Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəki Mürən
Zəki Mürən (türk. Zeki Müren; 6 dekabr 1931[…], Bursa – 24 sentyabr 1996[…], İzmir[…]) — Türkiyə müğənnisi. Zəki Mürən 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. Muarem Makedoniyada doğulsa da, əslən türkdür. Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Bill Mürrey
Bill Mürrey (ing. William James Murray; doğ. 21 sentyabr 1950) — amerika akyoru, «Qızıl Qlobus» BAFTA mükafatları laureatı. == Həyatı == Bill Mürrey 1950-ci il sentyabrın 21-də ABŞ-nin İllinoys ştatında anadan olub. Əslən irlandiyalı, katolik idilər. Yezuit məktəbində oxumuşdu. Mürrey "Qızıl qlobus" və "BAFTA" mükafatları laureatıdır. Mürreyi məşhurlaşdıran "Kabus ovçuları", "Tərcümənin çətinlikləri", "Sınmış çiçəklər" kimi filmlərdir. Amerikalı yazıçı Denni Rubinin hekayəsinin motivləri əsasında 1993-cü ildə rejissor Harold Remisin çəkdiyi fantastik komediya olan "Marmot günü" filmində baş rolları Bill Mürrey və Endi Makdauell oynamışdılar.
Brendan Murrey
Brendan Mürrey (ing. Brendan Murray; d. 16 noyabr 1996, Qoluey, İrlandiya) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === 2014-2016: Hometown qrupu === 2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir. === 2017-indiki zaman: Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.
Cozef Mürrey
Cozef Edvard Mürrey (ing. Joseph Edward Murray, [mɜ'riː]; 1 aprel 1919[…] – 26 noyabr 2012[…], Boston) — Amerikalı cərrah-transplantoloq, ilk böyrək nəqli əməliyyatı keçirmişdir. 1990-cı ildə Edvard Tomas ilə birlikdə "xəstəliklərin müalicəsində orqan və hüceyrə nəqli ilə bağlı kəşflərinə görə" Tibb üzrə Nobel Mükafatını aldı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1993), Papa Elmlər Akademiyasının üzvü (1996). == Bioqrafiyası == Cozef Mürrey 1 aprel 1919-cu ildə Milfordda anadan olub. Uşaqlıq və gənclik illərində Mürrey bir çox idmanla məşğul olurdu (Amerika futbolu, hokkey, beysbol). Müqəddəs Xaç Kollecinə yazıldıqda və beysbol oyunçusu olmağa hazırlaşanda laboratoriya hərəkətlərinin məşqlə üst-üstə düşdüyü ortaya çıxdı. Nəticədə beysboldan imtina etmək məcburiyyətində qaldı. Kolleci bitirdikdən sonra Mürrey Harvard Universiteti Tibb Məktəbində tibb təhsili aldı, sonra hərbi xidmətə başladı və Pensilvaniyadaki Valey Forqe Ordu Xəstəxanasında cərrahiyyə təhsili aldı. 1990-cı ildən bəri, Cozef Edvard Mürrey Papa Elmlər Akademiyasının üzvüdür.
Murrey çayı
Murrey (ing. Murray) — Avstraliyanın ən uzun çayıdır. Darlinq çayı ilə birlikdə dünyanın ən uzun çay sistemlərindən birini əmələ gətirir. Çay hövzəsinin sahəsi 1000000 km² təşkil edir. Viktoriya (ştat) və Yeni Cənubi Uels ştatları ərazisindən axır. Öz başlanğıcını Avstraliya Alpından götürür. Keçmişdə çay dəfələrlə məcrasını dəyişmişdir. İrriqasiyaya cəlb edilməsi naviqasiyaya imkan vermir. Sahillərində çoxlu sayda dovşanın yayılması böyük erroziyaya səbəb olmuşdur. Əsas qolları: Darlinq, Marrambici, Laxlan, Qolborn çayə, Kampaspe, Loddon.
Murrey şamı
Şimali Amerika nın şimal-qərbində bitir. Hündürlüyü 25 m-ə qədər olan, düz, piramida çətirli ağacdır. Gövdəsi nazik, açıq-qonur rəngli, hamardır, diametri 40 sm-dir. Açıq yaşıl rəngli, uzunluğu 5-7 sm olan iynəyarpaqları cüt-cüt yerləşən cod, çox vaxt burulmuş formalıdır. 4-5 il yaşayır. Qozaları qonur və ya qırmızı-qonur rəngli, uzunsov-yumurtavarı formalıdır, uzunluğu 6 sm-dir. Zoğa yapışıb, budaqlarda 10 ilə qədər qalır. Alt budaqları tez məhv olur, ancaq ağacda uzun müddət qalır. Qışda ağacın sıx çətiri çoxlu qarı uzun müddət üzərində saxladığına görə, qar əriyən vaxt ağırlıq nəticəsində ağacların kökündən qopmasına səbəb olur. Soyuğa və kölgəyə davamlıdır, tez böyüyür, torpağa az tələbkardır, ancaq rütubətli tropaqlarda yaxşı inkişaf edir.
Mürrey Rotbard
Mürrey Nyyuton Rotbard (ing. Murray Newton Rothbard; 2 mart 1926, Nyu-York, Nyu-York ştatı, ABŞ – 7 yanvar 1995, Nyu-York, ABŞ[…]) — amerikalı siyasi filosof, iqtisadçı, Avstriya iqtisadi nəzəriyyə məktəbinin nümayəndəsi və tarixçi,, əsərləri və şəxsi təsir müasir libertarizmin inkişafında böyük rol oynamışdır Rotbard anarxo-kapitalizm və libertarianizmin qurucusu və aparıcı nəzəriyyəçisi, tarixi revizionizmin qatı tərəfdarı və XX əsrdə amerikalı libertarist hərəkatın mərkəzi simalarından biri idi. Siyasi nəzəriyyə, revizionist tarix, iqtisadiyyat və digər mövzularda iyirmi kitab yazmışdır. Rotbard, "korporativ dövlət inhisar sistemi" tərəfindən göstərilən bütün xidmətlərin özəl sektor tərəfindən daha təsirli bir şəkildə təmin edilə biləcəyini müdafiə edərək, dövlətin "sistemləşdirilmiş və genişmiqyaslı bir soyğunçuluq təşkilatı" olduğunu yazdı. Fraksiya ehtiyat bankçılığını bir saxtakarlıq növü adlandırdı və mərkəzi bankçılığa qarşı çıxdı. Rotbard, digər xalqların işlərinə hərbi, siyasi və iqtisadi müdaxiləyə qəti şəkildə qarşı çıxır. Müdafiəçisi Hans-Hermann Hoppe görə, "Rotbard olmasa burada danışılacaq bir anarxo-kapitalist hərəkatı olmazdı." Rotbardın valideynləri, sırasıyla Polşa və Rusiyadan ABŞ-yə gələn yəhudi mühacirləri David və Rey Rotbard idi. David kimyaçı idi. Mürrey Nyu-Yorkda yerləşən Borç Uoten şəxsi məktəbində oxuyurdu. Daha sonra Bronksda iştirak etdiyi "alçaldıcı və bərabərlikli dövlət məktəbi sistemindən" Borç Uoten məktəbini seçdiyini söylədi.
Ceyms Mürre
Ser Ceyms Oqastes Henri Mürre (d. 7 fevral 1837-ci il, Denholm, Şotlandiya - 26 iyul 1915-ci il, Oksford) — Böyük Britaniya leksikoqrafı. "İngilis dilinin yeni lüğəti"nin redaktoru (sonradan "İngilis dilinin Oksford lüğəti" adını aldı). == Həyatı == Ceyms Mürre Şotlandiyanın Denholm kəndində tacir ailəsində anadan olub. Ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə 14 yaşında özəl məktəbi buraxmalı olub. 17 yaşında Xoikada ibtidai məktəbdə dərs deməyə başlayır. Gənclik illərində Mürre həm bank katibi, həm də müəllim işləmiş, lakin digər sahələrə, xüsusilə də filologiyaya həmişə böyük maraq göstərmişdir. İngilis Filoloji Cəmiyyətinə üzv olması və 1868-ci ildə nəşr olunan Şotlandiya dialekti haqqında kitabı ona bir çox mühüm elmi əlaqələr qurmağa imkan verdi. 1861-ci ildə öz gələcək həyat yoldaşı Meqqi Skot ilə tanış olub. İki ildən sonra qızları anadan olur, ancaq tezliklə tuberkulyozdan vəfat edir.
Merəç (Baymak)
Merəç (başq. Мерәҫ, rus. Мерясово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Merəç kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 12 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 57 km. Tanalık çayının sahilində yerləşir.
Mureş (judets)
Mureş judetsi (rum. Județul Mureș) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 6714 km². Şərqdə — Xarqita, qərbdə — Alba və Kluj, şimalda — Bistritsa-Neseud və Suçava, cənubda — Sibiu və Braşov. 2007-ci ildə əhalinin sayı 581 759 nəfər təşkil edirdi, sıxlığı — 86,64 nəf./km². Judetsə 4 bələdiyyə, 7 şəhər və 91 kommuna daxildir.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Mureş çayı
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Turəc Atabəki
Turəc Atabəki (23 fevral 1950, Tehran) — Amsterdam Universitetinin tarix kafedrasında "Orta Şərq və Mərkəzi Asiya Sosial tarixi" professorudur. O, İranın erməni mənşəli atabəki xanədanına mənsubdur. Turəc Atabəki, həmçinin Cənubi Azərbaycanlılar üzrə mütəxəssisdir. O, paniranistdir və Azərbaycan tarixi və azərbaycanlılara qarşı mövqeyi var.
Harlanlewisia murex
Scutellaria sarmentosa (lat. Scutellaria sarmentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.
Albert Edvard Mürrey
Albert Edvard Mürrey (ing. Albert Edward Murray; 1935) — ABŞ botaniki. == Elmi fəaliyyəti == == Научная деятельность == Albert Edvard Mürrey toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Əsərləri == Nuevas Combinaciones de Subespecies Asiáticas de Acer. «Morris Arboretum Bulletin». Murray, AE, AO Klein. Relationship between Photoconvertible & Nonphotoconvertible Protochlorophyllides. Plant Physiology 48: 383—388. 1971. == İstinadlar == == Ədəbiyyat == Prunus pojarkovii A.E.Murray in Kalmia, 1: 31 (1969).
Ayven Mürrey Conston
Ayven Mürrey Jonston (ing. Ivan Murray Johnston (1898-1960)) - ABŞ botaniki. == Müəyyən etdiyi taksonlar == Fitzroya cupressoides Leucophyllum frutescens Astragalus sprucei Euplassa Euplassa occidentalis Fuchsia hypoleuca == Xarici keçidlər == Robert Jan 'Roy' van de Hoek: Restoration and Recovery for Elna Bakker, and Ivan Johnston. "R&R" for the Playa del Rey Frogs and Plants.
Ayven Mürrey Jonston
Ayven Mürrey Jonston (ing. Ivan Murray Johnston (1898-1960)) - ABŞ botaniki. == Müəyyən etdiyi taksonlar == Fitzroya cupressoides Leucophyllum frutescens Astragalus sprucei Euplassa Euplassa occidentalis Fuchsia hypoleuca == Xarici keçidlər == Robert Jan 'Roy' van de Hoek: Restoration and Recovery for Elna Bakker, and Ivan Johnston. "R&R" for the Playa del Rey Frogs and Plants.
Fort Mak-Murrey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Nikolas Mürrey Batler
Nikolas Myurrey Batler — (2 aprel 1862 - 7 dekabr 1947) Amerikalı filosof, diplomat və pedaqoq. Batler Kolumbiya Universitetinin prezidenti, Karnegi Beynəlxalq Sülh Vəqfinin prezidenti, Nobel sülh mükafatı laureatı və 1912-ci ildə Vilyam Hovard Taftın Amerika Birləşmiş Ştatları prezident seçkilərində iştirak edən rəqibi idi. O qədər tanınmış və hörmət qazanmışdı ki, The New York Times hər il onun xalqa Milad salamını çap edirdi. Morqan Con Risin nəvəsi Batler, Nyu-Cersidə Elizabet şəhərində, Meri Batler və istehsalçı Henri Batlerin ailəsində anadan olub. Kolumbiya kollecində (daha sonra Kolumbiya Universiteti) qeydiyyatdan keçdi və Peitoloqlar Cəmiyyətinə qatıldı. Bakalavr dərəcəsini 1882-ci ildə, 1883-cü ildə magistr dərəcəsi və 1884-cü ildə doktorluq dərəcəsini qazandı. Batlerin akademik olması və digər uğurları, Teodor Ruzveltin ona "Nikolas Mirakulus" deməsinə səbəb oldu. 1885-ci ildə Batler Paris və Berlində oxudu və gələcək Dövlət katibi Eliu Rutun ömürlük dostu oldu. Rut vasitəsilə Ruzvelt və Vilyam Hovard Taft ilə də tanış oldu. 1885-ci ilin payızında Batler Kolumbiya Universitetinin fəlsəfə şöbəsinin heyətinə qatıldı.
Qreys Mürrey Hopper
Qreys Mürrey Hopper (ing. Grace Murray Hopper; 9 dekabr 1906, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 1992, Arlinqton dairəsi, Virciniya[…]) — Amerikalı hərbçi, kontradmiral, proqramçı. Qreys Mürrey Hopper 9 dekabr 1906-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Qreys Mürrey Hopper ilk işləyən kompilyatorun və Cobol proqramlaşdırma dilinin müəllifi, amerikalı hərbçi, kontradmiral, proqramçıdır. Mark I kompüteri üçün proqram təminatını yaratmış Hopperin şərəfinə ABŞ-də mina gəmisi USS Hopper (DDG-70) adlandırılmışdır. O, dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilinin yaradıcısı, həmçinin "kompilyasiya" və "kompilyator" terminlərinin müəllifidir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Çad Maykl Mürrey
Çad Maykl Mürrey (ing. Chad Michael Murray; d. 24 avqust 1981, Buffalo, Nyu York, ABŞ) — Amerikalı kino aktyor və model. Çad 24 avqust 1981-ci ildə Buffaloda anadan olmuşdu. Çadın 4 qardaşı var: Reks, Nik, Brendon və Tayler, həmçinin Şennon adında bacısı var. Çadın 10 yaşı olanda onun anası ailəni atıb. Məktəbi bitirdikdən sonra o bir neçə vaxt qəzet daşıyıcısı qismində işləyib. Sonralar Çad həmçinin Gucci firması üçün model karyerasında da işləyib. Kino karyerasına 2000-ci ildə debüt eləyib. 2005-ci ildə Çad aktrisa Sofiya Buş ilə evləndi.
Murçe Xort döyüşü
Murçe Xort döyüşü — Nadir xanın II Təhmasibi Səfəvi taxtında bərpa etmək üçün apardığı kompaniyada qazandığı son böyük döyüş. Əşrəf Xvar keçidində Nadirin qoşunlarının qarşısını ala bilmədi əksinə öz qoşunları mühasirəyə alındı və pusquya düşürüldü. Əfqanlar bu döyüşdə rəqib ordu ilə ayaqlaşmaq üçün öz ənənəvi taktikalarını dəyişdilər, bu da ordularının gücünün daha da azalması ilə nəticləndi. Çünki ordu yeni sistemə uyğunlaşa bilmədi. Qələbə İsfahana cənubdan gedən yolu açdı və Səfəvi hakimiyyətinin bərpa edilməsi ilə nəticələndi. Lakin bir neçə il sonra Nadir səfəviləri hakimiyyətdən saldı. Əşrəf İsfahana çatdıqdan sonra təxminən 3.000 yerli aristokratı və din adamlarını edam etdi. Əşrəf Mehmandust döyüşündə məğlub olduqdan sonra İsfahanda ona qarşı üsyan olacağından qorxurdu və qırğınlarla üsyanın qarşısını başlamamış ala biləcəyini düşünürdü. Həmçinin bu zaman Nadirin qoşunları da böyük sürətlə İsfahana yaxınlaşırdı. İsfahanda üsyana rəhbərlik edə biləcək şəxslərin öldürülməsi Əşrəfi şimalda İsfahan üsyançıları ilə cənubdan gələn Nadirin qoşunları arasında qalmaqdan xilas etdi.
Mure (Fransa)
Mure (fr. Mouret, oks. Moret de Dordon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12161. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 20 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 538 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 321 nəfər (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.8%, 1999-cu ildə 70.2%).