MIXLAMAQ
MIRIQ
OBASTAN VİKİ
Mıxlı baba hərəkatı
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir. Mıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır. Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi. Mıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi.
Mıxlıqovaq
Mıxlıqovaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adının Mıxlıqovaq olmasının səbəbi illər əvvəl hələ kənd mövcud olmadığı dövrdə burada qovaq ağacının yerləşməsi idi.Belə ki,illər əvvəl bu kəndin ərazisindən keçən yolçular burada yerləşən qovaq ağacının yanında istirahət edərdilər. Bu zaman öz atlarını həmin nəhəng qovaq ağacına mıx çalaraq ora bağlarmışlar. Elə o zamanlardan da bu yeri Mıxlıqovaq adlandırmağa başlamışlar. Daha sonralar burada kənd salındığı zaman da yerin adına uyğun olaraq kəndin adı Mıxlıqovaq adlanmışdır.[mənbə göstərin] Mıxlıqovaq kəndinin yaranışı ilə bağlı müxtəlif fərziyyələr səslənir. Bəzi alimlər qeyd edir ki, karvan yolunun üstündə olan bu ərazidə tacirlər hündür qovaq ağaclarının dibində dincini alarmış. Qovaq ağaclarına mıx vurub digərinə yola düşdüyünü nişan verərmiş. Elə xalq arasında da, belə söylənilir. Toponimika elminə görə isə keçmişdə gövdəsinə çoxlu mıx vurulmuş və sitayiş obyekti olan qovaq ağacından ərazinin adı götürülüb. Kəndin yuxarı hissəsində "Pir Seyid" deyilən yer var və buradakı qovaqlıq bəlkə də ehtimal olunan yerdir.
Mıxlıqovaq bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях