Musluqlu (Amasiya)

Musluqlu — XIX əsrin II yarısında Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[2]

Kənd
Musluqlu
40°30′34″ şm. e. 43°51′23″ ş. u.
Ölkə  Ermənistan
Region [[Ağbaba mahalı]]
Rayon [[Amasiya rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.960 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 853 nəf. (2011)[1]
Rəsmi dili erməni dili
Xəritəni göstər/gizlə
Musluqlu xəritədə
Musluqlu
Musluqlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 17 km şimal-qərbdə yerləşmişdir.1919–1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Toponimi[redaktə | mənbəni redaktə et]

Toponim türk dilində "kran, kiçik turba kranı" (кран трубочка) mənasında işlənən musluk sözünə[3][4] -lu şəkilçisinin qoşulması əsasında düzəlmişdir. Ağbaba mahalında "daşdan düzəldilən su qabı" mənasında "mustuq" sözü işlədilir. Mustuq musluq sözünün (Azərbaycan dilində l~t səsəvəzlənməsi qanunaıuyğun haldır) fonetik variantıdır. Relyef əsasında yaranan düzəltmə toponimdir. 1947-ci ildə kənd ermənicə Lancik adlandırılmışdır. Musluqlu toponiminin danışıqda tələffüz formasıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Musluqlu dağı və kəndi, Dağıstan əyalətinin Samur dairəsində Muslyaq kəndi[5], Cənubi Sibirdə Abakan dağ belində Mustaq dağ adı[6] [126] və b. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar xalq kimi təqdim edilir[7]. Qarapapaqlar əslində azərbaycanlıların etnoqrafik qrupudur və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 150 nəfər, 1897-ci ildə 199 nəfər, 1908-ci ildə 223 nəfər, 1914-cü ildə 317 nəfər azərbaycanlı yaşamışdır[8]. 1916-cı ildə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 57 nəfər,~1926-cı ildə 82 nəfər azərbaycanlı yaşamışdır[8]. XX əsrin 30-cu illərində ermənilər məskunlaşmışlar. Kənd 1930-cu illərdə ləğv edilmişdir. İndi xaraba kənddir.[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Будагов Л.З. Сравнительный словарь турецкотатарских наречий, т., I, СПб, Типография Императорской АН, 1869. II, s.264
  4. Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.2, СПб, 1899. s.2206
  5. Пагирев Д.Д., Алфавитный указатель к пятиверстной карте Кавказа. . Тифлис. 1913.
  6. Мурзаев Э.М., Словарь народных географических терминов. . 1984.
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20
  8. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105
  9. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Муслуглу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.