Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürşid
Mürşid (ərəb. مرشد‎) — tərbiyəçi, müəllim. O, düz yolu, yəni İslamı göstərən, zəlalətdən hidayətə yönəldəndir. Təsəvvüfün qəbulu tələbənin seçdiyi mürşid müəllimə beyət etməsi ilə başlayır. Bundan sonra tələbəyə mürid deyirlər. Mürşidin vəzifəsi öz naşılarına təsəvvüf yolunu öyrətməkdir. İslam ilahiyyatçısı Həsən əl-Bəsrini sufizmin sələfi hesab edirdi. Mürşid kamil insan nümunəsidir. Demək olar ki, bütün İslam təsəvvüf məktəblərində Quran və Sünnənin meyarlarını həyata keçirərək, özlərində bu standartları yaşayaraq, öz tərəfdarlarını Din, Dini həyat, Tövhid, Marifetullah öyrətmək məqsədinə çatmağa aparan müəllim (hərfi mənada: hidayət edən). Ustad şagirdin tərbiyəsində oynadığı rola görə mənəvi ata sayılır.
Mürşid Balaqardaş
Mürşid Balaqardaş (?-?) - istiqlal şairi. 1918-1920 illər milli istiqlal poeziyasının nümayəndəsi. == Yaradıçılığı == Əsərləri Azərbaycan, İstiqlal, Hürriyyət, Qurtuluş, Gənclər yurdu, Övraqi-nəfisə, Bəsirət kimi mətbuat orqanlarında çap edilmidir. Şairin silsilə Əsgər şerlərində (Əsgər hərbə gedərkən, Əsgər şərqisi, Ana deyir, Qarabağda həlak olmuş arkadaşının ruhuna ithaf, Bu günün gənclərinə və s.) vətənin fədakar oğullarına müraciət, azadlıq uğrunda mübarizəyə, milli istiqlalın qorunmasına çağırışı motivləri güclüdür. Ömrü boyu bu ideala sadiq qalan şair şerlərindən birində hərbə gedən əsgərin dilindən deyirdi: Şühədayi-Vətən şerində Mürşid dostu Məhəmməd Hadinin səsinə səs verir, vətən yolunda, Qarabağ müharibəsində şəhid olanların millətin qəlbində əbədiyyət qazandığını göstərir: Bir qaçqın cocuğun dilindən şerində şair erməni quldurlarının əzab-işgəncə verdiyi, yurd-yuvasız qoyduğu, körpə qəlbinə sağalmaz yaralar vurduğu balaca uşağın fəryadını, üsyanını dərin ürək yanğısı ilə qələmə almışdır. Yaradıcılığında Türk birliyinə, Azərbaycan türklərini milli dövlət ətrafında birləşməyə çağırış ruhlu şerlər də mühüm yer tutur. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Məhəmməd Hadi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Mürşid Balaqardaş maddəsi.
Ağbulaq-Mürşid (Həmədan)
Ağbulaq-Mürşid - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 86 km Şimal-qərbdədir.
Əl-Muqsit
Əl-Muqsit (ər. المقسط) - Allahın adlarından biri.
Məhəmməd Mursi
Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى‎; 8 avqust 1951 – 17 iyun 2019[…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi. == Həyatı == Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Müşrik
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür". Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir". Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır.
Abraham Merrit
Abraham Qreys Merritt (20 yanvar 1884[…] – 21 avqust 1943[…]) — ABŞ yazıçısı və amerikan bazar günü jurnalı redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir. == Həyatı == 1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür. Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merritt 1912–1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O, redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir. Merritt yaradacılığı boyunca 8 roman yazmışdır. == Şəxsi həyatı == Merritt iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. 1943-cü ildə ürək tutmasından ölmüşdür.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. == Tarixçəsi == 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Dmitri Marşin
Dmitri Marşin (15 sentyabr 1972, Mogilyov) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Dmitri Marşin Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, çəkic atma turnirində 72.85 metr nəticə göstərdi və təsnifat mərhələsini 20-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı. Dmitri Marşin 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Kürşat Duymuş
Kürşat Duymuş (d.1 fevral, 1979) - Türkiyə futbolçusu. == Karyerası == Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə Etimesgut Şekerspor klubunda atıb. Növbəti illərdə Çaykur Rizəspor, Trabzonspor, Beşiktaş, Ankaraspor, Kayserispor, Kartalspor kimi klubların heyətində çıxış edib. 2009-cu ilin sonunda Bakı ilə 1.5 illik müqavilə imzalayıb. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
La-Mürett
La-Mürett (fr. La Murette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38270. Kommunanın 2012-ci il üçün əhalisi 1827 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Margit Bara
Margit Bara (21 İyun 1928 – 25 Oktyabr 2016) — Macarıstanlı film aktrisası. O, 1956-cı il ilə 1975-ci il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Marqit (ada)
Marqit adası (Marqitsiqet; mac. Margit-sziget — Marqarita adası) — Budapeşt şəhərində yerləşən Dunay çayında ada. Ada, Macarıstanın paytaxtı Buda və Pestin iki hissəsi arasında şəhər mərkəzində yerləşir və cənubda Marqarita Körpüsü və şimalda Arpad körpüsü ilə birləşir. Adanın uzunluğu — 2,5 km, sahəsi — 0,965 km² təşkil edir. Adada tamamilə park salınmışdır , turistlər və şəhər sakinləri üçün bayramların keçiriləcəyi bir yer kimi tanınır. Adada termal su qaynaqlı bir neçə hotel var. Nəqliyyat vasitələrinin , taksi və avtobusların istifadəsi istisna olmaqla, daşınması qadağandır. == Tarixi == Macarıstanın kralı IV Bela , qızı Marqaretin monqol istilasından xilas olması vəziyyətində adanın əksər hissəsini işğal edən Dominikan monastırına bir fərman vermək üçün vəd vermişdi . İşğaldan qurtulduqdan sonra, sözünü yerinə yetirdi. Qızı 28 yaşında öldü.
Mürvət Kərimov
Kərimov Mürvət Yusif oğlu (1953, Qubadlı) — Texnika elmləri doktoru, professor. == Həyatı == Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır. 1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən artıq ixtira və elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
Mürvət Məmmədyarov
Mürvət Güloğlan oğlu Məmmədyarov (20 sentyabr 1996; Gəgəli, Ağsu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürvət Məmmədyarov 1996-cı il sentyabrın 20-də Ağsu rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 6 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürvət Şərifov
Mürvət Şərifov (tam adı: Mürvət Rəhim oğlu Şərifov; 1932, Müsəlləm, Qafan rayonu, Ermənistan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1932-ci ildə Ermənistan SSR Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Uzun müddət — 36 il "Zəngəzur mis-molibden kombinat"ında işləmişdir. 6 övlad böyüdüb boya-başa çatdırmışdır. 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. == Ailəsi == 1990-cı ilə iki övladı, — Roza və Bayram ali təhsil almış, qızları Əsmər və Kifayət orta ixtisas məktəbini bitirmişdilər. Məlahət Azərbaycan Sənaye Universitetində oxuyurdu. Sonbeşik Səadət isə məktəbli idi. == Qanlı Yanvar faciəsi == Gəlini Şərifova Fatma Əsab qızının dedikləri: Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, R. Behbudov küçəsi 77, mənzil 12.
Mürşüd Həşimli
Mürşüd Həşimli — Azərbaycanın əməkdar artisti, görkəmli aktyor, rejissor, tanınmış teatr xadimi, XX əsr milli teatr mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardan biri. == Erkən həyatı == Mürşüd Həşimli Qarabağda, Şuşada, eləcə də Füzulidə tanınmış nəsil olan Həşimli uruğuna aiddir. Bu nəslin ulu babası Hacı Qafurdur. Hacı Qafur XVIII əsrin II yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamış, ticarətlə məşğul olmuşdur. Hacı Qafurun oğlu Həşim 1789-cu ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuş, o da atası kimi ticarətlə məşğul olmuşdur. Kərbəlayı Həşimin nəslinin övladları Həşimli, Həşimov soyadını daşıyırlar. Kərbəlayı Həşim Şərəf xanımla ailə qurmuş, onların Məmmədtağı, Bağır, Sadıq, Qasım, İsmayıl, İbrahim adlı oğlanları, İmmi adlı qızları dünyaya gəlir. Kərbəlayı Həşimin beşinci oğlu İsmayıl 1855-ci ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuş, ticarətlə məşğul olmuşdu.
Mürşüd Məmmədli
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. == Həyatı == Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Mürşüd Məmmədov
Mürşüd Məmmədov (xanəndə)
Mürşüd Əhmədzadə
Mürşüd Müdahil oğlu Əhmədzadə (1 aprel 2000; Evoğlu, Tərtər rayonu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürşüd Əhmədzadə 1 aprel 2000-ci ildə Tərtər rayonunun Evoğlu kəndində Müdahil Əhmədzadənin ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə Tərtər rayon Evoğlu kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Mürşüd Əhmədzadə 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. 2019-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. Mürşüd Əhmədzadə 8 sentyabr 2020-ci ildən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçu olaraq davam etdirirdi. Azərbaycan Ordusunun əsgəri olan Mürşüd Əhmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Mürşüd Ənnağıyev
Mürşüd Xanvəli oğlu Ənnağıyev - M.F. Nağıyev adına Kimya Problemləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru. == Həyatı == Mürşüd Xanvəli oğlu Ənnağıyev 15 may 1934-ci ildə Ermənistan SSR-in Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşdur. 1943-1953-cü illərdə Ağdü kənd orta məktəbində orta təhsil aldıqdan sonra, 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1959-cu ildə ADPU-nu bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) işə qəbul olunmuş və orada kiçik elmi işçi vəzifəsində işləmişdir. 1964-cü ildə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına qəbul olmuş və oranı 1967-ci ildə bitirdikdən sonra "Alüminium-xrom-molibden oksid katalizatorlarının səthi qüvvələrinin spektrofotometrik üsulla tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə isə "Təbii seolitlərin və onların modifikasiya olunmuş formalarının qurutma və karbohidrogenlərdən olefinlərin alınması proseslərində adsorbsiya və katalitik xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək "fiziki kimya" ixtisası üzrə kimya elmləri doktoru dərəcəsini almışdır. Mürşüd Ənnağıyev 1967-78-ci illərdə Azərbaycan EA QÜFKİ-də kiçik və böyük elmi işçi vəzifələrində, 1978-85-ci illər "Adsorbsiya", 1985-ci ildən isə "Təbii ssolitlər" laboratoriyasının müdiridir. Onun əsas tədqiqat obyekti respublikamızda zəngin yataqları olan alümosilikatlardan adsorbent kimi istifadə edərək maye karbohidrogenləri, sənaye qazlarını qurutmaq və başqa qarışıqlardan təmizləməkdən ibarətdir. Həmin adsorbentlərin adsorbsiya və digər fiziki-kimyəvi xassələri tədqiq edilmişdir. Onun rəhbərliyi altında aqressiv qazları qurutmaq üçün sənaye miqyasında qurğu tikilmiş və sınaqdan keçirilərək istifadəyə verilmişdir. Mürşüd Ənnağıyev effektiv adsorbentlərini təbii alyumasilikatların əsasında sanaye qazların və maye karbonhidrogenləri qarışıqdan təmizləmək üçün alınma üsulu kəşf edib.
Bioloji mühit
Bioloji mühit — biosenozun yaratdığı ətraf mühit. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Coğrafi mühit
insan cəmiyyətinin əhatə edən , cəmiyyətin həyatı və istehsal fəaliyyəti ilə bilavasitə bağlı olan bir hissəsi.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2- inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.
Mürat İoahim
Yoahim Mürat (Murat) İoahim (25 mart 1767[…] – 13 oktyabr 1815[…]) — Fransa marşalı (1804), Neapolitan kralı (1808). == Fəaliyyəti == 1787–1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796–1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798–1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer (9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Kursiv
Kursiv – [lat. cursivus, cursus – qaçış, hərəkət; cursiva littera – əlyazma] 1) maili mətbəə hürufatı, maili yazı; 2) sitatda müəllifin nəzərə çarpdırdığı söz, ifadə və ya cümlə; 3) çap şrifti formalarından biri; 4) mətnin müəyyən hissəsini fərqləndirmək məqsədi ilə hərflərin sağa meylli, əlyazmasına bənzər şəkildə yığılması. Sözün kursivlə yığılması üçün əlyazmasında onun altında dalğalı xətt çəkilir; 5) latın və qədim yunan yazısında sürətli yazı xətti. Bu məqsədlə qələmin ucu kağızdan götürülmədiyi üçün hərflər bitişik yazılır. Bu məqalədə “şrift” və “sürətli yazı” sözləri kursivlə yığılmışdır; 6) əlyazmasını xatırladan maili mətbuat şrifti. == Tarixi == Ən qədim antik kursiv yazısı I-II əsrlərə aiddır. Bizans – yunan yazısında XI əsrdən yayılmışdır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Mersin
Mersin (köhnə adı İcəl) — Türkiyənin Mersin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Morşın
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Mullit
Mullit — mineral, Al4[6]Al4[4][O3(O0,5OHF)ïSi3AlO16]. Qatışıqları: Fe3+, Ti. == Haqqında == Mullit - rombik. Habitus prizmatik. Ayrılması {010} üzrə orta. Rəngi rəngsiz, bənövşəyi, qırmızı. Sərtliyi 6. Xüsusi çəkisi 3,03. Lavalar içərisində olan fillit və gil süxurların ksenolitlərində, şlaklarda və odadavamlı məmu­lat­larda rast gəlinir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Murabit
Əlmürabilər, əl-Mürabilər (1090-1147; əl-Murabitun, yaxud "yaşmananlar" - ləmtuna) — 150 ilə yaxın zaman ərzində Məğribin və İspaniyanın böyük hissəsinə hökmranlıq etmiş sülalə. Sonralar Əlmüvəhhidilər tərəfindən sıxışdılımışlar. Abdulla ibn Yasinin başçılığı ilə bərbər tayfalarının hərəkatı nəticəsində yaranmışdı. == Əlmürabilər Mərakeşdə == 1060-cı ildə cənubdan şimala hərəkət edərək Atlas dağlarından keçib Məğribdə 1070-ci ildə Mərakeşin əsasını qoyan bərbər tayfaları. Söhbət bərbərlərdən - müasir Mavritaniyada və Rio-de-Oro rayonlarında yaşayan köçəri maldarlardan gedir. Onların hərəkatın mərkəzi indiki Mavritaniya ərazisi idi. Burada Abdulla ibn Yasinin ribatı (xanəgahı) yerləşmişdir. Onun ardıcılları əlmürabitun ("ribatda yaşayanlar") adlanırdı. Onlar gəzərgi həyat tərzi keçirməli və din düşmənləri ilə mübarizə üçün hərb sənətini öyrənməli idilər. Hərbi rəhbərlik Ləmtun tayfası əmirlərinin (Əlmürabilərin ikinci adı - Ləmtun da buradandır) əlində idi.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Mursiya
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti. Digər Mürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Turist
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Vürtsit
Vürtsit — mineral, b - ZnS. Fe, Ge qatışıqları olur. Qrinokit ilə izomorfdur. Heksaqonal və triqonal. Eyni fiziki xassəli beş polimorf modifikasiyası vardır. Kristalları piramidal və lövhəvari. Ayrılma {100} üz­rə orta, {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kollomorf, konsentrik-şüalı, laylı, lifli. Rəngsiz, qonur, Fe miqdarından asılı olaraq qara. Parıltı qatrani, şüşəli. Nazik təbəqələri işığı keçirir.
Kursiç
Kursiç, Kursiq və ya Kürsiq (d. ? - ö. 395-ci ildən sonra) — Hun imperiyasının generalı və xaqan ailəsi üzvü. O, Hun ordusunun Sasani imperiyasına yürüşü zamanı orduya komandanlıq etmiş və müasir Azərbaycan ərazisində döyüşmüşdür. == Etimologiya == Omeljan Pritsak Kursiçin adının mənasını türk sözü kimi verməkdədir. Müəllifə görə, Kursiç sözü türk dilində cəsur, əsilzadə, güclü mənalarını verən kür-kür+ä sözü ilə, bənzər, oxşar mənalarını verən siğ şəkilçisinin birləşməsindən yaranmışdır. Otto Maenchen-Helfen isə adın qarışıq olduğunu, türk dilli ilə bir başqa dilin qarışığından əmələ gəldiyini yazır. Gerhard Doerfer adın saf Hun adı olduğunu bildirsə də, onu hər hansısa müasir dillə əlaqələndirmir. Tarixçi Hyun Jin Kim iddia edir ki, bu ad türk sözündən yaranmışdır.
Müfsid
Müfsid (ərəb. مفسد‎) — İslam dini terminidir. Əfəl-i mükəlləfindəndir. Ərəbcə "fsd" kökündən olub müfsid "fəsad törədən" mənasındadır. Lüğətdə "pozan", "fəsad törədən" deməkdir. Müfsid sözü İslam kəlamında imanı (etiqadı) batil edən vəziyyətlər və İslam fiqhində başlanmış ibadəti məhv etməklə işlənən bir termindir. Başqa sözlə desək, müfsidlər İslamda qanuni bir inancı və ya başlanmış ibadəti pozan şeylərdir. Misal üçün; İman və namazı pozmaq, nikah və həcc, zəkat, alqı-satqı kimi. Məsələn, Allahı və Quranı lənətləmək küfrdür və imanı yox edər. Namaz əsnasında gülmək dəstəmazı və namazı batil edir.