Misdağ

Misdağ - Naxçıvan çökəkliyinin şimal-şərq kənarında, Qaracalal-Qızılboğaz tirəsinin suayrıcındadır. Hündürlüyü 1270 m-dir. Andezit-dasit tərkibli ekstruzivdir. Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Naxçıvan çayının sol sahilində Məzrə (Alagözməzrə) kəndindən 3 km şimal-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.[1]

Misdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1270 m
Yerləşməsi
39°19′22″ şm. e. 45°29′36″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Misdağ xəritədə
Misdağ
Misdağ

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.