Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstəcib Ülküsal
Müstəcib Ülküsal (1899, Dobruca[d] – 10 yanvar 1996, İstanbul) — Krım tatar ictimai xadimi, "Emel" jurnalının yaradıcısı və naşiri. XIX əsrin ortalarında əcdadlarının Krımdan köçdüyü Rumıniyanın Dobruca əyalətində anadan olmuşdur. 1917-ci ildə Krımda Krım Tatar hökumətinin qurulduğunu öyrənəndə, dostları ilə Krıma gəlmiş və Foti Sala (indiki Qolubinka) kəndində müəllim işləməyə başlamışdır. Döyüşlər Krıma yaxınlaşdıqda, Avropaya qayıtmalı olur və Rumıniya və Bolqarıstanda yaşayır. Buxarest Universitetinin hüquq fakültəsini bitirmişdir, hüquqşünas kimi işləyirdi. "Tonquç" ("İlkin") mədəniyyət mərkəzini yaradır, 1930-cu ildə dostları ilə birlikdə "Emel" ("Həmlə") jurnalını nəşr etməyə başladı. 1941-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçdü. 1941-ci ilin aprel ayında Türkiyə vətəndaşlığını alır və ömrünün sonuna qədər burada yaşayır. 1942-ci ildə o, Cəfər Seyidəhməd ilə Berlinə gələrək, Krımda Milli Krım Tatar hökumətinin yaradılmasını israr edir, lakin onun bu təklifi anlayışla qarşılanmadığından Türkiyəyə qayıdır. Daha sonra türk mətbuatında Krım tatarlarının deportasiyası və kommunist rejimli ölkələrdə (Rumıniya, Bolqarıstan) onlara qarşı edilən repressiyalar barədə məqalələr dərc edir.
Ülküsal Müstəcib

Mənuçöhr Müttəki
Mənuçöhr Möttəki (fars. منوچهر متکی‎;12 may 1953, Bəndər Gəz şəhristanı, Gülüstan ostanı) — İran İslam Respublikasının xarici işlər naziri (24 avqust 2005 – 13 dekabr 2010). Manuçehr Mottaki 1953-cü ildə İranın Bəndərgəz şəhərində anadan olub. Tehran və Banqalor şəhərlərində ali təhsil alıb.İranın Türkiyədə və Yaponiyada səfiri olub. 2005-ci ilin avqust ayından 2010-cu il dekabrın 13-də qədər İran İslam Respublikasının xarici işlər naziri olub.
Murteyil
Murteyl və ya Çiçəkbulaq (1991-ci ildən sonra Geğatap) — Qaraqoyunlu dərəsində kənddir. Murteyl Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 24 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 161 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar. Murteyl kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Murtekias myrsinites
Euphorbia myrsinites (lat. Euphorbia myrsinites) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Endoisila myrsinites (L.) Raf. Euphorbia curtifolia Chaub. Euphorbia myrsinites subsp. myrsinites Euphorbia myrsinites subsp. pontica (Prokh.) R.Turner Euphorbia pectinata Albov Euphorbia pontica Prokh. Euphorbia rigida Loisel. Euphorbion myrsinitum (L.) St.-Lag. Galarhoeus myrsinites (L.) Haw.
Əl-Muntəkim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur.
Amblyseius murteri
Proprioseiopsis murteri
Proprioseiopsis murteri (lat. Proprioseiopsis murteri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü.