Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perdix perdix
Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü. Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl. Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb.
Perdix
Kəklik (lat. Perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Leydis Brito
Leydis Brito (5 iyul 1984, Maturin[d]) — Venesuela oxatanı. Leydis Brito Venesuelanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Leydis Brito 2006-cı ildə Mərkəzi Amerika Oyunlarında gümüş və bürünc medal qazanıb. == Karyerası == Leydis Brito birinci dəfə Olimpiya Oyunlarına 2008-cı ildə qatıldı. O, Pekində baş tutan XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vu Hui-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Leydis Brito rəqibinə 104:98 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Gürcüstan idmançısı Xatuna Nərimanidzeyə 98:111 hesabı ilə uduzdu. Leydis Brito növbəti Olimpiya Oyunlarına 4 ildən sonra Londonda qatıldı. O, XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Xalq Respublikasının nümayəndəsi Çeng Ming ilə üz-üzə gəldi. Həmin görüşdə Leydis Brito rəqibinə 2:3 hesabı ilə uduzdu. Leydis Brito özünün üçüncü Olimpiya Oyunlarına 2016-cı ildə Rio-de-Janeyroda qatıldı.
Cozef Leydi
Cozef Leydi (ing. Joseph Leidy; 9 sentyabr 1823, Filadelfiya, Pensilvaniya – 30 aprel 1891 və ya 29 aprel 1891, Filadelfiya, Pensilvaniya) — Amerikalı paleontoloq, bioloq == Həyatı == 1853-cü ildən Cozef Leydi Pensilvaniya universitetində anatomiya elmləri üzrə professor, daha sonralar isə Suartmor kollecdə təbiət elmləri üzrə professor olmuşdur. O, 1869-cu ildə dərc olunan "Extinct Fauna of Dakota and Nebraska" adlı əsərində Şimali Amerikada həmin vaxtadək naməlum olan çoxlu nəsli kəsilmiş heyvan növləri haqqında məlumat vermişdir. Leydi həmçinin tanınmış parazitoloq olmuşdur. 1846-cı ildə o müəyyən etmişdir ki, pendirdə və ya pis qızardılmış ətdə olan Trichinella spiralis paraziti zooloji mənşəli infeksion xarakterli trişinoz xəstəliyinin törədicisidir. Hələ Çarlz Darvinə qədər ətraf mühitin orqanizmə təsirindən bəhs etmişdir. Çarlz Darvin öz nəzəriyyəsini nəşr etdirəndə Leydi böyük sevinc hissi ilə onun yanına gəlmişdi. Buna görə də bəzən onu ateizə meyl etməkdə günahlandırırdılar. 1879-cu ildə o, "Freshwater Rhizopods of North America" əsərini nəşr etdirmişdir. 1884-cü ildə Cozef Leydi Layell medalı ilə təltif edilmişdir.
Natalya Sedıx
Natalya Sedıx (rus. Ната́лья Евге́ньевна Седы́х; d. 10 iyul 1948, Moskva, RSFSR, SSRİ) — Rus teatr və kino aktrisası, balerina, fiqurlu konkisürən. Natalya Sedıx 10 iyul 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. Onun karyerasının maraqlı tarixçəsi var. Belə ki, bir dəfə balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına baxarkən çexoslovakiyalı idmançı İndra Kramperovanın çıxışı ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da fiqurlu konkisürmə dərnəyinə yazdırsınlar. Amma yaşı az olduğundan onu dərnəyə götürmək istəmirlər. Bundan çox təsirlənən 4 yaşlı Natalya birdən cəsarətli addım ataraq xalçanın üstünə çıxır və elan edir: “Qarşınızda İndra Kramperova çıxış edir”. Balaca Natalya elə hərəkətlər göstərir ki, hamı təəccüblənir.
Leydi Bayron
Anna İzabella Noel Bayron, 11-ci Baronessa Uentvort və Baronessa Bayron (17 may 1792, Darem qraflığı[d], Birləşmiş Krallıq – 16 may 1860[…], London) — Annabella ləqəbli və daha çox Leydi Bayron kimi tanınan o, İngiltərədə ilk sənaye məktəbini quran təhsil islahatçısı, xeyriyyəçi və fəal abolisionist. O, daha çox Lord Bayron kimi tanınan şair Corc Qordon Bayronla evləndi və bir ildən az müddətdə ondan ayrıldı, qanunların uşaqların yeganə qəyyumluğunu atalara verdiyinə baxmayaraq, qızları Ada Lavleysi öz himayəsində saxladı. Leydi Bayronun ölümündən sonra Harriet Beecher Stowe tərəfindən nəşr olunan xatirələri, Lord Bayron və onun ögey bacısı arasında qohumluq əlaqəsi iddiaları ilə bağlı qorxularını ortaya qoydu. Leydi Bayronun şübhələri ilə bağlı qalmaqal Bayronun İngiltərəni tərk edib 1810-cu ildə yaşadığı Aralıq dənizinə qayıtmaq niyyətini artırdı. Onların qızı Ada, kompüter elminin qabaqcılı və ilk proqramçı kimi tanınan Çarlz Bebbicin rəhbərliyi altında riyaziyyatçı kimi çalışmışdır.
Leydi Qrey çayı
Ledi Qrey çayı(ing. Lady Grey tea)- daha məşhur Erl Qrey qarışığının bir incə, ətirli variasiyası. Berqamot yağı, limon və portağal qabıqları ilə ətirlənən qara çaydır.
Dəmir ledi
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Ledi Marion
Ledi Marion ya da Marian, Maid Marian (Bakirə Marian) kimi də tanınır. Robin Qudun sevgilisi olan əsilzadə xanımdır. Bəzi şeirlərdə çoban olaraq xatırlanır. Kral Riçardın qayıtmasından sonra Robinlə evlənmişdir. Köhnə hekayələrdə Klorinda kimi də xatırlanır.
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == === Arıçılıq işi === Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Ledi Qaqa
Stefani Coann Ancelina Cermanotta (ing. Stefani Joanne Angelina Germanotta; 28 mart 1986[…], Manhetten, Nyu-York ştatı) — əsasən Ledi Qaqa (ing. Lady Gaga) adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası. == Həyatı == Hələ də yaşadığı Nyu Yorkda doğulub böyüdü və musiqi həyatına addım atmazdan əvvəl Katolik bir qız məktəbini bitirdi, sonra Nyu York Universitetində təhsil aldı. Mahnı oxumağa Manhettenda bir rok musiqi səhnəsində başladı. 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzaladı. Buradakı ilk dövründə digər sənətçilər üçün mahnı yazan Qaqa , bir müddət sonra Akonın marağını çəkdi. Qaqanın musiqi və vokal qabiliyyətini bəyənən Akon, onu yeni qurduğu "Kon Live Distribution" adlı musiqi şirkətinin heyətinə qatdı. Sənətçinin avqust 2008-ci ildə çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya ümumisindəki siyahılarda birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Ledi Qodiva
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. == Əfsanə == Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.
Ledi Slim
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Ledi Qaqanın ət geyimi
Ledi Qaqanın ət geyimi — ABŞ müğənnisi Ledi Qaqa tərəfindən 2010 MTV Video Musiqi Mükafatlarına geyindiyi çiy dana ətindən hazırlanan və mətbuatda "ət paltarı" olaraq adlandırılan geyim. Argentinalı dizayner Frank Fernandez tərəfindən hazırlanan və Nikola Formiçetti tərəfindən stilləşdirilən geyim, 2010-cu ildə "Time" jurnalı tərəfindən ən əhəmiyyətli moda hadisəsi adlandırılmışdır. Ət geyimi 2011-ci ildə Ledi Qaqanın digər geyimləri kimi arxivləşməsi üçün hazırlandı və qurudulmuş ət şəklində Rock and Roll Hall of Fame muzeyində sərgilənməyə qoyuldu. Mükafat mərasimindən sonra Ledi Qaqa geyimin insanların inandığı şeylər üçün mübarizə ehtiyacının bir ifadəsi olduğunu açıqladı və ABŞ ordusunun "Don't ask, don't tell" ("soruşma, demə") siyasətindən nifrət etdiyini də dedi. Geyim heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olundu. Mətbuat geyim ideyasının özünəməxsusluğunu müasir incəsənət və məşhur mədəniyyətdən bəhs edən nümunələrlə müqayisə etməklə mübahisə yaratdı. == Zəmin == 2010-cu il Video Musiqi Mükafatlarında, Ledi Qaqa ümumilikdə 13 dəfə namizəd oldu, o cümlədən "İlin Video Klipi"nə iki nominasiya qazanaraq (bu müvəffəqiyyəti göstən ilk qadın sənətçidir) rekordları qırdı. Ətdən düzəlmiş don, papaq, ayaqqabı və çantadan ibarət olan geyimi geyinməmişdən əvvəl, Gaga Aleksandr Makkvinin geyimi ilə mərasimə gəldi və onu Giorgio Armani tərəfindən hazırlanmış qara paltar ilə əvəz etdi. Gaga ət geyimini "Bad Romance" üçün qazandığı "İlin Video Klipi" mükafatını alanda geyindi. Şerdən mükafatını alan Gaga, "Şerdən ət çantamı tutmasını rica etməyim ağlıma gəlməzdi." deyərək, zarafat etdi.