Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Güştəsfi
Güştəsbi və ya Güştəsfi (Marko Polonun xəritəsində Gostazz) — Şirvanşahlar dövlətinin vilayəti. == Tarixi == Şirvanşahlar Dövlətinin XXV hökmdarı Gərşəsibin adını Kür və Araz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar. Gərşəsibin oğlu Cəlaləddin Sultanşah Güştəsfinin (indiki Beyləqan və Cəlilabad) hakimi təyin edilmişdir. Şərəf əl-Mülk Gərşəsibin digər oğlu Şirvanşah III Fəribürzün əlindən Güştəsbi şəhərini aldı. XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir.
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Musteyka
Musteyka (lit. Musteika) — Litvanın cənub hissəsində, Varenski rayonunun tərkibində kənd. 2011-ci ildə Musteykanın əhalisi 61 nəfər təşkil edir. Kənd Druskininkaydan təxminən 30 km cənub-şərqdə, Marcinkonis kəndindən 12 km cənubda yerləşir. Dainava meşəsinin (Grodno meşəsi) dərinliklərində, Musteyka çayı üzərində, Belarusiya ilə sərhəddən 5 km aralıda qərarlaşır. Bu, Litvanın ən cənub yaşayış məntəqələrindən biridir (kadastrın məlumatına görə, ölkənin ən cənub nöqtəsi Musteykaya aiddir). Kənd Cukiy Milli Parkında, ölkədə ən böyük təbiət qoruğu olan Çepkelyay bataqlıqlarından 5 km şərqdə yerləşir. Hissələr: Qaydzyay, Kazabulyau, Kones Averkov (Styaponay və Auqustelyay), Mişkinyay, Barabonay. Musteyka etnoqrafik kənddir. Kənddə ənənəvi taxta memarlıq qorunub saxlanılmışdır.
Quştəsfi
Quştəsfi — Şirvan əyalətinin qədim mahalı. Qırxçıraq şəhəri Şirvanşahlar dövlətinin Quştəsfi vilayətinin mərkəzi imiş. Şəhər 40 məhəllədən ibarət olmuşdur. Ərazi vahidi kimi bir çıraq 1000 ev olmuşdur. 40 min evdən ibarət olmuş bu şəhər Kür çayının sahilində yerləşirmiş. Sərhədləri Salyanın indiki Qaraçala qəsəbəsindən Babazanan dağına qədər bir ərazini əhatə edirmiş. Bişmiş kərpic və ağ daşdan tikilmiş evlər, dükanlar, karvansaralar, məktəb-mədrəsələr, məscidlər varmış. Quştəsfi mahalında hərbi məqsədlər üçün döyüş atları yetişdirilib. Yazılı mənbələrdə burada məhsul bolluğundan, bazarların ucuzluğundan danışılır. Şəhərdə nohurlar varmış, əhali su quşları və balıqdan yaxşı qazanc götürürmüş.
Mustafa
Mustafa — Azərbaycanda daha çox işlədilən kişi adı. Mustafa Kamal Atatürk — Türkiyə Respublikası qurucusu və ilk prezidenti, Osmanlı dövlət adamı. Mustafa Əbu əl-Yazid — "Əl-Qaida" terror şəbəkəsi qruplaşmanın Əfqanıstan qanadının lideri Mustafa Altıoxlar — ssenarist, oyunçu və fizyoterapist. Mustafa Dabo — Qəbələ FK oyunçusu Mustafa Miyasoğlu — Türk ədəbiyyatının məşhur simalarından biri Mustafa Məhərrəmov — Mustafa İrgat — Mustafa Kandıralı Mustafa Mustafayev Mustafa Mustafayev (mühəndis) Mustafa Mustafayev (professor) Mustafa xan Mustafa xan Xançobanlı — sonuncu Şirvan xanı. Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mustafa xan Şiftə — Urdu ədəbiyatının tanınmış şairi. Mustafa Vəkilov Mustafa ağa Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mustafa bəy Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Quştəsfi mahalı
Quştəsfi — Şirvan əyalətinin qədim mahalı. Qırxçıraq şəhəri Şirvanşahlar dövlətinin Quştəsfi vilayətinin mərkəzi imiş. Şəhər 40 məhəllədən ibarət olmuşdur. Ərazi vahidi kimi bir çıraq 1000 ev olmuşdur. 40 min evdən ibarət olmuş bu şəhər Kür çayının sahilində yerləşirmiş. Sərhədləri Salyanın indiki Qaraçala qəsəbəsindən Babazanan dağına qədər bir ərazini əhatə edirmiş. Bişmiş kərpic və ağ daşdan tikilmiş evlər, dükanlar, karvansaralar, məktəb-mədrəsələr, məscidlər varmış. Quştəsfi mahalında hərbi məqsədlər üçün döyüş atları yetişdirilib. Yazılı mənbələrdə burada məhsul bolluğundan, bazarların ucuzluğundan danışılır. Şəhərdə nohurlar varmış, əhali su quşları və balıqdan yaxşı qazanc götürürmüş.
Fazil Mustafa
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev; 18 fevral 1952, İsalı, Gədəbəy rayonu) — Azərbaycanlı nasir, dramaturq, esseist, filosof. Fəlsəfə elmləri doktoru (2002), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019). == Həyatı == 18 fevral 1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakıdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. Əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinatla Saatlı rayonunda müəllim işləmişdir. 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri və zabit kimi ordu sıralarından tərxis edilmişdir. 1978–80-ci illərdə Azərbaycan Televiziyasında müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. 1980–84-cü illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sonrakı illərdə elmi işçi, baş elmi işçi, habelə fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. Firuz Mustafa Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müxtəlif illərdə "Maarifçi" və "Mədəniyyət" qəzetlərinin baş redaktoru vəzifəsində çalışmışdır.
III Mustafa
III Mustafa (osm. مصطفى ثالث‎ — Mustafa-i sâlis) (28 yanvar 1717[…], Ədirnə Sarayı, Ədirnə – 21 yanvar 1774, Topqapı sarayı, Konstantinopol) — 26-cı Osmanlı sultanı və 105-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 28 yanvar 1717-ci ildə cümə axşamı günü Ədirnə sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əminə Mihrişah Sultandır. Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və anasına dəyərli hədiyyələr verildi. 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə sünnət edildi. 23 gün davam edən bu şənliklər əsnasında dövrün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed bəy də sünnət edildi. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə ilk təhsilinə başlayan Şahzadə Mustafa dini təlimlə yanaşı, hüsnxətt üzrə xəttat Vəliüddin Əfəndidən də dərs aldı. Vəliüddin Əfəndi gələcəkdə yüksələrək, səltənəti dövründə şeyxülislamlığa təyin edildi. Uşaqlıq illəri Lalə dövrünün məşhur əyləncə və saray mərasimlərində keçən Şahzadə Mustafa bütün bu mərasimlərdə digər qardaşlarıyla birlikdə atasının yanında yer aldı.
II Mustafa
II Mustafa (Osmanlı türkcəsi: مصطفى ثانى — Muṣṭafā-yi sānī; 5 iyun 1664, Ədirnə – dekabr 1703, Konstantinopol) — 22-ci Osmanlı sultanı və 101-ci İslam xəlifəsi. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultanı. == Həyatı == === İlk illəri === 2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gəlmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Gülnuş Sultandır. Doğumu səbəbilə 7 gün davam edən şənliklər keçirildi. İlk dərsini isə 5 yaşı olanda atasının lələsi Vani Mehmed Əfəndidən aldı və onun tövsiyəsilə daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. Atasının 1672-ci ildə çıxdığı birinci Lehistan səfərində onunla birlikdə Babadağa qədər getdi. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Əhmədlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1687-ci ildə atasının taxtdan endirilməsi əsnasında onun tərəfindən namizəd göstərilsə də, dövlət xadimləri yaşca daha böyük olması səbəbilə əmisi Sultan Süleymanı taxta çıxardı.
IV Mustafa
IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. == Həyatı == === İlk illəri === 8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Həmyaşıd qardaşı Şahzadə Süleymanla birlikdə 29 fevral 1784-cü ildə təntənəli bir mərasimlə ilk dini təhsilinə başladı. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür. === Səltənət illəri === Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə (Qabaqçı Mustafa üsyanı) taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı.
I Mustafa
I. Mustafa ((Osmanlı türkcəsi: مصطفى الأول 24 iyun 1591, Konstantinopol – 20 yanvar 1639, Konstantinopol) — 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir. Atası Sultan III Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir. Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur. == Həyatı == === Uşaqlıq illəri === Atası Şahzadə Mehmedin (III Mehmed) Manisa sancaqbəyliyi dönəmində dünyaya gələn Şahzadə Mustafanın abxaziya əsilli anasının adı bilinməsə də, bir çox qaynaqlarda Həlimə Sultan olduğu qeyd edilir. 1595-ci ildə atası taxta oturmuş, Şahzadə Mustafa da digər qardaşları ilə birlikdə İstanbula gətirilmişdir. İlk təhsilini sarayda alan Şahzadə Mustafa özündən 1 yaş böyük qardaşı Şahzadə Əhmədin taxta çıxmasıyla Osmanlı sülaləsinə mənsub yeganə şəxs oldu.
Mustafa (Auırqazı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Köyəzebaş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Köyəzebaş): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 25 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (64 %), başqırdlar (34 %) üstünlük təşkil edir.
Mustafa (Avurğazı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Köyəzebaş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Köyəzebaş): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 25 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (64 %), başqırdlar (34 %) üstünlük təşkil edir.
Mustafa (Bakalı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mustafa kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 46 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 91 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (71%), tatarlar (28%) üstünlük təşkil edir.
Mustafa (Saatlı)
Mustafa — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Mustafa Akkad
Mustafa Akkad (ərəb. مصطفى العقاد‎, ing. Moustapha Akkad; 1 iyul 1930, Hələb – 11 noyabr 2005[…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri. Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır. Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur.
Mustafa Akıncı
Mustafa Akıncı (d. 28 dekabr 1947) — Şimali Kipr Türk Respublikasının 2015 - 2020-ci illərdə prezidenti olub. 28 dekabr 1947-ci ildə Limasol şəhərində anadan olmuşdur.
Mustafa Altıoxlar
Mustafa Altıoxlar (1958; Ünye, Ordu), Türk rejissor, prodüser , ssenarist, oyunçu və fizyoterapist. Təhsilini TED Ankara Kolleci / İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi / Qazi Universiteti Fizika Müalicə və Reabilitasiya Magistr olaraq tamamlamışdır. İxtisas sahəsi fizyoterapiya dir. İlk həyat yoldaşı Yasemin Erkan'dan ayrılan Altıokların bu evliliyindən Arya Su adlı bir qızı dünyaya gəldi. Sarp Levendoğlu 'nun dayısının. cayip Təkliflər Behzat Ç. Bir Ankara Polisiyesi Kelebek Çıkmazı Yasak Elma Beyza'nın Kadınları Vanna Üçüncü növdən Yaxın əlaqələr Çınaraltı 3.
Mustafa Aşurov
Mustafa Babanlı
Mustafa Baba oğlu Babanlı (21 fevral 1968, Saatlı) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Mustafa Babayev
Mustafa Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.