Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mövqeli say sistemi
Mövqeli say sistemi — rəqəmin qiyməti onun mövqeyi ilə müəyyənləşdirilən say sistemidir. Yəni eyni bir rəqəm bu say sistemində, yazıldığı mövqedən asılı olaraq, müxtəlif qiymətlər alır. Mövqeli say sistemi nümunə olaraq indi çox geniş yayılmış onluq say sistemini demək olar. Kompyüterlərin işlədiyi ikilik, səkkizlik, 16-lıq say sistemləri, qədim Babilistanda işlədilmiş 60-lıq say sistemi də mövqeli say sistemlərinə aid nümunələrdir. Onluq say sistemi qədim Hindistanda meydana gəlmişdir. Bizim hal-hazırda işlətdiyimiz rəqəmlər (onluq say sistemi) Avropaya ərəblər vasitəsi ilə keçmişdir. Buna görə bu rəqəmləri ərəb rəqəmləri adlandırırlar. == Ədəbiyyat == M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov. Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı: 2016, "Radius nəşriyyatı", 296 səh.
Azərbaycan siyasətində qadınların mövqeyi
Azərbaycan siyasətində qadın == Tarixi == == Şəxslər == === Dövlət və hökumət başçıları === ==== Azərbaycan SSR ==== Azərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır. ==== Azərbaycan ==== İndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır. === Hökumətlərdə === ==== Azərbaycan SSR ==== ==== Azərbaycan ==== Müstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur. Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüseynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir. Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.
Azərbaycan siyasətində qadının mövqeyi

Sənin həyat mövqeyin (film, 1979)
== Məzmun == 1979-cu ildə Bakıda "Fəal həyat mövqeyinin formalaşması: mənəvi tərbiyənin təcrübə və aktual problemləri" mövzusunda Ümumittifaq elmi-praktik konfrans keçirilmişdir. Film həmin konfransın materialları əsasında yaradılmışdır. == Film haqqında == Film Azərbaycan SSR LKGİ MK-nın sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov, Yalçın Əfəndiyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan SSR LKGİ MK == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Gövdəsiz yastıbaş
Gövdəsiz yastıbaş (Elmi adı -Jurinella subacaulis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik gövdəsiz bitkidir. Yarpaqları kökətrafı rozetdədir, çox saylı, saplaqlı, üstdən çılpaq, altdan ağımtıl torvari-yunlu, lələkvari bölünmüşdür. Yarpaqların saplaqları qaidədə qına genişlənmişdir. Səbətləri 1-3 sayda, yarımşar formada, 2-3 sm enində oturaqdır. Sarğının xarici yarpaqcıqları lansetvari, sivriləşmiş, daxildəkilər –uzun düz, çılpaq, al-qırmızı rənglidir. Çiçəkləri al-qırmızıdır. Toxumcuqları 4-5 sm uzunluğunda qaramtıl, qırışlı, uçağan ağ, qısa lələkli qıllıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir.
Gövdəsiz yumaqotu
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Gövdəsiz zöhəçiçəyi
Gövdəsiz zöhəçiçəyi (lat. Cypripedium acaule) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Fissipes acaulis (Aiton) Small, 1903 Cypripedium hirsutum Mill., 1768 Cypripedium humile Salisb., 1793 Cypripedium acaule f. albiflora E.L.Rand & Redfield, 1894 Calceolus hirsutus (Mill.) Nieuwl., 1913 Fissipes hirsuta (Mill.) Farw., 1917 Fissipes acaulis f. lancifolia House, 1920 Cypripedium acaule f. lancifolia House, 1924 Fissipes hirsuta f. albiflora (E.L.Rand & Redfield) Farw., 1938 Cypripedium acaule f.
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.