Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laokoon
Laokoon və ya Laokoont (q.yun. Λᾱοκόων) — yunan mifologiyasında Troya şəhərində tanrı Apollonun kahini. Aketanın oğlu, Anxisin qardaşı və Apollonun kahini olan Laokoon Apollonun iradəsinə qarşı çıxaraq öz həyat yoldaşı ilə dünyaya iki əkiz oğlan uşağı gətirirlər. Öncəgörücü Troya müharibəsi zamanı öz həmvətənlərinə Troya atını şəhərə salmamağı xəbərdar edir. Apollon bu səbəbdən Troyaya iki ilan göndərir. Dənizləri keçib gələn bu ilanlar Laokoonun oğulları olan Antifantı və Fimbreyi udmuş, sonra Laokoonun özünü boğub öldürmüşlər. Digər bir hekayəyə görə isə bu Afinanın qəzəbindən baş vermişdir. İlanlar Afina (mifologiya) heykəlinin ayağında olan qalxanın altında gizlənmişlər. Troyalılar belə hesab etdilər ki, bu Laokoonun Troya atına nizə atmasına görə baş vermişdir. Mifin digər bir variantına görə, ilanlar tərəfindən ancaq onun oğulları boğulmuşdur.
Lamanon burnu
Lamanon burnu — Saxalin adasının cənub sahillərində yerləşən burun. Burun 1787-ci ildə fransız Jan-Fransua Laperuz, bölgəyə təşkil olunan ilk Avropa ekspedisiyasının fiziki, botaniki və meteoroloqu Rober de Lamanonun şərəfinə adlandırmışdır. İnzibati baxımından Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Uqleqorski rayonu ərazisində yerləşir . == Təsviri == Lamanon burnu İzılmetev buxtasında, İçara çayının mənsəbində yerləşir. Öz növbəsində daşdan ibarət olan terrasdır. Tatar boğazına daxil olur. Güçlü küləklərin təsirinə məruz qalır. Arkaya sahibdir və vulkanik suxurdan təşkil olunmuşdur. Burada kalsit, kvars, araqonit kimi suxurları müşahidə etmək mümkündür.
Nikos Sampson
Nikos Sampson (yun. Νίκος Σαμψών; 16 dekabr 1935, Famaqusta – 9 may 2001) — Kipr dövlət və siyasət adamı, EOKA-nın üzvü, soyqırım törədən, qatil, Kipr Respublikasının prezidentinin səlahiyyətlərini icra edən.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Hampton by Hilton
Hampton by Hilton, əvvəllər Hampton Inn — Hilton Otellər Şəbəkəsinin ticari markası olan otel brendi. Hampton otel brendi məhdud qi da və içki xidmətləri göstərən orta qiymətli otel şəbəkəsidir. Əksər Hampton otelləri müstəqil fəaliyyət göstərirlər və françayzinqlər tərəfindən idarə edilirlər, lakin bəziləri Hilton Otellər Şəbəkəsinin mülkiyyətindədir. Hampton oteli ABŞ-də ən böyük otel françayzinqlərindən biridir. Hamptonun françayzinqlərinə ABŞ-də və 16 ölkə ərazisində 2000 otel daxildir. == Tarixi == Otel zənciri ilk dəfə 1984-cü ildə Hampton İnn kimi fəaliyyətə başlayıb və Holiday Korporasiyasının maliyyə yarımı ilə idarə edilib. İlk otel Tennessi ştatının Memfis şəhərində yerləşən 2 mərtəbəli eksteryer giriş qapılı 128 qonaq otağından ibarət olan otel idi. 1989-cu illərin sonlarında, bəzi maliyyə çətinliklərindən sonra Holiday Korporasiyası öz əyarı olan Holiday İnn Korpoyasiyasını satdı və Hampton İnn, Embassy Suites və Homewood Suites otellərinin də daxil olduğu Promus Otel Korporasiyası holdinq şirkətinin fəaliyyətinə başladı. Bu dəyişiklik ilə Promus Hampton İnn brendinə yenidən sərmaye yatırdı və beləcə Hampton İnn büdcə oteli olmaqdan orta-bazar otelinə çevrildi və özünün az öncə satılan otel brendi ilə rəqabət aparmağa başladı. Otel zənciri orta qiymətli otel brendləri içərisində pulsuz kontinental səhər yeməyi təqdim edən və “100 %-li müştəri məmnuniyyəti qarantiyalı” xidmət göstərən ilk otel brendlərindəndir.
Laokoon və oğulları
“Laokoon və oğulları” (it. Laocoonte e i suoi figli) və ya “Laokoon qrupu” (it. Gruppo del Laocoonte) — Vatikanın Pio-Klementino Muzeyində Laokoon və oğullarının ilanlarla olan mübarizəsini təsvir edən heykəl. 1506-cı ildə qazıntılar zamanı Romada aşkara edilmiş heykəl Vatikanda yerləşdirilmiş və ictimai baxışı təşkil edilmişdir. Ehtimal edilir ki, “Laokoon və oğulları” Böyük Plininin təriflədiyi məşhur heykəldir. Heykəli təşkil edən fiqurlar demək olar ki, təbii boy ölçüsündədir, ümumilikdə heykəl bir metrdən bir qədər artıq hündürlüyə malikdir. Heykəl Troya kahini olan Laokoon və onun oğulları Antifant və Timbreyə dəniz ilanının hücum etməsi səhnəsini təsvir edir. Bu əsər incəsənət tarixində “insan əzabı ikonasının prototipi” adlandırılmışdır. Xristian incəsənətində tez-tez təsvir edilən və İsanın əziyyətləri, o cümlədən cəfakeşləri göstərmək üçün istifadə olunan aqoniyadan fərqli olaraq Laokoonun əziyyəti günah yumaq üçün vasitə deyil və mükafatlandırılmır. Əziyyət fiqurların əyilmiş üz mimikalarında (Çarlz Darvin qeyd edir ki, Laokoonun qabarıq qaşları fizioloji olaraq mümkün deyil), o cümlədən müqavimət göstərən bədənlərin, xüsusilə Laokoonun bədəninin gərgin əzələlərində ifadə olunur.
Rober de Lamanon
Rober de Lamanon (fr. Jean Honoré Robert de Paul de Lamanon; 6 dekabr 1752, Salon-de-Provans — 11 dekabr 1787, Tutila, Samoa (arxipelaq)) — fransız fizik, botanik və meteoroloq. O, bir neçə elmi ekspedisiyada iştirak etmiş və sonuncu ekspedisiyada vəfat etmişdir (Laperuz ekspedisiyası). Onun ailəsi Lamanonun nəcib ailələrindən (1572-ci ildən etibarən) idi. Atası Jan Fransua de Pol de Lamanon, anası Anna de Baldonidir (Eks-an-Provansda anadan olub). İki bacısı və Ogüst Pol de Lamanon (1748–1820) adında özündən böyük bir qardaşı olub. Ogüst atası tərəfindən Fransa Hərbi Dəniz Qüvvələrinə təyin olunub və əvvəlcə Tulonda qardemarin, daha sonra isə zabit kimi fəaliyyət göstərib. Roberin qardaşı Ogüst atasının ölümündən sonra ordunu tərk edərək elmi fəaliyyətlə məşğul olmağa başlamışdır. Rober dini fəaliyyətini başa vurmuş və qardaşı ilə birlikdə bitki, sənədlər, əlyazmalar və sənətkarlıq nümunələrini toplamaq üçün Avropaya və Fransa vilayətlərinə səyahət etmişdirlər. Parisdə elmi biliklərini təkmilləşdirdikdən sonra dövrün ən məşhur alimləri ilə tanış olmuşdurlar: Laplas, Jüsse, Dalamber, Monj qardaşları, Volney, Malzerb və Fransa Elmlər Akademiyasının katibi Kondorse.
Lamon adası
Lamon adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Lamon adası arxipelaqın cənubunda yerləşir. Adadan uzunluğu 1,33 km təşkil edir. Adada göl və axar yoxdur. Şotland qütb araşdırmaşısı Ceyms Lamontun şərəfinə adlandırılmışdır. Açıq dənizdə yerləşən adanın sahillərini Barens dənizinin suları yuyur.
Henri Edvard Lamson
Henri Edvard Lamson (12 yanvar 1841[…], Çarlston, Cənubi Karolina – 9 may 1919, Ellenville[d], Nyu-York ştatı) — Amerikalı rəssam. == Həyatı == Henri 1841-ci il mayın 9 -da Cənubi Karolina ştatının Çarlston şəhərində anadan olub. Onun 7 yaşı olarkən valideynləri vəfat edib. Və o qohumlarının yanına Nyu Yorka köçüb. Henri Filadelfiyadakı Pensilvaniya Gözəl Sənətlər Akademiyasında rəssamlıq təhsili alıb. 1860-cı ildə o, Parisə gedib və burda bir çox məşhur rəssamlarla tanış olub təhsil alıb. 1862-ci ildə o, Birləşmiş Ştatlara geri qayıdıb. Amerika Vətəndaş Müharibəsində gəmidə məmur kimi fəaliyyət göstərib. Müharibə bitdikdən sonra müharibəyə aid bir çox rəsm əsərləri çəkib. 1869-cu ildə Henri Nyu-Yorkun Milli Dizayn Akademiyasına üzv olaraq seçilib.
Vard Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.
Ward Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.