Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lizard burnu
Lizard burnu (ing. The Lizard) — İngiltərənin Kornuoll qraflığında yerləşən burun və yarımada. Böyük Britaniya adasının ucqar cənub qutaracağını təşkil edir. Lizard burnu LaManş boağzında gəmiləri əlverişli şəkildə müşahidə etmək baxımdan əla yerdir. Burada mayak və xilasetnə mənrəqəsi vardır. Burun yaxınlığılnda çoxlu sayda gəmi qəzaları müşahidə edilmişdir. Burun iki mühüm dəniz döyüşünə şahidlik etmişdir. Yarımadada eyni adlı şəhər vardır.
Lizardit
Lizardit — mineral == Haqqında == Lizardit serpentinin elementar özəyin ölçüləri ilə fərqlənən struktur növü. Peridotitlərdə, dunitlərdə başlıca olaraq, olivinin hesabına əmələ gəlir, xrizolit damarcıqların aralarına dolur. Nadir hallarda piroksen, karbonat, vermikulit üzrə əmələ gəlir. Hipergen lizardit sunqulit kimi təsvir edilmişdir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Lüzarş
Lüzarş (fr. Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 4.103 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 30 km şimalda, Serji belediyyənin 28 km şərqdə yerləşir.
Riçard
Riçard — kişi adı. I Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. II Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. III Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. Riçard Stolman — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Dokinz — britaniyalı etoloq, ateist alim, təkamülçü bioloq və yazıçı Riçard Nikson — Riçard Conson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 9-cu vitse-prezidenti. Riçard Stoun — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb Riçard Morninqstar — ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi (2009–2012). Riçard Meyer — ABŞ-lı memar.
Sivard
Sivard (ing. Seward) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Liqand
Liqand (lat. ligare "bağlamaq") — donor-akseptor qarşılıqlı təsiri ilə başqa bir atoma (akseptor) bağlanmış atom, ion və ya molekul. Anlayış kompleks birləşmələrin kimyasında istifadə olunur, bir və ya bir neçə mərkəzi (kompleks əmələ gətirən) metal atomlarına bağlanmış hissəcikləri ifadə edir. Çox vaxt bu cür bağlanma "koordinasiya" adlanan donor-akseptor rabitəsinin meydana gəlməsi ilə baş verir, burada liqandlar Lyuis əsasları kimi çıxış edir, yəni elektron cütünün donorları kimi. Liqandlar mərkəzi atoma bağlandıqda, kompleksləşdirici agentin kimyəvi xassələri və liqandların özləri çox vaxt əhəmiyyətli dəyişikliklərə məruz qalır. == Liqandların xüsusiyyətləri == === Elektron quruluş === Əslində, liqandın komplekslər yaratmaq və D-orbitalını öz-özünə məhv etmək qabiliyyətini qiymətləndirməyə və proqnozlaşdırmağa imkan verən ən vacib xüsusiyyəti - bütövlükdə birləşmənin məhv edilməsidir. Birinci təxmin olaraq, liqandın koordinasiya rabitəsi yaratmaq üçün ayıra bildiyi elektron cütlərinin sayını və bağlayan atomun və ya funksional qrupun elektronmənfiliyini ehtiva edir.
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Aslanürəkli Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Blizzard Entertainment
Blizzard Entertainment — kompüter oyunları istehsal edən bir şirkətdir. 1994-cü ildə Warcraft oyununu çıxardığından bəri, dünyanın ən müvəffəqiyyətli oyun İnkişaf etdiricilərindən biri qəbul edilir. Çıxardığı Diablo, StarCraft, Warcraft oyunları və bunların davam oyunları sayəsində tək-multiplayer və çox-multiplayer videooyunları sahəsində böyük heyran kütləsi əldə etmişdir.
Bobbi Qiçard
Eden Hazard
Eden Hazard (7 yanvar 1991[…]) — belçikalı futbolçu, Belçika millisinin yarımmüdafiəçisi.
Filipp Lenard
Filipp Lenard Eduard Anton (7 iyun 1862 - 20 may 1947) — Fizika üzrə Nobel mükafatı laureatı (1905) == Həyatı == Filipp Lenard Eduard Anton 1862-ci il iyunun 7-də Slovakiyanın Preysburq (indiki Bratislava) şəhərində anadan olmuşdur. Milliyyətcə slovak olan bu alman fiziki Hitler rejiminin qatı tərəfdarı olmuşdur. Katod şüalarının tədqiqinə görə 1905-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Filipp Lenard Eduard Anton 20 may 1947-ci ildə Almaniyanın Messelhauzen şəhərində vəfat etmişdir. == Əsərləri == Lenard, Philipp (1906). Über Kathodenstrahlen (On Cathode Rays) (in German). Lenard, Philipp. Über Aether und Materie (On Aether and Matter) (in German). Lenard, Philipp (1914). Probleme komplexer Moleküle (Problems of complex molecules) (in German).
III Riçard
III Riçard (ing. Richard III of England) (2 oktyabr 1452 – 22 avqust 1485) — İngiltərə və İrlandiyanın York sülaləsindən olan son kralı. İngiltərədə orta əsrlər dövrünü sonlandıran Gül müharibəsinin həlledici döyüşü olan Bosvort döyüşündə məğlub oldu və öldürüldü. Uilyam Şekspirin "III Riçard" adlı tarixi pyesinin baş qəhrəmanıdır. Böyük qardaşı IV Eduardın 1483-cü ilin aprelində vəfatından sonra taxta onun 12 yaşlı oğlu V Eduard çıxarıldı və qardaşının vəsiyyətinə uyğun olaraq Riçard gənc kralın naibi elan olundu. Ancaq 22 iyun tarixinə planlanan tacqoyma mərasimindən bir neçə gün əvvəl yeni kralın valideynlərinin nigahı qanunsuz, övladları isə qeyri-məşru elan edildi və beləcə taxtdan əl çəkdirildilər. 25 iyunda toplanan lordlar palatasının verdiyi qərarla Qloster hersoqu olan Riçard kral elan edildi. 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasiminin ardından devrilən V Eduard və kiçik qardaşı York hersoqu Riçard London qalasına həbs olundu və onlardan bir daha heç bir məlumat alınmadı. Gənc şahzadələrin əmiləri tərəfindən öldürüldüyü iddia edilsədə, bu barədə nə bir dəlil, nə də cəsəd tapılmadı. Səltənəti illərində III Riçarda qarşı 2 böyük üsyan baş verdi.
II Riçard
II Riçard və Bordolu Riçard (ing. Richard II of England; ing. Richard of Bordeaux) (6 yanvar 1367, Bordo – təq. 14 fevral 1400) — İngiltərə kralı. Atası vəliəhd Eduard Vudstok 1376-cı ildə vəfat etdi və yeganə oğlu olan Riçardı atası III Eduardın varisi olaraq geridə qoydu. Bir il sonra babası III Eduardın ölümünün ardından 10 yaşlı Riçard İngiltərə kralı oldu. II Riçard səltənətinin ilk illərində real hakimiyyət əmiləri Gentli Con və Tomas Vudstokun təsiri altındakı məclisin əlində idi. Sonrakı illərdə isə İngiltərə Yüzillik müharibə və kəndli üsyanları kimi daha mühüm problemlərlə üzləşdi. Bununla birlikdə II Riçard atası və babasından fərqli olaraq sülh tərəfdarı idi. Üstəlik zadəganların hüquqlarını məhdudlaşdıraraq sarayda xüsusi mühafizə birliyi yaratdı.
I Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Konisburqlu Riçard
Konisburqlu Riçard (ing. Richard of Conisburgh; təq. 1376 – 5 avqust 1415, Sauthempton, Hempşir qraflığı[d]) — 1. York hersoqu Edmond Lanqli və ilk xanımı Kastilyalı İzabellanın ikinci oğludur. İngiltərə kralı V Henriyə qarşı tərtiblənən sui-qəsddə adı hallanmış, bu səbəblə edam edilmişdir. 3. York hersoqu Yorklu Riçardın atası, IV Eduard və III Riçardın babasıdır. == Mənbə == Barker, Juliet (2006). Agincourt: The King, the Campaign, the Battle. London: Abacus.
Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri. == Həyatı == Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu. 1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi. 1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni “1917-ci ildən əksinqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əksinqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən” Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi. Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.
Litl Riçard
Litl Riçard və ya Riçard Ueyn Peniman (5 dekabr 1932[…], Meykon[d], Corciya – 9 may 2020[…], Tallahoma[d]) — ABŞ-lı müğənni. == Həyatı == Litl Riçardın iş həyatındakı ən uğurlu vaxtları 1950-ci illərin ortaları hesab olunur ki, o, bu dövrdə soul, rok və hip-hop musiqisi ilə tanınmışdır. == Albomları == Here's Little Richard Little Richard The Fabulous Little Richard Pray Along with Little Richard, Volume 1 Pray Along with Little Richard (Vol 2) The King of the Gospel Singers Little Richard Is Back (And There's A Whole Lotta Shakin' Goin' On!) Little Richard's Greatest Hits The Incredible Little Richard Sings His Greatest Hits - Live! The Wild and Frantic Little Richard The Explosive Little Richard Little Richard's Greatest Hits: Recorded Live! The Rill Thing Mr. Big The King of Rock and Roll The Second Coming Southern Child Right Now!
Lord Riçard
Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 24 avqust 2014[…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq) — Aktyor və xeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu. == Həyatı == 1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi. Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib. 2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı. == Lord Riçard və Çelsi FK == “Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur. Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur.
Rixard Avenarius
Rixard Lüdviq Henrix Avenarius (alm. Richard Ludwig Heinrich Avenarius‎) — İsveçrə və Almaniya filosofu, empiriokritisizmin banisi. İdrakı hər cür metafizik konstruksiyalardan təmizləməsi qarşısına məqsəd qoyan Avenarius belə bir ideyadan çıxış edirdi ki, xalis təcrübənin vahid gerçəkliyində psixi ilə fiziki, daxili ilə xarici aləm arasında fərq yoxdur; mən və ətraf eynidir və bütövlükdə bir-biri ilə qarşılıqlı asılılıqda və əlaqədədir, biomorf təbii dünya anlayışının mərkəzində Avenariusa görə ən az qüvvələr qənaəti prinsipinə uyğun olaraq mühitlə canlı dinamik tarazlığı saxlayan fəal mərkəz kimi canlı orqanizm yerləşir. Avenariusun empiriokritik fəlsəfəsi dialektik materializm tərəfdarlarının tənqidinə məruz qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == А. Ф. Зотов. Авенариус // Новая философская энциклопедия : в 4 т. / пред. науч.-ред. совета В. С. Стёпин. — 2-е изд., испр.
Rixard Ernst
Rixard Ernst(alm. Richard Robert Ernst‎; 14 avqust 1933[…], Vintertur, Sürix kantonu[…] – 4 iyun 2021, Vintertur, Sürix kantonu) — İsveçrə kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1991). == Həyatı == Rixard Ernst 14 avqust 1933-cü ildə İsveçrədə, Vinterturda anadan olmuşdur. Sürixdə İsveçrə Federal ali texniki məktəbində (FATM) oxumuşdur. "Diplomlu mühəndis-kimyaçı" attestatı aldıqdan sonra 1957–1962-ci illərdə həmin məktəbdə doktorluq dissertasiyası üzərində işləmişdir. Bundan sonra "Verian Assouşeyts" şirkətində işləmişdir. 1968-ci ildə o, FATM-ə qayıtmış və fiziki kimya laboratoriyasında NMR tədqiqat qrupunun rəhbəri olmuşdur. Bir müddət FATM-in tədqiqat şurasının sədri olmuşdur. Təqaüd yaşı yaxınlaşdıqca tibet məharəti ilə daha çox maraqlanır. Rixard Ernst 1991-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
Rixard Kruspe
Rixard Kruspe — alman musiqiçisi və gitaristi. == Erkən həyatı == Richard Kruspe Vittenberqedə (ADR) anadan olmuşdur. İki böyük bacısı və bir böyük qardaşı vardır — Gordon Kruspe. Hələ uşaq ikən valideynləri boşanır. Anası yenidən evlənir, ancaq o , ögey atası ilə uzun müddət qala bilmir və onlar Veizen kəndinə köçməli olurlar.Ögey atası ilə olan pis münasibətlərə görə, Kruspe yeniyetməlik vaxtında tez-tez evdən qaçır və park skamyalarında yatır. Daha sonra o, qəzəbini yönəltməsi üçün güləşlə məşğul olmağı bir yol seçir. 16 yaşındaykən Kruspe dostları ilə Çexoslovakiyaya gedir və oradan gitara alır. İlk əvvəl onu satmağı planlaşdırır, çünki gitaralar çox baha idi və düşünürdü ki, yaxşı gəlir əldə edə bilər. Daha sonra Almaniyaya qayıdır. Düşərgə ətrafında bir qız Kruspe gözləyərkən ondan gitara çalmağı xahiş edir.
Rixard Kun
Riçard Kun (3 dekabr 1900 – 1 avqust 1967) — Avstriya-Alman biokimyaçısı. 1938-ci ildə "karotenoid və vitaminlər" üzərində apardığı tədqiqat üçün Nobel mükafatı almışdır == Həyatı == Riçard Kun 3 dekabr 1900 -cu ildə Avstriyada doğulmuşdur. Keen Vyanada və Avstriyada gimnaziya və liseydə təhsil aldı. Onun kimyaya olan maraqları erkən yaşlarından yarandı. Ancaq onun kimya üçün çox geniş xəyalları var idi və bu fikirləri yubatmamağa qərar verdi. 1910-1918-ci illərdə arası o, 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən Wolfgang Paulinın sinif yoldaşı olub . 1918-ci ildən Kun Vyana olan Kimya Universitetinə daxil oldu. Münih Universitetində kimyəvi tədqiqatları tamamladı və 1922-ci ildə doktorluq dissertantını Richard Wilstater ilə fermentlər üzərində etdiyi araşdırma ilə qəbul etdi. Universitetini bitirdikdən sonra Kun ilk dəfə Münihdə, daha sonra Zürih ETH-də, 1929-cu ildə isə Heidelberq Universitetində, 1937-ci ildə böyük nailiyyətlər əldə etdi, daha sonra isə kimya kafedrasının müdiri olmuşdur. 1928-ci ildə Daisy Hartmanla evləndi və sonra iki oğlu və dörd qızı oldu.
Rixard Vaqner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib. == Bioqrafiyası == === Uşaqlıq illəri === Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.