Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
David Loriya
David Loriya - Qazaxıstanlı futbol oyunçusu. Qapıçı mövqeyində çıxış edir. 2014-cü ildən Türkiyənin Karşıyaka klubunun oyunçusudur. == Karyerası == David Loriya bir çox klubun formasını geymişdir. Daha çox icarədə oynadığı klublarda tanınmışdır. 2012-ci ildə Çaykur Rizespora transfer olmuşdur. 2013-cü ildə Kayrat FK-ya dönmüş, amma sonra Karşıyaka klubuna transfer olmuşdur. == Milli karyerası == Qazaxıstan milli futbol komandası ilə Dünya çempionatının 2002, 2006 və 2010-cu illəri və Avropa çempionatının 2008-ci il üçün olan seçmə mərhələlərinə qatılmışdır. == Uğurları == === Şəxsi === 2000 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - "GOAL Journal" jurnalına görə Qazaxıstanın ən yaxşı qapıçısı === Komanda === Astana FK ilə: Qazaxıstan çempionluğu: 2002, 2001, 2006 Qazaxıstan kuboku: 2000, 2002.
Loniya bərqvuranı
Luçiya Boze
Luçiya Boze (28 yanvar 1931[…], Milan – 23 mart 2020[…], Seqoviya, Kastiliya və Leon[…]) — İtaliya aktrisası. == Həyatı == Luçiya Boze 28 yanvar 1931-ci ildə Milanda doğulub. Luçiya Boze 23 mart 2020-ci ildə Seqoviyada 89 yaşında koronavirusdan vəfat edib.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Corciya
Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir. == Əhalisi == Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir. == Coğrafiyası == Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir.
Fobiya
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi. Üç yerə bölünür: 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər. 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar. 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.
Lakiya
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. == Ərazisi == === Coğrafi mövqeyi === Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Lidiya
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Likiya
Likiya və ya Lisiya (Likcə: Trm̃misa) — Anadolunun Təkə yarımadasını əhatə edən qədim ərazi. Likiya, eyni zamanda bu bölgədəki antik şəhərlərin təşkil etdiyi bir dövlət qurumu, daha sonra da Roma imperiyasının bir əyalətidir. Likiya "İşıq ölkəsi" mənasını verir. == Tarixi == Likiyalıların, eradan əvvəl 3-cü minilin ikinci yarısında Anadoluya gələn və 2-ci minil boyunca Cənubi Anadolu bölgəsində yaşamış və Anadolunun ən qədim Hind-Avropa mənşəli xalqı olan Luvilərin dağılmasından sonra bir qisminin davamı olduğu söylənilir. Luvi dilinin Xet dilinə yaxınlığı və Luvilərin də Xetlərlə qohum olduğu bilinsə də Likcə də Xet dilinə olan fərqlər anlaşılır. Xet dilində Likiyanın adı Lukkadır. Ən başdan bəri Yunanların hücumlarına cavab verə bilən Likiyalılar, E.ə. VI əsrdə farslarl tərəfindən işgal edilmişdir. Ancaq E.ə. IV əsrdə Makedoniyalı İsgəndər çıxdığı "Şərq səfəri" daxilində bu bölgəni işğal etmişdir.
Liviya
Liviya (ərəb. ‏ليبيا‎) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir. Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var. Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir. Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir. . 6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir.
Lobnya
Lobnya — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Lucaya
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Moziya
Myoziya (lat. Moesia, yun. Μοισία) — Serbiya, Bolqarıstan və Rumıniyanın Dunay çayının cənubundakı torpaqları arasında qalan qədim Roma əyaləti və tarixi bölgə. Antik coğrafiya mənbələrinə görə Myoziya cənubdan Balkan (Haemus) və Şar dağları, qərbdən Drina çayı (Drinus), şimaldan Dunay çayı və şərqdən Qara dəniz ilə əhatə olunmuşdur. Bölgə əhalisinin böyük hissəsi fraklar və illiryalılar Bölgə adını e.ə. 75 - e.ə. 29 illəri arasında bura işğal olunmazdan qabaq yaşayan frak-ilirya mənşəli mozilərdən almışdır. 6-cı ildən bu bölgə Roma əyaləti olmuşdur. Bölgə 87-ci ildə Roma imperatoru Domisian tərəfindən Yuxarı Myoziya və Aşağı Myoziya olmaqla iki yeni əyalətə ayrımışdır. E.ə.
Olbiya
Olbiya (it. Olbia) — Sardiniyada şəhər.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Sofiya
Sofiya — Bolqarıstanın paytaxtı və ən böyük şəhəri. Sofiyada 1.4 milyona yaxın insan yaşayır, bəzi mənbələrdə isə 2 milyona yaxın əhalinin olduğu deyilir. Sofiya əhalisinin 96% bolqarlar təşkil edir. İkinci böyük etnik qrup isə türklərdir — 0,6%. Digər millətlər isə əhalinin 3%-ni təşkil edir. Sofiya şəhəri ölkənin qərb hissəsində Vitoşa dağının ətəyində yerləşir.Şəhər İskar çayının qərbində salınıb.Rütubətli kontinental iqlimə malikdir.Balkan yarımadasının mərkəzində olmaqla, Qara dənizlə Adriatik dənizinin arasında və Egey dənizinə ən yaxın yerdə yerləşir. Antik dövrdə Serdica və Orta əsrlərdə Sredets kimi tanınan Sofiya şəhəri eramızdan əvvəl 7000-ci ildən bəri insanların məskunlaşdığı ərazidir. Şəhərin yaranma tarixi eramızdan əvvəl 29-cu ildə Serdicanın Roma Respublikasının Kelt qəbiləsindən olan Serdi tərəfindən fəth edilməsi ilə başlayır. Roma İmperiyasının tənəzzülü zamanı şəhərə hunlar, vestqotlar, avarlar və slavyanlar basqın etdilər. 809-cu ildə Serdica Krum xan tərəfindən Birinci Bulqar dövlətinin tərkibinə daxil edildi və Sredets adı ilə tanındı.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Lobya
Lobya (lat. Phaseolus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda istifadə olunan yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda adətən yemək üçün istifadə olunmur. Bunun qurudulmuşundan, lobya-plov bişirilir. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.
Georgi Lomaya
Georgi Camaloviç Lomaya (gürc. გიორგი ჯემალის ძე ლომაია; 8 avqust 1979, Tbilisi) — gürcü futbolçu, İnter Bakı klubunun və Gürcüstan milli futbol komandasının qapıçısı. Georgi Lomaya İnter Bakı futbol klubunun tarixinə ilk gürcü qapıçı kimi düşüb. Vətənində "Kodako", Tiflisin "Dinamo", "Merani" və "Lokomotiv"də oynayan Georgi 2003-cü ildən legioner həyatı yaşayıb. Belə ki, ilk iki ildə Moskva "Spartak"ının qapıçısı olub. Ancaq bu titullu komandada cəmi 2 oyun keçirib və 4 top buraxıb. 2004/2005 mövsümündə "Ximki"yə icarəyə verilən Lomaya daha sonra Rusiyada "Luç-Enerji", Almaniyada "Karl Tseyss", Ukraynada "Karpatı" komandasında forma geyinib. Ötən il vətəninə qayıdan Georgi Rustavi "Olimpi"sinin şərəfini qoruyub. 1998-ci ildə debüt etdiyi milli komandada 33 oyun keçirib.
Hiromi Kocima
Hiromi Kocima (d. 12 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hüms, Liviya
Lidiya Herst
Lidiya Mari Herst-Şou (ing. Lydia Marie Hearst-Shaw; 19 sentyabr 1984) — ABŞ fotomodeli, aktrisası və bloggeri. Siyasətçi Vilyam Randolf Herstin nəvəsidir. == Həyatı və təhsili == Herst-Şou 19 sentyabr 1984-cü ildə aktrisa Petti Herst və keçmiş San-Fransisko polisi Bernard Şounun ailəsində doğulmuşdur. 2003-cü ilə qədər Kentukki ştatının Ferfild şəhərində yerləşən Müqəddəs Ürək Universitetində təhsil almıdır. == Karyerası == === Jurnallar === Fotoqraf Stiven Meysel Hersti "kəşf etdi" və ilk dəfə 2004-cü ilin aprel ayında "Vogue Italia" jurnalının üz qabığı üçün çəklişdə iştirak etdi. O vaxtdan bəri "Vogue", "Harper's Bazaar", "Elle", "Marie Claire", "GQ", "L'Officiel" və "Esquire" kimi müxtəlif beynəlxalq jurnalların üz qabığında yer almışdır. Meyseldən başqa Patrik Demarkelier, Ellen fon Anvörs, Mario Testino, Piter Lindberq, İnez fan Lamsvird və Vinud Matadin kimi məşhur fotoqraflarla birlikdə çalışmışdır. Herst 2008-ci ildə "Michael Awards"da "İlin fotomodeli" və "Glamour Awards"da "Ən yaxşı beynəlxalq supermodel" seçilmişdir. Herst həmçinin Chanel, Fendi, Katerina Malandrino, Nikola Miller və Ceremi Skott kimi dəb dizaynerləri üçün fotomodel olaraq çalışmışdır.
Lidiya Horvat
Lidiya Horvat (d. 5 may 1982; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Lidiya Horvat Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Lidiya Kopaniya
Lidiya Kopaniya (pol. Lidia Kopania-Przebindowska; 12 may 1978) — Polşalı sənətçi. == Həyatı == Lidiya Kopaniya 12 may 1978-ci ildə Lodzda anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "I Don’t Wanna Leave" (Azərbaycanca:"Mən getmək istəmirəm") mahnısı ilə təmsil etmişdir və finala keçə bilməmişdir.
Lidiya Kulikovski
Lidiya Kulikovski (rum. Lidia Kulikovski) — Sovet, Moldova kitabxanaçısı və biblioqrafı. 200-ə yaxın elmi məqalənin müəllifi, Moldova yazıçıları, rəssamları və alimləri haqqında 25 kitabın nəşrinə rəhbərlik etmişdir. Moldova SSR-in əməkdar mədəniyyət işçisi (1987). == Bioqrafiya == 1951-ci il martın 8-də Moldova SSR-in Drokiyevski rayonunun Nikoren kəndində anadan olub. 1973-cü ildə Kişinyov Universitetinin (indiki Moldova Dövlət Universiteti) filologiya fakültəsini (kitabxana şöbəsi) bitirmişdir. 2003-cü ildə “Demokratikləşmiş Cəmiyyətdə Aztəminatlılar üçün Kitabxana Xidmətinin Təkamülü” adlı dissertasiya işi ilə pedaqogika üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bitirdikdən sonra Kişinyovda Bələdiyyə Kitabxanasının filialında işləmiş, daha sonra ona rəhbərlik etmişdir. 1978-1982-ci illərdə Lidiya Kulikovski Kaqul şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə rəhbərlik edib. 1982-1989-cu illərdə o, «Achiziție și completare» xidmətinə rəhbərlik edib, bundan sonra respublikanın paytaxtına qayıdıb və Hasdeu Bələdiyyə Kitabxanasının direktoru olub, 2013-cü ilə qədər bu vəzifəni tutub.
Boççiya
Boççiya (it. Boccia) — Boççe oyunun üzərində qurulmuş idman növüdür. İdmanda yerli, milli və beynəlxalq səviyyələrdə ağır fiziki əlilliyi olan idmançılar tərəfindən rəqabət aparılır. == Haqqında == Şarla idman oyunu. Uzunluğu 24 m-dən 28m-dək, eni2,5m-dən 4m-dək olan, dövrəsinətaxta hasar çəkilmiş düzbucaqlı meydançada keçirilir. Oyunun məqsədiböyük ağır ağac şarı (9-11 sm diametrdə) əllərlə elə atmaqdır ki, o,oyunun əvvəlində meydançanın əks qurtaracağında qoyulmuş kiçik şara(diametri 4-6 sm) yaxın dayansın. Xaldaha dəqiq atmalara görə hesablanır. Oyun 2 böyük şarla (hər oyunçuya)müəyyən edilmiş xal sayına qədəraparılır. Bir birə, iki ikiyə, üç üçə.dörd dördə qarşı oynamaq olar.