Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakı mütəkkəsi
Bakı mütəkkəsi - unlu Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Şamaxı mütəkkəsi
== Tərkibi == Xəmir üçün: əla növ buğda unu - 500q, yumurta - 2 ədəd, kərə yağı - 100q, süd - 1 stəkan, şəkər kirşanı - 50q, maya - 10q, duz. İçlik üçün: ərik povidlası - 150q, şəkər tozu - 100q, vanil - 1/3q, üstünə səpmək üçün şəkər kirşanı - 50q. === Hazırlanma qaydası === Maya isti süd içərisində açılır, üzərinə yumurta, duz, şəkər kirşanı əlavə edilib yaxşıca qarışdırılır. Sonra un əlavə edilib 15 dəqiqə ərzində xəmir yoğrulur. Yetişmək üçün xəmir 1,5 saat isti yerdə saxlanılır. Eyni zamanda ərik povidlası şəkər tozu ilə qarışdırılıb qatı kütlə əmələ gəlincə bişirilir və soyudulur. Xəmir 4–5 mm qalınlığında yayılıb üzərinə ərinmiş kərə yağı sürtülür və üsbucaqlar formasında kəsilir. Kəsilmiş xəmirlərin hər birinə içlik qoyulub üçbucağın təpəsi məmulatın üstündə qalmaq şərtilə burulub borucuq şəklinə salınır. Məmulat 190-200 °S temperaturda 10-15 dəqiqə ərzində qızdırıcı cihazda bişirilir.
Mürəkkəb
Mürəkkəb — Yazı alətləri və ştamplar vasitəsi ilə mətn yazmaq və ya təsvir yaratmaq üçün istifadə edilən xüsusi duru rəng. Tərkibi dəmir, sulfat və az miqdarda turşu qarışığından ibarət olan açıq mavi və ya qara bir məhlul olan mürəkkəb, bu halı ilə solğun göründüyündən içinə toz şəklində anil əsaslı boya qatılır.
Tütəkcə
Tütəkcə (lat. Angelica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Əyilən tütəkcə (Angelica anomala Ave-Lall.) Dərman tütəkcəsi (Angelica archangelica L.) (=Archangelica officinalis Hofm.) Qısagövdəli tütəkcə (Angelica brevicaulus (Rupr.) B.Fedtsch.) Daur tütəkcəsi (Angelica dahurica (Fisch. ex Hoffm.) Benth. et Hook. fil. ex Franch.
Məkkə
Məkkə (مكة) — Səudiyyə Ərəbistanında bir şəhər. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua edən müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar. Məkkə şəhəriində 1700000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəçisi sayılır. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Mürəkkəb cümlə
Mürəkkəb cümlə — iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir. Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir. Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyanır. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyanır, quşların səsi eşidilir.
Mürəkkəb efirlər
Mürəkkəb efirlər (və ya esterlər) — ümumi formulu RkE(=O)l(OH)m, haradakı l ≠ 0, olan oksiturşuların törəmələri (istər karbon və istərsə də qeyri üzvi turşuların törəmələri) formal olaraq turşu funksiyasını daşıyan karbohidrogen alkenil, aromatik və heterotsiklik) –OH qrupunda olan hidrogen atomunun əvəz olunması ilə yaranan maddələrdir, onlara həmçinin asiləvəzli spirtlərin törəməsi kimi də baxılır. IUPAC təsnifatında mürəkkəb efirlərə həmçinin spirtlərin (tiolların, selenolların və tellurolların)1 halkoqenid analoqlarının asiltörəmələri də aid edilir. Mürəkkəb efirlər, oksigen atomuna iki karbohidrogen radikalının (R1—O—R2) birləşməsi ilə alınan sadə efirlərdən fərqlənir. == Karbon turşularının mürəkkəb efirləri == Karbon turşularının mürəkkəb efirlərini iki sinfə bölürlər: ümumi formulu R1—COO—R2,— karbon turşularının mürəkkəb efirləri, R1 və R2 karbohidrogen radikallarıdır. ümumi formulu R1—C(OR2)3, olan karbon turşularının orto efirləri, haradakı R1 və R2 karbohidrogen radikallarıdır. Karbon turşularının orto efirləri ümumi formulu R—C(OR′)2—R″ olub, spirtlərin keton və aldehidlərin karbonil qruplarına birləşməsindən alınan məhsulların - ketal və asetalların funksional analoqlarıdır. Oksiturşuların tsiklik mürəkkəb efirləri laktonlar adlanır və ayrı-ayrı maddələr qrupuna daxil edilir. == Sintez == Mürəkkəb efirlərin əsas alınma metodları: Efirləşmə - turşuların katalitik iştirakı ilə karbonturşuların spirtlərlə qarşılıqlı təsirindən, məsələn sirkə turşusu və etil spirtindən etilasetatın alınması:СН3COOH + C2H5OH = СН3COOC2H5 + H2OBəzi hallarda efirləşmə reaksiyaları mürəkkəb efirlərə spirtlərin, karbon turşularının və ya mürəkkəb efirlərin təsiri ilə yenidən efirləşməsinə əsaslanır: R'COOR + ROH = R'COOR + ROH R'COOR + RCOOH = RCOOR + R'COOH R'COOR + RCOOR' = R'COOR' + RCOOREfirləşmə və ya yenidənefirləşmə reaksiyaları dönəndir. Efirləşmə və ya yenidən efirləşmə reaksiyaları zamanı tarazlığı nəzərdə tutulan maddənin alınması istiqamətinə yönəltmək məqsədilə, reaksiya nəticəsində alınan məhsullardan biri qarışıqdan çıxarılmalıdır (əksər hallarda asan uçucu spirt, efirləri, turşu və ya su reaksiya qarışığından çıxarılır; ilkin maddələr nisbətən aşağı qaynama temperaturuna malik olduğu halda isə azeotrop qarışıqdan suyu qovurlar). •Karbon turşularının anhidridlərinin və hallogenhidridlərinin spirtlərlə qaşılıqlı təsiri, məsələn etilasetatın sirkə anhidridi və etil spirtindən alınması: (CH3CO)2O + 2 C2H5OH = 2 СН3COOC2H5 + H2O•Turşuların duzlarının alkilhallogenlərlə reaksiyasından: RCOOMe + RX = RCOOR' + MeX X=(F2,Cl2,Br2,İ2) •Turşuların (o cümlədən Lüis turşularının) iştirakı ilə karbon turşularının alkenlərə birləşməsi: RCOOH + R'CH=CHR = RCOOCHR'CH2R•Turşu iştirakı ilə nitrillərin alkoqollaşdırılması: RCN + H+ → RC+=NH RC+=NH + R’OH → RC(OR')=N+H2 RC(OR')=N+H2 + H2O → RCOOR' + +NH4•Arilalkiltriazenlərlə karbon turşularının alkilləşməsilə ArN=NNHR + R1COOH → R1COOR+ ArNH2 + N2 == Xassələri və reaksiya qabiliyyəti == Aşağı molekullu karbon turşularının sadə bir atomlu spirtlərdən alınan mürəkkəb efirlər rəngsiz, uçucu, əksər hallarda meyvə iyinə malik mayelərdir.
Mürəkkəb faiz
Mürəkkəb faiz – faizlər, əsas məbləğ ilə əvvəlki dövrlərdə yığılmış və ödənilməmiş faizlərin cəmi üzərindən hesablanır. Buna “faiz üzərindən faiz” də deyilir. === C=P[(1+r)n - 1] === C - mürəkkəb faiz P - əsas məbləğ r - illik faizin əmsalı n - zaman(illərin sayı)Misal: fərz edək ki, X bankına 10000 man illik 10% faiz dərəcəsi ilə (mürəkkəb faiz) 2 illik depozit yerləşdirilmişdir. 2 ilin sonunda nə qədər məbləğ əldə ediləcəkdir: C=10000[(1+0.1)2-1]=2100 manat. Deməli bizim depozitimiz 2 ildən sonra 12100 (10000+2100)manat olacaq.
Mürəkkəb funksiya
Tutaq ki, y = φ ( x ) {\displaystyle y=\varphi (x)} və z = f ( y ) {\displaystyle z=f(y)} uyğun olaraq X {\displaystyle X} və Y {\displaystyle Y} çoxluqlarında təyin olunan funksiyalardır, eyni zamanda φ {\displaystyle \varphi } funksiyasının qiymətlər çoxluğu f {\displaystyle f} funksiyasının təyin oblastında yerləşir. Onda hər bir x ∈ X {\displaystyle x\in X} nöqtəsində qiyməti F ( x ) = f [ φ ( x ) ] {\displaystyle F(x)=f[\varphi (x)]} olan funksiya mürəkkəb funksiya və ya φ {\displaystyle \varphi } və f {\displaystyle f} funksiyalarının superpazisiyası (kompazisiyası) adlanır. z = f [ φ ( x ) ] {\displaystyle z=f[\varphi (x)]} yazılışında y {\displaystyle y} aralıq arqument, x {\displaystyle x} isə əsas arqument və ya sərbəst dəyişən adlanır, eyni zamanda φ {\displaystyle \varphi } funksiyası daxili, f {\displaystyle f} funksiyası isə xarici funksiya adlanır. Mürəkkəb funksiyada əməllər sağdan sola yerinə yetirilir, daha doğrusu öncə φ {\displaystyle \varphi } funksiyası üzərində sonra isə f {\displaystyle f} funksiyası üzərində əməllər yerinə yetirilir. Qeyd edək ki, mürəkkəb funksiyanın aralıq arqumentlərinin sayı iki və daha çox ola bilər. Məsələn, z = f ( y ) {\displaystyle z=f(y)} , y = φ ( x ) {\displaystyle y=\varphi (x)} , x = y ( t ) {\displaystyle x=y(t)} münasibətlərində aralıq arqumentlərin sayı ikiyə bərabərdir: y {\displaystyle y} və x {\displaystyle x} . Onda mürəkkəb funksiyanı belə yazmaq olar z = f ( φ ( y ( t ) ) ) {\displaystyle z=f(\varphi (y(t)))} və ya z = f { φ [ y ( t ) ] } {\displaystyle z=f\{\varphi [y(t)]}\} . Bu mürəkkəb funksiyanın «zəncirvari» yazılışıdır.
Mürəkkəb maddə
Mürəkkəb maddə — Bir neçə növ element atomlarından təşkil olunan kimyəvi birləşmə. Mürəkkəb maddələr bəsit maddələrdən fərqli olaraq böyük qruplara bölünürlər və müxtəlif növ atomlardan əmələ gəlmiş olurlar. Mürəkkəb maddələrin müxtəlif növ atomlardan təşkil olunduğunu sübut etmək üçün kimyəvi təcrübələrdən istifadə edirlər. Məsələn, suyun sabit elektrik cərəyanının tə — siri ilə oksigen və hidrogen qazlarına parçalanmasını təcrübədə asanlıqla müşahidə etmək olar. Bunun üçün içərisində su olan aşağıdakı cihazı (Hofman cihazını) dövrəyə qoşaq. Borudan çıxan qazın oksigen olduğunu, "Həyat bilgisi" kursundan bildiyiniz kimi, közərmiş çöplə yoxlamaq olar. Hidrogen qazını yoxlamaq üçün borudan çıxan qazı kiçik sınaq şüşəsinə yığıb spirt lampasının alovuna tuturuq. Bu zaman kiçik "pax" səsi eşidiləcəkdir. Hava qarışığı olmayan hidrogen isə sakit, rəngsiz alovla yanır. Deməli, su iki müxtəlif element atomlarından—hidrogen (H) və oksigendən (O) ibarətdir, yəni o, mürəkkəb maddədir.
Mürəkkəb poliefirlər
Mürəkkəb poliefirlər adətən ikiəsaslı turşuların diollarla polikondensləşməsindən alınır. Poliefirlər sırasında tereftalat turşusunun (TFT) və ya onun diametil efirinin (DME) etilenqlikolla polikondensləşməsindən alınan polietilenqlikol - tereftalatlar daha geniş tanınmışdır. Poliefirlərin sintezində iki əsaslı doymamış turşu kimi tereftal turşusu ilə yanaşı anhidrid formasında ftal turşusu və həmçinin izofital, adipin, sebasin turşusundan istifadə edilir. Bundan əlavə ikiəsaslı turşu kimi doymamış malein turşusu və fumar turşusu anhidridləri də tətbiq olunur. Polikondensləşmədə diol kimi adətən etilenqlikol, 1,4-butandiol və nəhayət 1,4-dihidroksimetiltsikloheksandan (HOCH2-C6-H10-CH2OH) istifadə edilir. Polibutilenqlikoltereftalatin sintezində tereftal turşusu ilə kondensləşmə reaksiyasında əsasən 1,4-butandiol tətbiq olunur. Mürəkkəb poliefirlər liflərin, plyonkaların, lak, emal və örtüklərin alınmasında istifadə edilir. Poliefirlər sırasında polietilentereftalat daha çox sənaye əhəmiyyətinə malikdir, ondan: lavsan, terilen, dakron və digər polietilentereftalat liflərinin və həmçinin kinofotosənayesi və qablaşdırıcı materiallar üçün möhkəm və şəffaf plyonkalar istehsalında istifadə olunur. Polietilentereftalat liflərin 293 K temperaturda və havanın 65% nəmliyi şəraitində su udması 0,3-0,4%-dir, nəm halda möhkəmlik 100%, ilmədə isə 80-90% saxlanır, burma zamanı yerdəyişmə modulu 80-150 MPa, termiki emal edilməmiş lifin qaynar suda saxlama əmsalı 5-10%, işçi temperatur intervalı 213-443K-dır. Yüksək kristallaşmaya və termiki stabilliyə malik lif əmələ gətirən polimerlər 2,6-naftalindikardon turşusu (2,6-NDK) əsasında alınır.
Mürəkkəb sözlər
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb fellər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək və s. 2) Yaxın mənalı sözlərin birləşməsi ilə.
Mürəkkəb ədəd
Mürəkkəb ədəd - 1-dən böyük sadə olmayan natural ədəddir. 4, 6, 8, 9, 10, 12, 14, 15, 16,18... Bunun əksi olan sadə ədədlər isə özünə və vahidə bölünən ədədlərə deyilir. Məsələn: 2,3,5,7,11,13,17,19,23 və s. Mürəkkəb ədədin sadə vuruqların hasili şəklində göstərilməsi sadə vuruqlara ayırma adlanır.
Qısagövdəli tütəkcə
Qısagövdəli tütəkcə (lat. Angelica brevicaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Əyilən tütəkcə
Əyilən tütəkcə (lat. Angelica anomala) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Mürəkkəb faizlər
Mürəkkəb faizlər — əmanət məbləğinə faizlərin hesablanması, ikiqat əməliyyat - faizlərin ödənilməsi və doldurulması ilə faizlər üzrə faizlərin sonrakı hesablanmasına imkan verir. Müəyyən növ bank əmanətlərində istifadə olunan faizlər üzrə faizlərin hesablanması və ya borc olduqda əsas borcun məbləğinə daxil olan və eyni zamanda faizlər daşıyan faizlər. Mürəkkəb faizlə eynidir. Kapitallaşma ilə əmanət üzrə faizlər gündəlik, aylıq, rüblük və illik hesablana bilər. Onlar ödənilmədikdə, depozit məbləğinə əlavə olunur. Növbəti dövrdə isə artıq böyük məbləğdə faizlər hesablanacaq. == Hesablanması == Mürəkkəb faizlərin hesablanması zamanı əmanətçinin alacağı ümumi məbləğ x ⋅ ( 1 + a 100 ) n {\displaystyle x\cdot (1+{\frac {a}{100}})^{n}} -a bərabər olacaq, burada x {\displaystyle x} qoyulmuş vəsaitin ilkin məbləğidir, a > − 1 {\displaystyle a>-1} — illik faiz dərəcəsi, n {\displaystyle n} — illərlə depozit müddəti. İllik s% dərəcəsi ilə əmanətlə, ilk saxlama ilindən sonra kapital onun x plus s%-i olacaq, yəni ( 1 + s 100 ) a r t a c a q . ) {\displaystyle (1+{\frac {s}{100)artacaq.}})} dəfə. İkinci ildə s% bir qəpikdən deyil, ondan ( 1 + s 100 ) {\displaystyle (1+{\frac {s}{100}})} dəfə böyük olan dəyərdən hesablanacaq.
Tabeli mürəkkəb cümlə
Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik əlaqəsi əsasında birləşməsindən yaranır. Belə cümlələrin tərkib hissələrinin qrammatik cəhətdən biri əsas, digəri isə ondan asılı olur. Əsas cümlə baş, asılı olan cümlə isə budaq cümlə adlanır. Budaq cümlə həmişə baş cümləyə aid olub, onu müxtəlif cəhətdən izah edir. Bu zaman budaq cümlə ya baş cümlənin buraxılmış cümlə üzvünün yerində işlənir, ya da ümumi məzmunla bağlı olur. Ümumi məzmunla bağlı olan şərt budaq cümlələri sadə cümləyə çevrilmir. Bəzi budaq cümlələr baş cümlənin buraxılmış üzvünün sualına cavab verir: Mən bilirdim ki (nəyi?) , hər şey bizim iradəmizdən asılıdır. Bu cümlədə baş cümlə budaq cümlədən əvvəl gəlib və baş cümlədəki buraxılmış üzvü – tamamlığı əvəz edir. Budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə verilmiş cümlə üzvünün sualına cavab olur: Mən onu da (nəyi?) bilirdim ki, əvvəl - axır torpaqlarımızı geri qaytaracağıq. O, elə (necə?) danışırdı ki, heç kəs diqqətini ondan yayındırmırdı.
Tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir. == Quruluş xüsusiyyətləri == Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi.
Fateh Təkkə
Fateh Təkkə (d. 9 sentyabr 1977, Körpübaşı, Trabzon) — Fateh Sultan ləqəbi ilə də məşhur olan Türkiyəli məşqçi və keçmiş futbolçu. Hal-hazırda ölkəsində İstanbulspor klubunun baş məşqçisidir. == Klub karyerası == === Türkiyə karyerası === Fateh Trabzon əyalətindəki kiçik Körpübaşı şəhərində anadan olub. 1994-cü ildə bölgənin əsas komandası olan Trabzonspora qatıldı. İlk komandada meydana çıxmağa başlayanda hələ yeniyetmə idi. 1994-1997 illəri arasında oynadığı 45 matçda 6 qol vurdu. 1997-1998 mövsümünün əvvəlində 24 matçda 8 qol vurduğu İzmirin Altay klubuna icarəyə verildi. Qalatasaraya 4-5 hesabı ilə məğlub olduqları oyunda het-trik etdi. Ancaq bir neçə həftə sonra oynana matçda ayağı sınan Fateh altı ay yaşıl meydanlardan kənarda qaldı.
Məkkə məscidi
Məkkə məscidi — Heydərabadda, Pəncabdakı ən qədim məscidlərdəndir. Həmçinin o, Hindistanın ən böyük məscidlərindəndir. Məkkə məscidi Heydərabadın qədim irsinə daxildir. Məhəmməd Qulu Qütb Şah “Qütb şahilər” nəslinin 5-ci hökmdarı olmuşdur. Onun təşəbbüsü ilə Məkkədən daşlar gətirilir və məscidin inşasına başlanır. Sonradan məscidə Şahın adı verilir. Məscid binası Şahın saldıracağı şəhərin mərkəzində olacaqdı. Məkkə məscidi şahın elə öz hakimiyyəti dövründə də inşa edilir. Üç tağlı fasad tək parça qranitdən yonulub. Onun hazırlanması 5 il vaxt alıb.
Məkkə teli
Məkkə çayı
Məkkə Şərifliyi
Məkkə Şərifliyi (ərəb. شريف مكة‎) və yaxud Hicaz şərifliyi — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş, ancaq müstəqilliyini tam itirməmişdi. Osmanlı İmperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsli tərəfindən idarə edilirdi. == Tarixi == 1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyl göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir.
Dörd nöqtənin mürəkkəb nisbəti
Dörd nöqtənin mürəkkəb nisbəti (ABCD) ilə işarə olunur. Proyektiv fəzanın bir düz xəttinə aid olan dörd nöqtənin mürəkkəb nisbəti üç nöqtənin sadə nisbətlərinin bölünməsindən alınan qismətə deyilir, yəni ( A B C D ) = [ A B , C ] [ A B , D ] {\displaystyle (ABCD)={\frac {[AB,C]}{[AB,D]}}} Burada [ A B , C ] {\displaystyle [AB,C]} A {\displaystyle A} , B {\displaystyle B} və C {\displaystyle C} nöqtələrinin sadə nisbətləridir. Analoji qaydada dörd düz xəttin (şüanın) mürəkkəb nisbəti təyin olunur. ( a b c d ) = [ a b , c ] [ a b , d ] {\displaystyle (abcd)={\frac {[ab,c]}{[ab,d]}}} Burada [ a b , c ] {\displaystyle [ab,c]} a {\displaystyle a} , b {\displaystyle b} və c {\displaystyle c} xətlərinin sadə nisbətidir. Mürəkkəb nisbət proyektiv həndəsənin əsas anlayışlarından biridir və proyektiv çevirmənin çox mühüm variantıdır. Dörd nöqtənin mürəkkəb nisbəti proyektiv həndəsədə bir sıra teoremlərin isbatında istifadə olunur. Məsələn, Çeva və Meneley teoremləri bu nisbətin köməyi ilə isbat olunur. Dörd nöqtənin mürəkkəb nisbəti istənilən həqiqi ədədə bərabər ola bilər. Əgər dörd nöqtənin mürəkkəb nisbəti ( − 1 ) {\displaystyle (-1)} -ə bərabər olarsa, onda o, harmonik dördlük adlanır. == Ədəbiyyat == M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti.
Məkkə döyüşü (1813)
Məkkənin Osmanlı İmperiyasına qaytarılması, Məkkə döyüşü (türk. Mekke'nin Osmanlıya Dönüşü) — Osmanlı-Səudiyyə müharibəsi dövründə Ciddə ələ keçirildikdən bir neçə gün sonra baş verən döyüş. Birinci Səudiyyə dövlətinin ordusu və Məkkədə olan 1000 şəxs Kavalalı Mehmed Əli Paşaya və Tusun Paşaya təslim oldu. Beləcə, Məkkə yenidən Osmanlı İmperiyasının tərkibinə qatıldı. == İstinadlar == == Mənbə == Facey, William & Grant, Gllian: Saudi Arabia by the First Photographers . ISBN 0-905743-74-1 Captain G. S. Froster : 'A trip Across the Peninsula – Rehla Abr Al-Jazeera, (Arabic). Mombai – India, 1866.