Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dövlət Baxçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. == Həyatı == Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Axçalı dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Mixail
Mixail — Dünyada daha çox işlədilən kişi adı. Mixail Barinov — Neft Akademiyasının rektoru Mixail Kolyubakin — Bakı quberniyasının qubernatoru. Mixail Koqranyan — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1960) Mixail Nüeymə — Livan yazıçısı, tənqidçi Mixail Ostroqradski — Rusiya və Ukrayna riyaziyyatçısı və mexaniki; Mixail Pavlov — sovet metallurqu; SSRİ EA-nın akademiki; Sosialist Əməyi Qəhrəmanı (1945). Mixail Qavrilov — məşhur SSRİ pilotu Mixail Suslin — rus riyaziyyatçısı, Luzinin şagirdidir. Mixail Ulyanov — SSRİ xalq artisti, SSRİ Lenin və Dövlət mükafatlarının laureatı, tanınmış rus aktyoru Mixail Xodorkovski — rusiyalı sahibkar, ictimai xadim, publisist.
Mıxlı baba hərəkatı
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir. Mıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır. Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi. Mıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi.
Mirzali Əliyev
II Mixail
II Mixail (təq. 1270) — Çar, 1270-ci ildə doğulmuş, 1272-ci ildə şərik hökmdar elan edilmişdir. Anasının kölgəsində yaşamış, Bizansa sürgün olunduğundan sonra 1302-ci ildə taxta gətirilmək istəsədə qətiyyətsiz davranmışdır. Ölüm tarixi bəlli deyil. == İstinadlar == == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Mixail
Mixail Asen — Çar, II İvan Asenin oğlu. Hakimiyyəti qısa sürmüş, hələ uşaq olmasından istifadə edən qonşu dövlətlər Bolqarıstanın müəyyən bölgələrini işğal etmişdi. == Hakimiyyəti == 1253-cü ildə Serbiyanı işğal planı iflasa uğramış, 1254-cü ildə isə Nikeyaya qalib gəlmişdi. Lakin döyüşdə yaralanan Mixail 2 il sonra sülhə məcbur olmuşdu. Sülhün imzalanmasında vasitəçi olmuş rus knyazı Rostislav Mixayloviç öz qızını Mixaillə evləndirmişdi. Lakin bu ittifaqdan xoşlanmayan əyanlar Mixaili devirmək planı qurmuş, 1256-cı ildə Tarnovoda ovlanan Mixail II Kalman tərəfindən öldürülmüşdü. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Mixail Aberbax
Mixail Abramoviç
Abramoviç Mixail Vladimiroviç (pol. Michał Abramowicz) — Azərbaycan polyaklarından olan məşhur geoloq-neftçi, geologiya-mineralogiya elmləri doktoru (1941), professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1955), Əməkdar elm xadimi. Abromoviç Mixail Vladimiroviç 1884 Bakı şəhərində mühəndis-texnoloq ailəsində anadan olmuşdur. 1910-cu ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdir. 1920-ci ildən 1930-cu ilə qədər "Azneft" Birliyinin Geologiya İdarəsinə rəhbərlik etmişdir. 1932-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında professor və kafedra müdiri işləmişdir. 1935-1937-ci illərdə SSRİ AZFAN-nın geologiya sektorunun rəhbəri olmuşdur. 1938-ci ildən İ.M. Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. 1941-ci ildə ona elmi-tədqiqat işlərinə görə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Mixail Andreyev
Mixail Andreyev (24 sentyabr 1873 və ya 1873, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 10 noyabr 1948 və ya 1948, Düşənbə) – rus etnoqrafı və dilçisi; iranşünas. SSRİ EA müxbir üzvü (1929), Özbəkistan SSR EA akademiki (1943). Orta Asiyada bir çox elmi ekspedisiyaya rəhbərlik etmiş, Orta Asiya və Hindistan xalqlarının etnoqrafiyasına dair zəngin kolleksiya toplamışdır. Taciklərin məişətini, incəsənətini, qədim adət-ənənələrini, habelə Şərqi İran dillərini tədqiq etmişdir.
Mixail Artamonov
Mixail İllarionoviç Artamonov (23 noyabr (5 dekabr) 1898 – 31 iyul 1972, Leninqrad) — sovet arxeoloqu və tarixçisi. Sovet xəzərşünaslığının banisi. Mixail İllarionoviç Artamonov 5 dekabr 1898-ci ildə Rusiya imperiyasının Tver quberniyasının Vıqolovo kəndində anadan olmuşdu.1913-cü ildə Şəhər 4 sinifli məktəbi bitirmişdi.Oktyabr inqilabına qədər Sankt-Peterburq şəhərdi kantorşik işləmişdi.1914–1916-cı illərdə axşam ümumtəhsil məktəbində oxumuşdu.1917-ci ildə orduya çağrılmışdı.Fevral burjua-demokratik inqilabı entuziazm ilə qarşılamışdı.Həmin ilin aprel ayında əsgər deputatları şurasının üzvü seçilmişdi.Lakin könüllü olaraq cəbhəyə yollanmışdı.Qərbi Dvində bir çox döyüşlərə qatılmışdı. Mixail Artamonov 1917-ci ilin dekabrında ordudan tərxis olundu. Petroqrada çağrılaraq milliləşdirilmiş Beynəlxalq bankda çalışmağa başladı. 1918-ci ilin yayından 1920-ci ilin sonunadək Tver vilayətinin maarif şöbəsində müəllim və məktəb müdiri kimi işlədi. Mixail Artamonov 1921-ci ildən 1924-cü ilədək Sankt-Peterburq Dövlət Universitetində təhsil aldı.Universiteti tamamlayandan sonra arxeoloji kabinədə kiçik assisent kimi qaldı. Mixail Artamonov 31 iyul 1972-ci ildə Leninqrad şəhərində vəfat edib. M.İ.Artamonov xəzərlər tarixinə dair son tədqiqatında xəzərlərin Albaniyada qalmaları müddətinin nə qədər uzun olduğu barədə belə deyir: "Zaqafqaziyada türkütlər haqqında "Alban tarixi"nin ətraflı məlumatı bununla bitir, bundan sonra nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur". Lakin M.İ.Artamonovun bu fıkri ilə razılaşmaq olmaz ki, xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk etdilər.
Mixail Asatiani
Mixail Asatiani (ing. Mikheil Asatiani; 10 may 1882, Tiflis – 20 yanvar 1938, Tbilisi)— görkəmli gürcü psixiatrı, Gürcüstanda elmi psixiatriyanın qurucularından bir. 1907 -ci ildə Moskva Dövlət Universitetini bitirib və Moskvada psixiatrik klinikada işləməyə başlayıb. Nəhayət, 1921-ci ildə Tiflis Dövlət Universitetində Psixiatriya kafedrasının müdiri oldu və Psixoterapiya jurnalının redaksiya heyətində çalışdı. 1925-ci ildə Tbilisidə ölümündən sonra adını daşıyan Psixiatriya Araşdırma İnstitutunu qurdu və ölənə qədər rəhbərlik etdi. Yüzlərlə elmi araşdırmaya rəhbərlik etmiş və klinik psixiatriya və psixoterapiyada təxminən 40 məqalə hazırlamışdır. Orijinal "reproduktiv təcrübələr" metodunun müəllifidir. Ölümündən bir il əvvəl naməlum bir gənc Mixaildən göstərilən ünvandakı evə girib xəstəni ziyarət etməsini istədi. Razılaşdı və ünvana çatanda təəccüblənən ev sahibləri ünvanı necə bildiyini soruşdular. Sonra öyrənir ki, bu gənc çoxdan ölübmüş.
Mixail Attaliat
Mixail Attaliat (yun. Μιχαήλ Ἀτταλειάτης; 1021, Antalya – təq. 1080) — XI əsr Bizans tarixşünası və hüquqşünası. Mixail Attaliat böyük ehtimalla 1030–1040-cı illər arasında Bizans imperiyasının Attaliya şəhərində anadan olmuşdur. Onun növbəti illərdə imperiyanın paytaxtı olan Konstantinopol şəhərinə köçdüyü güman edilir. O, Konstantinopolda məhkəmə və hərbi hakim kimi çalışmışdır. O, IV Roman Diogenin 1068-ci ildə səlcuq türklərinə qarşı başlatdığı yürüşdə iştirak etmişdir. Attaliat 1072-ci ildə imperator VII Mixail Duka üçün «Libri Basilici» adlandırılan yenilənmiş qanunnaməni tərtib etmişdir. O, 1077-ci ildə Rodost şəhərində bir monastır qurmuş və onun nizamnaməsini tərtib etmişdir, hansı ki, Bizans imperiyasının IX əsrdəki sosial-iqtisadi vəziyyəti haqqında olan əhəmiyyətli bir mənbə hesab edilir. Həmin il o, vəsiyyətnamə («Diataxis») yazır.
Mixail Bakunin
Mixail Aleksandroviç Bakunin (rus. Михаил Александрович Бакунин; 30 may 1814 – 1 iyul 1876, Bern, İsveçrə) — rus mütəfəkkiri, anarxizm nəzəriyyəçilərindən biri. Mixail Aleksandroviç Bakunin 30 may 1814-cü ildə Rusiya imperiyasının Tver quberniyasının Novotorj qəzasının Pryamuxino kəndində anadan olmuşdu. Anarxist olan tarixi şəxsiyyətlərdən biri K. Marksın əsas rəqiblərindən olan Mixail Aleksandr oğlu (Михаил Александрович Бакунин) Bakunindir (1814–1876). Bakuninin adı bizim yaddaşımızda anarxist kimi qalıb. …"anarxiya" — "xaos" deməkdir. Qeyd etmək lazımdır ki, anarxistlər öz qarşılarına məqsəd kimi, insanın bütün təcavüzlərdən azad olmasını, istər siyasi, istər iqtisadi, istərsə də ruhi azadlığını bir məqsəd qoymuşdular. 1868-ci ildən etibarən Bakunin K. Marksı tənqid etməyi daha da gücləndirir. Bakunin yazırdı:"…buna görə də dövlət (zor aparatı) yəni cəmiyyətin bir qrup üzvü digər üzvünu əzdiyi yerdə azadlığın təntənəsi ola bilməz. Heç bir diktatura öz-özünü şikəst etməkdən başqa bir iş görmür.
Mixail Barinov
Mixail Vasilyeviç Barinov (14 oktyabr 1888, Saratov quberniyası[d] – 26 noyabr 1937, Moskva) — 1928-1929-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) rektoru olmuşdur. Mixail Vasilyeviç Barinov Rusiyanın Saratov quberniyasının Dubranovo kəndində anadan olmuşdur. Mixail Barinovun ailəsi 1889-cu ildə Bakıya köçmüşdür. 1922-1926-cı illərdə «Azneft»in rəis müavini, 1931-1933-cü illərdə rəis vəzifəsində çalışmış, 1928-1929-cu illərdə İnstitutun rektoru olmuşdur. rus. Uzun illər Sergey Kirovun yaxın dostu olmuş, 1934-cü ildə Kirov ölümü Barinova güclü təsir etmişdir. 1937-ci ildə Stalin repressiyası zamanı həbs olunmuş, xalq düşməni kimi güllələnmişdir. rus.
Mixail Baxtin
Mixail Baxtin (5 (17) noyabr 1895[…], Oryol – 7 mart 1975[…], Moskva) — Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi, dilçisi. Bakhtin, M. M. (1981). The Dialogic Imagination (M. Holquist, Ed.; C. Emerson & M. Holquist, Transl.). Austin, TX: University of Texas Press. (Originally published in 1975) Bakhtin, M. M. (1984). Problems of Dostoevsky's poetics (C. Emerson, Transl.). Minneapolis, MN: University of Minnesota Press. (Originally published in 1963) Bakhtin, M. M. (1984). Rabelais and his world (2nd ed.; H. Iswolsky, Transl.). Bloomington, IN: Indiana University Press.
Mixail Bezborodov
Mixail İliç Bezborodov (rus. Михаи́л Ильи́ч Безборо́дов; 10 yanvar 1907, Starıy Piçinquşi[d], Penza quberniyası[d] – 11 mart 1935, Starıy Piçinquşi[d], Orta Volqa diyarı) — Mokşa-sovet şairi, yazıçısı və dramaturqu. Mixail İliç Bezborodov 10 yanvar 1907-ci ildə Rusiya imperiyasının Starıy Piçinquşi kəndində anadan olmuşdur. Onun ilk nəşr olunan şeiri "Moraftoma quds" idi. Şeir 1927-ci ildə "Od vele" qəzetində dərc olunmuşdur. Bezborodov 11 mart 1935-ci ildə anadan olduğu kənddə vəfat etmişdir.
Mixail Botvinnik
Mixail Botvinnik (rus. Михаи́л Моисе́евич Ботви́нник; d. 17 avqust 1911 — ö. 5 may 1995) — SSRİ və Rusiya beynəlxalq qrosmeysteri, üç dəfə dünya çempionu, öz dövrünün ən güclü şahmatçılarından biri hesab olunurdu. O, həmçinin kompüter şahmatının təşəbbüsçüsü idi. Mixail Botvinnik 1911-ci il avqustun 17-də Kuokkalada anadan olmuşdur. Şahmatla 12 yaşından məşğul olmağa başlamışdır. Bir çox dünya çempionlarından və qrosmeysterlərindən fərqli olaraq, onun şahmat müəllimi olmamışdır. Botvinnik hər hansı bir şahmat kitabını təkbaşına öyrənər, öz görüşlərini təhlil edərdi. 14 yaşında o, Leninqrad birinciliyinin yarımfinalında çıxış edərək, əla nəticəyə nail olmuşdur 12 mümkün xaldan 11,5 xal toplamışdır.
Mixail Boyarski
Mixail Boyarski (rus. Михаи́л Серге́евич Боя́рский; 26 dekabr 1949, Leninqrad) — Rusiyanın Xalq artisti, tanınmış aktyor və müğənni. 1949-cu il dekabrın 26-da Leninqradda anadan olmuşdur. Atası Sergey Boyarski və anası Yekaterina Melenteva teatr aktyorları olublar, lakin valideynləri Mixailin aktyor olmasını istəməyiblər və övladlarını musiqi məktəbinin fortepiano sinfinə qoyublar. Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra "Lensovet" teatrında işləməyə başlayır. İlk dəfə Q. Qladkovun "Trubadur və onun dostları" musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcəkdə həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir.
Mixail Boçarnikov
Mixail Boçarnikov (6 mart 1948) — Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Mixail Brijinski
Mixail İvanoviç Brijinski (doğum tarixi: 6 oktyabr 1951, SSRİ, Mordoviya MSSR, Novıe Turdaki k.) — mordoviya əsilli sovet yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü, Mordoviya Respublikasının xalq yazıçısı. Mixail Sovet Sosialist Respublikaları İttifaqı, Mordoviya Muxtar Sovet Sosialist Respublikası, Novıe Turdaki kəndində müəllim ailəsində anadan olmuşdur. Onun atası İvan Serqeeviç Brijinski və anası Nadejda Andreevna Fatkino pedaqoq olmuşdur. O, 1968-ci ildə Movoturdakov orta məktəbini bitirmiş və Mordoviya Pedaqoji İnstitutuna daxil olmuşdur. 1977-ci ildə hərbi xidməti bitirdikdən sonra öz doğma kəndində ana dili və ədəbiyyatdan dərs deməyə başlamışdır. İlk povesti olan «Polovt» («Nabat») rus və mordva xalqlarının monqol-tatar hücumlarına qarşı birgə mübarizədən bəhs edir. Povest 1983-cü ildə dərc edilir. 1986-cı ildə yazıçının rus dilində «Qardaşlarının naminə» povesti çap edilir. Burada Stepan Razin üsyanları və Alyona Arzamanslayanın həyatından bəhs edilir. 1988-ci ildə dərc edilən «Poklonis Borozde» romanında kənd həyatından bəhs edilir.
Mixail Bulqakov
Mixail Afanasyeviç Bulqkov (rus. Михаи́л Афана́сьевич Булга́ков; 3 (15) may 1891, Kiyev[…] – 10 mart 1940[…], Moskva) — rus yazıçı, dramaturq, teatr rejissoru və aktyor. Mixail Bulqakov 1891-ci ilin 15 may tarixində Kiyev şəhərində Kiyev Ruhani Akademiyasının dosenti Afanasi İvanoviç Bulqakov (1859-1907) və onun həyat yoldaşı Varvara Mixaylovna Bulqakovanın (Pokrovskayanın) (1869-1922) ailəsində dünyaya göz açmışdır. Ailədə yeddi uşaq var idi: Mixail (1891-1940), Vera (1892-1972), Nadejda (1893-1971), Varvara (1895-1954), Nikolay (1898-1966), İvan (1900-1969) və Yelena (1902-1954). 1909-cu ildə Mixail Bulqakov Kiyev Birinci Gimnaziyasını bitirib Kiyev Universitetinin tibb fakültəsinə daxil olur. 1916-cı ilin 31 oktyabrında həmin fakültəni əla qiymətlərlə bitirib həkimlik diplomunu əldə edir. Təyinata əsasən Smolensk quberniyasının Nikolskoye kəndinə işləməyə gedir. Daha sonra o, Vyazmada həkim kimi çalışır. 1913-cü ildə Tatyana Nikolayevna Lappa (1892-1982) ilə ailə qurur. Birinci Dünya müharibəsi dövründə Bulqakov əvvəllər həkim kimi müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət göstərir.
Mixail Cavaxişvili
Mixeil Cavaxişvili (gürc. მიხეილ ჯავახიშვილი; 8 (20) noyabr 1880, Serakvi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 30 sentyabr 1937, Tbilisi) — gürcü yazıçısı, publisisti. Onun "Günahsız Abdulla" hekayəsi çox şöhrətli hekayədir. Sovet vaxtı Azərbaycanda da bu hekayəni ekranlaşdırılıb. M.Cavaxişvili Staliin repressiyalarında güllələnmiş, yaradıcılığı 20 il qadağan olunub. Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili 1880-ci ildə Borçalı qəzasının (indiki Marneuli rayonunun) Serakvi kəndində anadan olmuşdur. Bu barədə yazıçının böyük qızı Ketevan Cavaxişvili «Atam barədə xatirələr» kitabında yazır: «Atamın doğulduğu və uşaqlıq illərini keçirdiyi Serakvi kəndi o vaxtlar Borçalı qəzasında yeganə gürcü kəndi idi. İkinci gürcü kəndini babam Saba sonralar Serakvi kəndi yaxınlığında salmış və adını da Sioni qoymuşdur». Ketevan Cavaxişvili daha sonra babası Sabanın azərbaycanlı və yunanlarla dostluq etməsindən, Azərbaycan dilində sərbəst danışmasından söhbət açır. O, başqa bir yerdə isə Mixeil Cavaxişvili anadan olanda Sabanın bu xəbəri Sadaxlıda eşitməsindən, qulluqçusu Abdulla ilə atı dördnala çaparaq evə tələsməsindən, yolda Abdullanın Azərbaycan mahnıları oxumasından sevə-sevə söhbət açır.
Mixail Dmitriyev
Mixail Aleksandroviç Dmitriyev (1796-1866) - Rus şairi, ədəbi tənqidçi. Сочинения Дмитриева на сайте Lib.ru: Классика Дмитриев М.А. Мелочи из запаса моей памяти // Дмитриев М.А. Московские элегии. – М.: Московский рабочий, 1985. – С. 141-302.
Mixail Druyan
Mixail Druyan (rus. Михаил Захарович Друян; d. 17 oktyabr 1911, Xarkov, Rusiya imperiyası — ö. 7 iyul 2000, Moskva, Rusiya) — sovet və rus cizgi operatoru.
Mixail Dyakonov
Mixail Mixailoviç Dyakonov (rus. Михаи́л Михайлович Дья́конов); 12 (25) iyun 1907 və ya 1907, Sankt-Peterburq – 8 iyun 1954 və ya 1954, Moskva) — Sovet şərqşünası, arxeoloqu. Tarix elmləri doktoru(1946), professor (1949), Tacikistan SSR əməkdar elm xadimi (1951), SSRİ Yazıçılar ittifaqının üzvü, İqor Dyakonovun qardaşı. Mixail Mixailoviç Dyakonov 25 iyun 1907-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərində anadan olmuşdu. Oslo Universitetində oxumuşdu (1924–1926). Sonra Sankt-Peterburq Dövlət Universitetinin dil və maddi mədəniyyət fakültəsini bitirmişdi (1930). Mixail Dyakonov 1953-cü ildə Tacik arxeoloji ekpedisiyasına rəhbərlik etmişdi. Mixail Dyakonov Gurganini, Nizamini və Firdovsini fars dilindən rus dilinə çevirmişdi. Mixail Dyakonov 8 iyun 1954-cü ildə SSRİnin paytaxtı Moskva şəhərində vəfat edib. Фердоуси: Жизнь и творчество.
Mixail Fonvizin
Mixail Fonvizin (rus. Михаил Александрович Фонвизин; 20 (31) avqust 1787, Bronnitsı qəzası[d], Moskva quberniyası[d] – 30 aprel 1854, Bronnitsı qəzası[d], Moskva quberniyası[d]) — general-mayor, dekabrist, utopik sosializmin nümayəndəsi. Denis İvanoviç Fonvizinin qardaşı oğlu, İvan Aleksandroviç Fonvizinin qardaşı. Kiçik Marino kəndi yaxınlığında Podpolkovnik (polkovnik-leytenant) Aleksandr İvanoviç Fonvizin (1749-1819) və həyat yoldaşı Yekaterina (1750-1823) ailəsində anadan olmuşdur. Tanınmış dramaturq və yazıçı Denis Fonvizin onun əmisi idi. Evdə repetitorla hazırlaşandan sonra o, Sankt-Peterburqda Sankt-Peter məktəbində oxuyub, sonra Moskvada internat məktəbində yaşayıb, Moskva Universitetində mühazirələrə qatılıb. 1801-ci ildə Preobrajenski Can Mühafizəsi Alayında hərbi xidmətə girdi. Onun hərbi karyerası fərqlənirdi. O, Fin müharibəsində və Fransanın Rusiyaya hücumu zamanı bir sıra döyüşlərdə iştirak edib, sonra Yüz Gün ərzində Fransada olub. Qısa müddətə yaralı bir məhbus oldu.