MIXÇA

is.
1. Kiçik mıx, kiçik mismar. Ayaqqabı mıxçası.
2. Paltar və s. asmaq üçün divara vurulmuş mıx. Paltarı mıxçadan asmaq.
[Nəriman] … papağını mıxçadan götürdü. Mir Cəlal.
[Niyaz] əynindəki köhnə pencəyini çıxarıb orta dirəkdəki mıxçadan asdı. Ə.Vəliyev.

3. Kiçik paya, ağac parçası.
Əziz kişi çadırın mıxçalarını tapıb gətirdi. B.Bayramov.

Синонимы

  • MIXÇA mıxça bax mismar
MIXABƏNZƏR
MIXÇALAMA

Значение слова в других словарях