Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brüs İsmey
Brüs İsmey (12 dekabr 1862[…] və ya 1862, Krosbu[d], Mersisayd[d] – 17 oktyabr 1937[…], Meyfer[d], Böyük London) — Vayt Star Layn şirkətinin direktoru. Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Qərb cəbhəsində bişey-mişey var?
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) - Erix Mariya Remark tərəfindən 1929-ci ildə yazılmış roman. == Haqqında == Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Məsmə Aslanqızı
Məsməxanım Aslan qızı Ağaverdiyeva (Məsmə Aslanqızı; 11 fevral 1978, Bakı) — Azərbaycan teatr və kino aktrisası, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı. == Həyatı == Məsmə Aslanqızı 1978-ci ildə Bakıda dünyaya gəlib. Atası 20 yanvar şəhidi Aslan Ağaverdiyevdir. 1995-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Elçinin "Ah, Paris!…Paris!.." satirik komediyasını tamaşaya hazırlayarkən onu Nurbəniz roluna dəvət edib. 1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır. Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 2008-ci ilin mayında "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" tamaşasında uğurlu roluna görə "Humay" mükafatına, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Ailəlidir. İki qızı var.
Məsmə Ağaverdiyeva
Məsməxanım Aslan qızı Ağaverdiyeva (Məsmə Aslanqızı; 11 fevral 1978, Bakı) — Azərbaycan teatr və kino aktrisası, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı. == Həyatı == Məsmə Aslanqızı 1978-ci ildə Bakıda dünyaya gəlib. Atası 20 yanvar şəhidi Aslan Ağaverdiyevdir. 1995-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Elçinin "Ah, Paris!…Paris!.." satirik komediyasını tamaşaya hazırlayarkən onu Nurbəniz roluna dəvət edib. 1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır. Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 2008-ci ilin mayında "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" tamaşasında uğurlu roluna görə "Humay" mükafatına, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Ailəlidir. İki qızı var.
Məsmə Məmmədova
Məmmədova Məsmə Müseyib qızı (d. 28 avqust 1923, Salyan) — Azərbaycan idmançısı, gimnast. SSRİ idman ustası (1949), Azərbaycan SSR əməkdar məşqçisi (1957), Ümumittifaq dərəcəli hakim (1958). == Həyatı == 1950-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1950-1970-ci illərdə AzDBTİ-də müəllim, 1970-ci ildən Azərbaycan İncəsənət İnstitutunda bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir. == Uğurları == Gimnastika üzrə Azərbaycan çempionu (1937-38), beynəlxalq yarışların iştirakçısı və mükafatçısı olmuşdur.
Disney+
Disney+ — "The Walt Disney Company" şirkətinə məxsus abunə əsaslı ABŞ video striminq xidməti. Platforma əsasən "Walt Disney Studios" tərəfindən istehsal olunan film və teleserialları yayımlayır, həmçinin "Disney", "Pixar", "Marvel", "Ulduz müharibələri" və "National Geographic" brendlərinin məzmununu reklam edir. "Disney+" platformasında orijinal filmlər və seriallar yayımlanır. "Disney+" 12 noyabr 2019-cu ildə ABŞ, Kanada və Niderlandda fəaliyyətə başlamışdır. Bir həftə sonra xidmət Avstraliya, Yeni Zelandiya və Puerto-Rikoda, 24 mart 2020-ci il tarixindən isə bəzi Avropa ölkələrində əlçatan olmuşdur.
Kiştəy
Kiştəy - türk və altay mifologiyasında başdan çıxarıcı Tanrıça. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Səkkiz gözü vardır. Qara bir tülküyə çevrilə bilər. İnsanları zina etməyə, evlilik xarici əlaqələr qurmağa itələyər. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Erkədir). == Etimologiya == (Kiş) kökündən törəmişdir. Kişi və kişnəmə sözləriylə eyni kökə malikdir.
Minqey
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Mişleş
Mişleş (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunda kənd. Mişleş (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd.
Moisey
Moisey — ad. Moisey Kalankatlı — tarixçi. Moisey Şaxnoviç — Sovet İttifaqı Qəhrəmanı. Moisey Bainov Moisey Qusman Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu. Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu.
Niamey
Niamey (fr. Niamey) — Nigerin paytaxtı, eyniadlı departamentin mərkəzi, Niger çayı üzərində liman. Əhalisi 1 milyon nəfərdən çoxdur (2011). 1926–1960-cı illərdə Fransanın Niger ərazisinin inzibatı mərkəzi, 1960-cı ildən müstəqil Niger dövlətinin paytaxtı. == Əhalisi == Niyameydə əhali artımi sürətlə artır. 1960-cı iləd əhali 30 min nəfər idisə, 2008-ci ildəəhali sayı 1 milyonu keçdi. Əhalinin 90 % müsəlmandır. Böyük etnik qruplar: sonqay və cerma, əhalinin 51,1 % təşkil edirlər; xausa xalqı 34,4 %-dir. == İqtisadiyyat və mədəniyyəti == Şəhərdə nəqliyyat qovşağı və Amani Diori adına Beynəlxalq Aeroport vardır. Toxuculuq fabriki,ət kombinatı, un dəyirmanı fəaliyyət göstəriri.
Piqmey
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı. Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijor Digər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Disney
The Walt Disney Company (Volt Disney Kompani və ya sadəcə Disney) — əyləncə sənayesi üzrə dünyanın ən böyük konqlomeratı. 1923-cü ildə Volt və Roy Disney qardaşları tərəfindən əsası qoyulmuşdur.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Şişmə
Şişmə (Avurğazı) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Şişmə (Sultanmurad) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Erekle Şişmə (Askın) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Şişmə-Urakay (Askın) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Yeni Şişmə (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd.
Alfred Sisley
Alfred Sisley (ing. Alfred Sisley;30 oktyabr 1839[…], Paris[…] – 29 yanvar 1899[…]) — ingilis əsilli fransız rəssam-peyzajist, impressionizm cərəyanının nümayəndəsi. == Həyatı == Alfred Sisley 1899-cu il yanvarın 29-da, 1880-ci ildən etibarən çoxsaylı mənzərələrini çəkdiyi Moret-sur-Loing şəhərində vəfat etmişdir. Sisleyin timsalında, yaşadığı dövrdə uğura nail ola bilməyən yeganə dahi impressionist itirilmişdir. Paul Durand-Ruel və George Petit kimi incəsənət xadimlərinin ona maddi və mənəvi yardım təklifləri irəli sürməsinə, həmçinin onun əsərlərini Parisdə və əcnəbi ölkələrdə sərgiləməyə səy göstərməsinə baxmayaraq, Sisley layiq olduğu müvəffəqiyyəti sağlığında qazanmamışdır. Bununla belə, vəfatından bir il sonra – 6 mart 1900-cü ildə onun "Port-Marlidə daşqın" ("ing. Flood at Port-Marly") adlı əsəri hərracda Count İsaac de Camondo tərəfindən alınarkən, qiyməti yüksək məbləğə qaldırılır. Beləcə, sağ ikən onu tərk etmiş uğur, vəfatından cəmi bir il keçdikdən sonra, adı vasitəsilə qazanıldı. Sisley, impressionizm peyzajlarında təbiətin ən çox hiss edilməyən nüanslarını belə qabarıq şəkildə ifadə etməyə müvəffəq olan Corot və Mone kimi sırf peyzaj rəssamı idi. === Əsli === Əslən ingilis olan Sisley 1839-cu ildə, Parisdə doğulmuşdur.
Disney Channel
Disney Channel — ABŞ-dən 24 saat yayımlanan televiziya kanalı. Kanal cizgi film və seriallar yayımlayır. Hədəf kütləsi ilk qurulduğunda 7 yaş qrupu uşaqlar olsa da zamanla dəyişmiş; proqramların məzmunu dəyişdikcə, izləyənlərin də yaş həddi də artmışdır. Kanalın sahibi Volt Disney şirkətidir.
Disney Junior
Disney Junior — məktəbəqədər uşaqlar üçün telekanal.
Disney XD
Disney XD — efirə əsasən uşaq-yeniyetmə animasiya teleserialları yayımlayan The Walt Disney Company-yə məxsus rəqəmsal və peyk televiziyasının amerikan telekanalı. Yayım şəbəkəsinə 13 fevral 2009-cu ildən «Toon Disney» şirkətinin varisi olaraq başlamışdır. Onun hədəf auditoriyası — 6 yaşından 16 yaşına qədər olan oğlanlar və qızlardır. O, həmçinin yeniyetmələr üçün nəzərdə tutulmuş bəzi proqramları da yayımlayır. Bundan başqa, kanal ya kabel və peyk provayderləri tərəfindən təklif olunan ispan dili şəbəkə paketinin bir hissəsi kimi satılan ayrıca bir kanal kimi, ya da sistemə bağlı SAP seçimi ilə ayrıca audio xətt kimi ispan dilində audio müşaiyəti ilə təklif olunur. Bu kabel şəbəkəsindən alınan HDTV 720 p formatını seçən ABC/Disney şəbəkələrində peyk televiziyası provayderləri və telco IPTV provayderləri kimi bəzi digər kabel şəbəkə provayderləri tərəfindən də təklif olunur. == Tarixi == Disney XD 13 fevral, 2009-cu ildə şərq vaxtı ilə saat 12:00-da “Fines və Ferb” cizgi filminin “Biz qruplarımızı yenidən birləşdiririk” adlı epizodu ilə yayımlanmağa başlamışdır. Televiziya kanalı elə həmin gün şərq vaxtı ilə saat 19:00-da özünün ilk teleserialı olan “Əsl Aron Stoun” teleserialını çıxardı; iki hissənin premyerasının birinci hissəsi eyni vaxtda Disney XD və Disney Channel-da yayımlandı. Kanalın ilkin tərkibinə daxil olan yeni cizgi filmləri “Кid vs. Кet” və «JimmyTwo-Shoes» idilər.
Fridek-Mistek
Fridek-Mistek (çex. Frýdek-Místek [ˈfriːdɛk ˈmiːstɛk], keç. alm. Friedeck-Mistek‎) Çex Respublikasının şərqində, Morav-Sileziya bölgəsində, Ostravitse çayında yerləşən şəhər. Fridek-Mistek inzibati rayonunun mərkəzidir. == Tarix == Şəhər, Teşin Sileziyasının mərkəzi olmuş Fridek şəhərinin Morav Misteki ilə birləşməsi nəticəsində (1943-cü ildə) yaranmışdır. İkinci dünya müharibəsi zamanı şəhər sadəcə Fridek adlanırdı, müharibədən sonra iisə ona indiki adı vermişdilər. == Məşhur Fridek'lilər == Otakar Parjik (1901-1955) çexiyalı dirijor, Fridekdə anadan olmuşdu Tomaş Qalasek (1973) çexiyalı futbolçu == Qardaş şəhərlər == Polşa, Belsko-Biala Polşa, Mıslovitse Slovakiya, Jilina ABŞ, Ames, Ayova Yunanıstan, Nikaia Rusiya, Urjupinsk Belçika, Harelbeke == Qalereya == === Web link === http://www.frydekmistek.cz/ Oficiální stránky http://www.frydecko-mistecko.cz/ Regionální internetové noviny pro Frýdek-Místek a okolí http://www.bazilika.net/ Arxivləşdirilib 2007-07-01 at the Wayback Machine Římskokatolická farnost sv.
Miduey döyüşü
Miduey döyüçü (ing. Battle of Midway; yap. ミッドウェー海戦) — ABŞ Donanma Kəşfiyyatının gizli yapon yazışmalarını açması Pörl-Harborda köməyə yetməsə də Miduey döyüşündə (4-7 iyun 1942) onlara parlaq qələbə qazandırmışdı. Qələbənin əhəmiyyətini göstərmək üçün bir faktı xatırlatmaq kifayət edər: Yaponiya donanmasının 300 illik məğlubiyyətsizlik seriyasına Midueydə son qoyulmuşdu. Miduey döyüşündən sonra Yaponiya bir daha Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədi.
Miduey rifi
Miduey rifi – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən adası.
Miduey çayı
Miduey çayı — İngiltərə çayıdır. Kent və Şərqi Susseks qraflığının ərazisindən keçir. Şirness şəhəri yaxınlığında Temza çayına tökülür. Hövzəsinin sahəsi 2409 km² (930 mil²). == Coğrafiyası == Çayın suyundan 1746-cı ildən istifadə edilməyə başlanılmışdır. Çay kənarında taxılçılıq, meyvəçiliyik və yem bitkiləri əkilir. Çayın suyundan səmərəli istifadə edilməsi üçün kanallar çəkilir. 1746-cı ildə bu kanal Tonbricə kimi, 1828-ci ildə isə Li kəndinə qədər çatır. == Tarixi == Çayın ətrafında aparılmış arxeoloji qazıntılar zamanı burada daş, tunc və dəmir dövrünə aid əşyalar aşkar edilmişdir. II dünya müharibəsi dövründə burada Miduey döyüşü olmuşdur.
Qismət (riyaziyyat)
Qismət - Bölmənin üçüncü komponenti. Ədədi ədədə böldükdə alınan ədəd bu ədədlərin qisməti adlanır.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.