Murteyil

Murteyl və ya Çiçəkbulaq (1991-ci ildən sonra Geğatap) — Qaraqoyunlu dərəsində kənddir.

Murteyl
40°41′ şm. e. 45°00′ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Murteyl xəritədə
Murteyl
Murteyl

Murteyl Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 24 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 161 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.

Murteyl kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).