Əbdül Hüseynov
Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; d. 27 oktyabr 1925, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 14 may 2017, Moskva, Rusiya) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim.
Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır.
2017-ci ilin may ayında vəfat etmişdir.
Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir.
Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur.
14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib..
"Səlahəddin"
"Mustafa xanın xəzinəsi"
"Əkinçi taxtda"
Əfzələddin Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar"
"Abşerondan Ontarioyadək"
"Arzamaslı qız"
"Biz əslən Bakıdanıq"
"Yılmaz Günel"
"Mövsün Ərtoğrul"
Türk kinosu"
Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub.