Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Short Message Service
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Bəşşar
Bəşşar (ərəb. بشّار‎) — ərəb mənşəli ad.
Bəşşar Cəfəri
Bəşşar Cəfəri (ərəb. بشّار جعفري‎; 14 aprel 1956, Dəməşq) — Suriyalı diplomat. 2006–2020-ci illərdə Suriyanın BMT-dəki daimi nümayəndəsi idi.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
Mirzə Müştaq
Mirzə Müştaq — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakı şəhərində anadan olmuş, orta məktəbi bitirmiş, M. F. Axundov adına Müəllimlər İnstitutunda təhsil almış, Bakı məktəblərində müəllimlik etmişdir. O, Böyük Vətən müharibəsi iştirakşısı olmuş, cəbhələrdə vuruşmuş, yaralanmış və ordudan tərxis olduqdan sonra "Azərbaycan pioneri" jurnalında fəaliyyətinə başlamış, sonralar "Radio Verilişləri Komitəsində", "Azərnəşr" də çalışmışdır. == Fəaliyyəti == Mirzə Müştaq ədəbi fəaliyyəti 1939-cu ildə "Ədəbiyyat qəzəti"ndə çap etdirdiyi "Qara əlcəkli" adlı ilk hekayəsi ilə başlamışdır. Onun Dərsdən sonra və S. S Axundovla şərikli yazdığı "İradə" adlı pyesi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Mirzə Müştaq 1955-ci ildə Şəfalı əllər, 1958-ci ildə "Məni bağışla" , 1964-cü ildə O mənim dostumdur , 1967-ci ildə "Aydın yollarda", 1973-cü ildə "Nil pərisi" adlı kitablarını nəşr etmişdir. Mirzə Müştaqın əsərləri 1984, 1985-ci illərdə Bakıda çap olunmuş, yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Məşkan (Piranşəhr)
Məşkan (fars. ماشكان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 305 nəfər yaşayır (45 ailə).
Məşnəq (Şəbüstər)
Məşnəq (fars. مشنق‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 533 nəfər yaşayır (195 ailə).
Məşq
Məşq (ing. Training) — Bilik, bacarıq və sosial münasibətləri inkişaf etdirməyə yönəlmiş fəal təlim metodu. Məşq, ünsiyyətdə şəxsiyyət və peşə davranışının səriştəsini inkişaf etdirmək məqsədi daşıyan interaktiv bir təhsil formasıdır. Təlimə müxtəlif baxımından təhlil edilə bilər: Müsbət möhkəmləndirmənin köməyi ilə lazımi davranış nümunələri formalaşan və mənfi möhkəmləndirmənin köməyi ilə "arzuolunmazlar" "silinən" xüsusi bir təlim forması kimi; Məqsədi biliklərin ötürülməsi, müəyyən bacarıqların inkişafı olan fəal təlim forması kimi; İştirakçıların özünün zəif yanlarını ifşa etməsinə şərait yaratmaq və öz psixoloji problemlərini həll etmək üçün müstəqil axtarış metodu kimi. == Tarixçəsi == Məşqin inkişaf tarixi, təhsilin inkişaf tarixi kimi, min illərə malikdir. Təlimdən ilk istifadə edənlərdən biri 1912-ci ildə Deyl Karnegi Treninq şirkətini quran Deyl Karnegi idi. Bu mərkəzdə ictimai nitq bacarıqlarının inkişafı, özünə inam, insanlar arasında qarşılıqlı əlaqə və s. mövzusunda təlimlər keçirildi və hələ də davam edir. Məşhur sosial psixoloq Kurt Levin də təlim forması olaraq təlimə mühüm töhfə verdi. 1946-cı ildə K. Levin və həmkarları ünsiyyət bacarıqlarını artırmaq məqsədi ilə təlim qrupları qurdular.
Dessau
Dessau Almaniyanın Saksoniya-Anhalt regionunda yerləşən bələdiyyədir. Sahəsi 182,81 km² olan Dessau bələdiyyəsində 30 iyun 2006-cı ilə görə 77.973 nəfər əhali yaşayır. Km² başına 427 nəfər düşür.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Meşinq
Meşinq — kompüter qrafikasında hissələrin səthlərinin təsviri üsuludur. CAD/CAM sistemlərində çox vaxt müərrəkəb, ayrı-ayrı səthlərdən ibarət hissənin topologiyasının müəyyən məqsədlər üçün bir toplum şəklində təsvir olunması zərurəti yaranır. Riyazi şəkildə verimiş səthlər kiçik müstəvilərlə (üçbucaqlılar və ya dördbucaqlılarla) aproksimasiya olunaraq meş şəklində verilir. Alınan meş NC-proqramlarının tərtibində və sonlu elementlər üsulu ilə hesablamalarda tətbiq oluna bilir. Üçbucaqlılardan ibarət meşinq trianqulyasiya, dördbucaqlılardan ibarət meşinq isə pavinq adlanır. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Meşkan
Meşkan — İranın Fars ostanının Neyriz şəhristanının Poştkuh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,630 nəfər və 1,196 ailədən ibarət idi.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Misdağ
Misdağ - Naxçıvan çökəkliyinin şimal-şərq kənarında, Qaracalal-Qızılboğaz tirəsinin suayrıcındadır. Hündürlüyü 1270 m-dir. Andezit-dasit tərkibli ekstruzivdir. Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Naxçıvan çayının sol sahilində Məzrə (Alagözməzrə) kəndindən 3 km şimal-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.
Mossad
Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) — kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir. 1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa Malik Ab məruzə edir. İsrailin digər xüsusi xidmət orqanları: AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi) Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir. == Struktur quruluşu == Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir: Toplanış bölməsi — ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur.
Məsyaf
Məsyaf (ərəb. مصياف‎‎) — Suriyanın Həma mühafəzəsində şəhər. 2004-cü ilin əhali siyahıyaalmasının məlumatlarına görə, Məsyaf şəhərində 22.000 nəfər yaşayır. İsmaililər, ələvilər və xristianlardan təşkil olunmuş şəhər əhalisi din baxımından cürbəcürdür. Şəhər orta əsrlərə aid qalası ilə tanınır, hansı ki, nizari ismaililərin və onların elit xaşxaşi qoşunlarının mərkəzi olmuşdur. == Etimologiya == Şəhərin adı İslam dövründə və indiyə qədər sakinləri tərəfindən "Məsyaf", "Masyat" və "Masyad" kimi müxtəlif formalarda tələffüz edilmişdir. Şəhərin ərəb dilindəki adı Akkad dilindəki "Mansuate" sözündən törəmişdir. Şərqşünas Edvard Lipinski irəli sürür ki, bu sözdəki "nsv" ərəb dilindəki mənası "qurmaq" və "yaratmaq" olan "nss" ilə əlaqəlidir. Əlavə olaraq, Lipinski iddia edir ki, şəhərin Akkad dilindəki adı böyük ehtimalla "mansuvatu" sözünün konfiqurasiyadır. "Mansuvatu" ərəb dilindəki "minassatu(n)" sözü ilə əlaqəlidir ki, hər iki sözün mənası "yüksəklik" deməkdir.
Qəssan
Qəssan (ərəb. غسّان‎) — ərəb mənşəli ad. Qəssan, Qəssanilər sülaləsinin qurucusu Qəssan Kənəfani (1936—1972), fələstinli yazıçı və aktivist Qəssan Məsud (d.
Rəssam
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. == Təbiət və rəssam == Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. == Rəssam hansı materiallarla işləyir == Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
Vəssaf
Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎, d.1257 -ö. 1329)— Elxanlı dövri tarixçisi, bürokrat və ədib. == Həyatı == Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim 1257-ci ildə Şirazda doğulmuşdudu. Elxanlı hökmdarı Olcaytu xan tərəfindən ona verilən “Vəssafül-həzrət” və bunun qısaldılmışı olan “Vəssaf” ləqəbiylə tanınır. Atası Fəzlullah, Elxanlı dövlətinin Fars bölgəsi amillərindən idi. Vəssaf yaxşı bir təhsil aldıqdan sonra Elxanlılar dövlətində divan xidmətinə daxil oldu. 1297-ci ildə yazmağa başladığı "Tarix-i Vəśśaf" adlı əsərinin ilk üç cildini 13 Rəcəb 702 (3 mart 1303) tarixində vəzir və tarixçi Rəşidəddin Fəzlullah Həmədani ilə vəzir Sadəddin-i Savəcinin yardımıyla Qazan xana təqdim etdi. Kitabı incələyən Qazan xan, Vəssafa ehtiram göstərib, ehsanlar verdi; ondan özü Suriya səfərindən dönüncəyə qədər Sincarda qalmasını və əsərini yazmağa davam etməsini istədi. Vəssaf, müxtəlif kitablara ehtiyac duyduğunu və bir müddətdən bəri evindən uzaq qaldığını söyləyərək Qazan xandan bir il izin aldı.
Bəşşar əl-Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Məhəmmədhüseyn xan Müştaq
Məhəmməd Hüseyn xan Müştaq (Şəki – 1780, Şəki) — şair, Şəki xanı (1759-avqust 1780). == Həyatı == 1759-cu ildə Qazıqumuq hakimi Məhəmməd xan Şəkiyə hücum edib Ağakişi xanı öldürdü. Özü xanlıq etməyə başladı. Hacı Çələbi xanın nəvəsi, Həsən ağanın oğlu Hüseyn xan Məhəmməd xana qarşı üsyan qaldırıb, Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşiri köməyə çağırdı. Pənahəli xan Hüseyn xanın xahişinə müsbət cavab verərək qoşunla Şəkiyə daxil oldu. Məhəmməd xan ilk toqquşmada məğlub olub Dağıstana qaçdı. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk illərində Məhəmmədhüseyn xanla dostluğu vardı. Onun qızı Tubu bəyimi almışdı. Baş vəziri Molla Pənah Vaqif onun şairliyindən istifadə edib yazışırdı. Hətta ondan tüfəng də istəmişdi.
Əli Abbas Müştaq
Əli Abbas Müştaq — XIX əsr Azərbaycan şairi. "Məcməüş-şiiəra" ədəbi məclisinin üzvü. == Həyatı == Müştaq təxəllüsü ilə yamışdır.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması. Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər.
Mesaj
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Fiziki məşq
Fiziki məşq — fiziki hazırlığı və ümumi sağlamlığı, rifahı gücləndirən və qoruyan hər hansı bədən fəaliyyətidir. Bu, böyüməyə kömək etmək və gücü artırmaq, qocalmanın qarşısını almaq, əzələləri və ürək-damar sistemini inkişaf etdirmək, atletik bacarıqları inkişaf etdirmək, arıqlamaq və ya pəhriz saxlamaq, sağlamlığı yaxşılaşdırmaq və ya sadəcə həzz almaq üçün müxtəlif səbəblərdən həyata keçirilir. Bir çox fərdlər qrup halında toplaşa, ictimailəşə və rifahı və psixi sağlamlığı yaxşılaşdıra biləcəkləri açıq havada məşq etməyi seçirlər. Sağlamlıq faydaları baxımından tövsiyə olunan məşq miqdarı məqsədə, məşq növünə və insanın yaşından asılıdır. Hətta az miqdarda məşq etmək heç etməməkdən də daha faydalıdır. == Təsnifat == Fiziki məşqlər insan orqanizminə ümumi təsirindən asılı olaraq ümumiyyətlə üç növə bölünür: Aerobik məşq böyük əzələ qruplarından istifadə edən və bədənin istirahət zamanı olduğundan daha çox oksigen istifadə etməsinə səbəb olan hər hansı fiziki fəaliyyətdir. Aerobik məşqlərin məqsədi ürək-damar dayanıqlığını artırmaqdır. Aerobik məşqlərə misal olaraq qaçış, velosiped sürmə, üzgüçülük, sürətli yerimə, iplə atlama, avarçəkmə, yürüyüş, rəqs, tennis, davamlı məşq və uzun məsafəyə qaçış daxildir. Güc və müqavimət məşqlərini özündə birləşdirən anaerob məşq əzələ kütləsini möhkəmlədə, gücləndirə və artıra, həmçinin sümük sıxlığını, tarazlığı və koordinasiyanı yaxşılaşdıra bilər. Güc məşqlərinə misal olaraq push-up, pull-up, lunges, squats, bench press daxildir.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Həssan Diyab
Həssan Diyab (ərəb. حسان دياب‎; 6 yanvar 1959, Beyrut) — Livan Respublikasının baş naziri. == Erkən Həyatı və Təhsili == Diyab 1959-cu ildə Beyrutda anadan olub. 1981-ci ildə Surrey Universiteti, 1982-ci ildə Lids Bektt Universitetinin, 185-ci ildə Bath Universitetinin məzunu olub. == Şəxsi Həyatı == Nüvvar Məvləvi və 3 uşağı ilə Beyrutda yaşayır. Sünni müsəlmandır.
Junior Messias
Junior Valter Messias (13 may 1991, Belu-Orizonti) — Braziliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.
Lessak (Averon)
Vimne (fr. və oks. Laissac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12120. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 21 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 919 nəfərdən (15-64 yaş) 680 nəfəri iqtisadi cəhətdən fəal, 239 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.0%, 1999-cu ildə 69.7%).
Lessak (kanton)
Lessak (fr. Laissac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1215. Lessak kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Lessak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 4 413 nəfər təşkil edirdi.
Messel karxanası
Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir. == Tarixi == 1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı.
Təkbulaq-i Ərşaq (Meşkinşəhr)
Təkbulaq-i Ərşaq (fars. تك بلاغ ارشق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (10 ailə).