Azərbaycan siyasətində qadınların mövqeyi

Azərbaycan siyasətində qadın

Dövlət və hökumət başçıları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur.

Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır.

İndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır.

Hökumətlərdə

[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR

[redaktə | mənbəni redaktə et]

Müstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur.

Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüseynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir.

Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.

Adı və soyadı Vəzifəsi Səlahiyyət müddəti Hökumət Siyasi partiyalılığı
Başlama tarixi Bitmə tarixi
Nazirlər
Lidiya Rəsulova Sosial təminat naziri 5 fevral 1991 10 dekabr 1992 Mütəllibov hökuməti Azərbaycan Kommunist Partiyası
Bitərəf
Təhsil naziri 2 sentyabr 1993 13 sentyabr 1997 I Heydər Əliyev hökuməti Bitərəf
Südabə Həsənova Ədliyyə naziri 10 yanvar 1998 18 aprel 2000 I Heydər Əliyev hökuməti Bitərəf
Komitə sədrləri
Zəhra Quliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin sədri

14 yanvar 1998 28 noyabr 2005 I Heydər Əliyev hökuməti Bitərəf
Hicran Hüseynova 6 fevral 2006 10 mart 2020 I İlham Əliyev hökuməti
II İlham Əliyev hökuməti
III İlham Əliyev hökuməti
IV İlham Əliyev hökuməti
Yeni Azərbaycan Partiyası
Bahar Muradova 10 mart 2020 Hal-hazırda IV İlham Əliyev hökuməti Yeni Azərbaycan Partiyası
Digər
Lalə Şövkət Dövlət katibi 7 iyul 1993 11 dekabr 1994 I Heydər Əliyev hökuməti Bitərəf

Azərbaycan SSR

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ilk hicablı deputatı I və II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əsmətxanım Məmmədova olmuşdur.[1]

Adı və soyadı Səlahiyyət müddəti Çağırış Siyasi partiyalılığı
Başlama tarixi Bitmə tarixi
Fatma Abdullazadə 1995 2000 Yeni Azərbaycan Partiyası
Zəminə Dünyamalıyeva Yeni Azərbaycan Partiyası
Azərbaycan Demokrat Partiyası
Çimnaz Əliyeva Bitərəf
Minayə Əliyeva Yeni Azərbaycan Partiyası
Nigar Ələkbərova Bitərəf
Solmaz Ələsgərova Yeni Azərbaycan Partiyası
Azərbaycan Demokrat Partiyası
Zeynəb Xanlarova Bitərəf
Elmira Qasımova Bitərəf
Gülnarə Qurbanova Bitərəf
Azərbaycan Milli İstiqlal Partiyası
Asya Manafova Yeni Azərbaycan Partiyası
Tərlan Musayeva Yeni Azərbaycan Partiyası
Şəfiqə Məmmədova Bitərəf
Əsmətxanım Məmmədova Bitərəf
Səmayə Piriyeva Yeni Azərbaycan Partiyası
Nairə Şahtaxtinskaya Bitərəf
Gövhər Baxşəliyeva Bitərəf
Rəbiyyət Aslanova Yeni Azərbaycan Partiyası
Gülər Əhmədova Yeni Azərbaycan Partiyası
Gültəkin Hacıbəyli Bitərəf
Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyası
Afət Xanbabayeva Yeni Azərbaycan Partiyası
Bahar Muradova Yeni Azərbaycan Partiyası
Gülçöhrə Məmmədova Yeni Azərbaycan Partiyası
Amaliya Pənahova Yeni Azərbaycan Partiyası
Aynur Sofiyeva Yeni Azərbaycan Partiyası
Lalə Abbasova Bitərəf
Elmira Axundova Bitərəf
Jalə Əliyeva Bitərəf
Aynur Camalqızı Müsavat Partiyası
Həvva Məmmədova Bitərəf
Qənirə Paşayeva Bitərəf
Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyası
Flora Qasımova Bitərəf
Kamilə Əliyeva Yeni Azərbaycan Partiyası
Leyla Abdullayeva Yeni Azərbaycan Partiyası
Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası
Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyası
Sevinc Hüseynova Yeni Azərbaycan Partiyası
Sahibə Qafarova Yeni Azərbaycan Partiyası
Aytən Mustafayeva Bitərəf
Gülçöhrə Məmmədova Yeni Azərbaycan Partiyası
Sədaqət Vəliyeva Yeni Azərbaycan Partiyası

Yerli idarəetmədə

[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yerli idarəetmə formaları olan icra hakimiyyətlərinin başçıları birbaşa dövlət başçısı tərəfindən təyin olunur. Aşağıdakı cədvəldə indiyədək fəaliyyət göstərmiş qadın icra başçıları sıralanmışdır:[2][3]

Adı və soyadı Vəzifəsi Səlahiyyət müddəti Təyin edən
Başlama tarixi Bitmə tarixi
Məlahət Xəlilova Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı 1991 4 iyun 1992 Ayaz Mütəllibov
Şahnaz Ələsgərova 199? 24 avqust 1993 Əbülfəz Elçibəy
Dilrubə Camalova Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı 23 avqust 1993 31 may 2000 Heydər Əliyev
Sədaqət Qəhrəmanova Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı 21 sentyabr 1995 18 aprel 2005
Səmayə Piriyeva Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı 28 iyun 1999 28 iyul 2000
Fidumə Hüseynova Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı 3 iyul 2003 6 aprel 2005
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı 2 sentyabr 2015 19 yanvar 2022 İlham Əliyev
Mahirə Adnayeva Sədərək Rayon İcra Hakimiyyətinin başçısı 10 iyul 2021 9 avqust 2023

Azərbaycanda ilk qadın partiya təsisçisi Azərbaycan Liberal Partiyasının təsisçisi Lalə Şövkət olmuşdur. O, 1998-2003-cü illərdə partiyaya sədrlik edərək Azərbaycan tarixində ilk qadın partiya sədri olaraq tarixə keçmişdir. Ondan sonra partiya sədri vəzifələrini daşımış Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri Əsli Kazımlı və Azərbaycan Mübarizləri Partiyasının 2-ci sədri Səadət Müslümova olmuşdur. Onların hər ikisi 2020-2023-cü illərdə partiyalarına rəhbərlik etmişdir. Hər iki partiya özünü buraxdığı üçün hazırda qadın partiya sədri yoxdur.[4][5]

  1. "Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım… — FOTOLAR". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
  2. "Azərbaycanda hansı qadınlar icra başçısı olub? - SİYAHI". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  3. "Azərbaycanda yalnız 1 qadın icra başçısı qaldı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  4. "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  5. ""Azərbaycan Mübarizləri" Partiyasının BƏYƏNATI". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.