Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstəqim Məmmədov
Müstəqim Səyyad oğlu Məmmədov (3 yanvar 1969, Yevlax) — Tərtər Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Məmmədov Müstəqim 3 yanvar 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1987–1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994-cü ildə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Müsəllim Həsənov
Həsənov Müsəllim Qaman oğlu — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).[mənbə göstərin] == Həyatı == Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub. 2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib. "Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. 2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb. İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir. İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.
Mütəllim Abbasov
Mütəllim Məhərrəm oğlu Abbasov - Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Reaktiv və dizel yanacaqları" laboratoriyasının baş elmi işçisi, Pedaqoji elmlər doktoru, kimya elmləri doktoru., == Həyatı == Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Tər-Tər rayonunda “Özbəkistan” kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakultəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən hal-hazıradək AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu — xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. == Həyatı == Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. == Həyatı == Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir.30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir.Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir. "İslahat" qəzetinin redaktor müavini, "Etiraf" qəzetinin redaktoru olmuşdur.Mütəllim Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatıdır.Ailəlidir. Bir oğlu və bir qızı var.
Mütəllim Mütəllimov
Mütəllim Kəblə oğlu Mütəllimov (1909, Ağcabədi, Şuşa qəzası – 1981, Bakı) — Azərbaycanlı xanəndə. == Həyatı == Mütəllim Mütəllimov 1909-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ muğam məktəbinin nümayəndəsi. 1930-cu ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çıxış edib. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur. 1930 illərdən M.Mütəllimov Bakıda ADF-nin solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M. Mütəllimovun repertuarında «Çahargah», «Orta Mahur», «Bayatı-Şiraz», «Mirzə Hüseyn Segahı», «Şur» muğam-dəstgahları xüsusi yer tuturdu. O, mahir təsnif ifaçısı kimi də tanınmışdı, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq «Rast» və ya «Segah» təsniflərini ifa edirdi. Muğamlara o, özünəməxsus həssaslıqla yanaşmışdır. Belə ki, «Segah» muğamının variantları onun ifasında incə lirizmi ilə, «Çahargah» və «Orta Mahur» muğamları döyüş ruhu ilə yadda qalmışdır.
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.