellanın keçirdiyi dərin depressiyanın səbəbi olmaqda günahlandırır. Çətin günlərində Bellanın yanında oldğuğuna görə Ceykoba minnətdar olan Çarli, Bellanın Edvardın yerinə Ceykobu seçməsini istəyir. "Tutulma" romanının sonunda Bella və Edvard nişanlanmaları haqqında Çarliyə xəbər verirlər və o, “Sübh” romanında baş tutacaq toy mərasiminə razılığını verir. Bellanın çevrilməsindən sonra da Çarli onların həyatının bir hissəsi olur, heç vaxt Kallenlərin vampir olduğunu və qızının çevrildiyini bilmir, lakin Ceykobun qabılqan olduğunu öyrənir. O, nəvəsi Renesme ilə tanış olur və onu sevir. “Sübh” romanının sonunda Çarli v Syu Klirvoter arasında romantik münasibətlər yaranır.
Alatoran filmlər seriyasında Çarli obrazı aktyor Billi Burk tərəfindən canlandırılıb.[32]
Rene Dyuer (əvvəl Rene Svon) Bellanın anasıdır. O, məktəbi qurtardıqdan sonra Çarli Svonla evlənib və qısa zamanda Bella dünyaya gəlir, bundan sonra isə onlar ayrılırlar və Rene Bella ilə birgə Finiksə köçür. Rene eksentrik və dayaz düşüncəli insandır, riskli hərəkətlər etməyi sevir. Bella anası ilə münasibətdə həmişə ana rolunu oynayaraq, ona nəzarət etmiş, onun qayğısını çəkmişdir. Renenin özündən xeyli gənc beysbol oyunçusu Fil Dyuerlə evlənməsindən sonra Bella atasının yanına, Forksa köçür. Edvard Reneni dayaz və uşaq zəkalı biri kimi təsvir edir. “Sübh” romanında Bella Edvardla evlənəcəyi xəbərini anasına deməyə çəkinir, çünki onun gənc yaşda (özü kimi) evlənməyə qarşı olacağını düşünür, lakin, Rene gənclərə xeyir-duasını verir. Bellanın anasına oxşadığı deyilsə də, Renenin daha qısa saçları və üz cizgiləri var. Romanlarda o, Finiks, Arizonada və Ceksonville, Floridada yaşayır. Çaevrildikdən sonra Bella heç vaxt anasını ziyarət etmir, düşünür ki, atası Çarlidən fərqli olaraq, anası Rene onun yeni həyat tərzini qəbul etməyəcək.
Alatoran filmlər seriyasında Rene obrazı aktrisa Sara Klark tərəfindən canlandırılıb.[19]
Herri Klirvoter Quilet tayfasının rəhbəridir və o, “Yeni Ay” romanında ürəktutmasından ölür. Özündən sonra həyat yoldaşı Syu Klirvoter, qızı Lea və oğlu Set qalır.
Alatoran filmlər seriyasında Herri obrazı Qreham Qrin tərəfindən canlandırılıb.[17]
Billi Blek Ceykob Blekin atasıdır, La Puşda doğulub və böyüyüb, Quilet tayfasının rəhbərlərindən biridir. O, güclü bədənə, sərt üz cizgilərinə, qaba dəriyə, qara saçlara və gözlərəm malikdir. Onun digər ailə üzvləri ölmüş arvadı Sara, qızları Raşel və Rebekkadır. Billi Blek babası Yefraim Blekdən sonra Quilet tayfasının rəhbəri olur. Billinin ən yaxın dostları arasında Bellanın atası Çarli Svon var. Billi diabet xəstəsidir[33] və arabadan istifadə edir. “Alatoran” romanının sonunda, o, Bella və Edvardı ayırmaq üçün Ceykobdan istifadə etməyə çalışır. Sonrakı romanlarda isə o, nadir görünən personajlardan biridir.
Alatoran filmlər seriyasında Billi Blek obrazı aktyor Cil Birminghem tərəfindən canlandırılıb.[19]
Tayler Krouli Bellanın sinif yoldaşlarından biridir. “Alatoran” romanında o, az qalır öz maşını ilə Bellanı vursun, lakin, Bella Edvard tərəfindən xilas olunur. Bundan sonra Tayler dəfələrlə üzr istəyərək özünü bağışlatmağa çalışır, sonra isə Bellanı məktəbin rəqs yarışına dəvət edir, lakin imtina cavabı alır. O, səhvən başa düşür ki, Bella yarışmaya onunla gedəcək və bunu bütün məktəbə yayır, lakin Edvard ona bildirir ki, Bella onun özündən başqa hamı üçün əlçatmazdır. Onun Bellaya olan daimi marağı Lorenin diqqətini çəkir və Loren Bellanı tələyə salmaq üçün ondan istifadə etməyə çalışır.
“Alatoran” filmində Tayler obrazı aktyor Qreqori Tirye Boys tərəfindən canlandırılıb.
Loren Mallori Bella ilə birlikdə təhsil alan gümüşü sarışın və balıqsayağı gözləri olan qızdır. Məktəbdə məşhur olmasına baxmayaraq, Bellanın Forksa köçməsindən sonra daimi diqqət mərkəzində olması onu qıcıqlandırır və sonrakı kitablarda da Loren Bellanın paxıllığını çəkir. Loren, mübahisə etdiyi Tayler Kroulinin daima Bellaya diqqət yetirməsindən də narahat olur. O, həmişə Bellayla danışanda kinayəli səs tonuna üstünlük verir.
Alatoran filmlər seriyasında Loren obrazı Anna Kendrikin canlandırdığı Cessika Stenli obrazı ilə birləşdirilib.[34]
Mayk Nyuton xoşxasəyiyyətli oğlandır, o, əvvəlcə Bella ilə toqquşsa da, Bella ona fikir vermir. "Alatoran" romanında o, “qəşəng, körpə üzlü”, “nəzakətli”, “açıq sarışın” biri kimi təqdim edilir. O, bütün romanlar seriyası boyunca Bellaya yaxın olmağa çalışır, imkan olduqca Bellanı müşayət etmək üçün icazə istəyir, lakin hər dəfə imtina cavabı alır; eyni zamanda, o, Bellanın Edvardla münasibət qurmasını qısqanır. "Yeni Ay" romanında Mayk Ceykob və Bella ilə birgə kinoteatra gedir və burda mümkün qədər onların diqqətini cəlb etməyə çalışır. Maykın ailəsi idman malları satan yerli mağazanın sahibidir. “Alatoran” romanında Mayk Cessika ilə görüşməyə başlayır, "Sübh" romanında onlar birlikdə Edvard və Bellanın toyuna gəlirlər.
Alatoran filmlər seriyasında Mayk obrazı aktyor Maykl Velç tərəfindən canlandırılıb. .[6][35]
Cessika Stenli Bellanın sinif yoldaşı və Forksdakı ilk rəfiqəsidir. Məktəbdə ilk günündə o, Bellaya Kallenlər ailəsi haqqında danışır. O, Bellanın əsl şəxsiyyətindn daha çox, onun məşhurluğu ilə maraqlanır və bəzən Maykın Bellaya maraq göstərməsi onu qısqandırır. “Gecəyarı günəşi” romanında Edvard Cessikanın fikirlərini oxuyur və görür ki, əslində onun Bellaya olan münasibəti kifayət qədər kobuddur və yalnız Bellanın diqqət mərkəzində ola bilməl üçün onunla dostluq edir.[36] Cessika tünd qara saçlı “çoxdanışan” miniatür qız kimi təsvir edilir. "Yeni Ay" romanında Edvardla ayrıldıqdan sonra Bellanın ağır depressiya yaşaması, sosial həyatdan uzaqlaşması və özünü təkliyə qapatması Cessika ilə də əlaqələrinin kəsilməsinə səbəb olur. Lakin onların dostluğu "Tutulma" romanında yaxşı notlarla başa çatır. Sonradan, “Sübh” romanında Cessika Maykla birgə Edvard və Bellanın toy mərasimində iştirak edir.
Alatoran filmlər seriyasında Cessika obrazı aktrisa Anna Kendrik tərəfindən canlandırılıb.[37][38][39]
Angela Ueber Bellanın sinif yoldaşı və rəfiqəsidir. O, hündür boylu, sakit, utancaq və çox mehriban qız kimi təsvir edilir. “Gecəyarı günəşi” romanında bildirilir ki, Angela Bellanın nadir yeni dotlarından biridir ki, onun məşhurluğundan istifadə etməyə çalışmır.[36] Onun açıq qəhvəyi gözləri və saçları var. O, digər insanların fikirlərinə hörmət edir və yumşaq xarakterə malikdir. Romanlar seriyasında Angela obrazı qısa təsvir olunsa da, o, Bellanın ən yaxın dostlarından birinə çevrilir. Onun oğlan dostu Ben Çeni ilə çox möhkəm münasibətləri var. “Sübh” romanında Edvard və Bellanın toy mərasimində Angela Bellanın toy buketini tutur.
Alatoran romanlar seriyasında Angela obrazı aktrisa Kristian Serratos tərəfindən canlandırılıb.[19][38]
Erik Yorki Bellanın sinif yoldaşıdır, Bellanın Forksa köçməsindən sonra onunla maraqlanmağa başlayır. O, həmişə “köməyə açıq”, hündür boylu, komplekssiz, “qara, ipək kimi saçlı” oğlandır. O da Mayk kimi Bellaya maraq göstərir və və “Alatoran” romanının sonunda Maykı qartopu ilə vurduqdan sonra yoxa çıxır. O da Bellanı məktəbin rəqs yarışmasına dəvət edir, lakin, Bella onun da təklifinə imtina ilə cavab verir və Angela ilə birgə gedir. Buraxılış sinfində Erik yoldaşları üçün mərasim təşkil edir.
Alatoran filmlər seriyasında Erik obrazı aktyor Castin Çon tərəfindən canlandırılıb.[37][38]
Emili Yanq Sem Uilinin nişanlısı, Lea və Sem Klirvoterlərin kuzenidir. O, hamar dəriyə və qara saçlara malikdir, üzünün sol tərəfində aşağı hissədə Semin özünə nəzarəti itirərək vurduğu üç kəsik yerinin izi var. Baxmayaraq ki, o və Lea sadəcə kuzendirlər, Emili qeyd edir ki, balaca olduğu vaxt bacı qədər oxşar idilər. Emili Leanın yanına La Puşa qonaq gəldiyi vaxt Sem (o vaxt Lea ilə sevgili idilər) Emiliyə möhürlənir və onlar görüşməyə başlayırlar. İlk vaxtlar, Emili Semin təklifini rədd edir, mümkün qədər müqavimət göstərir, sonda tabe olur.
Şən, xoşxasiyyət insan kimi təsvir olunan Emili "Yeni Ay" romanında Bella ilə dostlaşır. Onun üzünün bir tərəfi olduqca gözəl və cazibədardır, digər tərəfində isə cızıqlardan sonra gözü bir qədər aşağı darıtlmış kimi görünür. Buna baxmayaraq, Emili nə Semə, nə də tayfanın digər üzvlərinə qarşı qəzəbli deyil və onları ailəsi olaraq qəbul edir. O, tez-tez onlar üçün yeməklər bişirir və onları qonaq etməkdən məmnundur.
Alatoran filmlər seriyasında Emili obrazı aktrisa Tinsel Korey tərəfindən canlandırılıb.[17]
Syu Klirvoter Harri Klirvoterin "Yeni Ay" romanında ölümündən sonra dul qalmış arvadıdır. Syunun iki övladı var: Set və Lea və onlar ikisi də qabılqandırlar. "Sübh" romanında Syu daha çox Çarli ilə vaxt keçirməyə başlayır və Bellanın evdən köçməsindən sonra ona yeməklər bişirir. “Sübh” romanının sonuna yaxın onların arasında romantik münasibətlər yaranır.
Ceyson Cenks (ləqəbi Ceyson Skott) hüquq müdafiəçisi və sənəd saxtalaşdırılması üzrə mütəxəssisdir. Elis və Bella Kallenlərlə toqquşmanın baş verəcəyi təqdirdə Renesmeni xilas etmək üçün Ceykob və Renesmenin qaçışını təşkil edə bilmək üçün onlar üçün saxta sənəd düzəldilməsi lazım olduğu vaxta Cenksə müraciət edirlər. Casperin köhnə tanışlarından olan Cenksin bir neçə dəfə Elis və Casper üşün saxta sənədlər düzəltdiyi məlum olur.
"Alatoran" filmlər seriyasında Cey. Cenks obrazı aktyor Vendell Piers tərəfindən canlandırılıb.