Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürşidəli
Mürşüdəli — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Qazıqışlaq kənd cəmiyyətinin Mürşüdəli kəndində 550 nəfər əhali yaşayırdı, onların 507 nəfərini 92.2 %-ini ermənilər, 43 nəfərini və ya 7.8 %-ini isə tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Mürşid
Mürşid (ərəb. مرشد‎) — tərbiyəçi, müəllim. O, düz yolu, yəni İslamı göstərən, zəlalətdən hidayətə yönəldəndir. Təsəvvüfün qəbulu tələbənin seçdiyi mürşid müəllimə beyət etməsi ilə başlayır. Bundan sonra tələbəyə mürid deyirlər. Mürşidin vəzifəsi öz naşılarına təsəvvüf yolunu öyrətməkdir. İslam ilahiyyatçısı Həsən əl-Bəsrini sufizmin sələfi hesab edirdi. Mürşid kamil insan nümunəsidir. Demək olar ki, bütün İslam təsəvvüf məktəblərində Quran və Sünnənin meyarlarını həyata keçirərək, özlərində bu standartları yaşayaraq, öz tərəfdarlarını Din, Dini həyat, Tövhid, Marifetullah öyrətmək məqsədinə çatmağa aparan müəllim (hərfi mənada: hidayət edən). Ustad şagirdin tərbiyəsində oynadığı rola görə mənəvi ata sayılır.
Mürşid Balaqardaş
Mürşid Balaqardaş (?-?) - istiqlal şairi. 1918-1920 illər milli istiqlal poeziyasının nümayəndəsi. Əsərləri Azərbaycan, İstiqlal, Hürriyyət, Qurtuluş, Gənclər yurdu, Övraqi-nəfisə, Bəsirət kimi mətbuat orqanlarında çap edilmidir. Şairin silsilə Əsgər şerlərində (Əsgər hərbə gedərkən, Əsgər şərqisi, Ana deyir, Qarabağda həlak olmuş arkadaşının ruhuna ithaf, Bu günün gənclərinə və s.) vətənin fədakar oğullarına müraciət, azadlıq uğrunda mübarizəyə, milli istiqlalın qorunmasına çağırışı motivləri güclüdür. Ömrü boyu bu ideala sadiq qalan şair şerlərindən birində hərbə gedən əsgərin dilindən deyirdi: Şühədayi-Vətən şerində Mürşid dostu Məhəmməd Hadinin səsinə səs verir, vətən yolunda, Qarabağ müharibəsində şəhid olanların millətin qəlbində əbədiyyət qazandığını göstərir: Bir qaçqın cocuğun dilindən şerində şair erməni quldurlarının əzab-işgəncə verdiyi, yurd-yuvasız qoyduğu, körpə qəlbinə sağalmaz yaralar vurduğu balaca uşağın fəryadını, üsyanını dərin ürək yanğısı ilə qələmə almışdır. Yaradıcılığında Türk birliyinə, Azərbaycan türklərini milli dövlət ətrafında birləşməyə çağırış ruhlu şerlər də mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti Məhəmməd Hadi Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Mürşid Balaqardaş maddəsi.
Ağbulaq-Mürşid (Həmədan)
Ağbulaq-Mürşid - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 86 km Şimal-qərbdədir.
Müfidə İlhan
Müfidə İlhan (11 fevral 1911 – 2 fevral 1996, Bodrum, Muğla ili) — türk ictimai və dövlət xadimi. O, Türkiyədə vilayət inzibati idarəetmə vahidi səviyyəsində seçilmmiş ilk qadın bələdiyyə başçısıdır. Müfidə İlhan 19 fevral 1911-ci ildə İstanbulda anadan olub. Atası Mustafa Nazif ordu zabiti, anası Əminə evdar qadın idi. Birinci Dünya Müharibəsində atası Nafiz həlak olduğu zaman dörd yaşında idi. Müharibədən sonra Ankaraya göndərildi. Əmisi Fevzi Çakmakın himayəsində böyüdü. Ankarada ibtidai məktəbi dayısının uşaqları ilə bitirdikdən sonra təhsilini İstanbulda Qəndilli Qızlar Liseyində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra İstanbul Müəllim Məktəbində ibtidai sinif müəllimliyi üzrə təhsil aldı. 1928-ci ildə ordu zabiti Nuri Çətinkaya ilə evlənmiş və Türkiyənin müxtəlif şəhərlərində əri ilə birgə yaşadıqdan sonra ərinin hərbi attaşesi vəzifəsinə təyin olunması ilə Almaniyanın Berlin şəhərinə köçmüşdür.
Mürşüd Həşimli
Mürşüd Həşimli — Azərbaycanın əməkdar artisti, görkəmli aktyor, rejissor, tanınmış teatr xadimi, XX əsr milli teatr mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardan biri. Mürşüd Həşimli Qarabağda, Şuşada, eləcə də Füzulidə tanınmış nəsil olan Həşimli uruğuna aiddir. Bu nəslin ulu babası Hacı Qafurdur. Hacı Qafur XVIII əsrin II yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamış, ticarətlə məşğul olmuşdur. Hacı Qafurun oğlu Həşim 1789-cu ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuş, o da atası kimi ticarətlə məşğul olmuşdur. Kərbəlayı Həşimin nəslinin övladları Həşimli, Həşimov soyadını daşıyırlar. Kərbəlayı Həşim Şərəf xanımla ailə qurmuş, onların Məmmədtağı, Bağır, Sadıq, Qasım, İsmayıl, İbrahim adlı oğlanları, İmmi adlı qızları dünyaya gəlir. Kərbəlayı Həşimin beşinci oğlu İsmayıl 1855-ci ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuş, ticarətlə məşğul olmuşdu.
Mürşüd Məmmədli
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Mürşüd Məmmədov
Mürşüd Məmmədov (xanəndə)
Mürşüd Əhmədzadə
Mürşüd Ənnağıyev
Mürşüd Xanvəli oğlu Ənnağıyev - M.F. Nağıyev adına Kimya Problemləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru. Mürşüd Xanvəli oğlu Ənnağıyev 15 may 1934-ci ildə Ermənistan SSR-in Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşdur. 1943-1953-cü illərdə Ağdü kənd orta məktəbində orta təhsil aldıqdan sonra, 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1959-cu ildə ADPU-nu bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) işə qəbul olunmuş və orada kiçik elmi işçi vəzifəsində işləmişdir. 1964-cü ildə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına qəbul olmuş və oranı 1967-ci ildə bitirdikdən sonra "Alüminium-xrom-molibden oksid katalizatorlarının səthi qüvvələrinin spektrofotometrik üsulla tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə isə "Təbii seolitlərin və onların modifikasiya olunmuş formalarının qurutma və karbohidrogenlərdən olefinlərin alınması proseslərində adsorbsiya və katalitik xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək "fiziki kimya" ixtisası üzrə kimya elmləri doktoru dərəcəsini almışdır. Mürşüd Ənnağıyev 1967-78-ci illərdə Azərbaycan EA QÜFKİ-də kiçik və böyük elmi işçi vəzifələrində, 1978-85-ci illər "Adsorbsiya", 1985-ci ildən isə "Təbii ssolitlər" laboratoriyasının müdiridir. Onun əsas tədqiqat obyekti respublikamızda zəngin yataqları olan alümosilikatlardan adsorbent kimi istifadə edərək maye karbohidrogenləri, sənaye qazlarını qurutmaq və başqa qarışıqlardan təmizləməkdən ibarətdir. Həmin adsorbentlərin adsorbsiya və digər fiziki-kimyəvi xassələri tədqiq edilmişdir. Onun rəhbərliyi altında aqressiv qazları qurutmaq üçün sənaye miqyasında qurğu tikilmiş və sınaqdan keçirilərək istifadəyə verilmişdir. Mürşüd Ənnağıyev effektiv adsorbentlərini təbii alyumasilikatların əsasında sanaye qazların və maye karbonhidrogenləri qarışıqdan təmizləmək üçün alınma üsulu kəşf edib.
Muridae
Siçanlar (lat. Muridae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsi.
Muroidea
Siçankimilər (lat. Muroidea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinə aid heyvan fəsiləüstü.
Mursilər
Mursilər — Efiopiyada yaşayan etnik qrup. Mursilər mursi dilində danışırlar. Dinləri animizmidir. Əsasən şimali-şərqi Efiopiyada məskunlaşıblar. Afrikanən şərqində - Efiopiya ərazisində yerləşən Maqo qoruğunda planaetin ən qorxunc və aqressiv etnik qrupu - Mursi qəbiləsi yaşayır. Neqroid irqinin təxmini sayı 6000 nəfərə çatan əyriayaq, xəstə görkəmli bu mutantları özləri ilə daim dəyənək və ölkə ərazisinə qeyri-leqal yolla keçirilmiş Kalaşnikov avtomatı gəzdirirlər. Onlar səhər tezdən qəbul etdikləri içkilərin təsirindən günorta vaxtlarında idarəolunmaz və təhlükəli məxluqlara çevirililər. Efiopiyada mursilər kimi tanınan etnik qrupda yetkinlik yaşına çatmış qadınlar, kiçik yaşda deşərək genişlətdikləri alt dodaqlarına kiçik boşqab taxırlar. Kişilər, saçlarını ülgüclə taraş etməyi çox xoşlayırlar. Qulaqlarını deşib qab, göbələk şəklində bəzənmələr, bədənlərini bu cür ənənələrə alət edirlər.
Mursiya
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Ursidae
Ayıkimilər (lat. Ursidae) – yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Bu elədə böyük olmayan ancaq yayılma arealına görə geniş ərazini əhatə edən, müasir 8 növü özündə birləşdirən bir fəsilədir: Ursidae fəsiləsi Hemicyoninae yarımfəsiləsi † Adelpharctos † Cephalogale † Cyonarctos † Dinocyon † Filholictis † Hemicyon † Phoberocyon † Phoberogale † Plithocyon † Zaragocyon Ailuropodinae yarımfəsiləsi Böyük panda (Ailuropoda melanoleuca) † Ailuropoda microta Pei, 1962 † Ailuropoda wulingshanensis Wang et alii. 1982 † Ailuropoda baconi (Woodward 1915) † Ailuropoda minor Pei, 1962 (Pleistocene) † Amphicynodontinae yarımfəsiləsi † Allocyon † Kolponomos † Parictis Tremarctinae yarımfəsiləsi Cins Tremarctos — Eynəkli ayı Tremarctos ornatus — Adi eynəkli ayı † Tremarctos floridanus — Florida mağara ayısı † Cins Arctodus — Qısasifət ayı † Arctodus simus — Nəhəng qısasifət ayı † Arctodus pristinus — Kiçik qısasifət ayı † Cins "Arctotherium" † Arctotherium brasilense † Arctotherium latidens † Arctotherium angustidens Ursinae yarımfəsilə Qonur ayı (Ursus arctos) Avropa qonur ayısı (Ursus arctos arctos) Sibir qonur ayısı (Ursus arctos collaris) Cənubi Qafqaz ayısı (Ursus arctos syriacus) Qrizli (Ursus arctos horribilis) * Kadyak ayısı (Ursus arctos middendorffi) * Apennin qonur ayısı (Ursus arctos marsicanus) Himalay qonur ayısı (Ursus arctos isabellinus) Tibet qonur ayısı (Ursus arctos pruinosus) Yapon qonur ayısı (Ursus arctos yesoensis) Qobi qonur ayısı (Ursus arctos gobiensis) Kamçatka qonur ayısı (Ursus arctos beringianus) † Berman qonur ayısı (Ursus arctos piscator) Atlas ayısı (Ursus arctos crowtheri) † Kaliforniya qonur ayısı (Ursus arctos californicus) † Meksika qonur ayısı (Ursus arctos nelsoni) Baribal (Ursus americanus) Kermod ayısı (Ursus arctos cermoudisus) Ağ ayı (Ursus maritimus) Himalay ayısı (Ursus thibetanus) [syn. Selenarctos tibetanus] Tənbəl ayı (Melursus ursinus) [syn. Ursus ursinus] Malay ayısı (Helarctos malayanus) † Etrus ayısı (Ursus etruscus) † Mağara ayısı (Ursus spelaeus) † Kiçik mağara ayısı (Ursus rossicus) † Ursus minimus Baribal, Qonur ayı və Ağ ayı çütləşir və onlardan hibritlər alınır. Qrizli ayıları bəzən müstəqil növ kimi göstərilir.
Müəsisə
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Mürine
Mürine (fr. Murinais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38272. Kommunanın 2012-ci il üçün əhalisi 379 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 667 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Müfsid
Müfsid (ərəb. مفسد‎) — İslam dini terminidir. Əfəl-i mükəlləfindəndir. Ərəbcə "fsd" kökündən olub müfsid "fəsad törədən" mənasındadır. Lüğətdə "pozan", "fəsad törədən" deməkdir. Müfsid sözü İslam kəlamında imanı (etiqadı) batil edən vəziyyətlər və İslam fiqhində başlanmış ibadəti məhv etməklə işlənən bir termindir. Başqa sözlə desək, müfsidlər İslamda qanuni bir inancı və ya başlanmış ibadəti pozan şeylərdir. Misal üçün; İman və namazı pozmaq, nikah və həcc, zəkat, alqı-satqı kimi. Məsələn, Allahı və Quranı lənətləmək küfrdür və imanı yox edər. Namaz əsnasında gülmək dəstəmazı və namazı batil edir.
Müfidə Fərid Tək
Müfidə Fərid Tək (29 aprel 1892, Kastamonu, Kastamonu ili – 24 mart 1971, İstanbul) — türk roman müəllifi, türkçülük axınının roman sahəsindəki ilk təmsilçilərindən biri. Türkiyə İstiqlaliyyət müharibəsinə qələmi vasitəsiylə qatılmış qadın yazıçıdır. Türkiyənin ilk daxili işlər naziri Əhməd Fərid Təkin həyat yoldaşıdır. Sənət tarixçisi Əməl Əsinin anasıdır. Atası Kemahlı Mazhar paşanın oğlu və hürriyyət tərəfdarı zabit olan Şövkət bəy, anası Plevne şəhidlərindən Zaimzadə İsmayıl Əfəndinin qızı Fəridə Xanımdır. Atasının vəzifəsinə görə, ibtidai təhsilinə Trablüsqərbdə başladı. Orada hələ türk məktəbi olmadığı üçün italyanların hakimiyyəti altında olan Müqəddəs İosif Rahibə Məktəbində oxudu. Məktəbdə italyanca və fransızca öyrəndi. Bundan əlavə, xüsusi dərs vasitəsiylə ərəbcə və farsca öyrəndi. O illərdə İstanbulda olan Hərb Məktəbində qanundan kənar fəaliyyətlərə görə, Fizana sürgün edilən bir qrup tələbə arasında Əhməd Fərid ilə Yusif Akçura da var idi.
Mürşüd Məmmədov (II)
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Mürşüd Məmmədov (həkim)
Məmmədov Mürşüd Cabbar oğlu (10.3.1931—21.5.2017) - həkim.professor Professor Mürşüd Məmmədov 1931-cı ildə Zəngilan rayonunda anadan olmuşdur.1956-cı ildə Kuybışev şəhərində Hərbi Tibb Akademiyasını qızıl medalla bitirmişdir. 1954-1980-cı illərdə SSRİ silahlı qüvvələri sırasında hərbi qulluqda olmuş və polkovnik rütbəsinədək yüksəlmişdir. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adını almışdır. 1981-1984-cü illərdə Bakı şəhəri Semaşko adına 1 saylı kliniki xəstəxanasının baş həkimi işləmişdir. Oftalmologiya sahəsində 1960-cu ildən işləyir. Professor adına layıq görülmüşdür. 83 elmi əsəri, o cümlədən 1 metodik tövsiyəsi, 7 səmərələşdirici təklifi və 2 müəlliflik şəhadətnaməsi vardır. 1984-1988-ci ilə kimi institutun elmi informasiya şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 1988-2013-cu ilə gədər uşaq və yeniyetmələrdə görmənin mühafizəsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 1972-ci ildən SSRİ Səhiyyə əlaçısı döş nişanı, 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Mürşüd Məmmədov (xanəndə)
Mürşüd Səlim oğlu Məmmədov (21 avqust 1929, Muradbəyli, Ağdam rayonu – 26 aprel 1996, Bakı) — Muğam ustası, xanəndə. Mürşüd Məmmədov 1929-cu ildə cənnət Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi. Mürşüd Məmmədovun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirmişdir. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlmiş və onu bağrına basmışdir. Az keçmədi ki, Mürşüd Məmmədov Ağdam musiqi məktəbinin tələbəsi oldu. Özü də Seyid Şuşinskinin sinifində… Qarabağın hər yerində Seyidin ən ləyaqətli tələbəsi kimi böyük şöhrət qazandı. Lakin 3 ildən sonra Əhməd Ağdamski Ağdaş musiqi məktəbinə müdir vəzifəsinə və Seyid Şuşunski isə Baki musiqi texnikumuna müəllim göndərildi. Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçür. Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərir.
Mürşüd Məmmədov (əsgər)
II Mursili
II Mursili — təxminən e.ə. 1330–1295 və ya 1321–1295-ci illərdə hakimiyyətdə olmuş Het çarı. O, Het dövlətinin ən uğurlu hökmdarlarından biri hesab edilir. I Suppiluliumanın kiçik oğlu olmuşdur. == Kasklarla müharibə == II Mursilinin salnaməsində onun hakimiyyətinin 7-ci ilində peyda olan və Hayasa Azziyə basqınlar edən Pixxuniya adlı bir kask hökmdarından bəhs edilmişdir. Tipiya ölkəsində hökmranlıq edən Pixxuniya digər kask hökmdarlarından fərqli olaraq yaxınlıqdakı digər kask tayfalarını öz ətrafında birləşdirərək özünü çar elan etmişdir. Pixxuniya gündən-günə sərhədlərini genişləndirirdi, II Mursili isə onun yanına səfir göndərmiş və Pixxuniyanın götürdüyü kölələri geri qaytarmasını xahiş edərək problemi diplomatik yol ilə həll etməyə çağırış etmişdir. Pixxuniya cavabında II Mursiliyə məktub göndərərək kölələri qaytarmayacağını, hücuma məruz qalacağı təqdirdə müharibəyə başlayacağını bildirmişdir. Hər halda, nəticədə hetlərlə kasklar arasında müharibə baş tutmuş, bu zaman II Mursili Tipiyanı yerlə-yeksan etmiş və Pixxuniyanı Xattusaya gətirmişdir.
Mursiya (şəhər)
Mursiya (isp. Murcia) — İspaniyanın cənub-şərqində yerləşən Mursiya muxtar icmanın mərkəzi. 2012-ci il yanvar ayının 1-nə olan vəziyyətə görə, Mursiya əhalisi 441.354 nəfər olub ki, bu şəhərin İspan şəhərləri arasında 7-ci yeri tutur. Şəhər, "Mursia bağı" adlanan bərəkətli vadinin yaxınlığında yerləşir. Mursiya dəniz səviyyəsindən 43 metr yüksəklikdə və təxminən 882 km² ərazini əhatə edir. İndi Avropada ən çox çirklənmiş biri hesab edilən Sequra çayı Mursiyanı qərbdən şərqə doğru kəsir.
Mursiya Universiteti
Mursiya Universiteti (isp. Universidad de Murcia) — İspaniyanın Mursiya şəhərində universitet. Universitet Mursiya bölgəsində ən böyük universitetdir. 1272-ci ildə qurulan Mursiya Universiteti İspaniyanın üçüncü ən qədim universitetidir. O, Studiorum Mursiana adı altında Kastiliyalı kral X Alfonso tərəfindən təsis edilmişdir. İndiki müasir Mursiya Universiteti 1915-ci ildə qurulmuşdur və İspaniyanın müasir universitetləri arasında onuncu ən qədim universitetdir. La Mersed — köhnə şəhərin mərkəzində yerləşir Espinardo. — Mursiyadan 5 km.
Myrsine racemosa
Ocotea bullata (lat. Ocotea bullata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Laurus bullata Burch. Mespilodaphne bullata (Burch.) Meisn. Oreodaphne bullata (Burch.) Nees Quercus africana Barrow Manglilla racemosa Roem. & Schult. Myrsine racemosa (Roem. & Schult.) Steud. Scleroxylum racemosum Willd. ex Roem.
Veys Mürid (Bicar)
Veys Mürid (fars. ويسمريد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Mürşüd Məmmədov (icra başçısı)
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Mürşüd Məmmədov (Əsəd oğlu)
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Musine Kokalari
Musine Kokalari (alb. Musine Kokalari; 10 fevral 1917, Adana, Osmanlı imperiyası – 24 avqust 1983) — Alban yazıçı. Albaniyada kitabı çap edilən ilk qadın yazardır. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir. 10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür. Ədəbiyyat təhsili almaq üçün 1938-ci ildə Roma Sapienza Universitetinə daxil olmuş və 1941-ci ildə Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı olan Naim Fraşeri barəsində doktorluq dissertasiyası yazaraq təhsilini tamamlamış və ölkəsinə geri dönmüşdür. Albaniyaya döndükdən sonra xalq mədəniyyətindən ilhamlanan hekayələrini kitab halında çap etdirmişdir.
Nuridə Atəşi
Nuridə Atəşi (Qədirova) və ya Nuridə Atəşi — Məşhur azərbaycanlı yazar, Qafqazın arxeologiyası və tarixi üzrə ixtisaslaşmış alim, pedaqoq və tarixçi. Almaniyada N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, Almaniya Jurnalistlər İttifaqının "Berlin bərabər imkanlar" komitəsinin sədr müavini, Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri və Almaniya Jurnalistlər Birliyinin üzvüdür. Nuridə Qədirova - Atəşi (22 avqust 1965) Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır.