Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürtülü
Mürtülü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Tarixi olduqca qədimdir. Azərbaycan ərazisinə ən qədim qəbiristanlıq burada yerləşir. == Toponimikası == Mürtülü oyk. Kürdəmir r-nunun Yenikənd i.ə.v.-də kənd. Şirvan düzündədir. İnqilabdan əvvəlki ədəbiyyatda kəndin adı Murtu kimi qeyd olunmuşdur. Yaşayış məntəqəsi Göyçay r-nunun Mırtı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Mədəniyyəti == Əhalinin əksəriyyəti əkinçiliklə məşguldur, ziyali sakinləri coxdur. Həmidov Faiz Muxtar oglu həm kəndin, həm butun rayonun fəxri olmuşdur.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid biki növü. Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. == Yarpaq == Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. == Çiçək == Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir,şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvə: Paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. == Çiçəkləməsi == İyun == Meyvə verməsi == İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax. dağ.
Mürtülü bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səhra müşğülü
Hacı Davud Müşkürlü
İmam Hacı Davud (ləzg. Имам Гьажи Давуд; 1680, Dədəli – 1728, Kipr Respublikası) — Osmanlı hakimiyyəti dövründə (1721–1734) Şirvan hakimi. == Şirvan üsyanı == Şirvanda baş vermiş üsyana Müşkür mahalı Dədəli kəndinin sakini Ləzgi Hacı Davud başçılıq edirdi. O, silahlı kəndli dəstələrini öz ətrafına toplayaraq, Qazıqumuq hakimi Surxay xanla ittifaqda olaraq 1720-ci ilda Şabran şəhəri və Xudat qalasını tutdu. 1721-ci ilin avqustunda Hacı Davud, Surxay xan və Əli sultan İlisunun birləşmiş dəstələri şəhər əhalisindən də kömək alaraq Şamaxını tutdu. Şəhər tutulan zaman qarət va talanlar baş verdi; məsələn, o vaxt Şamaxıda olan rus tacirlari qarət edildi və öldürüldü. Şamaxı hadisələrindən dərhal sonra, 1721-ci ilin payızında Hacı Davud Qazıqumuxlu Surxay xanla birlikdə Krım xanı vasitəsilə Osmanlı sultanına məktub göndərib onları öz himayəsinə almağı və öz qoşunlarını Şirvanı qorumaq üçün göndərməyi xahiş etdilər. Bundan az sonra Hacı Davud öz nümayəndələrini İstanbula göndərdi. İstanbuldakı rus rezidenti (səfirdən aşağı dərəcəli elçi) İ. Neplyuyev 1722-ci ilin fevralında yazırdı ki, Hacı Davud və Şirvan üsyançılarının digər rəhbərləri Şamaxının tutulmasından sonra öz adamlarını Osmanlı təbəəliyinə qəbul etmək xahişi ila gizlicə sultan sarayına göndərmiş və ona sədaqətlərinin təsdiqi kimi Osmanlı Sultanı III Əhmədin adı ilə sikkə kəsməyə başlamışlar. Daha sonra Neplyuyev qeyd edirdi ki, cümə günləri onların məscidlərində Sultanın adına xütbə oxunur.
Müşklü kenquru siçovullar
Müşklü kenquru siçovullar (lat. Hypsiprymnodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Musluqlu
Musluqlu (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Musluqlu (Ağin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd.
Müskürlü
Müskürlü — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Göyçay qəzasında yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd Molla Qədim adı ilə da tanınır. Müskürlü etnonimi Azərbaycanın şimal-şərqində, Vəlvələçayla Samurçay arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür isə "qışlaq" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 615 nəfər əhali yaşayır.
Müsüslü
Müsüslü (tarixi adı Müsüslü Şilyan) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Toponimikası == Müsüslü yer adı kənddə əhalinin məskunlaşdığı dövrdən əvvəl yaranıb. Bu ərazilər ta qədimdən tərəkəmə qışlağı olub, hal-hazırda da əhalinin çox hissəsi əcdadlarının tərəkəmə olduğunu deyir. Müsüslü toponimdir. Bu söz iki sözün birləşməsindən əmələ gəlib. Müs ərəb sözü olub dayanıb durmaq, tərpənməz, dönməz anlamını, Süslü sözü isə sulu mənasını verir. Aydın olur ki, Müsüslü toponominin mənası dayanmış sulu ərazi anlamındadır. Müs-sulu sözündən bəzi səslərin düşməsi və ya əlavə olunması nəticəsində müsüslü sözü əmələ gəlib. Müsüslü ərazisinin əhalisi ayrı-ayrı səbəblərdən burada müxtəlif vaxtlarda bir neçə istiqamətdə məskunlaşmışlar.
Musluqlu (Amasiya)
Musluqlu — XIX əsrin II yarısında Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-qərbdə yerləşmişdir.1919–1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == Toponim türk dilində "kran, kiçik turba kranı" (кран трубочка) mənasında işlənən musluk sözünə -lu şəkilçisinin qoşulması əsasında düzəlmişdir. Ağbaba mahalında "daşdan düzəldilən su qabı" mənasında "mustuq" sözü işlədilir. Mustuq musluq sözünün (Azərbaycan dilində l~t səsəvəzlənməsi qanunaıuyğun haldır) fonetik variantıdır. Relyef əsasında yaranan düzəltmə toponimdir. 1947-ci ildə kənd ermənicə Lancik adlandırılmışdır. Musluqlu toponiminin danışıqda tələffüz formasıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Musluqlu dağı və kəndi, Dağıstan əyalətinin Samur dairəsində Muslyaq kəndi, Cənubi Sibirdə Abakan dağ belində Mustaq dağ adı [126] və b. toponimlərlə eynidir.
Müskürlü (dəqiqləşdirmə)
Qəbələ Müskürlü — Azərbaycanın Göyçay rayonunda kənd. Müskürlü — Azərbaycanın Göyçay rayonunda kənd.
Müskürlü bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qəbələ Müskürlü
Qəbələ Müskürlü — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qəbələ Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Müskürlü kəndi olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi müskürlü tayfasının müəyyən hissəsinin Qəbələ qalası (Qəbələ rayonunun) xarabalıqları ətrafında yaşaması nəticəsində yaranmışdır. Oykonim "Qəbələ yaxınlığında Müskürlü kəndi" mənasındadır. Rayonun ərazisində Müskürlü adlı başqa bir yaşayış məntəqəsi də mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 506 nəfər əhali yaşayır.
Müsüslü Dəmiryol Stansiyası
Müsüslü Dəmiryol Stansiyası — Ucar rayonunda dəmiryol stansiyası. == Tarixi == Müsüslü stansiyası Ucar rayonunun eyniadli inzibati ərazi vahidində dəmiryolu stansiyasıdır. Stansiya Müsüslü kəndinin yanında yerləşdiyinə görə belə adlandırılmışdır. Dəmiryolu stansiyasının yaxılığında qəsəbə də vardır.
Müsüslü Hərbi Dəstəsi
Bakı Xalq Komissarları Sovetinin AXC-ni aradan qaldırmaq üçün Gəncə istiqamətində hərəkət edən bolşevik-daşnak dəstələrindən ibarət I Qafqaz qırmızı korpusunun qüvvələrinə qarşı 1918-ci ilin iyununda Müsüslü stansiyası yaxınlığındakı mövqe tutmuş milli hərbi hissə və bölmələr. == Təşkili == Onların əsasını Müsəlman Korpusu tərkibində yaradılmış Azərbaycan hissə və bölmələri təşkil edirdi. Bolşevik-daşnak qüvvələrinin Gəncəyə doğru hücumu güclənərkən Qafqaz İslam Ordusunun qərərgah rəisi Nazim bəy 1918-ci ilin iyunun 14-də Müsüslü ətrafına gələrək buradakı milli hissə və bölmələrə ümumi rəhbərliyi öz üzərinə götürdü. 1918-ci ilin iyunun 27-də Nazim bəy Gəncəyə çağırıldı. Müsüslü ətrafındakı hərbi hissə və bölmələr isə vahid komandanlıq altında birləşdirildi və ona Müsüslü dəstəsi (müfrəzəsi) adı verildi. Qafqaz İslam Ordusu komandanının əmri ilə polkovnik-leytenant Həbib bəy Səlimov bu dəstəyə komandan təyin edildi. Dəstənin tərkibinə bu Azərbaycan hissə və bölmələri daxil idi: I Tatatr süvari alayının I və II bölükləri, II Süvari alayının II bölüyü, Qarayazı süvari-piyada bölüyü, Pulemyot bölüyü, Zirehli qatar, Səhra artilleriya batareyası, Teleqraf taqımı, Göyçay əsgər bölüyü. == Döyüş yolu == Müsüslü dəstəsinə qarşı I Qafqaz qırmızı bolşevik-daşnak korpusunun I briqadası və təlimatçılar məktəbinin şəxsi heyətindən ibarət dəstə yaradılmışdı. Bolşeviklərin də zirehli qatarı var idi. 1918-ci ilin, iyulun 2-də Lazar Biçeraxovun dəstəsi də Müsüslü dəstəsinin qarşısında yerləşdirildi və cəbhə komandanlığı ona həvalə olundu.