BİŞMƏK

f.
1. Odda qızarmaq və ya suda qaynamaqla çiyliyi rəf olmaq, yeyiləcək hala gəlmək. Ət bişdi. Lobya bişdi.
2. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmaq (saxsı, kərpic və s. haqqında).
3. məc. Təcrübələnmək, ustalaşmaq, püxtələnmək, bərkdən-boşdan çıxmaq. Adam işdə bişər.
[Dəmirov:] Ancaq hələlik burada bişərsən, sonra baxarıq. S.Rəhimov.

// Eyni mənada “bişib-bərkimək” şəklində.
Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib-bərkidiyindən əsla azar-bezar bilməzdi. S.M.Qənizadə.

// Yetişmək, kamilləşmək, kamala çatmaq.
[Toxtamış:] Fikrim bişmiş və kamala çatmışdır. M.S.Ordubadi.

Синонимы

  • BİŞMƏK təcrübələnmək — ustalaşmaq — püxtələşmək
  • BİŞMƏK yanmaq — pörtmək
  • BİŞMƏK yetişmək — kamilləşmək

Омонимы

  • BİŞMƏK BİŞMƏK I f. Odda qızartmaq və ya suda qaynatmaqla yeyiləcək hala gətirilmək. Qulplu qazanlarda xörək bişər, qara zurna dilə gələrdi

Этимология

  • BİŞMƏK Qədim mənası “yemişmək” deməkdir (“bişmiş adamdır” deyirik), deyim də olub: alma bişsin, ağzıma düşsün (ver yeyim, ört yatım
BİŞMƏ
BİŞMİŞ

Значение слова в других словарях